Ətraflı axtarış
Baxanların
5890
İnternetə qoyma tarixi: 2012/04/19
Sualın xülasəsi
İstismarçı qərb dünyasının qadına və onun azadlığına dair nəzəri necədir?
Sual
İstismarçı qərb dünyasının qadına və onun azadlığına dair nəzəri necədir? Lütfən, bu barədə bizi məlumatlandırın.
Qısa cavab

Qadın azadlığı qərb dünyasında çox əhəmiyyət daşıyan ictimai məsələlərdən biridir. Tarix boyu qadın kişinin əsarəti altında olmuş, həmişə özünün fərdi və ictimai hüquqları tapdalanan bir cəmiyyətdə yaşamışdır. Bəzi cəmiyyətlərdə onu hətta “alçaq bir varlıq” kimi qələmə verirdilər. Amma son dövrlərdə qərbdə baş verən ictimai inqilab və dəyişikliklərlə eyni zamanda qadınlar azadlıq kəsb etmək və kişilərlə bərabər olmaq məqsədi ilə “feminizm” adlı bir cərəyan yaratdılar. Bu hərəkat müxtəlif azadlıqların əldə olunmasına səbəb oldu, o cümlədən: rəy vermək haqqı, uşaq saldırmaq haqqı, heç bir təqsir olmadan talaq almaq, maddi müstəqillik, cinsi azadlıq, siyasi, ictimai və iqtisadi sahələrdə fəal şəkildə iştirak etmək və s. Əhəmiyyətli məsələ müxtəlif fiziki və ruhi xüsusiyyətlər, habelə insani kəramətlər baxımından qadınların xüsusi qabiliyyətlərinə təkid etməklə onun cəmiyyətdə iştirakının təsirləri idi. Amma qərb dünyası bu təsirləri təkcə qadının fiziki zühurunda bilir. Buna görə də qərb dünyasında qadının  fərdi azadlıqlarına baxmayaraq, onun yalnız zahiri yönü diqqət mərkəzində saxlanır.

Ətreaflı cavab

Müasir insanın ən mühüm nigarançılıqlarından biri qadın hüquqlarının müdafiəsi məsələsidir. Bu məsələ təqribən uzun keçmişə malik olsa da, hələ də ən mühüm ictimai məsələlərdən biri hesab olunur. Qadın hüquqlarının müdafiəsi əsas etibarı ilə qadınla kişinin bütün ictimai və fərdi hüquqlarda bərabərliyi, qadının ictimai və fərdi qeydlərdən və maneələrdən azadlığı mehvərində cərəyan edir və formalaşır. Belə nəzərə çarpır ki, yuxarıdakı suala cavab vermək üçün ilk növbədə hal-hazırda qərbdə feminizm adlanan qadın hüquqlarının müdafiəsi cərəyanının tarixçəsini araşdırmaq lazımdır. Bundan sonra qərbdə qadın azadlığı barədə bitərəf və insaflı şəkildə mühakimə yürüdəcəyik.

Dünyada qadınlarla kişilərin sayı həmişə bərabər olmuş, bəzi hallarda isə kişilərdən artıq olmuşdur. Amma qadın tarix boyu kişilərin istilası altında olaraq istismara məruz qalmış, özünün fərdi və ictimai hüquqlarının tapdalandığı bir cəmiyyətdə yaşamışdır. Hətta bəzi cəmiyyətlərdə qadın yalnız kişilərə xidmət etmək üçün vücuda gəlmiş olan “alçaq bir varlıq” kimi təqdim olunurdu. Ən parlaq və geniş miqyaslı mədəniyyət sahibi olan qədim Yunanıstanda qadınların vəziyyətinin o dövrdə inkişaf etmiş sivilizasiya ilə heç bir uyğunluğu yox idi. “Onlar qadını doğan və şəhvət hislərini təmin edən bir varlıq hesab edirdilər. Qadın heç bir vəchlə kişinin həyat şəriki sayılmırdı. Çünki onu kamil bəşər qüvvəsinə malik olan bir varlıq saymır, qadını bütün bədbəxtliklərin və problemlərin mənşəyi hesab edirdilər. Qadın həyatın bütün sahələrində zəlil və alçaq bir varlıq idi. Onlar deyirdilər ki, qadında əbədi insan ruhu yoxdur, buna görə də ərinin ölümündən sonra yaşamaq haqqına malik deyildir. Yunanlar qadını heç vaxt paklanmayan bir varlıq və “Şeytanın balası” hesab edirdilər. Onu xidmətçilikdən və kişinin ehtiraslarını, şəhvət və cinsi qərizələrini təmin etməkdən başqa, qalan işlərin heç birinə müdaxilə haqqının olmadığını deyirdilər.”[1]

“Qədim Romada da qadın xoşagəlməz vəziyyətdə idi; onlar qadını “Şeytanın simvolu” hesab edir, onun ictimaiyyətdə və ailədəki məqamını əsla nəzərə almır, qadını Şeytanın tam göstəricisi, kəsif (çirkin) ruh növlərindən hesab edirdilər. Onlar deyirdilər ki, qadın insanın əql qüvvəsini və beynini azdırıb xarab edir. Buna görə də ona əzab-əziyyət verməkdə heç nədən əsirgəmir, onun gülüb-danışmasının qabağını alırdılar. Roma qadınları həqiqətdə “şəxs” yox, “əşya”lardan hesab edilirdi. Əri öldükdən sonra arvadı da onun əmlakı kimi  irs olaraq varislərə çatırdı.”[2]

Qadına bu mənfi nəzər qərbdə insan oyanışı adlanan ronesans dövrünə qədər davam etdi. Hətta başqa cəmiyyətlər də – azacıq fərqlərlə – qadına belə nəzər salır, onu malikiyyət, irs, ictimai hüquqlar və s.dən məhrum edirdilər. Misal üçün, Hindistanda qadına kişini fasid edən (korlayan) şər bir varlıq kimi baxırdılar. Avstraliyanın bəzi qəbilələrində qadın ümumiyyətlə insan hesab olunmurdu.[3] Misirdə, Çində, Afrikada və dünyanın digər məntəqələrində də qadınlar ictimai hüquqlardan məhrum və kişilərin ixtiyarında olan itaətçi şəxslər idilər ki, onlar üçün işləsinlər və onları öz cinsi ləzzətlərdən bəhrələndirsinlər.

Mərhum Əllamə Təbatəbai qədim dövrlərdə qadının vəziyyətini belə bəyan edir: “Bu xalqların hamısının arasında müştərək cəhət bu idi: onların nəzərində qadın nə iradəsində, nə də əməllərində heç bir növ müstəqilliyə, hürriyyətə və azadlığa malik deyildi; o, həyatının bütün işlərində kişinin qəyyumluğu və vilayəti altında idi, öz tərəfindən heç bir iş qətiləşmirdi, ictimai işlərdən heç birinə (nə hökumətə, nə məhkəməyə, nə də başqa şeylərə) baş qoşmaq haqqı yox idi. İndi görəsən, heç bir hüquqa malik olmadıqları halda hansı vəzifələrə malik idilər? Əvvəla: Kişinin öhdəsində olan bütün vəzifələr, hətta kəsb-ticarət, əkinçilik, odun yarmaq və s. onun da öhdəsində idi. İkincisi, bu işlərdən əlavə, ailənin və övladların idarə olunması da onun öhdəsinə idi. Kişinin dediyi və istədiyi şeylərdə itaət etmək də onun vəzifəsi idi.”[4]

İslamın zühur edib qadınların hüququ ilə əlaqədar cəmiyyətə mütərəqqi bir bəyannamə təqdim etməsi ilə qadının təhqir olunması və onun şəxsiyyət və mənliyinin alçaldılması fəzası sındı, müsəlmanlar qadına ehtiram qoymağa və onun hüquqlarına riayət etməyə vəzifəli oldular. Əks halda cəzalandırılırdılar. Bütün bunlarla belə, qərbdə orta əsrlərdə və hətta ronesans dövründə belə, qadınlar qeyri-münasib və xoşagəlməz vəziyyətdə idilər, sadəcə, qadın cinsindən olduqlarına görə müxtəlif zülmlərə məruz qalırdılar. Onlar izdivac, təhsil, rəy vermək, ictimai qərar çıxarmaq və hətta bəzən malikiyyət haqqından belə məhrum idilər. Qərbdəki ictimai inqilab dövründə – 1789-cu ildə Fransada “bəşər hüquqları bəyannaməsi” qəbul edildi, amma qadın hüquqlarına və ya onların kişilərlə bərabər olmasına azacıq belə, işarə edilmədi.[5]

Qadınların hətta öz ailələrinin nəzərindən də, heç bir sığınacaq yeri olmayan belə acınacaqlı və zülmkar vəziyyətdə təbiidir ki, ictimai təfəkkürün inkişafı ilə əldən getmiş hüquqlarını bərpa etmək fikrinə düşdülər: o, bir insan ünvanı ilə öz təbii hüquqlarından bəhrələnməli idi.

Qərbdə ictimai-siyasi hadisələrin inkişafı ilə qadınlar da fəaliyyətə başladılar, “qadın hüquqlarının müdafiəsi” və ya “feminizm” adlı hərəkatlar formalaşdı. Bu hərəkatlar qərbin humanizm (insanının əsas mehvər təşkil etməsi) qəbilindən olan, insani istəkləri əsil mehvər qərar verən fəlsəfə əsasında quruldu: dünyanı qurmaq istəyən, dinlə dünyanı bir-birindən ayran, dini insan həyatının müxtəlif sahələrindən tamamilə çıxaran və fərdi maraqlarda hüdudlandıran sekularizm nəzəriyyəsi. (Yəni fərd öz cisminin malikdir və özü öz barəsində istədiyi hər bir qərarı çıxara bilər.)

Məhz bu fəlsəfi görüşlər əsasında qadınlar kişilərlə bərabər olan hüquqlarını əldə etmək üçün müxtəlif hərəkatlara başladılar. Azadlıq kəsb etmək üçün kişilərlə mübarizə apardıqlarına baxmayaraq, bu hərəkatları icad edənlər müxtəlif əqidələrə malik idilər, hətta bu qruplardan bəziləri bir-birinin qəbul etmirdilər. Beləliklə də feminizm hərəkatları müxtəlif qruplara bölündü. Onların bəzilərinin adı və formalaşmaqdakı hədəflərinə qısa şəkildə işarə edirik:

Liberal feminizm: Feminizmin ən qədim və ən böyük hərəkatından ibarət olan bu hərəkat ictimai-siyasi quruluşun və mövcud qanunların islah olunması yolu ilə qadınla kişinin hüquqlarının bərabər olmasını mümkün bilir. Onlar inanırlar ki, ədəbiyyat hövzəsində müxtəlif proqramlaşdırma ilə “kişinin ailə başçısı olması” kimi ifadələri lüğətdən çıxarmaq lazımdır. İctimai qurumlar və sünnətlərdən daha mühüm olan qadınların fərdi istiqlaliyyəti qorunmalıdır. Bu qrup ailə quruluşlarına qarşı çoxlu tənqidlər etsələr də, əməldə onun qorunub saxlanmasını istəyirdilər.

Marksizm feminizmi: Bunlar qadınların alçaq varlıq hesab edilməsinin amilini kapitalizm və xüsusi malikiyyət kimi iqtisadi münasibətlərin yaranmasında axtarır və deyirlər ki, bu işin kişilərə məxsus olması qadının kişidən asılı olmasına səbəb olur. Bu qrup cəmiyyətdə ailə təşkil edilməsi ilə çox kəskin və şiddətlə müxalifət edir, uşaq bağçalarını və restoranları qadının ev işlərinin yerinə keçirirlər ki, qadın tam azad şəkildə ümumi və ictimai sahələrdə fəaliyyət göstərib iştirak edə bilsin. Əlbəttə, yeni marksistlər ailənin müsbət yönlərini qəbul edirlər.

Radikal feminizm: Onlar inanırlar ki, “kişinin ailə başçısı olması” və qadına zülm etməsinin kökləri ictimai eybəcərliklərdə, xüsusilə qadının həqarətindən ibarətdir. Bu hərəkatın əqidəsinə əsasən nikah çox təhlükəli bir vasitədir ki, kişilər qadını əsarətə almaq onu icad etmişlər. Bu təfəkkürdə izdivac qadının məhbus olması kimi qiymətləndirir. Radikal feminizm uşaq saldırmanı qanuniləşdirmək üçün çox ciddi fəaliyyətlər göstərir, nəsil artırmaq məsələsində inanırlar ki, klassik nəsil artırma metodu dəyişdirilməlidir, hətta süni mayalandırma, insanın süni mühitlərdə və laboratoriyalarda böyüdülməsi qadınların hamiləlik və doğuş kimi problemlərdən xilas olmasına səbəb olacaqdır.

