Ətraflı axtarış
Baxanların
31310
İnternetə qoyma tarixi: 2011/09/12
Sualın xülasəsi
İslamın oğlan-qız arasında sağlam rabitə ilə əlaqədar hökmü nədir?
Sual
İslamın oğlan-qız arasında sağlam rabitə bərqərar etməklə əlaqədar (əl qarşı tərəfə dəyməzsə) hökmü nədir?
Qısa cavab

İslam nəzərindən qadınla kişi bir-birini təkmil edən iki varlıqdır. Mehriban Allah da onları bir-biri üçün xəlq etmişdir. Qadınla kişinin bir-birinə qarşılıqlı ehtiyaclarından biri cinsi ehtiyacın təmin olunmasıdır. Amma bu ehtiyacın təmin olunması müqəddəs İslam şəriətinın buyurduğu qayda-qanunlar və göstərişlər çərçivəsində olmalıdır ki, tərəflərin iffət və paklıq gövhərinə heç bir xəsarət dəyməsin.

Müqəddəs İslam şəriəti nəzərindən evlənməzdən qabaq qızla oğlan arasındakı hər növ əlaqə və rabitə – istər birbaşa olsun, istərsə də müəyyən vasitələrlə – (cinsi) ləzzət məqsədi ilə olsa, yaxud fitnəyə və ya günaha düşmək qorxusu (ehtimalı) olsa, caiz deyildir və işkalı vardır. Amma iş-peşə, elm və təhsillə bağlı əlaqəyə (adi münasibətlərə) gəldikdə isə, əgər fəsada və ya fitnəyə səbəb olmazsa və onda şəriət qayda-qanunlarına riayət olunsa, işkalı yoxdur.

Ətreaflı cavab

İslam nəzərindən qadınla kişi bir-birini təkmil edən iki varlıqdır. Mehriban Allah da bunları bir-biri üçün xəlq etmişdir. Qurani-kərimdə buyurulur: “Onun (Allahın) qüdrət nişanələrindən biri də budur ki, sizin üçün öz növünüzdən olan həyat yoldaşları qərar verdi ki, onların vasitəsi ilə (ruhi və mənəvi) aramlıq tapasınız; və sizin aranızda mehribanlıq və dostluq qərar verdi...”[1]

Qadınla kişinin bir-birinə olan qarşılıqlı ehtiyaclarından biri cinsi ehtiyacın təmin olunmasıdır. Amma bu ehtiyacın təmin olunması İslamın buyurduğu qayda-qanunlar və göstərişlər çərçivəsində olmalıdır ki, tərəflərin iffət və paklıq gövhərinə heç bir xəsarət dəyməsin.

İslam dini qadınla kişinin bu ehtiyacının təmin olunması üçün icdivac – evlənmə (daimi və müvəqqəti) qanununu şəri hökm olaraq təyin etmiş və buyurmuşdur ki, hər növ cinsi əlaqə – istər aşiqanə söhbətlər, istər toxunmaq, istərsə də nəvaziş və s. evlənmə əqdindən (nikahdan) sonra olmalıdır. Hətta nişanlı olan və yaxın vaxtlarda evlənməyi qərara alan oğlan və qız belə nikah əqdi oxunmazdan qabaq bir-birindən heç bir cinsi ləzzət ala, biri digərindən istifadə edə bilməzlər – hətta bu istifadələr aşiqanə söhbətlər və əl verib görüşmək kimi olsa belə.

Hər bir halda İslam nəzərindən qadınla kişinin bu kimi ehtiyaclarının təmin olması mütləq müqəddəs şəriətin təyin etdiyi qayda-qanunlar çərçivəsində olmalıdır. Müvəqqəti evlənmə bu həll yollarından biridir. Amma onun müxtəlif şərtləri vardır və riayət olunmalıdır. O şərtlərdən biri də qızın ata-anasının icazəsidir (sair şərtlər əməliyyə risalələrində qeyd olunmuşdur).[2]

