Please Wait
5771
Cənabət qüslü öz-özlüyündə müstəhəbdir, lakin namaz qılmaq və bu kimi işləri yerinə yetirmək üçün vacib olur.[1] Amma əgər qüsl üçün su əldə olunması çox baha olsa və iqtisadi cəhətdən sizə çoxlu zərər vursa və ya dözülə bilməyəcək məşəqqət yaradarsa və ya ichaf olarsa, su əldə edərək qüsl etmək vacib deyildir və onun yerinə qüsl əvəzindən təyəmmüm ala, cənabət qüslü üçün öz imkanınız qədər sudan istifadə edə bilərsiniz.[2] Deməli, su ilə cənabət qüslü alınması o yerdə vacibdir ki, sizin üçün imkan olsun.
Qeyd etmək lazımdır ki, əgər gecə-gündüz ərzində bir dəfə cənabət qüslü almağınız mümkündürsə, zöhr və əsr namazlarını təxirə salmaqla bu qüslü elə əncam verə bilərsiniz ki, dörd namazı: zöhrlə əsr, məğriblə işa namazını bir qüsl ilə qılasınız. İki dəfə qüsl almağa imkanınız varsa, bir dəfəsini sübh, o birisini isə qeyd olunan dörd namaz üçün qüsl edərək zöhr və əsr namazlarını təxirə sala bilərsiniz ki, məğriblə işa namazlarına yaxın vaxtda əncam verəsiniz.