Ətraflı axtarış
Baxanların
20637
İnternetə qoyma tarixi: 2013/12/25
Sualın xülasəsi
Aya İslam peyğəmbəri (s) və imamlar dövründə Azərbaycan adı və məntəqəsi olmuşdur ki, İmam zamanınm zühuru vaxtında Azərbaycanda olan hadisələr barədə rəvyətlər var?
Sual
İmam Cəfəri Sadiq(ə.s) buyurub.. İmam Zaman ağanın(ə) zühuru ərəfəsində Azərbaycandan bir dəstə olar.. Onlara Qara Köynəklilər deyərlər, Qara Bayraqlıla deyərlər.. Onlar İmam Rza(e)ı ziyarət etdikdən sonra Kəbədə İmamın(ə) dəstəsinə qoşularlar. Qeybəti Numani səh 170 İmam Sadiq (e)-dan bele neql olunur: "Azerbaycan bizim üçün hökmen lazımdır. Heç bir şey onun qarşısında müqavimet göstere bilmeyecekdir. Bizim inqilabçımız qiyam eden zaman hetta qarın üzerinde sürüne- sürüne getmekle olsa bele, ona doğru telesin". (Qeybeti Numani, seh 70) "Azerbaycan Yer küresinin Cennetidir." Hz.Muhammed (s) bu kimi hedislerin menbeleri metnleri ve ravileri sehih sayila bilermi?halbuki o vaxt azerbaycan adi yox idi
Qısa cavab
O dövürdə Azərbaycan adı və məntəqəsi olmuşdur; əlbətdə o cür deyil ki, yalnız bu cür rəvayətlərdə işarə olunsun, bəlkə digər rəvayətlərdə və müxtəlif  mövzularda «Azərbaycan» adı münasibətiylə qeyd olunmuşdur. Dünya coğrafiya və tariximənbələrinə müraciət etsək məlum olur ki, bu ad tarixi bir addır ki, İran Azərbaycanına şamil olur; O cümlədən Ərdəbil barəsində ki, Azərbaycan məntəqələrindəndir, deyilənlərə əsasən Ərdəbil Azərbaycanın ən məşhur şəhərlərindən və islamdan əvvəl onun mərkəzi olmuşdur.
 
Ətreaflı cavab
İbni Əbi Zeynəb Məhəmməd ibni İbrahim Nomaninin (vəfat 360 qəməri)   «Əl- qeybət» kitabında və digər hədis kitablarında aparılan təhqiq nəticəsində birinc və ikinci hədis, sualda qeyd olunduğu kimi deyil, bəlkə o rəvayətlər ki, imam Zamanın (əc) zühuru zamanı baş verecekdir, nəql olunmuşdur, ibarətdirlər:
  1. İmam Sadiq (ə) atasından nəql edir: «Azərbaycanda bir od yanmağa başlayar ki, heç bir şey onun qarısında müqavimət gpstərə bilməz, bu zaman evinizdən çıxmayın, o cür ki, biz evimizdən çıxmadıqsiz də evinizdən çıxmayın ( yəni sakit olun muxalif və ya həmrəy olmayın və o zaman ki, bizim tərəfimizdən bir kəs hərəkət etdi və öz fəaliyyətinə başladı ona tərəf tələsin (hər cür ki, mümkündür) iməkləyərək olsa belə. And olsun Allaha! Guya onu indi rükn və məqam arasında görürəm ki, təzə rəhbərliyiylə camaatdan beyət alır, bu bir işdir ki, ərəblər üçün çətin olar. Vay olsun zülmkar ərəblərin şərrindən ki, yaxındadır.[1] »
  2. O cümlədən Abdullah ibni Zümrə, Kəbul Əhbardan nəql edir ki, o dedi: «Abbasi övladlarıyla Erməni və Azərbaycan cavanları arasında müharibə olar elə bir müharibə ki, minlərlə insan öldürülər, hər bir döyüşçü bəzənmiş bir qılınc ələ götürüb qara bayraqlar ucaldarlar; o bir müharibədir ki, qırmızı ölüm və tauna bələnmiş çox qorxulu bir müharibədir.[2]» 
Bu hədislərin sənədlərinin düzgün olub olmadığını nəzərə almadan[3], onların mətni barədə bir neçə nöqtəyə diqqət etmək lazımdır:
Bir: O dövürdə Azərbaycan adı və məntəqəsi olmuşdur; əlbətdə o cür deyil ki, yalnız bu cür rəvayətlərdə işarə olunsun, bəlkə digər rəvayətlərdə və müxtəlif  mövzularda «Azərbaycan» adı münasibətiylə qeyd olunmuşdur. Dünya coğrafiya və tariximənbələrinə müraciət etsək məlum olur ki, bu ad tarixi bir addır ki, İran Azərbaycanına şamil olur[4]; O cümlədən Ərdəbil barəsində ki, Azərbaycan məntəqələrindəndir, deyilənlərə əsasən Ərdəbil Azərbaycanın ən məşhur şəhərlərindən və islamdan əvvəl onun mərkəzi olmuşdur[5].
