Ətraflı axtarış
Baxanların
8600
İnternetə qoyma tarixi: 2011/03/06
Sualın xülasəsi
“Qalaktika trayektoriyası” nəzəriyyəsi ruhun varlığı və əbədi qalması ilə – heç olmazsa ölümdən sonra – təzadlıdırmı?
Sual
Mən saytların birinin vasitəsi ilə fəlsəfi məsələlərə cavab verməklə əlaqədar hazırlığınızdan agah oldum. Buna əsasən, aşağıdakı suallarıma cavab verin:
1. Birinci sualım “mən” kəlməsinin mənası barəsindədir. Dinlərin bir çoxunda “mən” ruh adlı bir varlıqdır ki, ölümdən sonra əbədi qalacıqdır. Amma fizikada deyilir ki, “mən” hafizə atomlarından təşkil olunmuşdur və ölümdən sonra bu atomlar dağılıb aradan gedir. Deməli, qalan şey ruhun hafizə atomları olmayacaqdır. Bu hadisə üçün çoxlu dəlillər gətirmişlər. Bu barədə islamın nəzəriyyəsi nədir? Əlbəttə, qəbul edirik ki, ruh ünvanı ilə qeyd etdiyimiz şey mücərrəd bir varlıqdır! Buna əsasən, hafizə atomuna ehtiyac duyulmur. Hafizə atomları və başqa hissələr yalnız ruhun xidmətçisi olan vasitə və amil rolunu oynayır.
2. Sizin nəzərinizcə, insanın məlumat əldə etdiyi şeylər onun bir hissəsi olurmu? Cavab müsbətdirsə, onda əgər iki nəfər vahid bir şeydən məlumat əldə etsələr, o şey hər iki şəxsin bir hissəsi olurmu? Belə olan halda, misal üçün, bir günah üçün onlardan hansı biri cəzalandırılacaqdır?
3. Fizikada trayektoriya, yaxud fəza-zaman trayektoriyası hər bir varlığın “Word line”ı adlandırılır. Hər bir varlıq üçün mövcud olan “Minkovski diaqramı”nın köməyi ilə varlıqların hamısının qalaktikadakı trayektoriyasını göstərmək olar. Bəlkə də yaxşı olar ki, “mən”i insan bədəninə daxil olan atomların tənzim olunmasını öhdəsinə alan xüsusi bir qalib və ya nümunə hesab edək. Bu təbirdə hər bir insanı Minkovski diaqramında qalaktikanın üzvü hesab etmək olar. Siz bununla razısınızmı? O xüsusi qalib və nümunə dəqiq şəkildə nədir? Hansı xüsusiyyətlərə malikdir? Təşkiledici maddədirmi? Haradadır? Haradan idarə olunur? Onun şüuru vardırmı? Təsadüf üzündən tənzim olunmuşdurmu? Bu diaqramlardan insanı heyrətə salan bir neçə həyəcanlı məsələ çıxarmaq olar. Birincisi budur ki, heç bir varlığın müstəqil bədəni yoxdur. Çünki hər bədənin hissələri başqa bir bədənə nəql olunma halındadır. İkincisi, bu kainatın bütün varlıqları bir-biri ilə sıx bağlıdır və heç bir varlığın təklikdə mənası yoxdur. Çünki ümumiyyətlə, təklikdə mövcud ola bilməz. Hər bir hadisə (hətta nəfəs almaq, yemək) böyük bir sistematik şəbəkə şəklində bir-birinə bağlıdır. Bunlar qaçılmaz bir gerçəkliyi bəyan edir. O da bundan ibarətdir ki, bütün dünya vəhdət halında olan bir varlıq olmaqla, böyük fəza-zaman qalaktika şəbəkəsinə şamildir ki, onda hər bir varlıq digərinin taleyində təsirlidir. Bir varlıq özünü nə qədər müstəqil və başqalarından ayrı hesab etsə də, yenə də vəhdət halında olan bu məcmuədən ayrı deyildir. Digər məsələ budur ki, özümüzü nəticə etibarı ilə ölümə məhkum olunan hüceyrələr məcmusu hesab etməyimiz vacib deyildir; yaxşı olar ki, özümüzü bu qalaktika-fəza sisteminin bir hissəsi hesab edək. Bu halda insanın bütün dünyanın ömrünə bərabər olan ömrü olacaq, ölümün çox da mənası olmayacaq, onu dəhşətli bir hadisə hesab etməyimizə heç bir dəlil qalmayacaqdır. Əgər bu bədənin hissələri qalaktika sistemində əbədi qalırsa, onda ölüm nə deməkdir?! Yaxşı olar ki, öz taleyimizi bütün aləmin taleyi ilə əlaqələndirək. Çoxlarının etiqadına əsasən dünya əzəlidir, deməli, nəticədə özümüzü əzəli bilməliyik.
4. Axırıncı sual budur ki, bu kainat əzəlidirmi? Bir çoxlarının etiqadına görə bu barədə qəti bir bürhan (elmi dəlil) gətirmək olar!
Qısa cavab

