Ətraflı axtarış
Baxanların
9753
İnternetə qoyma tarixi: 2012/03/14
Sualın xülasəsi
İmam Əli (əleyhis-salam) sübh namazında zərbətlənən zaman İmam Həsənlə Hüseyn orada idilərmi?
Sual
Məddahlar oxuyan zaman deyirlər ki, Əli (əleyhis-salam) sübh namazında zərbətlənəndən sonra Həsənlə Hüseynin onun yanına (məscidə) getdilər. Məgər atası namaz qılanda onlar məscidə deyildimi? Bu hadisə ilə əlaqədar tarixi sənədləri qeyd edin.
Qısa cavab

Əli (əleyhis-salam) zərbətləndiyi zaman Həsənlə Hüseyn (əleyhiməs-salam)-ın onun yanında olması ilə əlaqədar çoxlu rəvayət gəlmişdir. Buna görə də bu bəhsdə bir neçə ehtimal verilir:

1. İmam Əli (əleyhis-salam)-a məsciddən kənarda zərbə vurulmuşdur. Bu ehtimala əsasən demək olar ki, həmin anda Həsənlə Hüseynin Əli (əleyhis-salam)-ın yanında olmamasının səbəbi atasının onlardan qabaq məscidə doğru hərəkət etməsi idi.

2. Əli (əleyhis-salam)-a məscidə və namaz vaxtı zərbə vurulmuşdur. Bu məsələ çoxlu rəvayətlərdə də təsdiq olunur. Ataları zərbətləndiyi zaman imam Həsənlə Hüseyn (əleyhiməs-salam)-ın orada olması qəbul edilən zaman iki ehtimal verilir:

1. Onlar namaz vaxtı və atasının zərbətliəndiyi zaman məsciddə idilər;

2. Atasının zərbətləndiyi zaman məsciddə olmamışlar.

İkinci ehtimal barəsində də deməliyik: Əvvəla, bu məsələ barədə mötəbər bir sənəd yoxdur ki, onun barəsində söhbət aparaq. İkincisi, xətiblərdən çoxu rəvayət edir ki, “həzrət Əli (əleyhis-salam) zərbətlənən zaman Həsənlə Hüseyn məsciddə idilər və o həzrəti götürüb evinə gətirdilər. Ümmü Külsüm atasını bu vəziyyətdə gördükdə ağlayıb nalə etməyə başladı.”

3. Şeyx Tusi (rəhmətullahi əleyh) rəvayət edir ki, İbni Mülcəm imam Əli (əleyhis-salam)-a zərbə vurmaq istəyən zaman başqa bir nəfər də onunla əlbir olmuşdu, amma onun zərbəsi divara, İbni Mülcəmin zərbəsi isə o həzrətin başına dəydi. Bu zaman İmam məscidə səcdə halında idi və zərbə onun mübarək başına dəydi. Həsənlə Hüseyn İbni Mülcəmi tutaraq zindana saldılar. Bu dəlillərə əsasən, Əli (əleyhis-salam) zərbətlənən zaman Həsənlə Hüseyn məscidə idilər.

Amma ataları namaz vaxtı zərbətlənən zaman imam Həsənlə Hüseynin məsciddə olmadığı ehtimalına gəldikdə isə, səbəbi bu ola bilər ki, o vaxt İmam Əli sübh fərizəsini başlamamışdı və müstəhəb namaz qılırdı. Övladları ilə isə sübh namazının fərizəsini qılmaq üçün məscidə gəlmişdilər. İbni Mülcəm o həzrəti həmin müstəhəb namazda zərbətləmişdir.

Ətreaflı cavab

İmam Əli (əleyhis-salam)-ın şəhadət hadisəsində diqqət yetirilməli olan qəti və danılmaz məsələ budur ki, xəvaricdən üç nəfər (İbni Mülcəm və onun iki yoldaşı) tədbir tökərək qərara almışdılar ki, imam Əli (əleyhis-salam)-ı, Müaviyəni və Əmr Ası Ramazan ayının 19-cu gecəsində eyni zamanda qətlə yetirsinlər.

