Ətraflı axtarış
Baxanların
9473
İnternetə qoyma tarixi: 2010/11/10
Sualın xülasəsi
Müntəzər (intizarı çəkilən) Məhdi barəsində şiənin nəzəri nədir?
Sual
Müntəzər (intizarı çəkilən) Məhdi barəsində şiənin nəzəri nədir?
Qısa cavab

Yuxarıdakı sual çox külli və ümumi olduğundan, qərara almışıq ki, həzrət Məhdi (əleyhis-salam)-ın həyatı, qeybət dövrünün xəbərləri və zühur əlamətlərinə qısaca işarə etmiş olaq.

O həzrətin adı “ م.ح.م.دM.h.m.d”dir. Onun çoxlu ləqəbləri vardır, o cümlədən: Qaim, Müntəzər, Sahibul-əsr və s. O həzrətin əziz atası imam Həsən Əsgəri (əleyhis-salam) və anası Nərcis Xatundur. O, 255-ci hicri-qəməri ilində Samirra şəhərində dünyaya gəlmişdir.

İmam Zaman (əleyhis-salam)-ın həyatı dörd hissədən təşkil olunmuşdur: birinci dövr təvəllüdündən kiçik qeybət dövrünə qədərdir və beş ildən bir qədər artıq çəkmişdir. Sonuncu imamın tanıtdırılması və qeybət dövrünün fəlsəfəsinin bəyanı bu dövrün ən mühüm hadisələrindən olmuşdur.

İkinci dövr: 260-329-cu hicri illəridir və “kiçik qeybət dövrü” adlandırılır. camaatla əlaqəsinin məhdud olduğu bu dövrdə İmam Zaman (əleyhis-salam)-ın şiələrlə əlaqəsi özünün sayı 4 nəfərdən ibarət olan xüsusi səfirləri və naiblərinin vasitəsi ilə bərqərar olurdu. Bu dövrdə camaat səbir, ittihad və təqvaya dəvət olunmuş və İmamın böyük qeybət dövrü üçün hazırlanmışdılar.

Üçüncü dövr: İmam Zaman (əleyhis-salam)-ın axırıncı naibi və səfiri olan Əli ibni Məhəmməd Səmurinin vəfatından sonra başlanır və o həzrətin zühur edəcəyi dövrə qədər davam edir. Bu əsrdə camaatın İmam Zaman (əleyhis-salam)-la birbaşa əlaqəsi kəsilsə də, həmişə onun xüsusi mərhəmətləri sayəsində qərarlaşırlar. Bu dövr İmam Zaman (əleyhis-salam) tərəfindən ümumi naiblərin və ya şiə fəqihlərinin təyin edilmə dövrüdür.

“Yer üzünün qızıl əsri” adlanan dördüncü dövr isə, və cümə sübhündə “Qeybəti Kubra” dövrünün sona çatması ilə eyni zamanda və o həzrətin Məkkədə zühuru ilə başlanır. Bu dövr biçarələr, zülm altında inləyənlər asudə nəfəs alırlar. O əsr zalımların, təkəbbürlülərin, istismarçıların deyil, yer üzünün layiqli və saleh bəndələrinin dövranıdır; elə bir dövrdür ki, üstünlüyün yeganə meyarı mal-dövlət, sərvət, məqam, yaxud başqa bir şey deyil, yalnız təqva və saleh əməldir. Bu dövr İmam Zaman (əleyhis-salam)-ın təqribən iyirmi illik hökumətindən sonra şəhadət məqamına çatması ilə sona çatır ki, bu da paklıqların, mehribanlıqların bir daha qayıdışına şərait yaradacaqdır.

İmam Zaman (əleyhis-salam)-la əlaqədar nazil olan Quran ayələri az deyildir. Misal üçün, Allah-taala bir ayədə möminlərin dünya səviyyəli hökumətini və islamın bütün dinlərə tam və qəti qələbəsini müjdə verir. Bu barədə rəvayətlər də olduqca çoxdur. Belə ki, Şəhid Sədr yazır: “Sünnü və şiə mənbələrində İmam Zaman (əleyhis-salam)-la əlaqədar nəql olunan rəvayətlərin məcmusu altı mindən artıqdır. O cümlədən, Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih) buyurmuşdur: “Məhdi mənim övladlarımdandır və onun üçün bir qeybət dövrü vardır... Bundan sonra gələcək və yer üzünü, zülm və haqsızlıqla dolduğu kimi, haqq-ədalətlə dolduracaqdır.”