1. İslam nəzərindən “mən” maddi bədənlə tamamilə fərqli olan bir gerçəklikdir. “Hicr” surəsi 29, “Muminun” surəsi 14, “Ənam” surəsi, 93, “Həşr” surəsi, 19, “Şəms” surəsi, 7-8 və s. ayələr bu həqiqəti və mənanı dəstəkləyir.

2. Ərəstu (Aristotel) fəlsəfəsində deyildi kimi, insan bir-biri ilə ayrı olan cisim və ruhdan təşkil olunmamışdır; əksinə ruh həmişə maddə ilə yanaşıdır.

3. Quran ölümdən söhbət açanda kəm-kəsir olmadan əxz etmək, almaq mənasına olan “təvəffa” kəlməsindən istifadə etməklə onu bəyan edir. Bu kimi ayələr göstərir ki, insanın həqiqəti və gerçəkliyi onun qeyri-maddi olan mücərrəd yönüdür və məhz yön sayəsində məhv olmur, aradan getmir və azaldılmadan, kəm-kəsir olmadan Allahın qeybi məmurlarına təhvil verilir.

4. Ruh cisimdən mənşələnir, yəni maddənin təkamülünün nəticəsidir, amma özü mücərrəd bir varlıqdır.

5. Fəza-zaman trayektoriyası fərziyyəsini qəbul və onu Minkovski diaqramı ilə bəyan etmək ruhun bədənə daxil olan atomların tənzimi üçün xüsusi bir qalib olmasını isbat etmir. Baxmayaraq ki, elmi mətləblər və təcrübi sınaqlar qoyulmuş bir prinsip ünvanı daşıyır, onların isbat və ya rədd edilməsi fəlsəfənin külli qanunlarında heç bir xələl icad etmir.

6. Bu dünyanın varlıqlarının bir-biri ilə qarşılıqlı əlaqəsi və təsir qoymasını məsələsi qəbul olunur. Varlıq aləmi səbəb-nəticə əsasında qurulmuş bir sistemdir, amma mənası bu deyildir ki, hər şey hər bir şeyə təsir qoymuş olsun.

7. Əgər dünyanın əzəli olmasından məqsədiniz maddi aləmdirsə, onun əzəli olmasına heç bir dəlil yoxdur. Amma əgər ilahi feyzi nəzərdə tutursunuzsa, onda demək lazımdır ki, bəli, ilahi feyz əzəlidir, lakin bu, təbiət aləminin davamlı və əzəli olmasını tələb etmir.

8. Hər hansı bir məsələ barəsində əksəriyyətin etiqadı onun qəti və yəqin əsasında olmasına dəlil deyildir. Bu mövzu müəyyən bir şəxs üçün ruhi cəhətdən aramlıq, xatircəmlik və zənn yaranmasına səbəb ola bilər, amma heç vaxt məntiqi yəqin hasil olmasına, hər növ müxalif ehtimalı aradan aparan yəqinə səbəb olmaz.

Ətreaflı cavab

1. İslam nəzərindən “mən” maddi bədənlə tamamilə fərqli olan bir gerçəklikdir. “Hicr” surəsi 29, “Muminun” surəsi 14, “Ənam” surəsi, 93, “Həşr” surəsi, 19, “Şəms” surəsi, 7-8 və s. ayələr bu həqiqəti və mənanı dəstəkləyir.

2. Ərəstu (Aristotel) fəlsəfəsində deyildi kimi, insan bir-biri ilə ayrı olan cisim və ruhdan təşkil olunmamışdır; əksinə ruh həmişə maddə ilə yanaşıdır.