Müaviyə ilə Əmr Asa sui-qəsdlə əlaqədar xəbərlərə diqqət yetirdikdə tarixi mənbələrdə belə yazıldığını gördük:

1. Müaviyəyə sui-qəsd. Muaviyə səcdədə olanda ona bir zərbə vurdular və bundan sonra xəlifələr üçün mühafizəçi qoyulmağa başladı. Bu hadisədən sonra Müaviyə özünü qorumaq üçün “əl-məqsurə”dən (mehrab) istifadə edirdi.[1]

2. Əmr ibni Bükeyr (Bəkr), Əmr Ası gözləyirdi, amma onun qarnı ağrıdığına görə həmin gecə evindən çıxmamışdı. Onun yerinə Xaricət ibni Hüzaqə Ədvi camaat namazı qılırdı. Əmr ibni Bükeyr onun Əmr As olduğunu güman edərək bir zərbə ilə onu qətlə yetirdi.[2]

3. Əli (əleyhis-salam)-ın zərbətlənməsi və həmin hadisə zamanı imam Həsənlə Hüseynin orada olmasına gəldikdə isə, bir neçə ehtimal verilir:

Birinci ehtimal: İmam Əli (əleyhis-salam)-a məsciddən xaricdə zərbə vurulmuşdur. Bu ehtimalın düzlüyü fərz olunduğu halda demək olar ki, imam Həsənlə Hüseynin həmin halda atasının yanında olmamasının səbəbi bu idi ki, imam Əli (əleyhis-salam) onlardan qabaq məscidə doğru hərəkət etmişdir. Onlar da qərara almışdılar ki, camaat namazında iştirak etmək üçün sonradan məscidə gəlsinlər, lakin İbni Mülcəm buna möhlət vermədi.

İkinci ehtimal: Əli (əleyhis-salam) məsciddə zərbətləndi və bu hadisə namaz qıldığı vaxt baş vermişdir. Bu ehtimalı çoxlu rəvayətlər dəstəkləyir, o cümlədən:

1. İmam Səccad (əleyhis-salam) buyurur: “İbni Mülcəm Həzrət İmam Əli (əleyhis-salam)-a zərbə vurmaq istədikdə başqa bir nəfər də onunla köməkləşdi; ikincinin zərbəsi divara dəydi, amma (imam səcdədə olan zaman) İbni Mülcənin zərbəsi o həzrətin mübarək başına – əvvəllər müharibələrdə yaralanan həmin yerə dəydi. Bu zaman Həsənlə Hüseyn gəlib İbni Mülcəmi tutdular və onu zindana saldılar.”[3]

2. “Kənzul-ummal” kitabının “Əli (əleyhis-salam)-ın fəzilətləri” bölməsində deyilir: “Həzrət Əli (əleyhis-salam) başını rükudan qaldıranda ibni Mülcən qılıncla ona bir zərbə vurdu. Həzrət kənara çəkilib buyurdu: “Namazınızı tamamlayın!” Bir şəxsi də qabağa keçirmədi (imam camaat təyin etmədi).”[4]

3. “Tarixi Dəməşq” kitabında Əli (əleyhis-salam)-ın tərcümeyi-halında deyilir: “Əli (əleyhis-salam) namaz üstündə olanda Əbdur-Rəhman ibni Mülcəm qəzəbli halda ona hücum etdi və zəhərlənmiş qılınc vasitəsi ilə onu zərbətlədi.”[5]

Həmçinin demişdir: “Əbdur-Rəhman ibni Mülcəm Əli (əleyhis-salam)-ı sübh namazında, zəhərləndirilmiş qılıncla və qəzəb üzündən vurdu və Əli (əleyhis-salam) həmin gün dünyadan gedərək Kufədə dəfn olundu.”[6]