İbni FəqihHəmədani deyir: Azərbaycan (adı) Azər ibni İran ibni Əsvəd ibni Sam ibni Nuh (olmuşdur) və deyirlər: Azərbad ibni Biyurasb. O məntəqəni Müğeyrə ibni Şöbə, hicri qəməri ilinin 22- ci ili iş üçün genişləndirmiş (ələ keçirib) və xəraca qoymuçdur. Vaqid mənə xəbər verdi ki, Ərəblərin Azərbaycana üz tutduğu üçün, onlarında köçəriləri Misir və Şamdan geri qayıtdılar. Hər tayfa, imkanları çatan hər bir yeri ələ keçirdilər, odur ki, Azərbaycan camaatı onlar üçün əkinçilik etdilər... Azərbaycanın sərhədi Bərdəe (Bərdə) sərhədindən Zəncan sərhədinə kimidir və Bərkəri, Səlmas, Muğan, Xoy, Vərcan, Beyləqan, Mərağə, Neyriz və Təbriz onun şəhərləridir[6].
Lakin hazırda olan Azərbaycan ölkəsi və ya Qafqaz Azərbaycan məntəqəsi o zamanlar Ərran[7] ya Aran[8] adlanırdı. Aranın əhatəsi müxtəlif dövrlərdə bir- birindən fərqli olmuşdur. Aranın əhatəsi barəsində müxtəlif nəzəriyyələr vardır.
Bu cür vəsf, indiki Azərbaycan məntəqəsiniəhatə etmişdir. Əlbətdə qədim Azərbaycan məntəqəsi ki, bütövlükdə İranındaxilində olmuşdur və indiki Azərbaycanın bəzi məntəqələrinə şamil olur; sonralar irandan ayrılmışdır.
İki: Birinci rəvayətdə mümkündür «Azərbaycanda bir atəş şölələnər ki,  heç bir şey onun qarşısında müqavimət göstərə bilməz» cümləsindən bu cür istifadə olunsun ki, Azərbaycanda hidayəti bir hərəkat başlasın və ondan sonra gözləmək lazımdır onun nişanələrinin yaxınlaşmasını və baş verməsini.
Başqa cür desək, bu rəvayət ümumi olaraq şiyələrə göstəriş verir ki, səbrli olsunlar və imamın zühurunu gözləsinlər: Allahın əmrinə qarşı düşünsünlər və tələsməsinlər[9].
Üç: Üçüncü rəvayətin əsası bundan ibarətdir: Allahın rəsulu buyurur: Hər kəs [10]«فَسُبْحانَ اللَّهِ‏ حِینَ تُمْسُونَ...»- ayəsindən [11]«...وَ کَذلِکَ تُخْرَجُونَ»- ə kimi oxusa Savalan dağına yağan qarın dənələri qədər savab əldə edər. Deyildi ey Allahın rəsulu! Savalan nədir? Buyurdu: «Azərbaycan və Erməni torpaqlarından bir məntəqədir ki, behiştdən bir çeşməsi və peyğəmbərlərin birinin qəbri ondadır[12].
Əllamə Məclisi nəql edir: «Əbu Hamid Əndolosi deyir: Bu dağın üstündə böyük bir çeşmə var baxmayaraq hündürdu lakin bu dağ suyu soyuq qardan və baldan şirin və dadlı, o dağdan isti su qaynayar bir həddə ki, yumurtanı bişirər və insanlar öz sağlamlığı üçün ona üz tutarlar. Bu dağın ətəyində çoxlu ağaclar və çəmənliklər vardır...[13]«
İndiki dövürdə coğrafi və tarixi mənbələrə nəzər saldıqda[14], bu Savalan dağı və çeşmə (Səreyn isti suyu) Ərdəbildədir.
 

[1] - İbni Əbi Zeynəb Məhəmməd ibni İbrahim Nomani, Əl- qeybət, təhqiq: Qəffari, Əliəkbər, səh 194, nəşre Səduq, Tehran, birinci çap,1397 qəməri.
