Ətraflı axtarış
Baxanların
5273
İnternetə qoyma tarixi: 2014/01/20
Sualın xülasəsi
Modçuluğun və yeni stillərin həddi nə qədərdir? Aya hələdə müsəlman ictimaiyyətlərdə kafirlərə bənzəmək məsələsi var?
Sual
Salam. Hedislərdə movcuddur ki buyrulur ki ozunuzu kafirlere benzetmiyin. ama bugun bizim muselmanlarin ekseryeti kafirlerin geyindiyi kimi geyinir,eyni heyat terzi surur.bucur heyat terzi bizi gunaha apararmi?islami geyimler evezine indi tikilmiw walvarlar daha cox istifade olunur.bir sozle bu hedisin bugunku zamanda ehemiyyeti
Qısa cavab
Bizim sözümüz o şəxsin barəsindədir ki, müsəlman və islama etiqadı olsun və bəzi məsələlər və rəftarlarında o cümlədən geyim və həyat tərzində kafirlər kimi yaşayır və bəzi vaxtlar tamamı ilə onlardan fərqlidir; lakin bəzi hərəkətləri müsəlmanda olmayan hərəkətlərdir.
Bu cür hallarda demək olar kafirlər kimi və özünü onlara oxşatmaq əgər bir niyyəti olmadan və hətta onların əqidəsini qəbul etməsə belə yenədə ayə və rəvayət onu qəbul etmir.
Əlbətdə bu şübhə yaranmasın ki, İslam mod, yenilik və həyat tərzinin inkişafıyla müxalifdir; bəlkə ifrat həddində moda və yenilik adı ilə dəyişiklik və uşaq kimi digərlərinə nümayiş etdirmək üçün olmazsa eybi yoxdur. Mühüm budur ki, bu moda və rəftar Qərb ölkələri tərəfindən əsarət mənalı olub şəxsin mədəniyyətini məhv etməsin.
 
Ətreaflı cavab
Kafirlərə oxşarlığı bir neçə cəhətdən nəzərə almaq lazımdır.[1]
Kafirlərə oxşarlıqdan məqsəd onların batil əqidələrinə inam və onların yolunu qəbul etməklə müsəlmançılıqdan çıxmış və mürtəd sayılır, bu mövzuda bəhsimiz yoxdur. Lakin bəzi vaxtlarda müsəlman şəxs bu fikirdə deyil və etiqadında islama payidardır, bəzi rəftarlarında isə misal üçün geyim, mod və həyat tərzində onlar kimi və bəzi vaxtlarda isə onlar kimi də olmaq istəmir lakin bəzi hərəkətləri müsəlmanların rəftarına uyğun deyil; misal üçün Kresmes və Velentayn bayramları kimi, kafirlərə oxşarlıq yalnız bu iki şəraitdədir.
Demək olar ki, kafirlər kimi olmaq və onlara oxşamaq hətta onların əqidəsini qəbul etməsə ayə və rəvayət bunu qəbul etmir; çünkü  bu işin sahibi batildən itaət edənlərdən sayılır, ayə və rəvayətlər o cümlədən qeyd olunan ayələr bu işin qadağn olmasına dəlalt edir: Ey peyğəmbər! Onların istəklərindən itaət etmə və onlardan uzaq ol, olmasın ki, Allahın sənə nazil etdiyi ayələrin bəzilərindən yayındırsınlar,[2] və yaxud Onların istəklərindən itaət etsən, həqiqətən zalımlardan olarsan,[3] o cür ki, peyğəmbərə əmr edilir, məlum olur bu işdən uzaqdır və elan edir onların istəklərindən itaət etmir. De mən sizin istəklərinizdən itaət etmirəm, əks halda yolunu azmışlardan olub və nicat tapanlardan olmaram.[4]
Digər bir yerdə Yəhudilər Müsəlmanlar arasında ixtilaf yaratmaq stədikləri zamanı Quran xəbər verir ki, Yəhudilərdən itaət etmək tamamı ilə imandan kafirliyə doğru qayıtmaqla nəticələnəcəkdir.