Sosialist feminizmi: Onlar qadının alçaldılmasının səbəblərinin bir hissəsinin “kişinin ailə başçısı olan” cəmiyyətlərdə cinsiyyət quruluşundan yarandığına inanır, başqa hissəsini də iqtisadi səbəblər və kapitalizm ilə əlaqələndirirlər. Bu qrup da izdivacın təbii iş olduğuna inanmır və onu saxta bir iş sayır, amma onunla müxalifət etməyi də zəruri hesab etmirlər. Onlar qadınların azadlığı yolunda sinfi və cinsi mübarizələri zəruri və qaçılmaz bir məsələ hesab edirlər.

Modernizmdən yüksəkdə olan feminizm: Feminizm meyllərində mövcud olan ifratçı və təfritçi nəzəriyyələr səbəbi ilə modernizmdən yüksəkdə olan digər bir feminizm nəzəriyyəsini irəli sürürlər. Bu nəzəriyyənin xüsusiyyətlərindən biri nisbiliyə inanmaq və hər növ sabit əqidələri inkar etməkdir. Onlar inanırlar ki, qadınların alçaldılmasının amilləri müxtəlif mədəni, dini, coğrafi və s. şəraitlərə bağlıdır və bu amilləri kəşf etmək üçün hər bir yerdə özünə məxsus təhlil aparmaq lazımdır.

Qərb dünyasında qadınların əldə etdiyi şey və feminizm hərəkatının hasili zahirdə çox qabarıq nəzərə çarpır və böyük nailiyyətlər hesab olunur. Burada belə bir sual yaranır: hal-hazırda qərb qadınının nail olduğu bu qədər fərdi və ictimai azadlıqdan sonra görəsən, qadının insani məqamı, şəxsiyyəti  və kəraməti qorunub saxlanırmı? Başqa sözlə, görəsən hazırkı qərb qadını ruhi asayişə nail olubmu, yoxsa tam iztirablı və sarsıntı vəziyyətdə yaşayır?

Cavabda demək lazımdır: Uzunmüddətli mübarizə nəticəsində qərb qadınlarının azadlığının nəticəsi bunlardır: rəy vermək haqqı, uşaq saldırmaq haqqı, heç bir təqsir olmadan talaq almaq, maddi cəhətdən müstəqillik, cinsi azadlıq, qadınların iqtisadi, ictimai və siyasi məsələlərdə geniş və fəal iştirakı, izdivac yaşının yuxarı getməsi, tənha yaşayışların çoxalması, qızğın ailə ocaqlarının dağılması, talağın artması, kişi-qadın arasında düşmənçilik və nifrət hisslərin yaranması, ülvi qadınlıq hisslərinin məhv edilməsi, qadınların mənlik və şəxsiyyət böhranı, kişiliyin zəiflədilməsi, ümumi və xüsusi (ailə və cəmiyyət) sərhədin aradan götürülməsi, hemoseksologiyaya rəvac verilməsi, kişilərdə özünü qadına oxşatmaq hissinin artması, fəqirlik və müxtəlif qadın xəstəliklərinin artması, cismi və ruhi nasazlıqlar, sərmayədarların mənafeyini təmin etməkdə qadının xidmətçi bir vasitə və alət olması, uşaq saldırmağın qanuni əməl olması, parnoqrafiyaya rəvac verilməsi və s.

Bu nəticələr göstərir ki, feminizm qadın hislərinin birtərəfli şəkildə inkişafına nəzər yetirməklə onun digər vücud sahələrini məhv etmişdir. Bu hərəkatdan əvvəl və sonra qadınların vəziyyəti barəsində müxtəsər tədqiqat apardıqda məlum olur ki, qərbdə həm feminizmi tərəfdarları, həm də ona qarşı çıxanların etiqadına əsasən qadınlar qeyd olunan hallarda azadlıq əldə etsələr də, bu hərəkat onları öz pak fitrətlərindən uzaqlaşdıraraq yad etmişdir və bu məsələ qərb qadınının şəxsiyyət və mənliyinin ardan getməsinə, ruhi sarsıntı və iztiraba düşməsinə səbəb olmuşdur.