Hazırkı mərcəyi-təqlidlərin əksəriyyəti bakirə qızla nikah əqdini (istər müvəqqəti, istərsə də daimi) atanın icazəsi; ata olmadıqda isə ata tərəfindən olan babanın icazəsi ilə şərtləndirirlər.[3] Amma əgər qız bakirə olmazsa, yaxud atası və ata tərəfdən olan babası həyatda olmazsa (ölmüş olsa) icazəyə ehtiyac duyulmur.[4]

Amma “insan müxalif cinslə (qız oğlanla, oğlan da qızla) adi ünsiyyətdə olmaq istəsə, bu işə icazə verilirmi?” sualına gəldikdə isə, bu barədə mərcəyi-təqlidlərə verilən sualların cavablarına diqqət yetirməklə onun cavabını araşdırırıq:

Sual 1. Naməhrəm qadınla kişinin bir-biri ilə danışığında birbaşa danışıqla uzaq məsafələrdən olan danışıq arasında fərq vardırmı?

Bütün mərcəyi-təqlidlər: “Xeyr, hökmdə heç bir fərqi yoxdur və hər iki halda əgər ləzzət qəsdi ilə olsa və harama düşmək qorxusu olsa, işkalı vardır.”[5]

Sual 2. Müxalif cinslə (qız oğlanla, oğlan da qızla) internetdə, çatda danışmağın və adi söhbətlərin edilməsinin hökmü nədir?

Cavab: Bütün mərcəyi-təqlidlər: “Fitnə və günaha düşmək qorxusu (ehtimalı) varsa caiz deyildir.”[6]

Sual 3. Kişinin naməhrəm qadına və qadının naməhrəm kişiyə salam verməsi caizdirmi?

Cavab: “Əgər ləzzət qəsdi olmazsa və ya harama düşmək qorxusu (ehtimalı) olmazsa işkalı yoxdur.”[7]

Sual 4. Naməhrəmlə zarafat etməyin hökmü nədir?

Cavab: Bütün mərcəyi-təqlidlər: “Əgər (cinsi) ləzzət qəsdi ilə olsa və ya günaha düşəcəyindən qorxsa (buna ehtimal versə), caiz deyildir.”[8]

Sual 5. Qonaqlıqda, iş yerində, həmkarlıqda qızla oğlanın səmimi (dostluq) əlaqəsinin işkalı varmı?

Cavab: Bütün mərcəyi-təqlidlər: “Qızla oğlan arasında dostluq caiz deyildir. Çünki onların arasında günaha düşmək qorxusu (ehtimalı) vardır. Amma işlə əlaqədar rabitəsinə gəldikdə isə, əgər fəsada səbəb olmasa və onda şəriət meyarlarına riayət olunsa, işkalı yoxdur.”[9]

Sual 6. Naməhrəmlə məktublaşmaq və e-mail vasitəsi ilə şəhvət yaradan məsələləri irəli çəkməyin hökmü nədir?

Cavab: Bütün mərcəyi-təqlidlər: “Fitnəyə səbəb olan və fəsada şərait yaradan məsələləri irəli çəkməyin işkalı vardır.”[10]

Yuxarıda irəli çəkilən məsələlərin məcmusundan aydın olur ki, qızla oğlanın nikahdan əvvəl hər növ əlaqəsi – istər bu əlaqə birbaşa olsun, istərsə də birbaşa olmasın – əgər (cinsi) ləzzət məqsədi ilə olsa və ya fitnə qorxusu (ehtimalı) olsa və ya onda günaha düşmək qorxusu (ehtimalı) olsa caiz deyil və işkalı vardır.

Amma sənət və iş yerindəki, elm və təhsil mərkəzindəki münasibətlərinə gəldikdə isə, əgər fitnəyə və fəsada səbəb olmasa və o yerlərdə şəriət meyarlarına riayət olunsa, işkalı yoxdur.[11]



[1] “Rum” surəsi, ayə: 22

[2] “Tovzihul-məsaile mərace”, 2-ci cild, səh. 449-460; “Təhrirul-vəsilə”, 2-ci cild, səh. 701-707, 734-736

[3] Bu ibarənin zahiri mənası budur ki, bu həm təklifi, həm də vəzi şərtdir. Yəni atasının icazəsi olmadan bakirə qızın nikahı həm haramdır, həm də batildir.

