Ətraflı axtarış
Baxanların
6382
İnternetə qoyma tarixi: 2011/11/06
Sualın xülasəsi
Dünya sevgisindən yaxa qurtarmağın yolu nədir?
Sual
Dünya və dünyəvi şeylərə məhəbbətdən qəlb necə nicat tapa bilər?
Qısa cavab

Dünya "ədna", "dənaə" və "dənaət" maddəsindən alınıb ən alçaq, ən puç (axirət aləmi ilə müqayisədə) və ya "dunuv" maddəsindən olub ən yaxın (axirətlə müqayisədə) mənasındadır.

Quran və hədislərin bəyanı ilə desək dünya iki qisimdir: məzəmmət edilən və mədh edilən dünya. Məsumların (ə) kəlamlarında dünyadan söz gedəndə, onun hiyləsindən söhbət açılanda əksər hallarda məzəmmət olunan dünya nəzərdə tutulur. O dünya ki, sahib olanlar onu özləri üçün istəyir, ona müstəqil baxırlar. Amma mədh olunan dünyada ona sahib olanlar dünyaya müstəqil deyil vasitə kimi baxırlar. Yəni verilən ömür fürsətindən Allahın rizayəti və mənəvi təkamül yolunda istifadə etməkdir. Dünyaya bu cür baxış səxavətliliyi, şücaəti insan üçün asanlaşdırır. Dünyaya məhəbbət bütün xətaların mənşəyidir. Dünya məhəbbətindən və aludəliklərindən qurtuluşun ən yaxşı və təsirli yolu nəfsin saflaşdırılması, Allaha bəndəlik və übudiyyət məqamına çatmaqdır.

Bunlardan əlavə Qurani-kərimdə bir neçə çıxış yolu göstərilmişdir ki, onlardan səkkizinə işarə edirik:

1.  Həqiqəti, dünya ilə nisbətdə öz yerini tanımaq.

2.  Dünyanın mahiyyəti və dünyaya məhəbbətin mənfi təsirləri barədə dərin düşünmək.

3.  İmanı gücləndirmək, xeyir işlər görmək, təqvaya riayət etmək, öz üzərində çalışmaq, nəfsi saflaşdırmaq və nəfsi istəkləri tərk etmək.

4.  Ölümü və axirəti xatırlamaq.

5.  Keçmiş ümmətlərin aqibətini mütaliə etmək.

6.  Hicrət və cihad.

7.  Hərislikdən, dünya malı toplamaqdan, acgözlükdən pəhriz etmək, qənaətə riayət, ehtiyac miqdarında və zəruri olan şeylərlə kifayətlənmək.

8.  Çətinliklər müqabilində səbir və dözüm göstərmək.

Ətreaflı cavab

Dünya "ədna", "dənaə" və "dənaət" maddəsindən alınıb ən alçaq, ən puç (axirət aləmi ilə müqayisədə) və ya "dunuv" maddəsindən olub ən yaxın (axirətlə müqayisədə) mənasındadır. [1]

Suala cavab verməzdən öncə bir neçə nöqtəyə işarə etmək zəruridir:

Dünyaya məhəbbət bütün xətaların mənşəyidir. [2]

Dünyaya məhəbbət (sərvət, məqam, şəhvət, ücb, şöhrət, estetika, intiqam hissi və s. də daxil olmaqla) insan ruhunda elə bir təlatüm yaradır ki, nəticədə insan dünyanı axirətdən üstün tutur. [3]

Lakin Quran və hədislərdə dünyanın iki qismə; məzəmmət edilən və mədh edilən dünyaya bölündüyünə diqqət etmək lazımdır. Quran bir neçə ayədə dünya həyatını qürur və aldanmaq amili bilir və dünya bər-bəzəklərinin onu qəflətə sala biləcəyindən insanı xəbərdar edir. [4] Bəzən dünya həyatı "ləb və ləhv" adlandırılmışdır. [5]

Həmçinin Quran maarifində insanı aldadan mühüm amillərdən biri dünya və maddi həyat üçün nəzərdə tutulan uzun arzulardır. [6] Quranın başqa yerində dünya az qazanc kimi tanıtdırılır. [7]