Feminizmi tənqid edənlərdən biri doktor Toni Grent yazır: “Bugünkü dövrdə belə nəzərə çarpır ki, qadınlar yalnız müstəqil olmuşlar, amma insani duyğular cəhətindən öz analarından və nənələrindən də çox ehtiyaclıdırlar; onlar təhlükəsizliyi aradan getmiş, ruhi sarsıntıya düçar olmuş yalqız insanlardır.”[6]

Əhəmiyyət daşıyan məsələ – qadınların xüsusi qabiliyyətlərinə təkid və diqqət yetirməklə – onların cəmiyyətdə həm fiziki və ruhi cəhətdən, həm də qadının insani kəraməti baxımından fəal iştirakıdır. Amma feministlər bu kimi təsirləri yalnız qadının fiziki zühurunda görürlər. Buna görə də qərb nəzərindən qadın özünün fərdi azadlığına baxmayaraq, yalnız zahiri nəzərdən diqqət mərkəzində tutulur və bu da hazırkı qərb qadınını sərgərdan edir.

 


[1] Qaimi, Əli, “İslam təfəkküründə qadın həyatı”, səh. 41, “Əmiri” nəşriyyatı, Tehran, 1-ci çap, 1373-cü şəmsi il

[2] Yenə orada, səh. 42

[3] Məsumi,  Məsud, “Feminizmə bir baxış”, səh. 19, “İmam Xomeyni” adına təlim-tərbiyə müəssisəsi, Qum. 1378-ci şəmsi il

[4] Təbatəbai, Məhəmməd Hüseyn, “Əl-mizan”, tərcüməçi: Musəvi Həmədani, Məhəmməd Baqir, 2-ci cild, səh. 397, “İslami nəşriyyat”ın dəftərxanası, Qum, 1373-cü şəmsi il

[5] “Feminizm bir baxışda”, səh. 26

[6] Slamolo, Nəimə və başqaları, “Tarixdə zülmə məruz qalan qadının zülmlə mübarizəsi”, səh. 80, “Xeybər” texniki-peşə və mədəniyyət müəssisəsi, Tehran, 1-ci çap, 1389-cu şəmsi il