3. Quran ölümdən söhbət açanda kəm-kəsir olmadan əxz etmək, almaq mənasına olan “təvəffa” kəlməsindən istifadə etməklə onu bəyan edir. Bu kimi ayələr göstərir ki, insanın həqiqəti və gerçəkliyi onun qeyri-maddi olan mücərrəd yönüdür və məhz yön sayəsində məhv olmur, aradan getmir və azaldılmadan, kəm-kəsir olmadan Allahın qeybi məmurlarına təhvil verilir.

4. Ruh cisimdən mənşələnir, yəni maddənin təkamülünün nəticəsidir, amma özü mücərrəd bir varlıqdır.

5. Fəza-zaman trayektoriyası fərziyyəsini qəbul və onu Minkovski diaqramı ilə bəyan etmək ruhun bədənə daxil olan atomların tənzimi üçün xüsusi bir qalib olmasını isbat etmir. Baxmayaraq ki, elmi mətləblər və təcrübi sınaqlar qoyulmuş bir prinsip ünvanı daşıyır, onların isbat və ya rədd edilməsi fəlsəfənin külli qanunlarında heç bir xələl icad etmir.

6. Bu dünyanın varlıqlarının bir-biri ilə qarşılıqlı əlaqəsi və təsir qoymasını məsələsi qəbul olunur. Varlıq aləmi səbəb-nəticə əsasında qurulmuş bir sistemdir, amma mənası bu deyildir ki, hər şey hər bir şeyə təsir qoymuş olsun.

7. Əgər dünyanın əzəli olmasından məqsədiniz maddi aləmdirsə, onun əzəli olmasına heç bir dəlil yoxdur. Amma əgər ilahi feyzi nəzərdə tutursunuzsa, onda demək lazımdır ki, bəli, ilahi feyz əzəlidir, lakin bu, təbiət aləminin davamlı və əzəli olmasını tələb etmir.

8. Hər hansı bir məsələ barəsində əksəriyyətin etiqadı onun qəti və yəqin əsasında olmasına dəlil deyildir. Bu mövzu müəyyən bir şəxs üçün ruhi cəhətdən aramlıq, xatircəmlik və zənn yaranmasına səbəb ola bilər, amma heç vaxt məntiqi yəqin hasil olmasına, hər növ müxalif ehtimalı aradan aparan yəqinə səbəb olmaz.

 

Ətraflı cavab

Sizin sualınızda bir neçə mövzu və incə məsələ vardır ki, onları bir-birindən ayırmaqla hər birinin barəsində nəzərimizi bəyan edirik.

a) İslam nəzərindən “mən” bədənlə tamamilə fərqli olan bir gerçəklikdir və “mənim gerçəkliyim maddədən uzaq və mücərrəd, eləcə də hərəkət, hiss, tədbir və düşüncənin mənşəyi olan bir cövhərdir” - deyən fəlsəfəçilərin nəzəriyyəsini dəstəkləyir.[1] Bir çox ayələr, o cümlədən “Hicr” surəsi, 29, “Mominun” surəsi, 14, “Ənam” surəsi, 93, “Həşr” surəsi, 19, “Şəms” surəsi, 7-8 bu həqiqəti aşkar şəkildə bəyan edir.

b) Ərəstu fəlsəfəsində deyildiyi kimi, insan (bir-birindən ayrı olan) ruh ilə cisimdən tərkib tapmamışdır,[2] əksinə, ruh (əvvəldən) maddə ilə yanaşıdır.

Quran ölümdən söhbət açan zaman “təvəffa” kəlməsindən istifadə edir.[3] “Vəfa” kökündən alınan “təvəffa” kəlməsi hər hansı bir şeyi azaldıb-artırmadan, dəqiq şəkildə əxz etməkdir. “Təvəffəytul-malə” dedikdə məqsəd budur ki, “malı kəm-kəsir olmadan əldə etdim”. Bu kimi ayələr göstərir ki, insanın gerçəkliyi və həqiqəti onun mücərrəd (qeyri-maddi) olan yönüdür. Məhz bu yön sayəsində aradan getmir, kəm-kəsir olmadan Allahın qeybi məmurlarına təhvil verilir.

“Səcdə” surəsinin 11-ci ayəsində buyurulur: “De, sizə məmur qoyulan ölüm mələyi sizi (ruhunuzu) əxz edəcək və sonra öz Pərvərdigarınıza tərəf qaytarılacaqsınız.” Bu ayədə iki cümlədə “bəzi hissəniz” kəlməsi deyil, “siz” (“kum”) cəm əvəzliyi gəlməsindən bu incə məsələni başa düşmək olar ki, insanların həqiqəti (siz – “kum”) həmin şeydir ki, ruhları qəbz edən mələk onu əxz edir. Çünki, bədən və onunla əlaqədar olan şeylər tədrici olaraq çürüyüb aradan gedir və heç bir yerə təhvil verilmir.[4]

v) Ruhun mənşəyi cisimdir; yəni o, maddənin təkamülünün nəticəsidir. Bu nöqtə insanın xilqətini bəyan edən “Mominun” surəsinin 14-cü ayəsindən əldə oluna bilər.[5] Yəni insan ilk əvvəldə maddə və cismani varlıq olmuş, maddənin dəyişilməsi nəticəsində mücərrədləşərək özünə digər bir xilqət almışdır. Belə ki, bu xilqətin əvvəlki təkamüllərə oxşarlığı yoxdur. Əksinə, ruhsuz maddə (təkamül nəticəsində) idrak və qüdrət sahibi olan bir varlığa çevrilmiş olur.

ğ) İslam nəzərindən ruh mücərrəd olan bir varlıqdır.

Əlbəttə, bunu da qəbul etmişlər ki, insan öləndə beyin neyronları və əsəb sisteminin aradan getməsi ilə onun dünyaya məxsus olan hiss və şurları aradan gedir. Amma bu o demək deyildir ki, onun ruhu, xəyali idrakları və vəhmləri də aradan getmiş olsun. Çünki cövhəri hərəkət ilə ruh “misali təcərrüd” halına çatır, ölümdən sora qalır və dünyada malik olduğu varlıqdan daha artıq və güclü bir varlığa çevrilir. Əksinə, bu mətləbi isbat edir ki, beyin və s. üzvlər ruhun fəaliyyət vasitəsi və alətlərindən hesab olunur. Bu maddi dünyada ruhun fəaliyyətləri belə bir vasitələr olmadan mümkün deyildir. Filosoflar ruhun mücərrəd olması ilə əlaqədar çoxlu dəlillər gətirmişlər ki, biz ixtisara riayət etmək üçün onlardan sərf-nəzər edirik.

Amma islamın bu barədəki nəzəriyyəsi:

“Səcdə” surəsinin 10-11-ci ayələri bu mənanı yetirir ki, ölümdən sonra sizin bədəniniz yerdə çürüyüb, itib-batır, pərakəndə vəziyyətə düşür. Amma sizin bir şeyiniz heç bir vəchlə itmir və axıra qədər qorunub saxlanır. O da sizin ruhunuzdur ki, ölüm mələyi onu almağa məmur olunmuşdur.

“Zümər” surəsinin 42-ci ayəsində isə deyilir: “Allah nəfsləri – ruhları alır.”

İndi soruşuruq: Maddi varlıq olan bədən ölümdən sonra qorunub saxlanırmı, yoxsa pərakəndə vəziyyətə düşüb itir?! Təbidir ki, ölümdən sonra insanın bədən üzvləri çürüyüb aradan gedir. Onda ruhu pərakəndə vəziyyətə düşmüş həmin hissələrdən ibarət hesab etmək necə mümkün ola bilər?! Halbuki, digər ayələrdə həyata aid olan bir sıra əməllər, o cümlədən ölümdən sonra mələklə danışmaq, arzu etmək, həsrət çəkmək və s. insana aid edilmişdir.[6]

Təbiət aləmində pərakəndə vəziyyətə düşüb dağılan hissələr belə işlərin öhdəsindən gələ bilərmi?! Buna görə də demək lazımdır ki, ölümdən sonra insanın ruhundan ibarət olan bütün gerçəkliyi ölüm mələyinin ixtiyarında olur. Qoruyub saxlanmağın ona istinad edilməsi və s. onun mücərrəd olmasına aşkar bir dəlildir.[7]

Bu aləmdəki vasitə rolunu oynayan hafizənin arada getməsi xatırlatma, hafizə və s. məsələlərdə ruha heç bir xələl varid etmir.