Ey o şəxslər ki, iman gətirmisiniz əgər kitab əhlindən itaət etsəniz, iman gətirdiyinizdən sonra sizi küfr (kafirlik) halına qaytaracaqlar.[5]
Digər bir ayədə Ühüd döyüşündə yaranan hadisədən xəbər verir, bunlardan nəticə almaq olar ki, Ühüd müharibəsindən sonra İslam düşmənləri zəhərləyici təbliğatları ilə nəsihət yönəmli fikirlərlə müsəlmanlar arasında ixtilaf yaradırdılar və bu ixtilaf nəticəsində islamı müsəlmanların gözündə pis cilvələndirirdilər. Mümkündü bu hissədə Yəhudilər və Xristianlar Münafiqlərlə həmkarlıq etsinlər, o cür ki, Ühüd döyüşündə peyğəmbərin (s) ölüm şayəsini müsəlmanların ruhyəsini zəiflətmək üçün yayırdılar.Ali- İmran surəsinin 149- cu ayəsi müsəlmanlara xəbərdarlıq verir və onlardan uzaq olmalarını bildirir; ayədə buyurur: Ey o şəxslər ki, iman gətirmisiniz! əgər kafir insanlardan itaət etsəniz, sizi keçmişinizə qaytaracaqlar və nəticədə ziyankarlardan olacaqsınız!.
Bəs bunu nəzərə alaraq istikbar vəkafirlərin öz mədəniyyətini çatdırmaq üçün müsəlmanlar arasında ixtilaf yaratmaqla, moda və müxtəlif həyat tərzlərini təbliğ etməklə o cümlədən kafirlərə oxşamaq onların şüarıdır ki, onlardan itaət etmək sayılır; bu da mömünləri kafirlə doğru çağırmağa şərait yaradır. Nəticədə Quran ayəsinin bildirdiyi kimi onlardan itaət etmək qadağan olunmuşdur.[6]
Rəvayətlərdə kafirlərə oxşar olmaq
Bir çox rəvayətlər geyim, həyat tərzi, bəzənmək, oxşarlıq baxımından və kafirlər kimi olmaq barəsində söz açmışdır ki, bu işin haram olmasını əldə etmək olar və ya digər bir baxımdan bu işin bəyənilməz olduğunu əldə etmək olar ki, dəqiq fiqhi mübahisələrə ehtiyac vardır və biz buna işarə etmədən bəzi rəvayətlərə əsaslanaraq şəriətin ümumi olaraq nəzərini əldə edirik.
  1. Bu mövzuda ümumi olaraq bir rəvayət də bizə çatmışdır ki, etibarlıdır və Şeyx Səduq nəql etmişdir, kafirlərdən hər bir baxımdan itaət etməyi qadağan edir. İmam Rza (ə) bu hədisdə Yezid ibni Müaviyənin İmam Hüseynin (ə) kəsilmiş mübarək başı qarşısında şərab içdiyinə işarə etdikdən sonra buyurur: Bəs hər kəs bizim şiyə və məktəbin davamçısıdır, piyvə içməkdən çəkinməlidir, çünkü o bizim düşmənlərimizin istehsal etdiyi içkidir və hər kəs ondan içsə bizim məktəbin davamçısı deyil çünki atam atasından və o da babalarından Əmirəl möminin Əli (ə)- dan mənim üçün nəql etdi ki, Allahın rəsulu buyurdu:
«لَا تَلْبَسُوا لِبَاسَ أَعْدَائِی وَ لَا تَطْعَمُوا مَطَاعِمَ أَعْدَائِی وَ لَا تَسْلُکُوا مَسَالِکَ أَعْدَائِی فَتَکُونُوا أَعْدَائِی کَمَا هُمْ أَعْدَائِی»[7]
Mənim düşmənlərimin libasını geyinməyin çünki bu halda mənim düşmənlərimdən hesab olunursuz. Bu ibarətdə olan qadağan (لاتسلکوا مسالک اعدائی ) onların adət ənənəsinə şamil olur və bu da kafirlərin nişanə və şüarlarındandır; bir halda ki, insan özünü o qədər onlara oxşada ki, cəmiyyətdə kafirlərin oxşarı kimi görünə, bu zaman haram sayılır.
