Please Wait
6965
Naməhrəm qadının şəklinə baxmağın, naməhrəm qadının özünə baxmaqla hökmü ryni deyil. Buna əsasən, əgər baxmaq ləzzət üzündən və günaha düşmək qorxusu olmasa, şəkil də görənin tanıdığı müsəlman qadına aid olmasa, iradı yoxdur.
Qeyd etmək lazımdır ki, fiqhi və şərii hökm nəzərindən belə şəkillərə qeyd olunan şərtlərlə (ləzzət qəsdi olmadan və...) baxmağın iradı olmasa da, amma əxlaq və psixologiya baxımından belə məsələlərdən çəkinmək zəruridir. Çünki belə şəkillərə baxmaq, mümkündür insanda əxlaqi pozğunluğa şərait yaratsın.
Bu barədə din rəhbərlərindən rəvayətlər də var ki, buyurur: Halal və haram arasında şübhəli şeylər var ki, camaatın çoxu onu bilmir. şübhəli şeylərdən çəkinən şəxs nicat əhlidir. Şübhəli şeylərə məhəl qoymayan şəxs isə, harama düşübdür. Qoyunları digərinin yerinin sərhədinə yaxın yerdə otlayan çoban kimi ki, digərinin yerinə daxil olması mümkündür...
Nəticə budur ki, belə məsələlərdən uzaq olmaq üçün alışmaq lazımdır.[1]
[1] - Müstədrəkül- vəsail, cild 17, səh 327. Tələbə risaləsi, Seyid Müctəba Hüseyni, səh 198, Mərcələrin izahlı şəriət hökmləri, cild 2, səh 971.