2. Hikməti-mütəaliyədə deyilmişdir ki, elm–alim–məlum bir-biri ilə məlumi biz-zatda (insanın zehnində və ruhunda həqiqi mənada hazır olan şeydə) eyniyyət təşkil edir. Bunların hamısı məlumi biz-zatdadır. Yəni mümkündür ki, məlum-bil-ərəz (yəni insanın ruhundan kənarda olan varlıq) və xarici şeyin əyani varlığı vahid olsun, lakin məlumi biz-zat və zehni məlum, dərk edən şəxslərin sayının çoxluğuna görə çox ola bilər.[8]

3. Fəza-zaman trayektoriyası fərziyyəsini qəbul və onu Minkovski diaqramı ilə bəyan etmək ruhun bədənə daxil olan atomların tənzimi üçün xüsusi bir qalib olmasını isbat etmir. Baxmayaraq ki, elmi mətləblər və təcrübi sınaqlar qoyulmuş bir prinsip ünvanı daşıyır, amma onların isbat və ya rədd edilməsi fəlsəfənin külli qanunlarında heç bir xələl icad etmir.

4. “Heç bir varlıq müstəqil bədənə malik deyildir” dedikdə məqsəd nədir? Əgər məqsəd bu olsa ki, “ruh xaric olandan sonra bədən qida periodunda qərar tutur və sair bədənlər üçün qidaya çevrilir”, onda bu məsələnin qəbul edilməsi sizin nəticə kimi aldığınız şeyi isbat etmir. Əgər məqsədiniz tənasüx, yəni nəfsin (ruhun) bu dünyada bir bədəndən əvvəlki bədəndən tamamilə fərqli olan tam başqa bir bədənə keçməsi olsa, (məs. bir canlı ölür və onun nəfsi – ruhu başqa bir heyvana və ya qeyri-heyvana keçir) öz yeridə isbat olunmuşdur ki, tənasüxün bütün qisimləri batildir.[9]

5. Bu dünya varlıqlarının hamısının qarşılıqlı olaraq bir-birinə bağlılığı və qarşılıqlı təsiri qəbul olunan bir məsələdir və fəlsəfə məsələlərdə deyilir ki, varlıq aləmi səbəb-nəticə sistemi əsasında qurulan bir aləmdir, səbəbindən qabaq heç bir nəticə yoxdur və heç bir səbəb öz nəticəsindən sonra qalmır. Onlar birlikdə olsalar da, amma səbəb rütbə cəhətindən daim nəticədən qabaqdır. Bu da hər bir şeyin başqasında təsiri mənasına deyildir.

Hər bir halda varlığın mərtəbələri təsbehin dənələri kimi qabağa keçirilə, təxirə salına bilməz; əksinə ədədlər silsiləsi kimidir ki, onun heç bir hissəsi öz olduğu məqamdan təxirə salına, qabağa keçirilə bilməz.

İrfan elmində də deyilmişdir ki, “təcafi” qeyri-mümkündür, Allahın isimlərinin hər biri özünə məxsus olan məqamda mülahizə olunur ki, bu da ilahi isimlərin “tovqifiyyəti” kimi təbir olunur. Bütün varlıqlar ilahi ayələrdir və hər biri də Allahın adlarından hər hansı birinin təzahür yeridir.[10]

6. Qalaktikanın fəza-zaman trayektoriyasının sadəcə bir hissəsinin nəzərə alınması bizim ölümə məhkum olmamağımıza necə dəlil ola bilər?! Bədən hissələrinin və s. sadəcə qalması insanın həmişəlik qalmasına dəlil ola bilməz. Amma əgər “insanın şəxsiyyəti onun ruhi ilədir və ruh mücərrəddir, eləcə də maddəyə məxsus olan dəyişikliklər, hissələrin ayrılması kimi işlərin ruhun qalmağında heç bir təsiri yoxdur, buna görə də insan ölmür, əksinə bir mənzildən başqa bir mənzilə keçir”, deyilsə, onda başqa məsələ.

7. Bizim taleyimizin bütün aləmin taleyinə bağlı olduğunu qəbul etsək, onda ölümün dəhşətli olmamasını nəticə almaq olmaz. Ölümdən qorxu hissi keçirməmək insanın ölümdən sonra özünün həqiqi mənlik və şəxsiyyətinin qaldığını bilməsindən – nəinki onun bədənin hissələrinin hər birinin  bir yerdə qalmış olduğuna inanmasından – sonra gəlir.

