Ətraflı axtarış
Baxanların
6258
İnternetə qoyma tarixi: 2012/03/14
Sualın xülasəsi
Əgər mən pis və yaramaz işlərə qurşansam, Allah-taala məni tərk edəcək və mənə məhəbbət göstərməyəcəkdirmi?
Sual
Əgər mən pis və yaramaz işlərə qurşansam, Allah-taala məni tərk edəcəkdirmi və mənə məhəbbət göstərməyəcəkdirmi?
Qısa cavab

Şeytan insanın qəddar düşmənidir, o var-gücü ilə çalışır və daim səy edir ki, bütün  insanları günahlara, çirkin və yaramaz işlərə sövq etsin, bu yolla da onlarla Pərvərdigar arasında fasilə salsın, bəndələri mehriban və bağışlayan Allahdan uzaqlaşdırsın. Amma Allah-taala Özünün bütün bəndələrini, hətta günahkar bəndələrini belə sevir, onların haqqa tərəf hidayət olunub əbədi səadətə çatmalarını istəyir. Buna əsasən, günahkar şəxs heç bir şəraitdə, hətta günahları çox olsa da belə, Allahın rəhmət dərgahından ümidsiz olmamalıdır. Allah-taalanın Özü buyurur: “Ey özlərinə israf edib, böyük günahlara, çoxlu xətalara mürtəkib olanlar və öz nəfslərinizə zülm edənlər (ifrata vararaq günahda həddi aşanlar)! Allahın rəhmətindən məyus və naümid olmayın. Çünki Allah bütün günahları bağışlayır. Həqiqətən Allah günahları bağışlayan və bəndələrinə qarşı mehribandır.

Din rəhbərlərimizdən və məsum imamlardan (əleyhimus-salam) gəlib çatan çox yüksək və dolğun mənalardan ibarət olan dualar da mehriban Allahın öz çirkin işlərindən peşman olaraq səmimi qəlbdən tövbə edən günahkar bəndələrinə xüsusi məhəbbət bəslədiyini və onlara diqqət yetirdiyini göstərir.

Ətreaflı cavab

Şeytan insanın qəddar düşmənidir[1], o bütün səyini insanları günahlara, çirkin işlərə və yaramaz əməllərə doğru çəkməyə çalışır ki, bu yolla bəndələrlə Allah arasında fasilə salsın, bəndələri mehriban və bağışlayan Allahın dərgahından uzaqlaşdırsın. Amma Allah Özünün bütün bəndələrini, hətta günahkar bəndələrini belə, sevir, onların haqqa tərəf hidayət olunub əbədi səadətə çatmalarını istəyir.[2] Günah işlər törətmək, Allahın göstərişlərinə, əmr və fərmanlarına qarşı itaətsizlik etmək bəndə ilə Allah arasında bir müddət fasilə sala bilər, amma insan həqiqi mənada olan tövbə və peşmançılıqla öz çirkin və yaramaz əməllərindən qayıdaraq günahın ağır təsirlərini öz ruhundan paklaya, bununla da Allah-taalanın mehr-məhəbbətlə dolu olan rəhmət dərgahına qayıda bilər. Allah-taala da bu yolda ona kömək edəcək, həmişə onunla olacaq və onu tək qoymayacaqdır.

Diqqət yetirmək lazımdır ki, “Allah-taala bütün bəndələrini, hətta günahkarları da sevir” – sözünün mənası bu deyildir ki, Allah (nəuzu billah) pislikləri, günahları, habelə bəd əməl sahiblərini və günahkarları mütləq şəkildə – heç bir qeyd və şərt olmadan sevmiş olsun.[3] Əksinə, bu sözün mənası budur ki, mehriban Allah özünün səhv və xətalarının, günah və yaramaz işlərinin qəbahətini dərk edib bu yaramaz əməllərdən həqiqi mənada peşman olan və Allahın mehr-məhəbbətlə dolu dərgahına qayıdan bəndələri alqışla qarşılayır, onları Özünün lütf və mərhəmətlərinə layıq görür:

