Ətraflı axtarış
Baxanların
6326
İnternetə qoyma tarixi: 2012/01/08
Sualın xülasəsi
İmam Əlidən (ə) “Ənvarul muşəşəşin” kitabında cəmkəran məscidi haqqında hədis vardır. Bu hədis düzgündür və istifadə etmək olarmı? Bu o həzrətin möcüzələrindən hesab etmək olarmı?
Sual
Salam, yorulmayasınız, Mən bir neçə sayıtda “Ənvarul muşəşəşin” kitabından aşağıdakı hədisi görmüşəm. Çox istəyirəm ki, bu hədisə aid dastanın bütün mətnini öyrənim. Mən bu kitabı tapmağa imkanın yoxdur. Xahiş edirəm bu dastanın əslin mənim ixtiyarımda qoyasınız. Bu hədis Əmirəl Möminindəndir (ə) və bunun mətninin bəzi frazaları aşağıdakı kimidir:
Muni Həzinin xulasətul bildan – Şeyx Səduqun izahı ilə- səhih və mötəbər sənədlə, Əmirəl Möminindən (ə) rəvayət edilir ki, Xuzəyfiyə buyurmuşdur: Ey Yəmaninin oğlu! Zühurun əvvəli, Al Muhəmməd Qaim (ə) Qum adlanan yerdə olacaq və insanları haqqa dəvət edəcək, bütün şərq və qərbdən olanlar bura axın- axın gələcəklər və islam təzələnəcəkdir. Ey Yəmaninin oğlu! Bu yer müqəddəsdir və bütün çirkinliklərdən pakdır. Onun tikintisi səkkiz fərsəxdə yeddi fərsəx olacaq. Onun bayrağını bu dağa ağ vurarlar. (Son zamanlarda bəziləri Qumda yerləşən “Xızır dağını” bu ağ dağa nümunə güman edirlər). Köhnə kəndin yaxınlığında, məscidin nəzdindədir və məcusun köhnə sarayı və bunu cəmkəran adlandırırlar, bu məscidin minarələrinin birindən çölə çıxacaq, onun yaxınlığında zərdüşti atəşgah olmuşdur.
Bu şərəfli hədisdə, istifadə olunur ki, Səhlə məscidi Həzrət Bəqiyyətullahın (əc) zühur dövründə hərbi bazası olacaqdır. Cəmkəran məscidinin də zühur əsrində xüsusi yeri vardır və o həzrətin digər hərbi bazasından hesab olunur. Mərhum Katuziyan hədisin kamil mətnini nəql etdikdən sonra, onun izah və təfsirini etmişdir. Ağ dağ, məcus sarayı və digər təbirlər bu hədisdə qeyd edilmişdir və biz ixtisar etdiyimiz üçün bəyan etmirik. Möhtərəm oxuyucular, diqqət etdiyiniz kimi bunun sənədinin araşdırılmasına ehtiyac yoxdur. Çünki yalnız Məsumlardır (ə) ki, qeyb aləmi ilə əlaqələri vardır və yalnız onlar yüzillər sonra baş verəcək hadisədən xəbər verə bilərlər. Əmirəl Mömininin (ə) Huzeyfəyə söylədiyi bu zamanda Həzrət Hicaz və İraqda idi və Qum adını heç kəs eşitməmişdi. Buna görə Qum adının əvəzinə bir çox hədislərdə “Reyin yaxınlığında” sözləri işlədilmişdir ki, bununla Qum şəhərinin coğrafi mövqeyi İmamın əshabı üçün aydın olsun. Bu yolla Hicazdan bir şəxs cəmkəranı Qumun bir kəndi kimi adını eşitsin.
Mehdinin təşəkkürləri ilə
Qısa cavab

Baxmayaraq ki, belə rəvayəti qəti şəkildə inkar etmək olmaz, amma indi bu rəvayəti elə kitablarda rast gəlmək mümkündür ki, Əmirəl mömininlə (ə) onun arasında min ilə fasilə vardır. Əlavə olaraq, “Ənvarul muşəşşişin” kimi son zamanların kitabında hədisin tam adresinin Şeyx Səduqun (Munil həzin) kitabının qeyd olunmasına baxmayaraq, birincisi bu kitab bizim əlimizdə yoxdur, ikincisi, şey Səduq özü bu hədis barəsində ciddi tərəddüd etmişdir. Buna görə rəvayət elmi baxımından belə hədisdən istifadə edərək fiqhi, kəlami, tarixi və s hökm vermək olmaz.

Ətreaflı cavab

İşarə edilən rəvayət “Ənvarul muşəşşişin”, “Xulasətul bəldan” və “Munisul həzin” kitablarında zikr edilmişdir.