Məsumların (ə) kəlamlarında dünyadan söz gedəndə, onun hiyləsindən söhbət açılanda əksər hallarda məzəmmət olunan dünya nəzərdə tutulur. Əmir əl-möminin (ə) buyurmuşdur: "Dünyadan qaçın ki, vəfasız, məkrli və aldadıcıdır. Bağışlamaqda xəsis, geyindirməkdə çılpaq qoyandır." [8] İslam peyğəmbəri (s) də buyurub: "Dünya barədə bildiyimi sizdə bilin ki, canlarınız onun hiyləsindən amanda qalsın." [9] Oxşar ibarələr məsumların (ə) kəlamlarında kifayət qədərdir və hamısı da məzəmmət edilən dünyaya işarədir. Məzəmmət olunan dünya sahib olanların onu özləri üçün istədikləri ona müstəqil baxdıqları dünyadır. Həqiqətən də belə bir baxış sahibləri üçün ehsan, bağışlamaq ziyan və itirmək deməkdir. Həmçinin güzəşt və şücaət də mənasızdır. İmam Sadiq (ə) məzəmmət olunan dünyanı necə də gözəl təsəvvür etmişdir: "Dünya bir təsvirdir ki, başı təkəbbür, gözləri hərislik, qulaqları tamah, dili riya, əlləri şəhvət, ayaqları xudpəsəndlik, qəlbi qəflət, rəngi fanilik və bunların hasili isə məhvdir." [10]

Lakin maddi imkanların, dünya fürsətlərinin bəsirətlə cəhətini dəyişib ilahi hədəflərə çatmaq üçün pilləyə çevirsələr, Allahın müştərisi olduğu müqabilində isə cənnət bəxşiş etdiyi sərmayə olacaqdır. [11] [12] Həzrət Əli (ə) buyurmuşdur: "Dünya özünə çatmaq üçün deyil axirətə çatmaq üçün vasitədir." [13]

Dünya imtahan yeridir, qalıcı deyil keçici, hədəf deyil vəsilədir." (təqdiri müəyyən etmək üçün vəsilə). Dünya qiyamət üçün pillədir, Rəbbin hüzurunda, qorxu içində, nigaran halda olmaqdır. Dünya əmniyyət yeri, daimi sığınacaq, istirahət məkanı deyildir. Quranla üns quran insan Quran və Əhli-beyt (ə) kəlamlarında bu həqiqəti tapır ki, dünya həyatı oyun-oyuncaq, axirət həyatı isə həqiqi yaşayış yeridir. [14] Bu cür görüş yəni dünyanı vasitə bilmək səxavət və şücaəti insan üçün asan edir. Sözügedən görüşdə dünya nəinki məzəmmət olunmur bəlkə mədh edilir. "Həqiqətən dünya düz danışanlar üçün düzlük meydanı, onu tanıyanlar üçün təkamül mənzili, qənaətcillər üçün möhtacsızlıq evi, nəsihət sevərlər üçün nəsihət məkanıdır. Dünya Allah dostlarının səcdəgahı, İlahi mələklərin namazxanası, ilahi vəhyin nüzul yeri, Allah dostlarının bazarıdır. Bu bazardan Allahın rəhmətini almaqla cənnəti qazanırlar." [15]

Deyilənlərə onu da əlavə etmək lazımdır ki, dünya və axirətlə münasibət məsumların (ə) kəlamlarında qarşılıqlıdır: İnsan dünyadan bəhrələndiyi zaman həmin miqdarda axirət bəhrəsindən məhrum olur. İmam Sadiq (ə) bu haqda buyurur: "Cənnətə daxil olacaq sonuncu peyğəmbər həzrət Süleymandır (ə). Çünki ona dünya verilmişdi." [16] Yenə buyurur: "Hər kəs dünyadan çox faydalansa və ölümündən sonra cənnət əhli olsa, cənnətdəki bəhrəsi az olacaqdır." [17]

Dünyaya məhəbbətdən yaxa qurtarmağın ən yaxşı və ən təsirli yolu nəfsin islahı, Allaha bəndəlik və übudiyyət məqamına çatmaqdır.

Amma Quran maarifinə əsasən nəfsi islahın və mələkut məqamına yüksəlməyin əsas yolu bir sıra elmlərdən, ilahi maarif və Quranın özündən bəhrələnməklə agahlıq və bəsirətə çatmaqdır ki, nəticədə ruhda dünya məhəbbətinə yer qalmır. [18] Bəsirət gözü ilə günahın, şəhvətə məhəbbətin mənfi təsirlərindən xəbərdar olub yalnız onlara məhəbbəti azaltmaqla kifayətlənmir bəlkə onlara yaxınlaşmağı belə düşünmürlər.

