Ətraflı axtarış
Baxanların
6587
İnternetə qoyma tarixi: 2012/03/14
Sualın xülasəsi
“Fərəcin intizarında olun və Allahın rəhmətindən ümidsiz olmayın! Çünki Allah yanında ən yaxşı və sevimli iş fərəcin intizarını çəkməkdir” hədisi kimdən nəql olunmuşdur?
Sual
Aşağıdakı hədis kimdən nəql olunmuşdur: “Fərəcin intizarında olun və Allahın rəhmətindən ümidsiz olmayın, Çünki Allah yanında ən yaxşı və sevimli iş – fərəcin intizarını çəkməkdir.”?
Qısa cavab

Bu hədis Əli (əleyhis-salam)-ın təlimlərindən olan uzun hədisin cüzi bir hissəsidir və o hədis dörd hissədən ibarətdir. Bu uzun hədisdə Əli (əleyhis-salam) müsəlmanların din və dünya məsləhətləri ilə əlaqədar 400 incə nöqtəni bəyan etmişdir.[1] O hədisin bir hissəsi belədir:

انْتَظِرُوا الْفَرَجَ وَ لا تَيْأَسُوا مِنْ رَوْحِ اللَّهِ فَإِنَّ أَحَبَّ الْأَعْمَالِ إِلَى اللَّهِ عَزَّ وَ جَلَّ انْتِظَارُ الْفَرَجِ

“(Ali-Məhəmmədin) fərəcinin (İmam Zamanın zühurunun) intizarında olun və Allahın rəhmətindən ümidinizi kəsməyin. Çünki Allah dərgahında əməllərin ən sevimlisi fərəcin intizarını çəkməkdir.”[2]

 


[1] Şeyx Səduq (rəhmətullahi əleyh), “Xisal”, 2-ci cild, səh. 611-637, “Camieyi müdərrisin” nəşriyyatı, Qum, 1403-cü qəməri il

[2] Yenə orada, 2-ci cild, səh. 616

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar