Please Wait
5791
Xeyr. Xüsusi aylarda və ya günlərdə, eləcə də Məkkə-Mədinə kimi xüsusi məkanlarda qılınan namaz və tutulan orucların savabına dəlalət edən rəvayətlər bu kimi zaman və məkanlarda yerinə yetirilən ibadətlərin dəyər və savabını bəyan edir. Amma belə əməllərin insandan qəzaya gedən namaz, oruc və s. vacib əməllərin yerini tutmasına gəldikdə isə, həmin günlərdə qəza niyyəti ilə yerinə yetirsə, yalnız bir günün əvəzi olacaqdır, ondan artığını yox.
Yəni, bu oruc o halda Ramazan ayının qəza orucunun yerini ödəyə bilər ki, oruc tutan şəxs Ramazan ayının qəzasını tutmaq niyyətində olsun. Əks halda, əgər müstəhəb oruc niyyəti edərsə, nəinki Ramazan ayının qəzasının yerini ödəməz, hətta insanın öhdəsində vacib orucun qəzası olan halda müstəhəb oruc da tuta bilməz. Amma namazda belə deyildir; insanın qəza namazı ola-ola müstəhəb namaz da qıla bilər.[1]