  1. İsmayı ibni Müslüm İmam Sadiq (ə)- dan nəql edir: Allah Taala peyğəmbərlərindən birinə vəhy etdi, mğmünlərə de mənim düşmənlərimin geyimini geyməsinlər və yedikləri yeməyi yeməsinlər, onların yolunu getməsinlər əks halda mənim düşmənlərimdən hesab olacaqlar.[8]
İbni Xəldun tarix kitabının müqəddiməsinin üçüncü fəslində məğlub bir millətin qalib millətin adət ənənəsi və onlar kimi olması haqda yazır: Hər bir ölkəyə baxsan görərsən ki, o ölkənin çox bir hissəsinə  şahın və əsgərlərin geyimi üstünlük təşkil edir; çünkü şah və onun qoşunu bu camaata qalibdir və üstünlük təşkil edir. Bundan əlavə bir millətin qonşusu olan digər bir millət o birisinə nsbət müəyyən təsir və üstünlük təşkil edir; məğlub millət qeyd olunan məsələlərdə qalib olan millətə özünü oxşadır. O cür ki, bizim dövrümüzdə Andolos və Cəlaləqə tayfaları arasında rabitə bu cürdür; çünkü müşahidə olunur Andolos müsəlmanları geyim, gözəllik və bir çox adət ənənələr cəhətindən onlara oxşadırlar və bir şirkət, zavod və yaxud divarlarda şəkil çəkdirdikdə onlardan təqlid edirlər. Bir halda ki, əgər tamaşaçı diqqət və hikmət gözüylə nəzər salsa qalib millətin məğlub məğlub millətə əsarətinin şahidi olacaqdır. [9] و الامر لله Muhəqqiq Şərani ibni Xəldunun bu ibarətini nəql etdikdən sonra deyir: İbni Xəldunun dövründə olan Andalosun vəziyyəti nə qədər bizim olduğumuz dövrdə olan müsəlman ölkələrinin vəziyyətinə oxşardır. Dinsiz ölkələrin mədəniyyəti müsəlmanları öz əsarətlərinə alması amili olmuşdur. Bunlar o şəxslərdir ki, ağıl və nəfsləri zəif və tez bir zamanda onların istəklərinə müsbət cavab verirlər. Xristianlar o məntəqəni fəsad mərkəzinə çevirmək üçün onlardan istifadə edirlər.  Allah (hər kəsi) onların şərindən qorusun;[10] nəinki bizim dövrümüzdə Kresmes və Velentayn bayramları ki. heç bir dini mahiyyəti yoxdur bugünkü islamın inkişaf etdiyi bir dövürdə onun mədəniyətində inkişaf və özünə yer tutmuşdur!
İslam yenilik, mod və inkişafla müxalif deyil
Əlbətdə bu şübhə yaranmamalıdır ki, İslam mod və gözəlliklə müxalifdir; bəlkə həmişə milli geyim ki, bir millətin öz mədəniyyəti ilə uyğundur, təkid edir. İran İslam inqilabının rəhbərinin nəzəri bundan ibarətdir:
Əlbətdə mən kostyum geyinməklə müxalif deyiləm, mən özüm də bəzi vaxtlar mümkündür yüksəkliklərdə kürk geyinim, heç bir eybi də yoxdur, lakin bu bizm milli geyimimiz deyil.[11]
Lakin moda və bəzənməyin həddi bilinməlidir. Bu təbii bir məsələdir ki, bir cavanın mod və gözəlliyə əlaqəsi olsun, İslamda da bu məsələ qadağan olunmamışdır; qadağan olunan fitnə və fəsaddır. Bu hiss və düşüncə öz çərçivəsindən çıxarsa fəsadla nəticələnəcəkdir. Əsl mənada, bu cür geyim və gözəlliyə fikir vermək öz həyatında yolunu azmaqla nəticələnəcəkdir. Lakin təkəbbür və özünü nümayiş etməmək üçün geyinib bəzənirsə eybi yoxdur.[12]