Allaha bəndəlik və übudiyyət məqamına yetişməyin əhəmiyyətini (dünyaya bağlanmamaq, dünya məhəbbətindən qurtulmaq cəhətindən) İmam Sadiqdən (ə) nəql olunan məşhur "Bəsri" hədisində axtarmaq yerinə düşərdi. "Bəndəliyin həqiqəti nədir?" sualının cavabında Həzrət (ə) buyurur: "Üç şeydir; Allahın ona verdiklərinə özünü malik bilməsin. Çünki bəndələr heç neyə (həqiqi) malik deyillər. Allaha iradə və istəyini nəzərə almadan özünə müstəqil proqram qurmasın. Bütün vücudu Allahın əmr və nəhyləri ilə məşğul olsun." Nəticədə özünün bir şeyin maliki bilməyən şəxs üçün Allahın əmr etdiyi işlərdə ehsan asanlaşar. Öz təqdirini Allaha həvalə edənə dünya müsibətləri asan olar. Allahın əmrlərinə məşğul olan kəs isə başqaları ilə mübahisə və cədəl etməyə vaxt tapmaz. Allah bəndəsinə bu üç xüsusiyyəti əta edərsə o bəndəyə dünya, şeytan və insanlarla keçinmək çətin olmaz. Daha dünyanı sərvət toplamaq, özünü göstərmək üçün istəməz..." [19]

Digər tərəfdən bilmək lazımdır ki, xəstələyin qəti əlacı üçün onun səbəblərini aradan qaldırılmalıdır və səbəblər məhv edilmədiyi təqdirdə dərmanlar səthi olacaqdır.

Dünya məhəbbəti xəstəliyindən qurtuluş üçün bir çox çıxış yolu tövsiyə edilmişdir:

Birincisi: insan özünü yaxşı tanımalıdır. Ölümlə həyat fasiləsinin çox az olduğunu bir gün sağlam və şad, bir gün isə xəstə və qəmgin, bugün güclü, ehtiyacsız və qüdrətli, sabah isə zəif və möhtac ola biləcəyini bilməlidir. Belə nümunələr tarixdə doludur. Bu cür təfəkkür insanda hicrət və cihad ruhiyyəsini dirçəldir. Hicrət şirk, zülm, günah və dünyapərəstliyə zəmin yaradan amillərdən uzaqlaşmaq mənasındadır. Cihad isə mübarizəyə, zülm, fəsad, ədalətsizliklə qarşıdurmaya hazırlaşmaq mənasındadır. Bu ruhiyyə insanı dünyadan ehtiyacsız edərək məzəmmətli dünya ilə mübarizə və Allah rizayəti qazanmaq üçün tərbiyələndirir. [20]

İkincisi: dünyanın mahiyyəti, etibarsızlığı, dünyaya məhəbbətin mənfi təsirləri haqda təfəkkür etməkdir. Bu oyanış, dünyadan çəkinmək, mənəviyyata yönəlmə, axirətyönümlülük ruhiyyəsi aşılayır. O cümlədən:

1.  İnsanı imanı gücləndirməyə, saleh əməllər etməyə, təqvaya riayətə, özünü düzəltməyə və qurtuluş səmərəsi, səadət qayəsi, cənnət qapılarının açarı sayılan nəfsi saflığa istiqamətləndirir. [21] Belə hədəfin həyata keçməsi yolunda insan müraqibət və mühasibə üçün dəqiq proqram qurmaqla nəfsi istəklər və şeytan hiylələri ilə mübarizə edir və ciddi əzmlə dünyadan qopmağa çalışır. Dünyaya hədəf gözü ilə deyil vasitə kimi baxır. Bu üzdən o dünya əsirinə çevrilmir. [22] Nəticədə insan üçün ən mühüm aramlıq ruh və vicdan aramlığı olduğu qənaətinə gəlir. Ruh aramlığı dünyapərəstliklə, hərisliklə deyil yalnız Allahdan qorxmaq və Ona təvəkkül etməklə hasil olur. Bu haqda Quran buyurur: "Hər kəs təqvalı olub Allahdan qorxsa, Allah da ona günahlardan, çətinlik və bəlalardan xilas yolunu ona nişan verər. Güman etmədiyi yerdən ona ruzi verər və hər kəs hər bir işdə Allaha təvəkkül etsə Allah ona kifayət edər..." [23] Belə demək yerinə düşər: Təqvalı insan heç bir fikir və əməldə çarəsiz qalmır. [24]