إِنَّ اللَّهَ يُحِبُّ التَّوَّابينَ وَ يُحِبُّ الْمُتَطَهِّرينَ

“Həqiqətən Allah tövbə edənləri və pak olmaq istəyənləri sevir.”[4]

Buna əsasən, günahkar şəxs heç bir şəraitdə, hətta günahları çox olsa belə, gərək Allahın mərhəmətli dərgahından ümidsiz və məyus olmasın. Belə ki, Allah-taala Özü buyurur: “Ey özlərinə zülm və israf edən bəndələrim! Allahın rəhmətindən ümidsiz olmayın, çünki Allah bütün günahları bağışlayır. O, çox bağışlayan və mehribandır.”[5]

Allahın rəhmət dərgahından məyus olmaq, (“daha mənim günahlarımı bağışlamayacaqdır!” deyə) Ona qarşı sui-zənn etmək ən böyük günahlardan biridir. İnsanın günahı nə qədər böyük olsa belə, bilməlidir ki,  Allahın rəhmət dərgahı hər bir şeydən böyük və genişdir.

Məsum din rəhbərlərimizdən gəlib çatan və çox yüksək, ali məzlumlarla dolu olan dualar Allah-taalanın günah əməllərindən peşman olan olaraq həqiqi mənada tövbə edən bəndlərinə qarşı son dərəcə mehriban olduğunu, onlara inayət göstərdiyini çatdırır. Burada nümunə üçün bir gün neçə məqamı qeyd edirik:

1.

... وَ إِنْ كُنْتَ لَا تُكْرِمُ إِلَّا أَهْلَ الْإِحْسَانِ فَكَيْفَ يَصْنَعُ الْمُسِيئُونَ وَ إِنْ كَانَ لَا يَفُوزُ يَوْمَ الْحَشْرِ إِلَّا الْمُتَّقُونَ فَبِمَنْ يَسْتَغِيثُ الْمُذْنِبُون ...‏

“Pərvərdigara! Əgər Sənin lütf, mehribanlıq və kərəmin yalnız yaxşı bəndələrə şamil olacaqsa, onda pis əməl sahibləri kimə pənah aparsın?! Əgər qiyamət günü yalnız təqva sahibləri və pəhrizkarlar  nicat əhli olacaqsa, onda günahkarlar kimə üz gətirsinlər?!”[6]

2.

إِلَهِي إِنْ كُنْتَ لَا تَرْحَمُ إِلَّا أَهْلَ طَاعَتِكَ فَإِلَى مَنْ يَفْزَعُ الْمُذْنِبُونَ وَ إِنْ كُنْتَ لَا تُكْرِمُ إِلَّا أَهْلَ وَفَائِكَ فَبِمَنْ يَسْتَغِيثُ الْمُسِيئُون ...

“Ey mənim Pərvərdigarım! Əgər yalnız mütilərə rəhm edəcəksənsə, onda günahkarlar kimə üz gətirsinlər?! Əgər kəramət və mərhəmətin yalnız Sənə vəfadar qalanlara şamil olacaqsa, onda günahkarlar kimə pənah aparsınlar?!”[7]

Əlaqədar görünüşlər:

“Günahdan tövbə etmək Allahın sevimli işidir”, sual 3704 (sayt 3955)

“Günahdan tövbə və ibadətlərin qəbulu”, sual 5930 (sayt 6133)

 


[1] “Sad” surəsi, ayə: 82: قالَ فَبِعِزَّتِكَ لَأُغْوِيَنَّهُمْ أَجْمَعينَ ... “(İblis Allaha) dedi: Sənin izzətinə and olsun ki, bütün bəndələrini yoldan azdıracağam!”