Rəvayətlərdə onun zühuru üçün konkret və qəti olmayan çoxlu əlamət və nişanələr qeyd olunmuşdur. O cümlədən:

1. Bəni-Haşimdən olan bir kişinin qiyamı;

2. Xorasanda qara bayraqların qaldırılması;

3. Dünya müharibələri və s.

Amma bəzi nişanələr də zühurun qəti əlamətləri kimi qeyd olunur. O cümlədən:

1. Süfyaninin irticaçı hərəkatı;

2. Asimandan ruh oxşayan nida;

3. Nəfsi Zəkiyyənin qətlə yetirilməsi və s.

Ətreaflı cavab

Yuxarıdakı sual çox külli və ümumi olduğundan, eləcə də İmam Zaman (əleyhis-salam)-ın həyatına aid olan məsələlərdən hansı birinin araşdırılması təyin olunmadığından, qərara almışıq ki, on ikinci imamın həyatına qısa nəzər salaq, Quran və rəvayətlərdə onun barəsində deyilən və irəlicədən verilən xəbərləri və nəhayət zühurun əlamətlərini bəyan edək.

On ikinci imam İslam Peyğəmbəri həzrət Muhəmməd (səlləllahu əleyhi və alih)-lə eyni addadır. Lakin məsum imamların (əleyhimus-salam) kəlamlarında onun adının birbaşa çəkilməsi qadağan edilmişdir. Onun çoxlu ləqəbləri vardır: Məhdi, Muntəzər,[1] Sahibul-əsr və s. İmam Zaman (əleyhis-salam) 255-ci hicri-qəməri ilində[2] Samirra şəhərində dünyaya gəlmişdir. Onun əziz atası şiələrin on birinci imamı həzrət Həsən Əsgəri və anası Nərgiz Xatundur.[3]

Həzrət İmam Zaman (əleyhis-salam)-ın təvəllüdü təkcə şiə mənbələrində deyil, hətta sünnülərin mötəbər kitablarında[4] və qeyri-islami firqə və məzhəblərin kitablarında da danılmaz bir məsələ kimi qələmə alınmışdır. Amma bəzi milli-dini təəssüblər üzündən axirəz-zamanda zühur edəcək dünya xilaskarının şəxsən və konkret şəkildə kim olmasının təyinində qeyri-müsəlman firqələrindən olan mütəfəkkirlərin arasında müəyyən ixtilaflar da vardır.

Bəhsin ilk mərhələsinin bəyanında deməliyik ki, İmam Zaman (əleyhis-salam)-ın həyatı dörd əsas hissəyə bölünür:

1. “Qeybəti Suğra”dan əvvəlki dövr;

2. “Qeybəti Suğra” dövrü;

3. “Qeybəti Kubra” dövrü;

4. Fərəc və zühur dövranı.

Birinci dövr İmam Zaman (əleyhis-salam)-ın dünyaya gəldiyi 255-ci hicri-qəməri ilindən atasının şəhid olunduğu 260-cı hicri-qəməri ilinə qədərdir. Belə ki, onun məcmusu beş ildən bir qədər artıqdır.

Əziz atasının mehriban ağuşunda böyüyüb tərbiyə aldığı bu dövrdə müsəlmanların gözlədiyi sonrakı höccət və imam camaata təyin olunmalı idi ki, imam Həsən Əsgəri (əleyhis-salam)-ın şəhadətinə qədər ümmət arasında təfriqə və ixtilaf olmasın. Şiələr onun sonuncu imam və bəşəriyyətin xilaskarı olduğunu bilirdilər.

Buna görə də bəlkə də bu dövrün ən mühüm hadisələri kimi əvvəlcə on ikinci imamın böyük şiə alimlərinə, elmi şəxsiyyətlərinə, imamın yaxın qohum-əqrəbalarına təqdim edilməsi, sonrakı mərhələdə isə qeybət dövrü və onun fəlsəfəsinin müsəlmanlara bəyan edilməsindən ibarət olmuşdur.

