Please Wait
8252
Şiənin əqidəsi budur ki:
1. Xilafət böyük Allah tərəfindən təyin olunası bir işdir və Peyğəmbər (s) dəfələrlə Allahın fərmanı ilə müsəlmanlar arasında həzrəti Əli (ə)- mı özündən sonra canişin elan edibdir.
2. Peyğəmbərin canişinləri on iki nəfər olurlar " اثناعشر خلیفه" sözü iki firqə (şiə və sünni) kitablarında gəlibdir ki, onların birincisi Əli ibn Əbutalib (ə) və onların axırıncısı həzrəti Höccət ibnil həsəni Əsgəri (əc) dir.
3. Həzrəti Əli (ə) baxmayaraq ki, Allah və Allahın Peyğəmbəri tərəfindən təyin olunmuşdu amma o zaman ki, müəyyən qüvvələr o həzrəti bu məqamdan uzaqlaşdırdılar. Buna baxmayaraq o həzrət İslamın və müsəlmanların məsləhətinə xatir özündən qabaqkı xəlifələrə hikmətli məsləhətlər verirdi və onları İslam düşmənləri qarşısında tək qoyurdu.
Şiənin əqidəsi Peyğəmbərin canişinliyi və xəlifəliyi məsələsində budur ki:
1. Peyğəmbərin xəlifəsi və imamı bir sıra vəzifələrə sahibdir. İslam Peyğəmbərinin vəfatından sonra İmamın ən mühüm vəzifəsi aşağıdakılardan ibarətdir: Quran məfhumlarının bəyanı, şəri hökmlərin izahı, cəmiyyəti hər cür azğınlıqdan saxlamaq, əqidə və dini sualları cavablandırmaq, cəmiyyətdə ədaləti bərpa etmək, düşmənlərin qarşısında İslam sərhədlərini qorumaq.
2. Peyğəmbərin xəlifəsi və İmamı elmi və əxlaqi nəzərdən Allahın xüsusi inayət məqamında olmalıdır və qeybdən gələn tərbiyələrdən bəhrələnməlidir. Yəni Peyğəmbər kimi hər cür səhv və unutqanlıqdan suğortalı və hər cür günah və xətadan məsum olmalıdır.
Bu cəhətdən İmamı seçmək və təyin etmək Allah tərəfindən Peyğəmbər (s) və ya qabaqkı İmam vasitəsi ilə mümkündür.
3. Peyğəmbər (s) özündən sonra İmam və rəhbəri tanıtdırıbdır. Yəni Əli ibn Əbitalibi (ə) özündən sonra xəlifə adı ilə müxtəlif yerlərdə tanıtdırmaqla öz ağır və məsuliyyətli vəzifəsinə əməl etmişdir. Bu cəhətdən həzrəti Əli (ə) həmişə özünü Peyğəmbərdən sonra qanuni xəlifə və İmam bilirdi. Və müxtəlif yerlərdə bu məsələni İslam cəmiyyətinə və özündən qabaqkı xəlifələrə çatdırırdı ki, xilafət böyük Allah tərəfindən təyin olunası bir işdir və Peyğəmbər vasitəsi ilə dəfələrlə elan olunubdur.
4. Peyğəmbərin (s) canişinləri on iki nəfərdir " اثناعشر خلیفه" sözü iki firqə (şiə və sünnü) kitablarında gəlibdir ki, onların birincisi Əli ibn Əbutalib və onların sonuncusu həzrəti höccət ibnil- Həsəni Əsgəri (əc)- dir.
5. Peyğəmbərin canişinlərinin və İmamlarının müqəddəs adları aşağıdakılardan ibarətdir:
1. Əli ibn Əbu- Talib . Həsən ibni Əli. 3. Hüseyn ibni Əli. 4. Əli ibni Hüseyn. 5. Muhəmməd ibni Əli. 6. Cəfər ibni Muhəmməd. 7. Musa ibni Cəfər. 8. Əli ibni Musa. 9. Muhəmməd ibni Əli. 10. Əli ibni Muhəmməd. 11. həsən ibni Əli. 12. İmam Məhdi[1].
Nəticə budur ki: Peyğəmbərin xəlifəliyi və canişinliyi məsələsində şiənin etiqadı budur ki, Peyğəmbər (s) Allahın göstərişiylə həzrəti Əlini bu məqama təyin edibdir. Amma müəyyən qüvvələr o həzrəti bu məqamdan uzaqlaşdırmışlar. Bunlara baxmayaraq həzrətə ehtiyac olan zaman həzrət İslamın və müsəlmanların taleyinə qarşı laqeyd deyildi. İslamın və cəmiyyətin məxsusən məzlumların məsləhətin nəzərə alaraq öz köməyin edib nəzərini bildirirdi.[2]
6. Peyğəmbərin (s) səhabələri haqqında şiənin etiqadı budur ki, hər adamın şəxsiyyətin araşdırmaq üçün onun bütün rəftarları analiz olunmalıdır və o şəxsin adı və tutduğu pəst bu araşdırmaya mane olmalı deyil. Peyğəmbərin səhabəsi olmaq böyük fəxrdir amma bu onların məsum (günahsız) olmağına və yaxud onların etdikləri səflərdən göz yummağa səbəb ola bilməz. Necə ki, Qurani- kərim bəzi mühacir və ənsari aşkar səflərinə görə danlayıbdır . Gizli münafiqlər kimi ki, tanınmışdırlar.[3] Ya o kəslər ki, imanları zəif və qəlbləri xəstə olubdur.[4]