Əlbətdə anlaşılmamazlıq olmasın ki, İslam mod və yeniliklə müxalifdir; bəlkə mod və yenilik öz həddini keçməsə, və insanlar uşaq kimi bir- birinin gözünə bəzənməsələr eybi yoxdur. O cür ki, geyim, rəftar və bəzənmək tərzi dəyişmirsə qadağan olunmur. Lakin əsas nöqtə budur bu mod və geyim Avropa meyilli olmasın bu halda bəyənilməz və xoşa gəlməzdir; bir vaxt Amerika və Avropada modelyerlər məcəllələrdə öz kişi və qadınları üçün bir moda hazırlayırlarsa biz də onlardan təqlidetməliyik? Şübhəsiz bu təqlid səhv bir fikirdir. Bu zaman lazımdır özümüz moda təyin edək və özümüz istehsal edək.[13]
Şamil olan rəvayətlər
Ümumi şəkildə işarə olunan rəvayətlərdən əlavə bir çox rəvayətlər xüsusi olaraq kafirlərə oxşar olmağı qadağan edir; və burada xülasə olaraq onlardan bir neçəsinə işarə olunacaq:
  1. O rəvayətlər ki, təkfirin (iki əldən birini digərinin üzərinə ehtiram nişanəsi kimi qoymaq) qadağan olmasını bildirir: İmam Baqir (ə) buyurur: Təkfir etmə çünkü bu işi Məcuslar görür.[14]
  2. O rəvayətlər ki, ağ saçları dəyişmək (rəngləmək) barəsindədir: Allahın Rəsulu (s) buyurur: Ağ saçları dəyişin (rəngləyin) və özünüzü Yəhudi və Xristianlara oxşatmayın.[15] Peyğəmbərin (s) bu kəlamı barəsində Həzrəti Əlidən (ə) sual olundu Həzrət buyurdu: Peyğəmbər (s) bu sözü o zaman buyurdu ki, İslamın tərəfdarları az idi lakin indiki dövrdə İslam möhkəm və payidar olmuşdur hər kəs istədiyi kimi etsin.[16]
  3. O rəvayətlər ki, uzun saqqal qoymaq barəsindədir; Peyğəmbər (s) buyurur: Saqqalınızı qısaldın və özünüzü Məcuslara (Yəhudilərə) oxşatmayın.[17]
  4. O rəvayətlər ki, (etizar) libsı (və ya parçanı) çiyinə atmaq və yaxud libası  geyinərək (tuşeh) onun bit tərəfini  sağ qolun altından çıxarıb sol çiyinə atmaq xoşa gəlməz bir iş olduğunu bildirir.[18]
İmam Sadiq (ə) buyurur: Namaz halında yaxşı deyil bir parça ilə tuşeh olunsun, o cümlədən  yaxşı deyil namaz vaxtı libasın etizar halında olsun; çünkü bu cür libas geyinmək cahiliyyət dövrünün geyimidir.[19] Məlum olduğu kimi baxmayaraq ki, cahiliyyət dövrü sona çatmışdır lakin o zamanı və adət ənənəni xatırladığı üçün, imam bu işi məzəmmət edir.
  1. O rəvayətlər ki, müsibət sahibinin yanında yemək meyl etmək barəsində bizə çatmışdır. İmam Sadiq (ə) buyurur: Əza sahibinin hüzurunda yemək meyl etmək cahillik əlamətidir və peyğəmbərin yolu odur ki, onlar üçün onlar üçün yemək göndərilsin; o cür ki, peyğəmbər (s) Cəfər ibni Əbi Talibin (ə) şəhadətini eşitdikdə bu cür etmişdir.[20]  Dinin göstərdiyi bu yoy nə qədər də gözəldir, əgər bu gün cəmiyətdə riayət olunsa, məclis sahibinin yüzdən neçə faiz həyəcan və çətinliyinin qarşısını alacaqdır.
