Please Wait
6865
Quran və rəvayətlərdə həzrət Nuhun (ə) kitabının adı barəsində heç bir məlumat qeyd olunmamışdır. Amma “Biz peyğəmbərlərimizi aydın dəlillərlə göndərdik və onlarla kitab və ... nazil etdik” ayəsi onu göstərir ki, bütün İlahi peyğəmbərlər kitab sahibi olmuşalar. Əlbəttə bu ayəni fərqli təfsir edən rəvayətlər də mövcuddur. Həmçinin Kafidə qeyd olunan rəvayətdə burada qeyd olunan kitabı İsmi əzəm kimi bəyan edir. Amma bütün mənbələri toplamaqla belə nəticəyə gəlmək olar ki, bütün İlahi peyğəmbərlər öz risalətlərində öz ardıcılları tərəfindən əməl olunması üçün idea, plan və proqram sahibi olmuşlar. Bu idea kitab şəklində yaxud da şifahi şəkildə elan edilə bilər. Digər tərəfdən Nuh (ə) ulul əzm peyğəmbərlərdən olmasına baxmayaraq Quran və rəvayətlərdə onu kitabı barəsində xüsusi şəkildə məlumat qeyd edilməmişdir.
Quran və rəvayətlərdə həzrət Nuhun (ə) kitabının adı barəsində heç bir məlumat qeyd olunmamışdır.
«لَقَدْ أَرْسَلْنا رُسُلَنا بِالْبَيِّناتِ وَ أَنْزَلْنا مَعَهُمُ الْكِتابَ وَ الْميزان ...»
Amma “Biz peyğəmbərlərimizi aydın dəlillərlə göndərdik və və onlarla kitab və ... nazil etdik”[1] ayəsi onu göstərir ki, bütün İlahi peyğəmbərlər kitab sahibi olmuşalar. Əlbəttə bu ayəni fərqli təfsir edən rəvayətlər də mövcuddur. Həmçinin Kafidə qeyd olunan rəvayətdə burada qeyd olunan kitabı İsmi əzəm kimi bəyan edir.[2]
Həmçinin Smaət ibn Mehrandan bəyan olunan digər rəvayətdə belə qeyd olunur ki, Nuh (ə) kitab sahibi olmuşdur. O deyir: İmam Sadiqə (ə) dedim: Allah təalanın buyurduğu “Ulul əzm peyğəmbərlərin səbr etdiyi kimi sən də səbr et”[3] hansı mənanı daşıyır? Buyurdu: Burada məqsəd Nuh, İbrahim, Musa, İsa və Muhəmməddir (s). Soruşdum: Onlar necə ulul əzm olmuşlar? Buyurdu: çünki Nuh (ə) kitab və şəriətlə seçildi və ondan sonra gələnlər də onun kitab, metod və şəriətinə əməl etdilər. Həzrət İbrahim (ə) səhifəni gətirənə qədər. Onu kafir hesab etməməklə, Nuhun (ə) kitabını tərk etmək əmrini verdi və İbrahimdən (ə) sonra gələn hər peyğəmbər onun kitab və şəriətinə əməl etdilər. Musa (ə) Tövratı gətirənə qədər. Bu da səhifəni tərk etmək əmrini verdi və Musadan sonra gələn peyğəmbərlər buna əməl etdilər. Həzrət İsa (ə) İncili gətirənə qədər. Bu da digərləri kimi Musanın şəriət və kitabını tərk etmək əmrini verdi. İsadan (ə) sonra gələn hər peyğəmbər Muhəmməd (s) gələnə qədər onun metod, şəriət və kitabına əməl etdilər. Muhəmməd (s) gəldi və Quranı, İslamın proqramını gətirdi...[4]
Amma bu o, deməkdir ki, bütün bünların İncil və Tövrat kimi kitabları olmuşdur?
Bütün mənbələri toplamaqla belə nəticəyə gəlmək olar ki, bütün İlahi peyğəmbərlər öz risalətlərində öz ardıcılları tərəfindən əməl olunması üçün idea, plan və proqram sahibi olmuşlar. Bu idea kitab şəklində yaxud da şifahi şəkildə elan edilə bilər. Digər tərəfdən Nuh (ə) ulul əzm peyğəmbərlərdən olmasına baxmayaraq Quran və rəvayətlərdə onu kitabı barəsində xüsusi şəkildə məlumat qeyd edilməmişdir.
[1] - Hədid surəsi, ayə 25.
[2] - Kuleyni, əl- kafi, cild 1, səh 293.
«وَ أَنْزَلْنا مَعَهُمُ الْكِتابَ وَ الْمِيزانَ، الْكِتَابُ الِاسْمُ الْأَكْبَرُ»
[3] - Əhqaf surəsi, ayə 35,
«فَاصْبِرْ كَما صَبَرَ أُولُوا الْعَزْمِ مِنَ الرُّسُلِ وَ لا تَسْتَعْجِلْ لَهُمْ كَأَنَّهُمْ يَوْمَ يَرَوْنَ ما يُوعَدُونَ لَمْ يَلْبَثُوا إِلاَّ ساعَةً مِنْ نَهارٍ بَلاغٌ فَهَلْ يُهْلَكُ إِلاَّ الْقَوْمُ الْفاسِقُون»
“Ülul əzm peyğəmbərlərin səbr etdiyi kimi sən də səbr et. (Müşriklərə) tez (əzabın) gəlməsini istəmə. Onlar vəd olunduqlarını (əzabı) görəcəkləri gün gündüzün ancaq bir saatı qədər qaldıqlarını (yer üzündə) sanacaqlar. Bu bir xəbərdarlıqdır. Fasiq qövmdən başqası da heç məhv edilmərmi? “
[4] - Kafi, Mustəfəvinin tərcüməsi, cild 3, səh 28. Kafi, cild 2, səh 17.