4. İbni Əbi Dünya “Məqtəlu Əmiril-möminin (əleyhis-salam)” kitabında yazır: “Əli evindən çıxaraq məscidə getdi. Namazın təkbirətul-ehramını dedi, “Ənbiya” surəsindən on bir ayə qiraət etdi. Bu zaman İbni Mülcəm o həzrətin başının ortasına bir zərbə endirdi.”[7]

Həmçinin yazır: “İbni Mülcəm Əli (əleyhis-salam)-ı namaz üstündə zərbətlədi, sonra imam dala çəkildi və Cödəni qabağa göndərdi. O (Cödə) camaata pişnamazlıq etdi.”[8]

5. Amma Əli (əleyhis-salam)-ın yaralandıqdan sonra ibadət mehrabında şəhadətə çatmasını aşkar deyən bir rəvayət tapmadıq. Rəvayətlərdə deyilən “İbni Mülcəm o Həzrət üçün pusqu qurdu”, “ona hücum etdi” kimi təbirlərin o həzrətin mehrabda şəhid olmasına dəlalət edən rəvayətlərlə heç bir ziddiyyəti yoxdur.

6. Aydındır ki, o üç bədbəxt və daşürəkli insan öz məkrli planlarını icra etmək üçün tədbir tökmüşdülər. Onlar namaz halını bu planların həyata keçirilməsi üçün ən münasib vaxt hesab edirdilər. Əli (əleyhis-salam)-ın namazı qılandan sonra heç bir mühafizəçisi və himayəçisi olmadığını və o həzrətə sui-qəsd edilməsinin asan olduğunu qəbul etsək də, lakin Müaviyə və Əmr ibni As barəsində vəziyyət belə deyildi; yəni onlara sui-qəsd namazdan qeyri vaxtlarda da asan deyildi. Çünki Müaviyə qorxaqlıqda məşhur idi və həddindən artıq ehtiyat edirdi. Hətta məşhur rəvayətdə deyilir ki, imperatorlar və padşahlar kimi öz mühafizəçiləri ilə birlikdə hərəkət edirdi. Deməli, onun namazdan qeyri hallarda qətlə yetirilməsi asan ola bilməzdi.

Həmçinin Əmr ibni As da öz canını qorumaq üçün çox ciddi-cəhdlə çalışırdı. Hətta Siffeyn müharibəsində öz canını xilas etmək üçün övərtini də açmışdı! Deməli, ona da namazdan başqa hallarda sui-qəsd edilməsi çox çətin idi. Bu xüsusiyyətlər göstərir ki, xəvaric öz proqramlarını yalnız namaz halında icra edə bilərdilər və bundan başqa çarələri yox idi.

7. İmam Əli (əleyhis-salam)-ın şücaəti və rəşadəti dillər əzbəri idi və bu şücaət İbni Mülcəmə məxfi deyildi. Buna əsasən, şəkk yoxdur ki, İbni Mülcəm Əli (əleyhis-salam)-ı yalnız namaz halında, Allahla raz-niyaz və minacat halında zərbətləyə bilərdi və öz proqramlarını həyata keçirmək üçün bundan başqa çarəsi də yox idi.