2.  İnsanın keçmişdəki ümmətlər haqda mütaliə etməsi, dünyanın və onda olanların nə qədər fani olması qənaətinə gəlməsinə zəmin yaradır. Həmçinin insan ömürün əvəzolunmaz sərmayə olduğunu dünya bər-bəzəklərinə aldanmaq əvəzinə axirət azuqəsi toplamaq lazım olduğunu anlayır. Necə ki, Quran həyatın bütün mərhələlərində insandan düzgün düşünməyi axirət həyatını tərcih etməyi istəyir. Bəzi ayələr bu məqama işarə edirlər ki; Necə ki, Quran həyatın bütün mərhələlərində insandan düzgün düşünməyi axirət həyatını tərcih etməyi istəyir. Bəzi ayələr [25] bu məqama işarə edirlər ki; yer üzərində gəzib keçmişdəkilərin aqibətini görmədinizmi? Siz möminlər düşünsəniz axirət həyatının təqvalılar üçün daha yaxşı olduğunu anlayarsınız. [26] [27] Əli (ə) bu barədə buyurur: "Atalarınızın ölümü sizin üçün ibrət deyilmi? Görmürsünüz ki, keçmişdəkilər geri qayıtmır? ..." [28]

3.  Hamısında mühümü insan ölümü və axirəti yad etməklə dünyanın müvəqqəti olması axirətin isə əbədi qənaətinə çatır. Belə olan halda heç vaxt dünyaya bel bağlamır. Əli (ə) buyurub: "Xoş olsun o kəsin halına ki, axirəti fikirləşir, qiyamət üçün iş görür, qənaətlə yaşayır və Allahdan razıdır." [29] Sözsüz ki, axirəti düşünən kəs dünyanın az neməti ilə kifayətlənəcəkdir.

Üçüncüsü:, mal- sərvət toplamağa hərisliyin, arzulara çatmaq üçün planlar cızmağın insana səadət qazandırmayacağını düşünməlidir. Bəlkə daim onu incidəcək, ona problemlər yaradacaqdır. Bu üzdən səbr və dözüm göstərməlidir. [30] Bu təfəkkür qənaətə riayət etməyə, zəruri ehtiyaclarla kifayətlənməyə səbəb olur. Sadə yaşayış tərzinə baxıb başqalarına kömək və ehsan ruhunu gücləndirməlidir. Çünki ehsan dünyaya bağlılığa maneə yaradır. [31]

Əlavə olaraq demək olar ki; bədənin müalicəsi üçün həkimə və dərmana ehtiyac olduğu kimi ruhu xəstəliklərdə də mənəvi həkimə, mənəvi dərmanlara ehtiyac var və onlardan istifadə etmək zəruridir. Məqsədə çatmaq üçün, yəni dünyaya bağlılıqdan yaxa qurtarmaq üçün ruhun təkamülü, Allaha yaxınlaşmaq, əxlaq alimlərinin göstərişlərinə əməl etmək faydalı və təsirlidir.

Digər bir əhəmiyyətli nöqtə isə əxlaq alimlərinin nəzəridir; "xəllaqiyyat" insan ruhunda icad olmalı və "hal"ı əvəz etməlidir. Yəni gözəl rəftarları, kamal sifətlərini o qədər təkrarlamalıdır ki, bu rəftar və sifətlər onun canının bir hissəsinə çevrilməlidir. Əllamə Təbatəbai buyurub: "Təriqət bir əməli insan ruhuna hopana qədər təkrar etməkdir. Elmi yolu budur ki, bir şeyin yaxşı olması barədə düşünməli, inanmalı və bu anlayış təkrarlanmalıdır. Nəzəri və praktiki olaraq təlqin edilməlidir. [32]

Oxşar göstərici: Dünyapərəstliyin asanlığı, sual 7934 (sayt 8050)



[1] - "Həyat ayələri" Hüseyn İsgəndəri, cild. 5, səh. 25

[2] -     "Hubb əd-dünya rəs kulli xətiəh", "Müstədrək əl-Vəsail", cild. 12, səh. 41

« حب الدنیا رأس کل خطیئه »

[3] - "Nümunə" təfsiri, cild. 26, səh. 406-407

[4] -   "Loğman", 33; "Hədid", 20; "Ali-İmran", 185; "Ənam", 70; "Casiyə", 35; "Ali-İmran", 196