[4] Əlavə məlumat üçün bax: Görünüşlər: 627, 667, 717,767 və 754

[5] İmam Xomeyni, “İstiftaat”, 3-cü cild, sual 52; Ayətullah Behcət, “Tovzihul-məsail”, 1936-cı məsələ; Ayətullah Məkarim, “İstiftaat”, 1-ci cild, səh. 819; Ayətullah Təbrizi, “İstiftaat”, 1622-ci sual, Ayətullah Safi, “Camiul-əhkam”, 2-ci cild, səh. 1673; Ayətullah Nuri, “İstiftaat”, 2-ci cild, səh. 656; Ayətullah Fazil Lənkərani, “Camiul-məsail”, 1-ci cild, səh. 1718; Ayətullah Xamenei, “Əcvibətul-istiftaat”, sual 1145; “Urvətul-vusqa”, 2-ci cild, nikah bölməsi, məsələ 3; Sistani, sistani.org (internet), sual 19 və 20; və Ayətullah Vəhid Xorasaninin dəftərxanası.

[6] Sistani, sistani.org (internet), Təbrizi, tabrizi.org (internet), bütün mərcəyi-təqlidlərin dəftərxanası

[7] “Urvətul-vusqa”, 2-ci cild, nikah bölməsi, məsələ 39 və 41

[8] Yenə orada, məsələ 31 və 39; Ayətullah Fazil Lənkərani, “Camiul-məsail”, 1-ci cild, sual 1720 və Ayətullah Xamenei, “İstiftaat”, sual 782

[9] Ayətullah Xamenei, “İstiftaat”, sual 779, 651 və bütün mərcəyi-təqlidlərin dəftərxanası

[10] İmam Xomeyni, “İstiftaat”, 3-cü cild, səh. 3, müxtəlif suallar, sual 127 və bütün mərcəyi-təqlidlərin dəftərxanası