  2. O rəvayətlər ki, Səlib (yəni Xaç əlamətini köynəyin üzərində çəkmək) barəsində Sünnü mənbələrində müşahidə olunur. Aişədən nəql olunmuşdur; Peyğəmbər (s) hər vaxt libasın üzərində Səlib əlamətini görsəydi onu kəsərdi.[21]
Qərb mədəniyyəti haqqında bir nöqtə
Qərb (Avropa) mədəniyyətinin bir eybi var ki, bizim bildiyimiz qədər digər heç bir mədəniyyətdə o yoxdur; o da digəgər millətləri öz əsarətinə almaqdır. Bu tamamıyla insaniyyət, coğrafi və tarixi bir dəlildir. İlk mərhələlərdən elmə yol tapdılar və səy etdilər həmişə siyasi və iqtisədi əsarətlə (istismar yönəmli olan ondoqquzuncu əsrdə baş verdi) öz mədəniyyətlərini də irəli sürüb digərlərinə təhmil etdilər. Bunlar millətlərin mədəniyyəti ilə mübarizə etdilər; bu da bəyənilməzdir, o cür ki, siz çörəklə qatıq yeməyi öz meylinizlə seçirsiniz, lakin digərləri güc və təziq vasitəsiylə sizə kabab verib deyirlər yeməlisiniz! O zaman ki, bir i. Məcbur və təziq vasitəsi ilə oldu, zor, zülm və təkəbür üzündən olduğu üçün hər bir millət bunu inkar edir və həqiqətən də bu cür olmalıdır; misal üçün kalistuk Qərb ölkələrinin ixtirasıdır, Qərb camaatı bunu istəyir və öz adətləri ilə müvafiqdir. Lakin əgər siz ki, müəyyən bir ölkənin vətəndaşısınız təsadüfü olaraq kastyum olırsınız və kalistuk vurmursunuz bu zaman bu zama mədəniyyətsiz sayrlar! Nə üçün?! Bu sizin mədəniyyətinizdir; mənim səhvim nədir? Kastyum geyinmisinizsə, kalistuk da taxmalısınız əks halda hansısa məclisə girməyə icazə verilmir və mədəniyyətsiz, nəzakətsiz və ədəbsiz bir insan sayılırsınız! Bu da Qərb mədəniyyətinin təhmil olunması deməkdir. Qərb qadınlarının özlərinə məxsus adətləri vardır. Onlar qadın məsələlərində o cümlədən qayda qanunu kişilərlə rabitəsi, cəmiyətdə hazır olmasının öz mədəniyyəti vardır (istər müsbət istərsədə mənfi, bunda sözümüz yox) lakin səy edirlər bu mədəniyyəti bütün millətlərin mədəniyyətinə təhmil və icra etsinlər! Bu da Qərb mədəniyyətində mənfi hesab olunur.[22]
Öz ayaqlarınız üstə durun!
Allah Təala o zaman ki, peyğəmbərlərin və onları iman gətirən davamçılarının sifətlərini Tovrat və İncildə vəsf edir.  Mömünləri bir cür vəsf edir ki, onlar öz ayaqları üstə durmuşdurlar, bir halda ki, düşmənlər onların bu işlərindən qəzəblənirlər: Həzrət Məhəmməd (s) Allahın rəsuludur və o şəxslər ki, onunladır, kafirlərlə qəzəbli (və) öz aralarında mehribandırlar, onları səcdə və rüku halında müşahidə edərsən, Allahın razılığın istəyərlər. Onların nişanələri səcdə etdikləri üçün üzlərində aşkar olar. Bu onların Tövratda olan sifətləridir; nların misalı isə İncildə ölmüş tumurcuq kimidir ki, o yenidən cücərir ki, səmərə versin və öz ayağı üstə dursun və bu işlə kəndliləri heyrətə gətirir ki, onların çoxluğu kafirləri qəzəbləndirir.[23]
Əsl mənada moda pərəstliklə mübarizənin bir faydası da xüsusi ilə bunun mərkəzi Avropa mədəniyyətidir, odur ki, özümüzlə kifayətlənib öz ayaqlarımız üstə dururuq, bir həddə ki, düşmənləri qəzəbləndiririk. Təəccüblüdür İncildə müsəlmanları bu cür müstəqil vəsf edir lakin İslam ölkələri geyim və bəzi mədəniyyətlərdə Qərb ölkələrindən təqlid edirlər.