8. İmam Əli (əleyhis-salam) çox təcrübələrdən çıxmışdı, uzaqgörənlikdə və ehtiyatda məşhur idi. O, hərəkət edən zaman özünün hər bir tərəfinə tam diqqət yetirirdi və heç bir şey ondan gizli qalmırdı... “Məğazi” kitabında bu barədə deyilir: Haris ibni Amir ibni Nofəlin qızı Hind (Ühüd müharibəsində) özünün Vəhşi adlı quluna (bəziləri demişlər ki, Cübeyr ibni Mütimin quluna) dedi: “Mənim atam Bədrdə qətlə yetirilibdir. Əgər bu üç nəfərdən birini (Məhəmməd, Həmzə ibni Əbdül-Müttəlib, Əl ibni Əbi Talib) qətlə yetirə bilsən, azad olunacaqsan...” Vəhşi ona dedi: “Sən bilirsən ki, Peyğəmbəri qətlə yetirmək mənim üçün mümkün deyildir. Həmzənin barəsinə isə, Allaha and olsun ki, əgər o yuxuda da olsa, qorxudan ona yaxınlaşa və onu oyada bilmərəm! Lakin Əlinin barəsində müvəffəqiyyət qazanacağıma ümidvaram.” O deyir: “Camaat arasında Əlini axtardığım vaxt məni gördü, başa düşdüm ki, o çox təcrübələrdən çıxmış, uzaqgörən bir adamdır və bütün ətrafını nəzarət altında saxlayır. Öz-özümə dedim ki, bu mən axtardığım şəxs deyildir.”[9]

Bunlara diqqət yetirməklə aydın olur ki, Əli (əleyhis-salam)-ın zərbətlənməsi yalnız mehrabda, namaz halında olarkən baş verə bilərdi.

Amma imam Həsənlə Hüseynin bu hadisənin şahidi olmasına gəldikdə isə:

Əvvəla: Məddahlar tərəfindən onların həmin hadisənin şahidi olması ilə əlaqədar dediyi sözə heç bir dəlil yoxdur ki, onlarla münaqişə yaratmaq elmi bir məsələ olsun. Onlardan çoxu rəvayət edirlər ki, Əli (əleyhis-salam)-a zərbə dəyən zaman Həsənlə Hüseyn məsciddə idilər və onun yaralı bədənini götürüb evə gətirdilər, Ümmü Külsüm atasını o vəziyyətdə görəndə ah-nalə edib ağlamağa başladı.

İkincisi: Şeyx Tusi (rəhmətullahi əleyh) belə rəvayət edir: “İbni Mülcəm Əli (əleyhis-salam)-a zərbə vurmaq istəyən zaman başqa bir şəxs də onunla əlbir idi, amma onun zərbəsi divara dəydi. Lakin İbni Mülcəmin zərbəsi o həzrətin başına endirildi. Bu zaman Həzrət səcdədə idi, qılınc da o həzrətin başına dəydi (əvvəllər də müharibələrdə həmin yerdən yaralanmışdı). Bu zaman Həsənlə Hüseyn gəlib İbni Mülcəmi tutdular və zindana saldılar.”[10]

Üçüncüsü: Əli (əleyhis-salam)-ın şəhadət zamanı İmam Həsənlə Hüseynin hər ikisi evlənmişdilər və müstəqil evdə yaşayırdılar. Buna əsasən, “Əli (əleyhis-salam)-ı Həsənin evinə gətirdilər, yoxsa Hüseynin?” deyə verilən sual mənasızdır. Aydındır ki, o ikisindən birinin evinə aparılması fərzi də səhih deyildir. Çünki onların evinə aparılmış olsaydı, aşkar şəkildə deyilməli idi. Bu kimi hallarda insanı öz evinə aparırlar, əhl-əyalı, dost-tanışları orada bir yerə cəm olurlar. Başqa rəvayət də bu ehtimalı dəstəkləyir. Orada deyilir ki, o həzrətin şiələri və onu sevənlər imam Əli (əleyhis-salam)-ın evinin dövrəyə almışdılar.

Amma “bu hadisə baş verəndən sonra imam Həsənlə Hüseyn hamıdan tez evə getmişdilər ki, gözlənilməz bu müsibətə hazırlıq üçün mənzil əhlinə xəbər versinlər və İmamın evə aparılması Hücr ibni Ədi kimi böyük şəxsiyyətlərə həvalə edilmişdi” deməyiniz mümkündür.

Bu dəlillərin məcmusundan belə nəticə alınır ki, imam Əli (əleyhis-salam) zərbətlənən zaman Həsənlə Hüseyn məsciddə olmuşlar.

