Please Wait
6219
Ayətullah əl-uzma Xameneinin (müddə ziluhul-ali) dəftərxanası:
Əgər qadının qadınlar qarşısında rəqs etməsi ləhv-ləib ünvanına malik olarsa, yəni misal üçün, qadınların yığıncağı rəqs yığıncağına çevrilsə, məhəlli-işkaldır və ehtiyat vacib onu tərk etməkdir. Bundan qeyri hallarda da əgər şəhvət hisslərinin təhrikinə səbəb olsa, yaxud öz ardınca fəsad gətirsə və ya haram işlə yanaşı olsa (məsələn, haram musiqiyə və avaza (mahnıya) səbəb olsa), yaxud da o məclisdə naməhrəm kişi olsa, haramdır. Bu hökmdə toy məclisi ilə başqa yerlərin arasında heç bir fərq yoxdur.
Ayətullah əl-uzma Məkarim Şirazinin (müddə ziluhul-ali) dəftərxanası:
Qadının təkcə öz əri qarşısında rəqs etməsi caizdir, bundan qeyri halların hamısı işkallıdır. Əlbəttə, məqsəd hər növ mövzun (vəznli) və münəzzəm hərəkət deyil, ləhv yönlü rəqsdir. Musiqi barəsində də demək lazımdır ki, ləhv və fəsad (əyyaşlıq) məclislərinə münasib olan musiqilər və ahənglər haram, ondan qeyriləri halaldır. Bunun növünün ayırd edilməsi ürf əhlinə, yəni düşüncəli olan dindar şəxslərə müraciət etməklə mümkün olur.
Ayətullah əl-uzma Safi Gülpayqaninin (müddə ziluhul-ali) dəftərxanası:
Musiqi mütləq şəkildə haramdır, qadının da yalnız öz əri üçün – haramla yanaşı olmadığı surətdə – rəqs etməsi caizdir.
Ayətullah Hadəvi Tehraninin (damət bərəkatuh) cavabı belədir:
Əgər şəhvət hislərinin təhrikinə, günaha düşməyə və ya fəsada səbəb olmazsa, eybi yoxdur.