Məlum olduğu kimi, bir müsəlmanın tarixdə qeyd olunan böyqk mədəniyyəti dindən götürülmüşdür,  bir müsəlman öz mədəniyyətini Qərb mədəniyyətinə oxşatmaq istəyirsə moda pərəstlik və yeniliyi özünə əsas qərar verərsə ayə və rəvayət cəhətindən məzəmmət olunur: hətta bəzi yerlərdə öz mədəniyyətinin əksinə və digərlərinin mədəniyyətinin inkişaf etməsinə səbəb olur.
Əsas nöqtə budur ki, hər bir halda ifrat həddinə çatdırmayaq və hər bir geyimi  Qərb geyimi kimi olmasını elan etməyək, misal üçün bu gün kostyum  daha kafirlərin geyimi kimi nəzərdə tutulmur; bəlkə bu geyim öz mədəniyyətmizdə də qəbul olunur. Odur ki, kafirlərə oxşar və rəftarımızı onlara oxşatmaq müsəlmanların mədəniyyətində böyük təsiri vardır ki, kafirlərin mədəniyyətini cəmiyyətdə əks etdirir və bu da təhqiq olunub açıqlanmalıdir.
 

[1] - Hər yerdə kafirlərə oxşarlıqdan söz açılmışdır, kufrdən məqsəd müsəlman olmayan şəxsdir hətta kitab əhli olsa.
[2] - Maidə, 49.
«وَ لا تَتَّبِعْ أَهْواءَهُمْ وَ احْذَرْهُمْ أَنْ یَفْتِنُوکَ عَنْ بَعْضِ ما أَنْزَلَ اللَّهُ إِلَیْک»
[3] - Bəqərə 145.
[4] - Ənam 56.
[5] - Ali- İmran 100.
[6] - Əlbətdə mümkündür bu ayələrin bəziləri kafirlərə özünüzü oxşatmağın haram olmasına dəlalət etməsində anlaşımamazlıq olsun və yalnız etiqadı məsələlərə (o cümlədən tohid və sirk kimi) şamil olduğunu bildirsin; baxmayaraq ki, rəvayətlərin bu mövzuda dəlaləti tam şəkildədir və işarə olunacaq.
[7] - Ibni Babəvəyh, Məhəmməd ibni Əli,Uyuni əxbari Rza (ə) cild 2, səh 23, Cahan nəşriyyatı, Tehran, 1378 qəməri.
«قَالَ رَسُولُ اللَّهِ(ص) لَا تَلْبَسُوا لِبَاسَ أَعْدَائِی وَ لَا تَطْعَمُوا مَطَاعِمَ أَعْدَائِی وَ لَا تَسْلُکُوا مَسَالِکَ أَعْدَائِی فَتَکُونُوا أَعْدَائِی کَمَا هُمْ أَعْدَائِی»‏. ابن بابویه، محمد بن علی، عیون اخبار الرضا(ع)»
[8] - İbni Babəvəyh, Məhəmməd ibni Əli, Mən la yəhzuruhul fəqih, cild 1, səh 252, Dəftəre intişarate islamı, Qum, 1413 qəməri.
[9] - İbni Xəldun, Tarixe ibni Xəldun , cild 1, səh 18, Beyrut, Darul fikr, üçüncü çap, 1408 q.
[10] - Feyz Kaşani, Məhəmməd Möhsün, Əl- vafi, cild 20, səh 713, Əmirəl- Mömünün (ə) kitabxanası, İsfahan, 1406 q.
[11] - İranın dini lideri Həmədan inisitut tələbələriylə görüşündəki çıxışı. 1381. 12. 06.
[12] - Götürülüb onun Sistan və Bəuçistan cavanlarıyla görüşündəki çıxışlardan. 1381, 12, 06.
[13] - Götürülüb Rəhbərin televiziya işçiləri ilə görüşündəki çıxışlarından. 1383. 02. 28.
[14]-  Kuleyni, Məhəmməd ibni Yəqub, Əl- Kafi, cild 3, səh 336, Darul- kitab Əl- İslamiyyə, Tehran, 1407 qəməri.