[5] -   "Ənam", 32

« و ما الحیاة الدنیا الا لعب و لهو »

[6] - "Hədid", 14

« و غرتکم الامانی »

[7] -   "Nisa", 77

[8] - "Nəhc əl- Bəlağə", xütbə: 230

[9] - "Kənz əl- Amal", hədis 6130

[10] - "Misbah əş- Şəriə", səh. 196

[11] - "Tövbə", 111

«ان الله اشتری من المؤمنین انفسهم واموالهم بان لهم الجنة... »

[12]   - "Nümunə" təfsiri, cild. 2, səh. 356 - 357

[13] - "Nəhc ül-bəlağə", hikmət: 463

[14] - "Ənkəbut", 64

« الدنیا خلقت لغیرها و لم تخلق لنفسها »

[15] - "Nəhc ül-bəlağə", hikmət: 131

[16] - "Bihar ul-ənvar", cild.1, səh.74

[17] - Yenə orada, cild.72, səh. 67

[18] - "Həyat ayələri", Hüseyn İsgəndəri, cild.4, səh. 182

[19] -   "Bihar əl-ənvar", cild. 1, səh. 224

[20] -   "Tövbə", 20-21

[21] - "Bəqərə", 82

[22] - "Naziat", 40-41

[23] - "Təlaq", 2-3

[24] -   "Məad dər Quran", Cəvadi Amuli, cild.4, səh. 81-82

« و من یتق الله یجعل له مخرجاً * و یرزقه من حیث لایحتسب و من یتوکل علی الله فهو حسبه ان الله بالغ امره قد جعل الله لکل شیءٍ قدراً »

[25] - "Bəqərə", 219- 220

[26] - "Yusif", 109,

« لعلکم تتفکرون * فی الدنیا و الاخرة »

[27] - "Məad dər Quran", Cəvadi Amuli, cild.4, səh. 90-91

« افلم یسیروا فی الارض فینظروا کیف کان عاقبة الذین من قبلهم و لدار الاخرة خیر للذین اتقوا افلا تعقلون »

