Ətraflı axtarış
Baxanların
7544
İnternetə qoyma tarixi: 2011/03/06
Sualın xülasəsi
Təqlid ilə qəbul olunan islamı Allah qəbul edirmi?
Sual
Əgər qiyamətdə bizdən soruşsalar, nə üçün islam dinini seçdiniz və müsəlman oldunuz, cavabımız necə olacaq? Ata babamız müsəlman olduğu üçün bizdə müsəlman olduqmu?
Qısa cavab

Əgər axirətdə əqidəmizin hansı yolla və təqliddən başqa heç bir dəlil olmasa və ata babalarımızdan təqlid etdiyimizi bilirsək (o halda ki bilirik atalarımız heç bir alim və nəzər sahibi olan şəxsin təsiri altında olmamışdır) belə bir halda bizim heç bir üzrümüz yoxdur. Çünki bu cür fikir və rəftar insan fitrətilə müxalifdir. Əlbəttə o ki, dedik etiqad gərək elmi və yəqin üzündən olsun, o deməkdir ki:

Birincisi: İnsan bu mövzuda elm və fəlsəfədən dəlillər gətirsin, əlbəttə ki, hər kəsdən öz elmi qədər intizar gözlənilir.

İkincisi: Bu yolda başqa alimlərdən bəhrələnmək imkanı olmamışdır.

Ətreaflı cavab

Sualın ətraflı cavabını bilmək üçün bir neçə nöqtəyə işarə edirik:

1.             Allah- Taala insanın təbiətini bir cür yaratmışdır ki, həmişə həqiqəti istəmiş və özü haqqında olan hər bir şeydən məlumatı olmağını istəmişdir. İnsan anadan olduğu vaxtdan ölənə kimi hər an məlumatı olmayan varlıqların həqiqətini tapmaq istəyir. Əlbəttə ki, bu səy insanın cismi, yaşı, elm və fikri çərçivəsindədir.

Başqa cür desək, Allah yer üzündə insanların kamal və səadətə çarması, həqiqət və maarifi dərk etməsi üçün kifayət qədər xəzinələr yaratmışdır ki, onlardan istifadə etməklə öz hədəf və yaradıldıqlarının son nəticəsini əldə etsinlər.

Quran buyurur: And olsun adam (nəfsin) canına və o şəxsə ki onu yaratmış və ona nəzm vermişdir. Sonra isə şər və xeyri ona ilham etmişdir, hər kəs öz nəfsini təmizləyib pak etsə hidayət olmuşdur və o şəxs ki, özünü günah işlərlə çirkinləşdirmişdfir naümüd və məhrum olmuşdur.[1]

Bu həqiqətə diqqət yetirdikdə, bilirik ki, insan, Allahın ən üstün yaranmışlarındandır ki, məlumat və elmi öyrənib inkişaf etmək qüdrətinə malikdir. Əgər bir insan öz vücudunda olan bu sərmayədən ehtiyacını yaradılışın son məqsədi ki, Allaha yaxın olmaqdır, aradan qaldırmaq üçün istifadə etməsə və bu məqsədə çatdıran yolu süçməkdə diqqətsizlik etsə (və ata babaların nəzər və fikirlərinə kifayətlənir, bunu da bilir ki, araları elm əhli olmamış və hidayət tapmaları da elm üzündən olmamışdır) necə üzürlü hesab olunsun,[2] həqiqətdə o, insani vicdan və fitrət məhkəməsinə məhkumdur ki, onların əksinə hərəkət etmişdir. O özü öz əlləriylə həqiqəti gizlətmişdir.

Qurani kərim buyurur: "İnsan və cinlərdən bir çox dəstəsini cəhənnəm üçün yaratdıq, onlarda bir qəlb vardır ki, onunla dərk etmirlər, gözlər ki, onlarla görmür, və o qulaqlar ki, onlarla eşitmirlər, onlar dörd ayaqlılar kimidirlər. bəlkə onlardanda (dörd ayaqlılardan) səviyyəsizdirlər. bunlar həmin qəflətdə olanlardır".[3]

2.             Hər bir müsəlman ki, özünün həqiqi islama tabe olduğunu bilirsə; öz etiqadının ata babalarından örnək almadığını sabit edən dəlillər gətirməlidir. Bunun üçün də əhkam risalələrinin əvvəlində hər bir müsəlmanın onu öyrənməsinə işarə olunur. Burada bildirilir ki, üsul din (dinin əsli) təqlid üzündən deyil bəlkə hər bir insan onu elm və yəqin olaraq onu dərk etməlidir.[4] Bundan əlavə, islam dininin əsli də həmin elm və yəqindir, bunun üçün də hər bir zaman bizləri elm və düşüncəyə dəvət edir.[5]