[15] - Şeyx Səduq, Məhəmməd ibni Əli, Əl- Xisal,cild 2, səh 498, Dəftəre intişarate islamı, Qum, 1362 şəmsi.
[16] - Şərif əl- Rəzi, Məhəmməd ibni Hüseyn, Nəhcül- Bəlağə, Təhqiq: Sübhü Saleh, səh 471, Hicrət, Qum, 1403 q.
[17] - Şeyx Səduq, Məhəmməd ibni Əli, Məaniul- Əxbar, səh 291, Dəftəre intişarate İslami, Qum 1403 q.
[18] - Etizar libas və ya parçanı çiyinə atmaq və düyünləmək, tuşeh libası bədənə büküb bir tərəfini sağ qolun altından çıxarıb sol çiyinə atmaq deməkdir.
[19] - Əl- Kafi, cild 3, səh 395, hədis 7.
[20] - Şeyx Hürr Amoli, Məhəmməd ibni Həsən, Vəsailuş- Şiə, cild 3, səh237, Alul- beyt muəssisəsi,Qum, 1409 q.
[21] Zəməxşəri, Məhəmməd ibni Ömər, Əl- Faiq fi qəribil hədis, cild 3, səh 107, Darul- kutub əl- elmiyyə, Beyrut, 1417 q.
[22] - Rəhbərin cavanlarla sual- cavab iclasında çıxışı. 1377. 11ş 13
[23] - Fəth 29.
Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Müslim ibn Əqilin qızlarının adı nə idi?
    12706 تاريخ بزرگان 2011/05/31
    Cənab Müslim ibn Əqilin həyatı barəsində olan kitabların hamısını araşdırarkən, bu nəticə ələ gəlir ki, cənab Müslimin Atikə və Həmidə adında iki qızı olubdur. Atikə Kərbəla hadisəsində Aşura günü düşmən xeymələrə hücum edərkən şəhid olur. Amma Həmidə Kərbəla əsirləri karvanında olub və cənab Müslimin nəsli yalnız onun vasitəsi ilə davam ...
  • "Əssəlamu ələl- Hüseyn və əla Əli ibnil Hüseyn və..." «اَلسَّلامُ عَلَى الْحُسَیْنِ وَ عَلى عَلِىِّ بْنِ الْحُسَیْنِ و ...» salamında Əli ibnil Hüseyn kimdir?
    18257 تاريخ بزرگان 2011/06/28
    Baxmayaraq ki, ziyarətnamə, təvəssül duası, pak İmamlara salavat və İmam Zeynəl- abidin və Əli Əkbər (ə)- dan qalan rəcəznamələrdən Əli ibnil Hüseynin o iki həzrətin müştərək adı olması istifadə olur, amma Aşura ziyarətinin zaman və məkan məsələsi ki, Aşura günü, Kərbəla məkanı və o gün öldürülənlərə işarə edir. Və həmçinin ...
  • Qurani- Kərimin hansı surəsində peyğəmbərin gecə namazı qılmasına hökm edilmişdir?
    8276 Təfsir 2011/10/31
    Peyğəmbərə gecə namazının əmr edilməsi Quranın bir neçə yerində bəyan edilmişdir. O cümlədən Allah Quranın Muzəmmil surəsində peyğəmbərə buyurur: “Gecəni qısa bir hissədən savayı ayaqa qalx.[1] Baxmayaraq ki, bu surədə müraciət olunan peyğəmbərdir (s), amma surənin davamından anlaşılır ki, möminlər də peyğəmbərin (s) bu proqramında birlikdə olmuşlar. İndi ...
  • Һәр бир мүсәлманын илк әввәлдә билмәли олдуғу етигады нәдир?
    7748 Qədim kəlam 2010/09/29
    Һәр бир инсан кәлмеји-шәһадәтини јәни, “Әшһәду ән ла илаһә илләллаһ вә әшһәду әннә Мәһәммәдән рәсулуллаһ” (шәһадәт верирәм ки, Аллаһдан башга танры јохдур вә Мәһәммәд Аллаһын елчисидир) – демәклә мүсәлман олур вә бүтүн Ислам ганунлары онун үчүн тәтбиг олунур. Бәдәни пак вә һимајәсиндә олан һәдди булуға чатмајан ...
