Please Wait
7762
Həyat, yaşamaq, mənasında və ölüm isə onun əks mənası kimi işlədilir. Həyat və ölüm hər ikisi Allahın yaratdıqlarındandırlar. Qurani kərim buyurur: O şəxs ki, ölüm və həyatı yaratdı, sizin imtahanınız üçün idi ki, sizlərdən hansı biriniz yaxşı əməl sahibi olacaq və o məğlub olunmaz və bağışlayandır.[1]
Həyat sözünün əslindən tutulmuş çoxlu kəlmələr Quranda istifadə olunmuşdur və bir çox fel və məsdər ondan tutulmuş və Quranda geniş şəkildə istifadə olunmuşdur. Amma " حیاة" həyat kəlməsi Quranda 71- dəfə işlədilmişdir ki, şəkilçiyə əlavə olunan halda onun sayı 76- ya çatmışdır.
O cümlətən "Movt" (م و ت) ölüm sözündən tutulmuş sözlərdə Quranda geniş şəkildə işlədilmişdir ki, o kəlmələrdən biri də " الموت" ölüm kəlməsidir. " موت"
Ölüm kəlməsi başqa bir şəkilçiyə əlavə olmadan 35- dəfə istifadə olunmuş, məsdər və əlif- lam ona əlavə olunmuş şəkildə gəlmişdir. Tənvinlə bir dəfə və 14 yerdə şəkilçiylə birlikdə 3 dəfə isə məsdər şəklindəki kəlməsiylə bərabərdir. Quranda istifadə olunmuşdur.
Ümumi olaraq (ح ی ی) "həyat" və yaxud həyat kəlməsi 189- dəfə və (م و ت) "Movt" ölüm kəlməsi isə 185- dəfə Quranda istifadə olunmuşdur.
Bu kiçik tədqiqdən istifadə olunur ki, həyat və yaşayış məsələsinə Qurani- kərim ölümdən və vəfatdan daha çox əhəmiyyət vermişdir.
[1] - Mulk surəsi, ayə 2,
«الَّذی خَلَقَ الْمَوْتَ وَ الْحَیاةَ لِیَبْلُوَکُمْ أَیُّکُمْ أَحْسَنُ عَمَلاً وَ هُوَ الْعَزیزُ الْغَفُورُ»