Əlbəttə bu da məlumdur ki, insanlar fikir və düşüncə baxımından, elm və məlumatları nəticəsində fərqlidirlər. savadsız bir insandan onun fikri və düşüncəsi qədər dəlil gözləmək olur, o cür ki. bu mövzuda məruf bir rəvayətdə gəlmişdir: Qoca bir qarı sap əyirirdi, bu zaman Allahın rəsulu (s) ona yaxınlaşıb soruşdu Allahın varlığını necə isbat edirsən o əlini işdən çəkərək dedi bundan. Burada qoca qarı fəlsəfə və... başqa dəlillərdən istifadə etmədi və bu dəlillər ondan da gözlənilmirdi və bundan əlavə onun bu dəlillərə də gücü çatmırdı. O hamının başa düşdüyü bu nöqtəyə işarə etdi ki, əgər bu cəhrə firlanmaqda başqasına möhtacdırsa, bəs necə bu dünya onu yaradana və idarə edənə ehtiyacı olmasın.

Bunun kimi; cahil bir ərəbdən Allahın varlığını isbat edən dəlil istədikdə deyir: O cür ki, dəvənin ayaq izləri dəvənin olmasına dəlalət edir. Səma və yer də Allahın lütf və varlığına dəlalət edir.[6]

Amma demək olar ki, İslamın haqq olmasını isbat edən ən sadə və ümumi dəlil onun hökmləri insan fitrətiylə uyğun və bir olmasıdır. Əgər bir insan bəyənilməz əxlaqı və rəftarıyla ilahi fitrətini günah və zülmətdə qərq etməzsə, islamın haqq olmasını dərk edə bilər və bu yolla doğru və düzgün əqidəyə sahib olacaqdır. Əlbəttə ki, ağıl və düşüncəylə birlikdə ondan bəhrələnəcəkdir.

3.             Doğrudur ki, dinin əslinə olan etiqad elmlə sabit olan yəqin həddində olmalıdır və əgər bu dərəcəyə çatmazsa; yənib əgər bir etiqad həmişə şübhə içində olacaqdır və bu da kifayət etmir. Baxmayaraq ki, bir yol göstərici həddində məlumatı olur. amma müsəlman olmaq üçün təqlid yolu kifayət deyil. Bir şəxs müsəlman olmaq istəyirsə dinin haqq və batil olması haqqında tədqiqat etməlidir.

Amma bu elm ki, insanda yəqin yaradır dəlillər vasitəsiylə də insan əldə edə bilər və bundan başqa yollarla da onu əldə edə bilər; misal üçün Quran ayəsi və ...[7]

Bu yollardan biri də, bir alimin göstərişləriylə hərəkət etməsidir ki, üsul dini elm və yəqin üzündən əldə edir.[8]

Amma Quranın rədd etdiyi, tamamıyla təəssb və bilməyərəkdən təqlid etməkdir.

"O zaman ki, onlara deyiləcəkdir. O ki, Allah nazil etmişdir itaət edin deyəcəklər, biz atalarımızın itaət etdiklərindən biz də itaət edəcəyik. Bəs doğru deyildir ki, onların ataları heç bir şey dərk etmirdilər və hidayət olmadılar.[9]

Bu məzmunda Maidə surəsinin 104- cü ayəsində də işarə olunmuşdur.

Bu ayələrdən belə nəticə almaq olar ki, əgər onların babaları alim, nəzər sahibi və hidayət olunmuş insanlar olmuşdursa, onlardan təqlid etmək də doğru olardı,[10] amma bilirlər ki, onlar nadan və savadsız insanlar olmuşdur, bunlardan təqlid etməyində mənası yoxdur, belə olduqda cahil, cahildən təqlid etmirmi?[11]

Bəs necə bir şəxsi müsəlman bilmək olar o halda ki, elmi olmayan və fitrətlə və ilahi hidayətə uyğun olmayan insanların dediklərini qəbul edir, əlbəttə bu da məlumdur ki, həqiqi müsəlmanlar elm və düşüncəyə malik və yaxud fitrət və ilahi hidayət çərçivəsində hərəkət edirlər. onların təqlidi həmişə elm və təqlid üzündən olmuşdur. Onların təqlidi təəssüb və cahillik üzündən deyil çünki bilirlər əgər elm üzündən təqlid olunmazsa Allah dərgahında üzürlü sayılacaqlar.



[1] - Şəms surəsi, ayə 7- 10.

[2] - Bu işdə həqiqətən təqsirsiz olaq nəinki təqsirli. Əlavə məlumat üçün bax Göstərici: "Təqsirsizlər və cəhənnəmdən nicat" sual 323

[3] - Əraf surəsi, ayə 179.

[4] - Şəriət hökümləri risalələri, məsələ 1.

[5] - O cür ki, Quran bizim dinimizin əsl mənbəyidir, hər zaman insanları təfəkkür və düşüncəyə dəvət edir. "elm" "fiqh" və "ağıl" kəlmələrinin istifadə olunmasından əlavə ən azı 17- dəfə "fikir" kəlməsiylə insanları təfəkkür etməyə dəvət edir. İnsanları həmişə təfəkkür və düşüncəyə çağırır.

