Please Wait
6252
Maşın və sair malların nağd qiymətindən artıq qiymətə, amma nisyə alıb-satmaq səhihdir, lakin ikinci sualınız haram olan sələmli borcdur.
Müqəddəs islam şəriəti nəzərindən əgər müəyyən bir əmtəəni (məs; maşını) nisyə şəklində, amma nağd qiymətindən artıq qiymətə satsalar, yaxud alsalar, səhihdir və sələm deyildir. (Yəni satıcı əvvəlcədən deyir ki, “bu malı nağd olaraq filan qiymətə, nisyə və pulunu hissə-hissə ödəməklə isə nağd qiymətindən artıq qiymətə satıram”, alıcı da nisyə, yaxud hissə-hissə ödəməklə artıq məbləğə almağı qəbul edir.)
Həzrət Ayətullah Xamenei bu məsələ ilə əlaqədar buyurmuşdur: “Malın nisyə şəkildə, amma nağd qiymətindən artıq qiymətə alverinin işkalı yoxdur, nağd ilə nisyə arasındakı qiymət fərqi riba (sələm) hesab olunmur.”[1]
Amma bir kəsdən pul borc alıb onunla maşın alsalar və borc verən şəxs də pulun qaytarıldığı zaman əsl məbləğdən əlavə bir məbləği də qazanc (faiz) ünvanı ilə alacağını şərt etsə, bu, sələmli borcdur və haramdır.
Müəzzəmun-ləh “sələmli borcun mahiyyəti nədir?” deyə verilən suala belə cavab vermişdir: “Borcda olan sələm odur ki, şəxs borc verdiyi məbləğdən artıq alsın. Belə ki, borc alan şəxs aldığı borca görə həmin əlavə miqdarı pul sahibinə qaytarır.”[2]