«حَدَّثَنَا أَحْمَدُ بْنُ مُحَمَّدِ بْنِ سَعِیدٍ ابْنُ عُقْدَةَ الْکُوفِیُّ قَالَ حَدَّثَنَا أَحْمَدُ بْنُ یُوسُفَ بْنِ یَعْقُوبَ الْجُعْفِیُّ أَبُو الْحَسَنِ قَالَ حَدَّثَنَا إِسْمَاعِیلُ بْنُ مِهْرَانَ قَالَ حَدَّثَنَا الْحَسَنُ بْنُ عَلِیِّ بْنِ أَبِی حَمْزَةَ عَنْ أَبِیهِ وَ وُهَیْبِ بْنِ حَفْصٍ عَنْ أَبِی بَصِیرٍ عَنْ أَبِی عَبْدِ اللَّهِ ع قَالَ إِنَّهُ قَالَ لِی أَبِی(ع) لَا بُدَّ لِنَارٍ مِنْ آذَرْبِیجَانَ لَا یَقُومُ لَهَا شَیْ‏ءٌ وَ إِذَا کَانَ ذَلِکَ فَکُونُوا أَحْلَاسَ بُیُوتِکُمْ وَ أَلْبِدُوا مَا أَلْبَدْنَا فَإِذَا تَحَرَّکَ مُتَحَرِّکُنَا فَاسْعَوْا إِلَیْهِ وَ لَوْ حَبْواً وَ اللَّهِ لَکَأَنِّی أَنْظُرُ إِلَیْهِ بَیْنَ الرُّکْنِ وَ الْمَقَامِ یُبَایِعُ النَّاسَ عَلَى کِتَابٍ جَدِیدٍ عَلَى الْعَرَبِ شَدِیدٌ وَ قَالَ وَیْلٌ لِطُغَاةِ الْعَرَبِ مِنْ شَرٍّ قَدِ اقْتَرَبَ»
[2] - Əl- qeybət, səh 145- 147.
«أَخْبَرَنَا أَحْمَدُ بْنُ مُحَمَّدِ بْنِ سَعِیدٍ قَالَ حَدَّثَنَا أَحْمَدُ بْنُ مُحَمَّدٍ الدِّینَوَرِیُّ قَالَ حَدَّثَنَا عَلِیُّ بْنُ الْحَسَنِ الْکُوفِیُّ قَالَ حَدَّثْتَنَا عَمِیرَةُ بِنْتُ أَوْسٍ قَالَتْ حَدَّثَنِی ‏ جَدِّی الْحُصَیْنُ بْنُ عَبْدِ الرَّحْمَنِ عَنْ عَبْدِ اللَّهِ بْنِ ضَمْرَةَ عَنْ کَعْبِ الْأَحْبَارِ أَنَّهُ قَال‏... وَ حَرْبِ وُلْدِ الْعَبَّاسِ مَعَ فِتْیَانٍ أَرْمِینِیَّةٍ وَ آذَرْبِیجَانَ تِلْکَ حَرْبٌ یُقْتَلُ فِیهَا أُلُوفٌ وَ أُلُوفٌ کُلٌّ یَقْبِضُ عَلَى سَیْفٍ مُحَلَّى تَخْفِقُ عَلَیْهِ رَایَاتٌ سُودٌ تِلْکَ حَرْبٌ یَشُوبُهَا الْمَوْتُ الْأَحْمَرُ وَ الطَّاعُونُ الْأَغْبَرُ»
[3] - Çünkü bu hədislrin ravilərinin bəziləri ya zəifdirlər, Kəbul Əhbar kimi; ikinci rəvayətdə, və ya məchuldurlar (şəxsiyyətləri naməlum şəxs) Əhməd ibni Yusifibni Yəqub Cofi kimi birinc rəvayətd.
[4]- Bax: Yəqubi, Əhməd ibni İshaq, Əl- buldan, Təhqiq: Zənavi Məhəmməd Əmin, səh 78- 81, Darul- kutub əl-elmiyyə, Beyrut, birinci çap,1422 q. İbni Fəqih, Əhməd ibni Məhəmməd, Əl- buldan, Təhqiq: Əl- hadi, Yusif, səh 581- 582, Aləmul- kutub, Beyrut, birinci çap, 1416 q.  
[5] - Yaqut Həməvi, Şahabuddin Əbu Əbdullah, Möcəmul –buldan, cild 1, səh145, Dar Sadir, Beyrut, ikinci çap, 1995.