Amma atalarının zərbətləndiyi vaxt İmam Həsənlə Hüseynin məsciddə olmamasını göstərən rəvayətlərin səhih olduğunu fərz etdikdə belə demək olar: Onların məsciddə olmamalarının səbəbi bu idi ki, Əli (əleyhis-salam) hələ sübh çağı vacib namaza başlamamışdı və müstəhəb namaz qılırdı. Onun övladlarının məqsədi də vacib sübh namazında iştirak etmək olmuşdur, lakin həmin müstəhəb namazda İbni Mülcəm o həzrətə zərbə vurdu.

 


[1] “Ənsabul-əşraf”, 2-ci cild, səh. 490

[2] Yenə orada, səh. 491

[3] Şeyx Tusi, “Əmali”, 3-cü hissə, hədis 18

[4] “Kənzul-ummal”, 15-ci cild, səh. 170, hədis 497

[5] İbn Əsakir, “Tarixi Dəməşq”, Əli (əleyhis-salam)-ın tərcümeyi-halı, hədis 1397

[6] Əhməd ibni Hənbəl, “Fəzail” kitabı, Əli (əleyhis-salam)-ın fəzilətləri, hədis 63

[7] “Ənsabul-əşraf”ın haşiyəsi, 2-ci cild, səh. 492

[8] Yenə orada, səh. 492

[9] Vaqidi, Məhəmməd ibn Ömər, “Məğazi” kitabı, Marsidin Cunsin təhqiqi, 1-ci cild, səh. 285, Beyrut, “Ə’ləmi” müəssisəsi, 3-cü çap, 1409-cu hicri qəməri ili