8. Dünyanın əzəli olub-olmamasından sual edirsiniz. Əgər dünya dedikdə məqsədiniz maddi dünyadırsa, onun əzəli olmasına heç bir dəlil yoxdur. Çünki bu aləmin məcmusu onun hissələrindən başqa bir şey deyildir. Digər tərəfdən də, onun hər bir hissəsi hadisdir və əvvəllər olmamışdır. Deməli, onun məcmusu da hadis olmalıdır. Amma əgər məqsədiniz ilahi feyzdirsə, onda demək lazımdır ki, ilahi feyz və Onun nemətləri həmişə əzəlidir, lakin bu, təbiət aləminin davamını və əzəli olmasını lazım tutmur.[11]

9. Amma çoxlarının müəyyən bir şey barəsində etiqadlı olması nəticəsində onun yəqin və qəti bürhan olub-olmamasına gəldikdə isə, cavab mənfidir. Çünki müəyyən bir məsələdə bir çoxlarının yekdil fikrə gəlməsi insan üçün zənn, yaxud xatircəmlik hasil olmasına səbəb ola bilər, lakin belə bir şey məntiqi cəhətdən yəqin və qəti fikrə, hər növ müxalif ehtimalı aradan aparan və inkar edən bürhana səbəb olmur. Xüsusilə qalaktika – zaman fərziyyəsinin əsası ilə əlaqədar söhbət etməyə daha çox vaxt lazımdır.



[1] Bax: “Şərhi İşarat”, İbni Sina, 2-ci cild, səh. 289-308

[2] Ruh ilə əlaqədar Əflatunun nəzəriyyəsi barəsində bax: “Yunan və Roma fəlsəfəsinin tarixi”, Kaplüston,1-ci cild, səh. 239-248; Ərəstunun nəzəriyyəsi ilə əlaqədar bax: yenə orada, səh. 278-373

[3] Bu təbir Quranda 14 dəfə gəlmişdir.

[4] “Zümər” surəsinin 42-ci ayəsində oxuyuruq: “Allah ölüm zamanı ruhları – canlarını alır.” “Ənam” surəsinin 60-cı ayəsində də deyilir: “O həmin Allahdır ki, sizi (həqiqətinizi) əxz edir.” Əlbəttə, insanın həqiqətinin ruhdan ibarət olmasını Quranın digər ayələrindən də əldə etmək olar. Misal üçün, “İnsan” surəsinin 1-ci ayəsinə diqqət yetirməklə demək olar ki, insana ruh üfürülməsindən qabaq nütfə, ələqə və s. mərhələləri arxada qoymasına baxmayaraq, yenə də “zikr olunası bir varlıq” olmamışdır.

[5] Fəlsəfəçilər arasında Molla Sədra bu və digər ayələrdən ilham almaqla nəfs – ruh barəsində belə bir nəzəriyyəni irəli sürmüşdür. Bax: “Əsfar”, 8-ci cild, səh. 330, “Şəvahidur-Rübubiyyə”, səh. 221-223

[6] Bax: “Nisa” surəsi, ayə: 97, “Səcdə” surəsi, ayə: 10 və 11

[7] Əlavə məlumat üçün bax: “Quran nəzərindən ruhun ilkinliyi”, Cəfər Sübhani, səh. 16-46

[8] Əlavə məlumat üçün bax: “Fəlsəfə təlimləri”, Ustad Misbah Yəzdi, 2-cü cild. səh. 230-240; “Şərhi mənzumə”, Şəhid Mütəhhəri, 2-cü cild. səh. 9-58

[9] Əlbəttə, tənasüxün digər iki növü də fərz olunur ki, onlar batil deyildir və Quran ayələri də onu caiz bilir: a) Nəfsin bu dünya bədənindən axirət bədəninə nəql olunması; bu axirət bədəni nəfsin dünyada kəsb etdiyi əxlaqi sifətlərlə mütənasibdir. b) Batinin məsx olunması və zahirin batini surətə çevrilməsi.

[10] Bax: “Təhriru Təmhidil-Qəvaid”, Ayətullah Cavadi Amuli, səh. 234-416

[11] Bax: “Qəbəsat”, səh. 32, “Nihayətul-Hikmət”nin təliqəsi, 2-ci cild, Misbah Yəzdi səh. 404-405; “Nihayətul-Hikmət”, Əllamə Təbatəbai, səh. 323-326.

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    163817 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    158929 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    118692 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    111825 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    105465 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    92531 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54101 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    49266 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    44881 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    44338 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...