[6]- Ibni Fəqih, Əhməd ibni Məhəmməd, Əl- buldan, səh 581- 582, tərcümə, Müxtəsərul- buldan, Həkəmi, Məhəmmədrza, səh 126 və 128, Bunyade fərhənge İran, Tehran, birinci çap, 1379 şəmsi.
[7] - Möcəmul- buldan, cild 1, səh 136, Qəzvini, Zəkəriya ibni Məhəmməd, Asarul- bilad və əxbarul- ibad, səh 493, Dare Sader, Beyrut, birinci çap, 1998.
[8] - Kəsravi, Əhməd, Tarixe hicdəh saleye Azərbaycan: Bazmandeye məşruteye İran, səh 873, Əmirkəbir nəşriyyatı, Tehran, on üçüncü çap, 1384 şəmsi.
[9] - Nomani bu rəvayəti bu cür nəql edir:
Səh, 194.   Qeybət,  Əl-
«ما روی فیما أمر به الشیعة من الصبر و الکف و الانتظار للفرج و ترک الاستعجال بأمر الله و تدبیره‏»
[10] - Rum 17.
[11] - Rum 19.
[12] - Məclisi, Məhəmməd Baqir, Biharul- ənvar, cild 57, səh 122, Daru ehyaut- turas əl- ərəbi, Beyrut, ikinci çap, 1403 q. Əlbətdə Biharul- ənvarda (Səbəlan) əvəzinə (seylan) yazmışdır ki, səh olduğu bildirilir. Çünkü bu rəvayətin şərhində Əllamə özü Səbəlan yazır, bunlardan əlavə rəvayətin özündə Azərbaycanın adı qeyd olmuşdur ki, Savalan dağı ondadır.
[13] - Həmin.
[14] - Yəqubi, Əhməd ibni İshaq, Əl- buldan, səh 78- 79; İbni Huqəl Nəsəbi, Əbul Qasim Məhəmməd ibni Huqəl, Surətul- ərz, cild 2, səh 333, Dare- sədr, Efest Leyden, Beyrut, 1938; Bəkri Andolosi, Abdullah ibni Əbdul Əziz, Möcəmu ma istəzəmə min smail- bilad vəl- məvaze, cild 1, səh 137, Aləmul kitab, Beyrut, üçüncü çap, 1403 q, Qubadyani Mərvəzi, Nasir Xosrov, Səfərnameye Nasir Xosrov, səh 193, intişarate Zəvvar, Tehran, birinci çap, 1381 şəmsi.
Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Qəməri il neçə gündən ibarətdir? Qəməri illərinin günlərinin sayı bir-biri ilə fərqlidirmi? Fərqli olan hallarda nə etmək lazımdır?
    7489 Nizamlar hüquq və əhkam 2011/11/24
    Qəməri aylarının hamısının günləri bir-biri ilə bərabər və dəqiq şəkildə 29 gün, 12 saat, 44 dəqiqə və 3 saniyədən, yaxud 29,53059028 gündən ibarətdir. Hicri qəməri illərinin hamısının günlərinin sayı bir-biri ilə bərabərdir və 12 ay və ya 354,3670834 günə bərabərdir. Münəccimlər hər ayın günlərini kəsirsiz (tam) ədədlə bəyan etməlidirlər. Onlar ...
  • Görmədiyiniz qızla söhbət etməyin iradı varmı?
    8426 Nizamlar hüquq və əhkam 2011/10/11
    Müqəddəs İslam şəriəti nəzərindən qızla oğlan arasında evləndikdən qabaq olan hər cür əlaqə, (bir- başa və bir- başa olmayan hər cür əlaqə) əgər (cinsi) ləzzət qəsdi ilə ya o əlaqədə günaha düşmək qorxusu olsa, olmaz və iradı var. Amma təhsil, elm, peşə və işlə bağlı olan əlaqə, əgər ...
  • İblisin əhvalatı həqiqidir, yoxsa təmsil üçündür?
    7918 Təfsir 2010/11/10
    Cavab verməmişdən öncə, qeyd etmək lazımdır ki, əşyaları tərif etməyin yollarından biri, "məsəl" ilə tərif etməkdir. Yəni insanların çoxunun asanlıqla onu anlamaları üçün, əqli həqiqətləri, hissi və toxunula bilən şeylərə oxşatmaqdır. Çünki insanlar hiss olunan şeylərə adət ediblər. Bizim fikrimizcə, Quranın məsəllərində bu üslubdan istifadə olunub. Qurani məcid müxtəlif yerlərdə, ...
  • Terroristlikdə günahlandırılmağından qorxan bir Amerikada yaşayan qadın öz hicabına riayət etməyə bilərmi?