Bu rəvayətin düzgünlüyünü yoxlmaq üçün ilk əvvəl bu kitablar barədə məlumatlar əldə etmək lazımdır və sonra bir nəticəyə gəlmək olar:

1. “Ənvarul muşəşəşin fi bəyanin şərafətu qup vəl qumin” kitabı üç cildli fars dilində, Qumun tarixi ilə bağlı olan kitabdır. Qumun tarixi ilə yanaşı bu kitabda İmamzadələrin və burada yaşayan ravilərin həyatları izah edilmişdir. Bu kitabın təlif olunma tarixi yüz il bundan əvvəl olmuşdur ki, elə həmin zaman İranda çap edilmişdir.

2. “Xulasətul bildan” kitabı təxminən 300 il bundan əvvəl təlif olunmuşdur və orada Qumun tarixindən bəhs edilmişdir və ilk kitabın mənbəsi və müraciət olunduğu yer hesab edilir.

3. “Munisul həzin” kitabında sual olunan rəvayət nəql olunmuşdur ki, bu kitabın müəllifi təqribən 1000 il bundan öncə yaşayan Əbu Cəfər bin Əli bin Babavey olan Şeyx Səduqdur. Şiənin Nəcaşi və Şeyx Tusi kimi alimləri öz rəvayətlərini Şeyx Səduqun kitablarından mənbə kimi istifadə ediklərini qeyd etmələrinə baxmayaraq “Munisul Həzin” adlı onun tərəfindən yazılan kitab barəsində heç bir bəyan verməmişlər. Yüz illər sonra olan Şəhr Aşub və İbn Tavus kimi böyük alimlər də bu kitabın varlıqı barəsində heç bir söz söyləməmişlər.

Əlbəttə nİbn Şəhr Aşubun munaqibində “Munisul həzin” kitabından bir rəvayət nəql edilmişdir. Amma bu kitabın müəllifi şeyx Səduq deyil, Muhəmməd Fəttal Nişaburi kimi qeyd edilmişdir.

Digər nöqtə ondan ibarətdir ki, bu yuxarıdakı kitab kimindir. Onu qeyd etmək lazımdır ki, bu kitabın heç bir hissəsi tədqiqatçıların əlində yoxdur ki, bu hədisin mətni və möhtəvası barəsində mühakimə olunsun.

Qeyd edilənlərdən nəticə olaraq aşağıdakılara diqqət edin:

1. Bu kitab indi “Ənvarul muşəşşişin” kitabında qeyd edilmişdir ki, müəllifi yzlərlə ilə sonra bu rəvayəti qeyd etmişdir və yalnız bununla bunun sənədi etibarlı hesab edilə bilməz. (həqiqətə uyğunsuzluğunu da iddia edə bilmərik)

2. Bu rəvayət heç bir digər kitablarda, hətta “Bəharul ənvarda” qeyd edilməmişdir.

3. Munisul həzin” kitabının Şeyx Səduqun kitabı olması barəsində böyük tərdidlər vardır.

4. Fərz hesab edək ki, “xulasətul bildat” kitabı ilə “ənvarul muşəşşişin” kitabının istinad mənbəyidir və onunla əlaqəsi vardır. Amma “xulasətul biltad” kitabı ilə “munisul həzin” kitabı arasında fasilə 700 ildir. Bu baxımdan şeyx Səduqa qədər olan sənədlər silsiləsi əlimizdə yoxdur.

5. Sualınızda iddi edilən son zamanların kitablarında bu kitabın mənbəyi qeyd edilməmişdir ki, bunun düzgün və səhih olması barəsində müzakirələr aparılsın.

6. Əgər mötəbər, Məsumların dövrünə yaxın zamanlarda yazılan dörd kitabda belə əgər bir rəvayətin sənədi qeyd edilməsə, ona istinad edilmir və qəti hökm verilmir. Onda qalmışdı ki, bir rəvayət yalnız bir mənbədə zikr edilmiş və o mənbə min il zamanla fasiləsi vardır və o kitab bizim əlimizdə yoxdur, qəbul edilsin.

Yuxarıda qeyd dilən izahlara baxımından rəvayət elminə əsasən belə rəvayətlərə əsasasən fiqhi, tarixi, kəlami və s mövzuları isbat etmək olmaz. Siz heç bir mötəbər kitabda belə rəvayətlərə əsasən fikir söyləməmişlər. Amma bununla belə bu rəvayəti qəti şəkildə rədd etmək qeyri- mümkündür.

Nəticədə bir neçə nöqtəyə diqqət etmək lazımdır:

1. Bu mətnin ərəbi variyantı mövcud deyil.

2. Bu rəvayətdən o zaman Əmirəl Mömininin (ə) möcüzəsi kimi hesab etmək olar ki, bu rəvayət son zamanlarda yazılan kitablardan qeyrisində nəql edilmiş olsun.

3. Belə rəvayətlərdən dəlil kimi istifadə etmək omazsa, bunlardan qüvvətləndirici kimi istifadə etmək olar.

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    163888 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    159538 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    118839 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    112028 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    106163 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    92695 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54205 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    50000 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    45077 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    44524 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...