  • Əhli- sünnənin baxışını nəzərə alaraq, şiə fiqhinin nəzərindən səfərdə namazı şikəstə qılmaq rüsxətdir yoxsa vacib?
    12497 Nizamlar hüquq və əhkam 2012/07/16
    Yəqini olan məzələ budur ki, beş namaz əvvəlcə iki rəkət formasında qanuniləşibdir. Həmçinin heç bir şəkk yoxdur ki, həzərdə (vətəndə) olan namaza iki rükət əlavə olubdur. İndi müzakirə mövzusu budur ki, səfərdə olan namaza da iki rükət əlavə olub ya yox? Şiənin fəqihləri İmamlar (ə)- ...
  • Bizə salam verərək “əssəlamu əleykum” deyən qeyri-müsəlman şəxsə cavabımız necə olmalıdır?
    7788 Nizamlar hüquq və əhkam 2012/04/09
    Dini təlimlərdə təkid olunan məsələlərdən biri də möminlərin bir-birinə salam verməsidir. Bu məsələ ilə əlaqədar bir neçə istisna halı vardır ki, onun nümunələrindən biri də qeyri-müsəlmana salam verməkdir. Fiqhi kitablarda qeyri-müsəlmana salam vermək məkruh (bəyənilməz iş) sayılır və buyurulur: “Kafirin salamının cavabında gərək qısa şəkildə (təkcə “əleykə” ...
  • Quran nəzərindən seçilmiş xalqın xüsusiyyətləri nədir?
    8112 Təfsir 2012/09/24
    Quranda “seçilmiş xalq” və onun xüsusiyyətləri ilə əlaqədar nazil olan ayələri araşdırarkən aşağıdakı məsələlər əldə olunur: 1. Qurani-kərim peyğəmbərlərin ümmətindən heç birini bütün cəhətlərdən ideal olan bir xalq (qövm və ümmət) kimi təqdim etməmiş, əksinə onların ümmətlərinin əksəriyyətini məzəmmət etmişdir. 2. Qurani-kərim yalnız ...
  • Doğru və aldadıcı sübhdən məqsəd nədir?
    6733 Nizamlar hüquq və əhkam 2015/04/16
    Doğru və aldadıcı fəcr və ya sübhdən məqsəd fiqhdə və astronomiyada işlədilən terminlərdir. Onlardan məqsəd gecə və gündüzdə müəyyən vaxtları bildirməkdir. Yalançı yaxud aldadıcı sübh məşriq səmtində ağartı və işıqlanmanın əmələ gəlməsinə deyirlər. Bu vaxtda sübh namazın qılmaq olmaz. Doğru və ya sadiq fəcr və sübh çağı ...
  • Ümumiyyətlə tato haramdır?
    15938 Nizamlar hüquq və əhkam 2015/05/04
    Həzrəti Ayətullah ul üzma Sistaninin ofisi (Allah onun ömrün uzun etsin) Özü- özlüyündə caizdir, icazə verilir. Həzrəti Ayətullah ul üzma Məkarim Şirazinin ofisi (Allah onun ömrün uzun etsin) Əgər bədən üçün xüsusi bir zərəri yoxdursa və əxlaqa zidd şəkillər onda olmasa icazə verilir. Hər halda dəstəmaz və ...
  • Nə üçün həzrət Məhəmmədin (s) dörd qadından çox arvad almasına icazəsi var idi?
    15385 Məsumların (Əleyhimussəlam) sirəsi 2011/06/21
    Peyğəmbərin (s) qadınlareının çox olması mövzusu daim insanlar üçün sual amili olmuşdur.Biz bu məqalədə gərək bəzi məsələlərə toxunmaqla müxatəbin zehnini bu kimi suallardan təmizləyək:1). Birincisi: "Dörd qadından artıq arvad almaq mövzusu haram olmazdan öncə Peyğəmbərimiz bu qadınla ailə qurmuşdu.2). Peyğəmbərimizin bu ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    164804 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    164285 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    119876 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    113911 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    111044 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    94210 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54915 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    54575 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    46296 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    45900 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...