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Ata və ananın əmr və qadağalarının bir- birinin qarşısında olduğu zaman, övladın vəzifəsi nədir?
    13927 Əməli əxlaq 2011/04/13
    Quranda tövhid və şirki qadağan edəndən sonra əmr olunan ilahi vaciblərin ən böyüyü, valideynlərə hötmət və onları əzizləməkdir. Onların hər birinin bir- birinə zid əmr və qadağaları olan və övladın onların hər ikisinin istəkləri yerinə yetirə bilmədiyi yerlərin hökmü barəsində, deməliyik ki,bu barədə bizim iki cür rəvayətlərimiz var. rəvayətlərin bəzisində ...
  • Behiştdəki hər hansı bir fərd mələklə evlənə bilər? Belə olan vaxtda hər bir hurinin bir əri olacaq? Behiştdə gedən qadınların da kişi mələkləri olacaq?
    6711 Qədim kəlam 2011/06/19
    Allah Taalanın imanlı şəxslərə əta etdiyi nemətlərdən biri də behişt və onun nemətləridir. Behiştə getmək üçün kişi və qadının heç bir fərqi yoxdur. Behişt nemətlərindən biri də "huri əl- eyndir" (behişt mələyi) ki, bu barədə ayə və hədislərimiz vardır. Bir çox təfsirçilərin nəzərinə əsasən behiştdə evlənmək yoxdur. Belə ...
  • Динин сијасәтлә ујғунлуғу вармы?
    7081 Təzə kəlam 2009/11/10
    Илаһи тәрәфиндән ҝөндәрилән дин дүнјанын сонуна гәдәр бәшәријјәтә сәадәт јолуну зәманәт верир. Бу о демәкдир ки, онун ҹәмијјәтин әсасыны тәшкил едән дөвләт вә гурулуша биҝанә јанашмасы гејри-мүмкүндүр. Имам Рза (ә) ислами дөвләтин зәрурилији һагда бујурур: “Биз тарихдә елә бир күтлә вә ја милләт ...
  • Vəliye fəqihin vəhdətinə rəvayət dəlili hansıdır?
    5633 Nizamlar (Qurluşlar) 2012/09/01
    Bu sualın cavabında qeyd etmək lazımdır ki, vilayete fəqihin vəhdəti rəvayi dəlillərlə isbat edilmir. Bu rəvayətlər yalnız meyarları bəyan etməklə kifayətlənir və vəliye fəqihin vəhdətinə və sayına işarə vurmamışdır. Bu vəliye fəqihin vəhdəti və sayı bu rəvayətlər əasında icazə verilən və düzgündür və cəmiyyətin dini mütəxəssisləri də ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    45085 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Əgər hazırkı məsihi dini təhrif olunubsa və Allah onları kafir hesab edirsə, bəs nə üçün onlara şəfa verir və onlara diqqət yetirir?
    5720 Qədim kəlam 2012/01/19
    Allahın bəzi məsihilərə şəfa verməsi və diqqət yetirməsinin səbəbi Onun rəhmaniyyət və feyzinin ümumu olmasıdır. Bu rəhmət və feyz bütün insanlara şamil olur, nəticədə ilahi nemətlərdən bəhrələnmək sayəsində səadət və iman yolunu seçir, ilahi mərifət və kamala nail olurlar. Çünki Allah-taala insanları azad yaradır, ixtiyarlarına müəyyən imkanlar verməklə onları sınaqdan ...
  • Oğurluq günahını necə bərpa edə bilərik?
    11298 Nizamlar hüquq və əhkam 2011/11/24
    Allah-taalanın lütf və mərhəmətinin sizə şamil olduğuna görə təbrik edirəm! Çünki siz bu işin qəbahətli olduğunu başa düşüb tövbə ilə bu yaramaz işi bərpa etmək fikrinə düşmüşsünüz. Tövbə etməklə bu günahın bərpa olunması üçün ona deməyiniz lazım və vacib deyil. Siz onu öz işinizdən agah etməyin; özünüzlə ...
  • Bilmək istərdim ki, İslamda başqasının övladını övladlığa götürməkliydə məhdudiyyət varmı?
    8784 Nizamlar hüquq və əhkam 2015/08/01
    Yetim uşaqları və ya valideynləri olan halda övladını saxlaya bilməyənlərin öz tam razılığı ilə övladlarını himayəyə verməkdə və onları himayəyə götürməkdə şəri cəhətdən, İslamda heç bir məhdudiyyət yoxdur. Amma, bəzi ölkələrdə uşaqların öz vəziyyətlərini ruhi cəhətdən nəzərə almaqla, onların bu yaşda kifayət qədər ixtiyar sahibi olmamaları və ...
  • Qurani-kərimdə gözəllikşünaslıq məsələsini isbat edən ayələr vardırmı?
    9666 Təfsir 2012/07/22
    Farsca ziba (gözəl) kəlməsinin müxtəlif mənaları vardır: layiqli, yaxşı, xoş surət. Termində isə kamalın üzərinə çəkilmiş şəffaf bir pərdəyə deyilir. Ümumiyyətlə, gözəlliyin dörd növü vardır: Hiss olunan, hiss olunmayan, məqul (əqli) və Allah-taalanın mütləq gözəlliyi. Quran nəzərindən insanın gözəlliyi, təbiət gözəlliyi, mənəvi və əxlaqi gözəlliklər ...
  • Нәјә ҝөрә Шура сурәсинин 23-ҹү ајәсиндә “әл-гурба” сөзүнү Әһли-Бејт мәнасында тәфсир едирсиниз?
    6469 Qədim kəlam 2010/11/22
    Һәр бир ҹүмлә вә ја кәлмәдә данышанын мәгсәд вә һәдәфи мәлум олмаса, кәнарда олан елә әламәт вә шаһидләрә мүраҹиәт етмәк лазымдыр ки, һәмән мәгсәд вә һәдәф мәлум олсун. Гуранын Шура сурәсинин 23-ҹү ајәсиндә охујруг: “Де: "Мән сиздән бунун (рисаләти тәблиғ етмәјимин) мүгабилиндә Әһли-бејтә ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    163889 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    159553 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    118843 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    112034 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    106186 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    92698 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54209 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    50017 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    45085 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    44531 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...