[10] Şeyx Tusi (rəhmətullahi əleyh), “Əmali”, səh. 365

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Aya südəmər oğlan uşağının sidiyi nəcisdirmi?
    11934 Nizamlar hüquq və əhkam 2011/06/18
    O məsələ ki, ona işarə etmişsiniz, fiqh kitablarında bu cür gəlmişdir: Əgər bir şeyi südəmər oğlan uşağı ki, donuz südü də yeməmişdir sidiyiylə mundar olarsa bir dəfə onun üzərinSü tökülərsə əlbəttə ki, o nəcisin bütün hər bir yerinə çatarsa pakdır və o nəcis olan libası ...
  • Aya əxlaqla düşüncənin rabitəsi vardırmı?
    6327 Əməli əxlaq 2012/02/07
    Əxlaq başqa elmləri kimi iki hissəyə bölünür:A: Əməli B: Nəzəriyyə. Əxlaqa aid qanun və məsələləri öyrənməyin bir başa düşüncəylə rabitəsi vardır; yəni hər nə qədər insanın düşüncə qüvvəsi yüksək ...
  • İslamın nəzəri bir şəxsin ruhları öz əsarətinə almaq barəsində nədir?
    9887 Qədim kəlam 2011/05/31
    Hindistanda uzun əsrlər əvvəl də (tənasux) ruhlarla rabitə nəzəriyyəsi vardır ki, ruhların təkrar olaraq bu dünyaya qayıtmasını bildirir. Bu nəzəriyyə illər keçdikcə bir çox insanları özünə cəlb etmişdir və bəlkə bəzi insanlar buna bir məzhəb olaraq ürək bağlamışdır. Bu uzun müddətdə böyük alimlər bu mövzuda bəhslər edərək onun batil olduğunu ...
  • Hansı əməllər insanın gözəlliyinə və nuraniliyinə səbəb olur?
    6630 Əməli əxlaq 2011/06/28
    İslam nəzərindən gözəllik iki hissəyə bölünür: zahiri gözəllik və batini gözəllik. Mötəbər və mütəvatir rəvayətlər nəzərindən insanın batini gözəlliyinə səbəb olan amillərdən bəziləri ibarətdir səbr və dözüm, vüqar və aramlıq, vərə və təqva və... dan. Habelə insanın üzünün gözəlliyi və nuraniliyi üçün bir çox səbəblər sadalanıbdır onlardan bəzilərinə işarə edirik: ...
  • Nə zaman ata və ananın əvəzinə namaz qılmaq olar?
    12675 Nizamlar hüquq və əhkam 2011/10/31
    Namaz və orucda diri insan üçün əvəz edicilik düzgün deyil. Mükəlləf hər bir şəxsə vacib namazlarını hansı formada edə bilirsə (ayaq üstə, oturan halda, uzanan halda və ya hətta işarə ilə) özünün yerinə yetirməsi vacibdir. Həzrət İmam Xumeyni (rh) və digər mərcələr buyurublar:
  • Bu yuxular necə yuxulardır: Kekayi, irzayi, məcazi, sadiqə. Bu barədə dini kitablarda rəvayət vardırmı?
    6855 Nəzəri irfan 2012/03/11
    Bizim rəvayətlərdə hekayi, irzayi və məcazi"[1] istilahları gəlməyib, amma sadiq (düzgün) yuxu istilahı kazib (yalançı) yaxud mənasız yuxular ibarətinin qarşılığında rəvayətlərdə gəlibdir. Bəhsin aydın olması üçün bunu qeyd etmək lazımdır ki, yatan zaman insanın ruhu xarici aləmə və başqa işlərə məşğul olmaq ...
  • Peyğəmbərə (s) görə salamın əhəmiyyəti nədir?
    7468 تاريخ بزرگان 2012/09/01
    İnsan ictimai bir varlıqdır ki, digərlərinin dostluq və məhəbbətinə ehtiyacı vardır. Salam vermək iki insan arasında rabitənin başlanğıc mərhələsidir ki, müxtəlif məsajlara, o cümlədən dostluq, səmimiyyət, məhəbbət, təvazökarlıq, xeyir duası, qarşı tərəfə aramlıq vermək və s malikdir. Salam sözü çox gözəl və dərin mənaya sahibdir ki, bununla ...
  • Real qiymətindən artıq qiymətə, amma pulunu hissə-hissə ödəməklə maşın almağın işkalı vardırmı? Nağd olaraq maşın almaq məqsədilə qazanc (faiz) ödəməklə borc almaq necə?
    6760 Nizamlar hüquq və əhkam 2011/11/24
    Maşın və sair malların nağd qiymətindən artıq qiymətə, amma nisyə alıb-satmaq səhihdir, lakin ikinci sualınız haram olan sələmli borcdur. ...
  • Аллаһ-Тааланын Рүбубијјәт мәгамына чатмаг олармы?
    6124 Nəzəri irfan 2012/05/21
    Рүбубијјәт мәгамынын мүхтәлиф мәртәбәләри вә нисбәтләри вардыр. Бу суала ҹаваб вермәкдән өтрү бүтүн бу ҹәһәтләри нәзәрә алмаг лазымдыр. Әҝәр илаһи рүбубијјәтә чатмагдан мәгсәд, мәхлугун затында дәјишиклик олуб, Халигә чеврилмәсидирсә бу иш батил вә гәти шәкилдә рәдд олунмуш бир иддиадыр. Амма, диҝәр мәнада бу мөвзуда бәзи изаһлар вермәк ...
  • İslam nəzərindən insanın xilqəti necə olmuşdur?
    7514 Qədim kəlam 2011/07/28
    Qurani-kərim insanın yaranışının əvvəli ilə əlaqədar müxtəlif təbirlər bəyan etmişdir. Bəzi ayələrdə insanın ilkin maddəsi “palçıq” deyə təqdim edilir, bəzi ayələrdə deyilir ki, “insanı sudan xəlq etdik”, digər ayələrdə də insan xilqətinin mənşəyi nütfə, bəzilərində ...

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    165955 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    165252 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    120284 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    114687 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    112562 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    94840 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    56030 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    55226 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    46955 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    46293 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...