İkinci dövr imam Həsən Əsgəri (əleyhis-salam)-ın şəhadətə çatdığı 260-cı hicri ilindən və on ikinci imamın imamətə çatmasından başlayır və 329-cu hicri-qəməri ilinə qədər davam edir. Bu dövr şiələrin “Qeybəti Kubra” üçün hazırlanma dövrüdür. Buna görə də İmam Zaman (əleyhis-salam) ən təqvalı olan dörd nəfəri özünün şiələr arasındakı vəkilləri ünvanı ilə təyin etməklə camaatla əlaqə bərqərar edirdi. Onlar əməldə imamla müsəlmanların arasında əlaqə vasitəsi idilər və camaat arasında “həzrətin xüsusi naibləri” kimi məşhurlaşmışdılar. Onların adları belədir:

1. Əbu Əmr Osman ibni Səid Əmri;

2. Əbu Cəfər Məhəmməd ibni Osman ibni Səid Əmri;

3. Əbul-Qasim Hüseyn ibni Ruh Nobəxti;

4. Əbul-Həsən Əli ibni Məhəmməd Səmuri (Seymuri).

Nəhayət, imamın camaatla olan zahiri əlaqəsinin tamamilə kəsildiyi bir dövr gəlib çatdı. Camaat da birinci və ikinci dövrdə on birinci və on ikinci imamın təlimləri sayəsində “Qeybəti Kubra”nı qəbul etməyə hazırlıq əldə etmişdilər. Buna görə də İmam Zaman (əleyhis-salam) özünün sonuncu naibi Əli ibni Məhəmmədə yazdığı bir məktubda[5] onun vəfatını xəbər vermiş və digər bir kəsi naib təyin etməmişdi. Beləliklə, ikinci dövrün sona çatmasını və “Qeybəti Kubra”nın başlandığını xəbər vermişdi.

Hal-hazırda da davam etməkdə olan üçüncü dövr Əli ibni Məhəmmədin vəfat etdiyi 329-cu hicri-qəməri ilindən başlayır və həzrətin zühuruna qədər davam edəcəkdir. Bu dövr alimlərin ictihad əsri, o həzrətə etiqad bəsləyən bütün insanların onunla qəlbi əlaqə yaratma dövrüdür. Bu dövrdə camaatın çətinlikləri İmam Zaman (əleyhis-salam)-ın əli ilə həll olunur; o həzrət  müsəlmanların elmi çətinliklərində və müqəddəratı həll edən anlarda onların köməyinə tələsir. O həzrətə etiqadı olan çox az adam tapmaq olar ki, o həzrətin belə bir şəxs barəsindəki qeybi mərhəmətlərini xatırlamamış olsun.

Camaat bu dövrdə öz imamları ilə birbaşa əlaqədən məhrum olduğuna görə həzrət özünün ümumi naiblərini,[6] yəni şiə fəqih və alimlərini təyin etməklə camaatı qarşıya çıxan yeni hadisələrdə onlara müraciət etdirmiş və onları sərgərdanlıqdan, heyrətdən xilas etmişdir ki, camaat onlara müraciət etməklə gündəlik məsələ və hökmlər barəsində öz vəzifələrini təyin etmiş olsunlar.

İmam Zaman (əleyhis-salam)-ın həyatının dördüncü dövrü üçüncü dövrün sona çatması – həzrətin zühur etməsi ilə başlanır. Bu zühurun dəqiq vaxtı heç kəsə məlum deyildir. Bir çox rəvayətlərdə işarə edildiyi kimi, həzrətin zühur dövründə fitnə-fəsad dünya səviyyəsində və son dərəcə artmış olacaqdır. Belə ki, yeganə nicat yolu dünya səviyyəli bir inqilab olacaq, insanların ümid gözləri yalnız o həzrətin zühuruna dikiləcəkdir.