[2] “Zümər” surəsi, ayə: 53: قُلْ يا عِبادِيَ الَّذينَ أَسْرَفُوا عَلى‏ أَنْفُسِهِمْ لا تَقْنَطُوا مِنْ رَحْمَةِ اللَّهِ إِنَّ اللَّهَ يَغْفِرُ الذُّنُوبَ جَميعاً إِنَّهُ هُوَ الْغَفُورُ الرَّحيمُ “Ey özlərinə israf edib, böyük günahlara, çoxlu xətalara mürtəkib olanlar və öz nəfslərinizə zülm edənlər (ifrata vararaq günahda həddi aşanlar)! Allahın rəhmətindən məyus və naümid olmayın. Çünki Allah bütün günahları bağışlayır. Həqiqətən Allah günahları bağışlayan və bəndələrinə qarşı mehribandır.

[3] “Nisa” surəsi, ayə: 117: إِنَّ اللَّهَ لا يُحِبُّ مَنْ كانَ خَوَّاناً أَثيماً  “Həqiqətən Allah çox günahkar xəyanət edənləri sevmir.”

[4] “Bəqərə” surəsi, ayə: 222

[5] “Zümər” surəsi, ayə: 53

[6] Məclisi, Məhəmməd Baqir, "Biharul-ənvar", 91-ci cild, səh. 102, “Vəfa” müəssisəsi, Beyrut, 1409-cu qəməri il