[11] “Risaleyi daneşcui”, 16-cı dəftər, səh. 191-195

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Bizə qarşı pislik edən yaxınlarla ged- gəlimiz necə olsun?
    6879 Əməli əxlaq 2011/10/06
    Yaxın qohum əqraba ilə ged- gəlin mənası ehsan və lütf ilə əlaqə saxlamaq deməkdir. Hamıya qarşı bir şəri vəzifədir və uzun ömürlük, yaxşı əxlaq, ruzinin çoxalması kimi bir çox yaxşı faydaları və əsərləri vardır. Bütün yaxınlarla (qadın kişi, təqvalı təqvasız, müsəlman kafir, zalim saleh) ged- gəl və əlaqə olmalıdır. Həzrəti ...
  • Nəcis paltarlar, iki hissəli yarı ovtomatik paltaryuyan maşınlar vasitəsi ilə pak olurlarmı?
    9309 Nizamlar hüquq və əhkam 2011/06/27
    Əgər nəcasətin eyni aradan gedəndən sonra, ker su paltarın hər yerinə yetişib və qurudanın fırlanması nəticəsində onun suyu xaric olsa, paltar pak olar.[1] Aşağıda mərcələrin dəftərlərinin cavabını qeyd edirik. Həzrət Ayətullah Xamineinin dəftəri: Əgər nəcasətin eyni gedəndən sonra, boruya birləşən su paltaryuyan ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    94696 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Cövhər və ərəzin arasında fərq varmı?
    8264 İslam fəlsəfəsi 2011/06/21
    Cövhər lehsikologiya nəzərindən gövhər (ərəbləşmiş kəlmə) kəlməsinin tərcüməsidir.Ərəz, peyda olma, üz vermə, ərz etmək və ... mənasındadır.[1]Filosoflar cövhərin tərifində belə deyiblər:«الجوهر ماهیة اذ وجدت فی الخارج وجدت لا فی موضوع مستغن عنها»"Əl- cövhəru mahiyyətun iza vucudət fil- xaric ...
  • Bədr döyüşündə Peyğəmbər (s) kömək edən mələklər, Ühüd döyüşündə qənimət əldə etməyə gedən əsgərlərin qarşısına nə ücün almadılar; Nə ücün imam Həsən və imam Hüseynin (ə) köməyinə getmədilər?
    13603 Qədim kəlam 2012/09/01
    Bədr döyüşü, Müsəlmanların ilk müharibə təcrübələridir ki, tarixdə baş vermişdir. Əlbətdə islam yeni bir din və bir dəstəbüt pərəst və müşrüklərlə qarşı- qarşıya durmuşdu. Onlar islamın məhv olmasından başqa hec bir istəkləri yox idi. Odur ki, müsəlmanların Allah tərəfindən mələklər vasitəsiyləhimayət olunması zəruri idi. Biz inanırıq ki, ...
  • Əhdə əməl etməməyin kəffarəsi nədir?
    7797 Nizamlar hüquq və əhkam 2011/05/30
    Əgər bir şıxs (təqlid mərcələrinin izahlı hökümlər risalələrində əhd üçün olan şərtlərlə)[1] Alahla əhd bağlasa və ona əməl etməsə (işi etmək ya onu tərk etməyə əhd etməsi arasında fərq yoxdur) kəffarə verməlidir. Yəni altımış fəqiri doyurmalı, ya iki ay oruc tutmalı,[2] ya da bir ...
  • Məadın əqli və fitri dəlilləri nədir?
    9138 Qədim kəlam 2010/10/13
    Sualın cavabı, fəlsəfədə olan üç məktəbin nəzəriyyəsini yəni Məşşa, işraq və hikməti mütəaliyə və həmçinin kəlami və irfani nəzəriyyəni açıqlamaqla, daha aydın olacaq. Alimlərin əsərlərində bu bəhsin tutumu, imkan, sübut, isbat və məadın cismani, ruhani ya hər iki formada necə baş verə biləcəyi bəhslərin hamısına şamildir. Bu ...
  • Dünyada xeyir və şər, gözəllik və çirkinlik olmasına rəğmən Allahın mehriban olmasını neçə isbat etmək olar?
    26583 Qədim kəlam 2011/09/10
    Allah insanı mümkün olan ən yaxşı halda yaratmış, onun həm bu dünyadakı, həm də o biri dünyadakı ehtiyaclarını, tamamilə, təmin etmişdir. Daha doğrusu, bütün varlıqları insan və ona xidmət etmək üçün yaratmışdır. Bunun özü Allahın insana qarşı nə qədər mehriban olduğunu göstərən ən güclü arqumentdir. Habelə O, başqa varlıqlara qarşı ...
  • Bütün əməlləri xalis niyyətlə necə yerinə yetirmək olar?
    7679 Əməli əxlaq 2011/07/28
    İxlas – işlərin yerinə yetirilməsində və bəndəlikdə başqasının razılığını yox, yalnız Allah-taalanın razılığını əldə etmək, layiqli bəndəlik məqsədində olmaq mənasınadır. Deməli, əvvəlcə ixlasın maneələrini, yəni riyakarlıq, dünyaya ürək bağlamaq, şeytani vəsvəsələri aradan qaldırmaq lazımdır, bundan sonra imanın gücləndirilməsi, Allah-taalanın müqəddəs ...
  • Eramızdan uzun illər qabaq mağaralarda yaşayan insanlarda Adəmin (ə) nəslindən idilərmi?
    7965 Təfsir 2011/05/09
    Adəm (ə) övladının dağlarda və mağaralarda yaşamasını Qurani- kərim də təsdiqləyir. Amma bunu da qeyd edək ki, Adəmdən (ə) öncə insanların yaşaması və mağaraları özlərinə məskən seçmələri inkarolunmazdır. Hətta mağaralardan tapılmış tarixi əsərlərdə onların hansı zamana aid olmalarını da demək olar. Bundan əlavə Adəmin (ə) yaşamaq tarixi çox uzun min ...

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    165718 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    165191 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    120226 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    114561 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    112278 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    94696 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    55831 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    55166 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    46859 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    46232 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...