Məhz belə bir dövrdə Allahın buyurduğu kimi: “çətinliklərdən sonra asanlıq və firavanlıq zahir olacaq”, İmam Zaman (əleyhis-salam) zühur edəcəkdir. O bütün yer üzündə zülm və haqsızlığın kökünü kəsəcək, “ideal dövran” kimi təbir olunan həqiqi İslam dinini dünya səviyyəsində bərqərar edəcəkdir. Məhz bu zaman müstəzəf (zülm altında inləyən) insanlar asudə nəfəs çəkəcək, sinfi ziddiyyətlər və ictimai təbəqələr arasındakı hər növ fasilələr aradan qalxacaq, insanların üstünlüyünün yeganə meyarı nə ictimai siniflər, nə dərisinin rəngi, nə ata-babaları; əksinə, yalnız təqvadan ibarət olacaqdır.

Deyilmişdir ki, o həzrət də öz ata-babaları kimi, təqribən iyirmi illik ilahi hökumətdən sonra[7] nəhayət fitnəçilərin və sövdəgərlərin vasitəsi ilə şəhadət məqamına çatacaqdır. Onun şəhadəti rəcətin, yəni salehlərin, gözəl insanların dövrünə qayıdışın əvvəlidir; imam Hüseyn (əleyhis-salam), aşuraçılar qayıdacaqdır. Bu gün də “Allah günləri”ndən biridir.

İmam Zaman (əleyhis-salam)-ın bərəkətli ömrünün dövrlərini bəyan etdikdən sonra bəhsin ikinci mərhələsinin irəli çəkirik. Yəni o həzrətin şəxsiyyəti və dünya səviyyəli hökuməti ilə əlaqədar olan ayə və rəvayətlər.

Qurani-kərimin qeyblə əlaqədar xəbərlərində xüsusiyyətlərini qeyd etmədən ümumi şəkildə ona işarə olunmuşdur. Amma hər hansı bir şəxsin və ya məkanın adı çəkilməkdən vaz keçilmişdir. İmam Zaman (əleyhis-salam)-la əlaqədar ayələrdə də elə xüsusiyyətlər zikr olunur ki, əməldə o həzrətdən başqa heç kəsə aid edilə bilmir. Bunlardan biri kimi “Qəsəs” surəsini 5-6-cı ayələrini qeyd etmək olar: “Və Biz iradə etmişik ki, yer üzündə zəif saxlanılmış (zülmə məruz qalmış) insanlara dəyərli bir nemət verək və onları yer üzünün rəhbərləri və varisləri qərar verək.”

Digər bir ayədə isə buyurulur: “O həmin Allahdır ki, Öz Rəsulunu hidayətlə və haqq dinlə göndərmişdir ki, Öz dinini güclü və kamil şəkildə bütün dinlərə qalib və üstün etsin.”[8]

“Nur” surəsinin 55-ci, “Ənbiya” surəsinin 105-ci və s. ayələr də on ikinci imam (əleyhis-salam)-ın şənində nazil olmuşdur. Aydındır ki, əgər yuxarıdakı ayələrin xarici nümunəsi olaraq İmam Zaman (əleyhis-salam)-ı götürməsək, bu ayələr gerçəklikdən uzaq olan sırf şüarlar olacaqdır. Bu da Quranın möcüzəli olması və sədaqəti ilə uyğun gəlmir. (Yuxarıdakı ayələrin təvil və təfsirindən məlumat əldə etmək üçün daha müfəssəl yazılan kitablara müraciət edin.)

Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih) tərəfindən vədəsi verilmiş Məhdinin zühuru ilə əlaqədar rəvayətlər olduqca çoxdur. Şəhid Məhəmməd Baqir Sədrin (r) dediyinə əsasən, “əgər şiə və sünnü təriqi ilə imam Məhdi barəsində nəql olunan rəvayətləri bir yerə yığsaq, altı mindən artıq olacaqdır.”[9] Lakin təbərrük ünvanı ilə onlardan birini qeyd edirik. Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurur: “Məhdi mənim övladlarımdandır. Onun üçün bir qeybət dövrü vardır... O dövrdən sonra gələcək və yer üzünü, zülm və haqsızlıqla dolduğu kimi, haqq-ədalətlə dolduracaqdır.”[10]

İmam Məhdi (əleyhis-salam) ilə əlaqədar heç bir şəkk-şübhəsi olmayan mütəvatir rəvayətlər sünnülərin kitablarında da mövcuddur. Bu kitablar İmam Zaman (əleyhis-salam)-ın təvəllüdündən uzun illər öncə müsəlman tədqiqatçıları tərəfindən yazılmışdır.[11]

Amma bəhsimizin sonuncu məsələsi olan “zühur əlamətləri”nə gəldikdə isə,[12] bu əlamətlər iki hissəyə: qəti olmayan və qəti olan qismə bölünür.[13]

Qəti olmayan əlamətlər onlara deyilir ki, zühurun yaxınlaşmasından xəbər verir. Bu əlamətlərin sayı olduqca çoxdur. Amma bəzilərini qeyd edirik:

1. Bəni-Haşimdən olan bir kişinin qiyamı;

2. Xorasanda qara bayraqların sancılması;

3. Ayın tutulması;

4. Çoxlu yağış yağması;

5. Dünya müharibələri...

Qəti əlamətlər o nişanələrə deyilir ki, Allahın lütfü ilə onlardan sonra zühur mütləq baş verəcəkdir. Onların bəzilərini qeyd edirik:

1. Yəmən əhalisinin tərəqqi uğrunda hərəkatı;

2. Süfyaninin irticaçı hərəkatı;

3. Asimandan ruh oxşayan nida;

4. Yerin batması;

5. Nəfsi Zəkiyyənin qətlə yetirilməsi...

Sonda qeyd edirik ki, bura qədər deyilənlər bütün İslam alimlərinin – istər şiə, istərsə də sünnü alimlərinin yekdil fikirdə olduqları məsələdir.

Əlavə mütaliə üçün mənbələr:

1. Təbərsi, Fəzl ibni Həsən, “Elamul-vəra biəlamul-Huda”

2. İbni Həcər, “Əs-səvaqiul-muhriqə”

3. Sədr, Seyyid Sədruddin, “Əl-Məhdi”

4. Qəzvini, Seyyid Məhəmməd Kazim, “İmam Məhdi – təvəllüddən zühura qədər”, tərcümə: Kərəmi, Əli, Hüseyni, Məhəmməd

5. “İmam Məhdi – nurdan olan bir həmasə”, Şəhid Məhəmməd Baqir Sədr

6. “Biharul-ənvar”, Məhəmməd Baqir Məclisi

7. “Rovzətul-vaizin”, Məhəmməd ibni Fəttal Nişapuri

8. “Sireyi pişvayan”, Məhdi Pişvayi



[1] “Elamul-vəra”, səh. 417, “İmam Məhdi – təvəllüddən zühura qədər”, səh. 58

[2] “Rovzətul-vaizin”, səh. 292

[3] Yenə orada, səh. 283

[4] “Əs-səvaqiul-muhriqə”, səh. 208

[5] Məclisi, “Biharul-ənvar”, 51-ci cild, səh. 361

[6] Hürr Amili, “Vəsailuş-şiə”, 18-ci cild, səh. 101

[7] “İmam Məhdi – təvəllüddən zühura qədər”, səh. 779

[8] “Tövbə” surəsi, 33

[9] “Fəraidus-simteyn”, 2-ci cild, səh. 335; “İmam Məhdi – təvəllüddən zühura qədər” kitabından səh. 102

[10] Pişvayi, Məhdi, “Sireyi pişvayan” (məsumların həyatı), səh. 697

[11] Bax: “İmam Məhdi – təvəllüddən zühura qədər”, səh. 464-561

[12] Sədr, Məhəmməd Baqir, “İmam Məhdi nurdan olan həmasə”, tərcümə, böyük İslam

itabxanası, səh. 66

[13] Görünüş: “Həzrət Məhdinin zühur əlamətləri”, sual 49; “Həzrət Məhdi və hökumətin süqutu”, sual 43. “Zühurdan sonrakı xüsusiyyətlər və həzrətin zühurundan sonrakı hadisələr”, sual 127...

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    163888 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    159538 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    118839 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    112028 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    106163 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    92695 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54205 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    50000 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    45077 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    44524 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...