[7] Yenə orada, 92-ci cild, səh. 439

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Uşaq saldırmaq haramdırmı?
    32096 Nizamlar hüquq və əhkam 2012/07/18
    `Uşaq saldırma haram və böyük günahlardandır. Bu işi görən tövbə etməli və kəffarəsi (iki ay bir- birinin ardınca oruc tutmaq) var. onun diyəsi də belədir. Rüşeyim uşaqlıqda qərarlaşandan sonra, 40 gün müddətində spermadır. Onu saldırmağın diyəsi bu müddətdə 20 misqal şərii qızıl sikkədir ki, hər ...
  • Bir kosmonavt səmada qibləni necə təyin etməli, necə dəstəmaz alıb və namaz qılmalıdır; onun namazı tamamdır yoxsa qəsr?
    7543 Nizamlar hüquq və əhkam 2011/04/14
    Vacib namazlar, heç bir şəraitdə insanın boynundan götürülmür. Hər bir müsəlman ki, təklif yaşına çatmışdırsa, vacibdir hər hansı bir halda mümkündürsə öz namazını qılmalıdır. O şəxslər ki, səmadadırlar əgər yer kürəsinə doğru üzlərini çevirsələr qibləyə doğru durmuşdurlar. Amma yer kürəsinin hansı tərəfdə olduğunu təyin edə bilməyirlərsə dörd tərəfə namazlarını ...
  • Rəvayət vardır ki, Allah- Taala Fatimənin paklığına xatir onun övladlarını cəhənnəmə aparmaz. Xahiş edirik onu təhlil edin.
    6412 Hədis elmləri 2012/01/08
    Bu rəvayət şiə və Əhli- sünnə kitablarında vardır və onu nəql edən ravilərin və mənbələrin çoxluğu ona etimad etməyə dəlildir.Amma bu qeyri- müəyyənlik həmişə olubdur ki, bu hədisin genişliyi və əhatə dairəsi hara kimidir? Başqa rəvayətlərə əsasən bu nəticəyə gəlmək olar ki, ancaq həzrət Zəhranın (s.ə.) vasitəsiz övladları o ...
  • Qadın məhkəmədə hakim ola bilərmi?
    7590 Əhkam və hüquq fəlsəfəsi 2011/06/18
    Din alimləri və mütəxəssisləri bu mövzuda bir araya gəlməmişdirlər. Yəni bu mövzu barəsində müxtəlif nəzərlər irəli sürmüşlər. bunu da qeyd edək ki, bu məsələ İslam dininin zəruri və fundamental inancları sırasında deyildir. Qadının hakim olması ilə müxalif olan kəslər icmaya və hədislərə əsaslanırlar. Amma bu ...
  • Nə üçün Allah Evinin üstünə çəkilən parça yalnız qara rəngdədir?
    7480 Dahilərin sirəsi 2012/02/13
    Hal-hazırda Kəbə Evinin üstünə çəkilən qara rəngli parça “Kəbənin köynəyi”, “Kəbənin pərdəsi”, yaxud “Kəbənin paltarı” adlandırılır. Bu pərdə son əsrdə qara rəngli olmuş və Quran ayələri onun üzərində gözəl xətlə və qızılı rəngdə yazılmışdır. Amma əvvəllər bu pərdə üçün digər rənglərdən istifadə olunurdu. İbni İshaq yazır: “Peyğəmbər (səlləllahu əleyhi ...
  • Aya məsum olmayan Müctəhiddən itaət etməyə dəlalət dən ayə və rəvayətə işarə edə bilərsinizmi?
    6620 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qurani- kərim buyurur: Və yaxşı deyildir müsəlmanlar hamısı (cihad üçün) hərəkət etsinlər. Bəs nə üçün o dəstələrdən bir hissəsi köçmürlər ki, (bir hissəsi qalsın və) dində məlumat əldə etsinlər və öz qövmlərini ki, onlara doğru qayıtdılar, qorxutsunlar ki, onlar (İlahi əzabdan) qorxsunlar.[1] Quran, bu ayədə ...
  • Şirkətlərin və idarələrin personelinə (işçilərinə) girov adıyla ödənilən məbləğə xüms gəlir?
    5636 Nizamlar hüquq və əhkam 2011/10/30
    İmam Xumeyni və Məqami müəzzəm Rəhbərin fətvasına uyğun olaraq o pul ki, idarələr şirkətlər və fabriklərdən fəhlə işçi və personelinə girov adıyla verilir o puldan hər nə qədər xüms ilindən artıq qalarsa onun xümsu ödənilməlidir.[1]
  • Bu elmi bir həqiqətdir ki, insan yer səthindən asimana tərəf nə qədər çox qalxsa, fəzada oksigenin miqdarı bir o qədər azalır. Bu mətləbə işarə edən Quran ayəsi hansıdır?
    6854 Təfsir 2012/09/24
    Quranın hərtərəfli bir kitab olması barəsində bəhs edən alimlər və müfəssirlər “görəsən Quran yeni elmlərin bütün incəliklərini bəyan edibmi, yoxsa bu barədə heç bir söz deməmişdir?” məsələsində nəzər ixtilafına malikdirlər. Bəziləri inanır ki, Quran elmi bir ensiklopediya kimi bütün elmi məsələlərin incəliklərini özündə əhatə edir. ...
  • İmam Zaman (əleyhis-salam)-ın bizdən razı olmasını necə başa düşmək olar?
    6086 Əməli əxlaq 2011/10/22
    İmam Zaman (əleyhis-salam)-ın şiələri olan həqiqi möminlər həm özlərini, həm də əməllərini anbaan o həzrətin hüzurunda görür, o əziz insanın şərf xatirini kədərləndirməmək, yaxud o həzrətin xüsusi inayətlərindən məhrum olmamaq üçün, habelə o həzrətin diqqətini daha artıq cəlb etmək və ona yaxınlaşmaq üçün ruhi-mənəvi ...
  • "Möminlər"dən məqsəd müsəlmanların hansı dəstəsidir?
    8848 Qədim kəlam 2011/07/02
    Möminlər Allahın varlığını təsdiq edən, Onun müqabilində təslim olan, bütün ilahi peyğəmbərlərə iman gətirən və bunlara əməl etməkdə də israrlı olanlardır.Nəzərinizə çatdıraq ki, imanın mərtəbə və dərəcələri vardır. Quran ayələrinə, Peyğəmbərdən (s) nəql olunan hədislərə əsasən Əhli-beytin (ə) vilayətinə etiqad bəsləmək imanın ali və əsil mərtəbələrindəndir. Quran ayələri vasitəsi ...

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    165475 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    165109 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    120164 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    114441 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    112037 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    94583 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    55602 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    55108 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    46751 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    46177 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...