    6258 Nizamlar hüquq və əhkam 2012/05/19
    Böyük Mərcə təqlidləri bu suala belə cavab vermişlər: Həzrət ayətullah ul üzma Xameneinin dəftəri: Suala əsasən caiz deyil. Həzrət ayətullah ul üzma Məkarim Şirazinin dəftəri: Bu iş hicabı tərk etməyə əsas vermir. Həzrət ayətullah ul üzma Safi ...
  • Əhli-beytin (əleyhimus-salam) yerə məxsus olan məqamları onların mələkuti və cəbəruti məqamları ilə hansı nisbətdədir?
    6761 Nəzəri irfan 2012/04/09
    Məsumların (əleyhimus-salam) rəvayətlərdə də qeyd olunan yüksək məqamlarının bəzisinə diqqət yetirməklə mülahizə edirik ki, maddi dünyanın tutumu məhdud olduğuna görə bu məqamlardan bəziləri bu dünyada gerçəkləşə, büruz edə bilməz və bu dünyaya sığmaz. Məsələn, imamın ilahi sifət olan xilafət ünvanı ilə “bütün vücud aləminə əhatə” məqamı kimi. ...
  • Mərcəi təqlidlərdən hansı biri dırnağın üzərindəki lakı dəstəmaz almağa maneə bilmirlər?
    6317 Nizamlar hüquq və əhkam 2015/04/16
    Bütün mərcəi təqlidlər dəstəmazın şərtlərində buyurublar: dəstəmazın səhih və düzgün olma şərtlərindən biri budur ki, dəstəmaz üzvlərinin hamısına suyun çatmasında heç bir maneə olmamalıdır. Buna əsasən dəstəmazdan qabaq, dəstəmaz üzvlərinə suyun çatmasına maneə olan bütün maneələr təmizlənməlidir. Bu səbəbə dirnaqda olan lak və maddəyə malik olan rənglər, ...
  • Demokratiya ilə əlaqədar İslamın mövqeyi nədir?
    8187 Nizamlar (Qurluşlar) 2011/04/16
    Demokratiya cəmiyyətin idarə olunması yollarından biridir. Əksəriyyətin rəyinə, fərdi, mədəni və s. azadlıqlara ehtiram qoyulması onun bariz xüsusiyyətlərindəndir. Əksəriyyət həmişə haqq olmağı və əksinə, haqq olmaq əksəriyyəti tələb etməsə də[i] amma əksəriyyət (hökuməti) zühur ərsəsinə çatdıra,[ii] yaxud özünün məqbul ...
  • Şiə məzhəbində namaza təkid və onun fəlsəfəsi nədir?
    7463 Əhkam və hüquq fəlsəfəsi 2012/04/18
    Şübhəsiz ki, İlahi hökmlər dəlil və fəlsəfə əsasındadırlar, amma lazım deyil İlahi əmrlərin hamısında dəlil və fəlsəfə axtaraq. Müsəlman şəxs İlahi göstərişlər qarşısında təslim olmalıdır və bu qəbul və təslim ruhiyyəsi insanın kamil olmasından xəbər verir. Bir sözlə, bəzi İlahi əmrlər ruhum təslim və bəndəlik imtahanı üçündür.
  • İslam dini elm və dinin uzlaşmamasını necə həll edir?
    9551 Təzə kəlam 2011/06/27
    Elm və dinin uzlaşmaması mövzusu zristianlıqdan İslam dininə daxil olan bir mövzudur. Müqəddəs İslam dinində bu məsələnin həlli üçün aşağıdakı qeydlərə diqqət yetirmək lazımdır. 1.     Dindən hər hansı bir nəticəni almaq üçün ilkin ...
  • Şiə nəzərindən məhərrəm ayının pişvazına getməyin mənası vardırmı?
    6386 Nizamlar hüquq və əhkam 2012/01/18
    Şəhidlərin sərvəri İmam Hüseyn (əleyhis-salam) üçün əzadarlıq və matəm mərasimi təşkil etmək məsum imamların (əleyhimus-salam) tərəfindən təşviq edilən sünnət və qanunlardan biridir. Bu mərasimin əsası məhz onların təşviqi ilə qoyulmuşdur.[1] Amma onun necə keçirilməsinə gəldikdə isə, haram işlərlə yanaşı olmayıncaya qədər heç bir eybi yoxdur. ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    164613 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    163434 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    119681 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    113540 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    110299 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    93927 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54808 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    53874 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    46032 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    45692 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...