[28] - "Nəhc əl-bəlağə", xütbə: 99

[29] - "Nəhc əl-.bəlağə", hikmət: 44

[30] - "İnsan", 12; "Rəd", 24

[31] - "Maidə", 85

[32] - "Təfsir əl-mizan", cild.1, səh. 369

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Aya qadın edə bilər ailəsinin icazəsi olmadan internetdə başqalarıyla rabitə yaratsın?
    6619 Nizamlar hüquq və əhkam 2012/02/07
    Müctəhidlərin bu sual qarşısında olan cavabları ibarətdir: 1.             Xamineyi: Əgər kişinin malından istifadə etmirsə, icazə lazım deyil, amma diqqət etmək lazımdır naməhrəmlə rabitə həmişə fəsadla birlikdədir və ya günaha düşmək qorxusu vardır və caiz deyildir (icazə verilmir).
  • Başqasının uşağını validenylərinin icazəsi ilə ədəbləndirməkdən ötrü döymək olarmı?
    4298 Cürbəcür 2015/05/30
    Sualın mövzusunda həddi buluğa çatdıqdan sonra icazə yoxdur və artıq bu yaşda ata-ananın icazəsinin təsiri yoxdur. Amma bəzi fəqihlər[1] zərurət olan halda buna icazə verirlər və o həddə qədər ki, uşağın bədəni qızarmış və qaralmış olmasın. Əlavələr: Mərce təqlid alimlərinin bu suala cavabları:
  • Məsum kəlməsinin xarici mənası nədir?
    10589 Qədim kəlam 2012/06/13
    İsmət daxili bir qüvvə və nəfsani bir xüsusiyyətdir ki, ona sahib olanı günah etməyi düşünməkdən (o ki, qala günah etməyə) saxlayır. Elmi termində, səhv, unutqanlıq və günahdan qorunmaq mənasındadır. Ümumi bir bölümdə ismət iki növdür: 1. Ümumi məsumluq və günahdan qorunma.
  • Başqasının malından vəqf etməyin hökmü nədir?
    6178 Nizamlar hüquq və əhkam 2011/10/11
    Vəqf etmək o vaxt düzgün olar kivəqf edən özü sahib olduğu maldan vəqf etsin.[1] Nəticədə zorla aldadmaqla və nahaq başqalarından mal ilə verilmiş vəqf batildir vəqf edən o mala zamindir və boynunda həqqunnas var başqa sözlə desək bu vəqf etməklə boynundan həqqunnas götürülmür.
  • Вилајәти фәгиһин васитә илә сечилмәси гајдасында дөвр ирады гаршыја чыхыр. Буну неҹә һәлл етмәк олар?
    7627 Nizamlar (Qurluşlar) 2010/02/06
    Һазырда Иран Ислам Республикасында вилајәти фәгиһи сечән мүтәхәссисләр (хубраган) мәҹлисини мүһафизләр шурасы тәсдиг едир. Инди бела бир шүбһә јараныр ки “әҝәр мүһафизләр шурасыны рәһбәр тәсдиг едирсә, мүһафизләр шурасынын үзвүләри вилајәти-фәгиһи сечән мүтәхәссисләри тәсдиг едирсә, вә онлар да рәһбәрлији сечирсә, бу мәсәлә гејри-мүмүкүн олан ...
  • Tarixdə imamların bir baxışla insanları batini (mənən) hidayət etmələrinin nümunəsi vardırmı?
    5734 Qədim kəlam 2012/04/10
    İmamət məqamının “haqq məzhəbinin ali hədəflərini həyata keçirmək və məqsədə çatdırmaq mənasından ibarət olan hidayət” olmasına diqqət yetirməklə bu məqam təkcə zahirdə yol göstərməyə deyil, təkvini hidayətə də şamildir. Bu, hazırlığı olan qəlblərə imamın ruhi nüfuzu, batini təsiri, vücud şüasının saçması və onları mənən hidayət etməsi mənasınadır. ...
  • Niyə İslami ölkələrdə fəsad rəvac tapır və yayılır?
    6841 Nəzəri əxlaq 2010/06/15
    Qurani kərim baxışından İslami məmləkətlərdə fəsadın yayılması və səbəbləri bir cümlədə xülasə olur: Allaha imanın olmaması və zalıma küfr etməməklə açıqlanər. Yəni Allahla olmayan və Allah rənginə boyanmayan hər şey fəsada çəkilir. Qarşəsənda isə Allaha inanc və zalımlasra boyun əyməmək, əlbəttə hər ikisi olan surətdə və bir- birinin ...
  • Bəqərə surəsinin 228- ci ayəsində, kişinin qadından üstün olmasını deməsi, Allahın ədalətli olması ilə ziddiyyəti yoxdurmu?
    19298 Təfsir 2011/04/13
    Bu ayə təlaq verilmiş (boşanmış) qadınlar barəsində olan ayədir və rəci təlaqın hökmlərindən biri yəni iddə zamanında onların ərlərinin qayıtmasıdır. Ümumi bir qanuna yəni qadınların hüquq və vəzifələrinin bərabər olmasına işarədir. Quran ayələrinin cəmindən və bu ayədən məlum olur ki, Allah üstünlüyü təqvada bilir. Hökmlərdə qadınla kişinin bərabər olmasını ...
  • haqqında qeybət olunandan hallallıq almadan edilən qebyətdən tövbə etmək olarmı?
    6416 Əməli əxlaq 2015/05/28
    Qeybətin haqunnas olduğunu nəzərə alaraq, ilk mərhələdə halallıq və razılıq lazımdır. Ondan sonra Allah dərgahında tövbə etmək zalımdır. Amma, hər hansı dəlilə görə qeybət olunmuş şəxsdən hallalıq almaq mümükün olmasa, əgər məsələ açıqlansa daha acınacaqlı hadisələrə səbəb olarsa ...bu halda, Məsum İmamların (əleyhimussalam) rəvayətlərinə əsasən, istiğfar etməli ...
  • Məsxərə etməyin dəqiq mənası nədir? Karikatura çəkmək də məsxərənin nümunəsi hesab olunmur?
    12902 Nizamlar hüquq və əhkam 2012/03/14
    Lüğət alimləri və Quran müfəssirlərinin əksəriyyəti məsxərə və istehzanın eyni məna daşıdığını demişlər. Məsxərə və istehza etməyin mənası odur ki, bir şəxsi təhqir etsinlər, onun məqam və şənini alçalsınlar, yaxud dini və insani təlimlərdən, prinsiplərdən və əsaslardan hər hansı birini dəyərsiz qələmə versinlər və ona rişxənd etsinlər. ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    164567 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    163157 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    119632 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    113421 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    110067 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    93844 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54775 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    53662 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    45971 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    45638 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...