[6] - Biharul- ənvar, cild 66, səh 133.

«حیث قال: البعرة تدل على البعیر و أثر الأقدام على المسیر أ فسماء ذات أبراج و أرض ذات فجاج لا تدلان على اللطیف الخبیر»

[7] - Əlavə məlumat üçün bax: Tərcümeye Əl- mizan, cild 9, səh 209.

[8] - Nümunə təfsiri bu mövzuda yazır: Bəzi hədis təfsirçiləri imam Sadiq (ə)- dan rəvayət edirlər ki, bir neçə nöqtəyə diqqət yetirmək lazımdır, hədis bundan ibarətdir: Bir şəxs imam Sadiq (ə- a dedi: O halda ki, avam yəhudilər yalnız öz alimləri tərəfindən ilahi kitabdan məlumat əldə edirdilər, bəs necə olur ki, Allah onları öz alimlərindən təqlid etduikləri üçün məzəmmət edir?!. (Bəhs olunan ayələrə işarə olunur). Avam yəhudilər bizim avamlarla ki, öz alimlərindən təqlid edirlər fərqlidirlərmi?

İmam buyurdu: Bizim avamlarla yəhudi avamların arasında bir cəhətdən fərq edirlər, bir cəhətdən isə bərabərdirlər, o cəhətdən bərabərdirlər ki, Allah yəhudi avamları məzəmmət etdiyi kimi bizim avamlarımızı da məzəmmət edir. Amma o cəhətdən bir- biriylə fərq edirlər, yəhudilər öz alimlərinin vəziyyətindən xəbərləri var idi və bilirdilər ki, onlar yalan danışır, haram və rüşvət yeyirlər. Allahın hökümlərini dəyişirlər. onlar öz fitrətlərində bu həqiqətə çatmışdılar ki, bu cür şəxslər fasiqdir onların Allah və hökümlər haqqında olan sözlərini qəbul etmək düzgün deyildir. Onların Peyğəmbərlər haqqında verdikləri şəhadətləri də qəbul etmək düzgün deyildir. Bunun üçün də Allah onları məzəmmət edir. Amma bizim avamlar bu cür alimin dediklərini qəbul etmirlər.

Əgər bizim avamlar öz alimlərindən açıq şəkildə günah, təəssüb, dünyaya və dünya malına hərisliyini gördükdə onlardan itaət etsə yəhudi kimi olacaqdır ki, Allah onları fasiq alimin arxasınca getdikləri üçün məzəmmət edir.

«فاما من کان من الفقهاء صائنا لنفسه، حافظا لدینه، مخالفا على هواه، مطیعا لامر مولاه، فللعوام ان یقلدوه»

Amma o alimlər ki, öz ruh paklığını qoruyub saxlayırlar, öz dinlərini qoruyub, öz nəfslərinin istəkləriylə müxalifət edib, öz rəblərinin əmrlərinə əməl edirlər, avam insanlar onlardan təqlid etməlidirlər. Bu da məlumdur ki, hədis şəriəthökümlərində təqlid etməyə işarə etmir. Burada məqsəd, slimlərin göstərişləriylə getmək, üsul dini elm və yəqin üzündən əldə etməkdir",çünki hədis Peyğəmbəri tanımaqdan söz açmışdır və bu da üsul dinə bağlıdır, əhkam məsələlərində olan təqlidin burada olması düzgün deyildir. Nümunə təfsiri, cild 1, səh 320) Başqa bir yerdə yazır: Quran ayələrində gəlmişdir ki, İbrahim Azəri öz davamçısı olmağa dəvət edir. O halda ki, Əmisi ondan çox böyük idi, cəmiyyətdə böyük şəxsiyyət idi. Amma dəlil gətirir ki, məndə olan elm səndə yoxdur (قد جائنى من العلم ما لم یاتک) Bu bütün insanlar arasında olan bir qanundur ki, bilmədiklərimizi alim və elmli şəxslərdən öyrənin. Həqiqətdə hər bir şey üçün onun mütəxxəsisinə müraciət etmək deməkdir. Bəs bu da şəriət hökümlərində müctəhidə müraciət etməyi bildirir; doğrudur ki, brahimin məsələsi şəriət hökümlərində deyildi və üsul dinin əsas məsələlərindən söz açmışdı. Amma bu cür məsələlərdə belə alimin köməyindən istifadə etmək lazımdır ki, doğru yola hidayət olaq. Nümunə təfsiri, cild 13, səh 81.

[9] - Bəqərə surəsi, ayə 170.

[10] - Demək olar ki, bu cür təqlid elm və ağılla birlikdə və düzgün təqlid deyil.

[11] - Nümunə təfsiri, cild 1, səh 576.

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    163817 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    158929 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    118692 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    111825 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    105465 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    92531 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54101 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    49266 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    44881 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    44338 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...