Ətraflı axtarış
Baxanların
6724
İnternetə qoyma tarixi: 2012/03/11
Sualın xülasəsi
Rəvayətlərdə İmam Hüseynə (ə) xüsusi əhəmiyyət verilibdirmi? Bu xüsusi üstünlüklərin digər İmamlar (ə)- ın məsum lması ilə uyğunluğu varmı?
Sual
Salam yorulmayasız: İmamlar (ə)- ın hamısı məsum olsalar da, amma onların arasında İmam Hüseyn (ə)- ın digər İmamlar (ə)- dan daha üstün məqamı var. Rəvayətlərin çoxuna nəzər salqıqda, İmam Hüseyn (ə) üçün hətta balaca bir iş görən şəxslər, axirətdə böyük mükafat sahibləridirlər. İmam Hüseyn (ə)- a niyə Allahın ya həzrət Zəhra (s)- ın dürdanəsi deyirlər? Təşəkkür edirəm.
Qısa cavab

İmamət məqamının İmam Hüseyn (ə)- in nəslinə keçməsi, o həzrətin türbətində şəfa, qəbrinin kənarında duanın qəbul olması və ... kimi üstünlüklər, şübhəsiz Allah tərəfindən İmam Hüseyn (ə)- a verilibdir. Bu üstünlüklərin İmam Hüseyn (ə)- ın məqamının digər İmamlarla (ə) fərqli olmasını isbat etməyə heç bir sübut yoxdur. Bu üstünlüklərdə (onların məqamının eyni olması təsəvvürü ilə) hansı səbəblərin dəxaləti olması barəsində deməliyik ki, İmam Hüseyn (ə)- a hörmət bəsləmən, bütün Əhli- beyt və digər İmamlar (ə)- a hörmət bəsləməkdir. Kərbəla hadisəsinə daha çox diqqət, Kərbəlanın insanlara verdiyi hər tərəfli dərslərə daha çox diqqət etməkdir. Ona görə də, imam Hüseyn (ə)- ı yad edən şəxs, elə bil İmamların hamısını xatırlamışdır. Həmçinin şübhəsiz İmam Hüseyn (ə) Krəbəlada, baş verə bilən ən pis vəziyyətdə şəhid oldu. Tarix boyu Peyğəmbərlər və İmamlar üçün baş vermiş bütün müsibət və problemlər, təkcə Kərbəlada olan cinayətlərin bir hissəsidir. Deməli, hadisələrin ən faciəlisi, ən yaxşı əzadarlıqla birgə olmalıdır ki, sahibinin haqqı yerinə yetirilsin. Ona görə də, əzadarlığı baş verə bilən ən yaxşı formada keçirmək, İmamların fikrində olubdur.

Ətreaflı cavab

Hörmətli oxucumuzun sualında, neçə sual var: Məsələn, rəvayətlərdə İmam Hüseyn(ə)- a xüsusi əhəmiyyət verilibmi? Və ya bu xüsusi üstünlüklər, digər İmamlar (ə)- ın məsum olmaları ilə uyğunluğu varmı?

Hörmətli sual edənin sonuncu sualının rəvayət sübutu olmasa da, amma şəkkimiz yoxdur ki, rəvayət kitablarında, İmam Hüseyn (ə)- ın xüsusi üstünlüklərini bəyan edən çoxlu hədislər var. Halbu ki, bu üstünlüklər digər məsumlar (ə) barəsində bu formada gəlməyibdir.

O cümlədən:

A). İmamət məqamının imam Hüseyn (ə)- ın nəslinə keçməsi: Həzrət İmam Məhəmməd Baqir və İmam Sadiq (ə)- dan rəvayət olubdur: Subhan Allah İmam Hüseyn (ə)- ın şəhid olmasının əvəzində, İmamət məqamın o həzrətin nəslinə aid etdi, xəstələrin şəfasını o həzrətin müqəddəs türbətinə və duanın qəbul olmasını, o həzrətin mübarək qəbrinin kənarında qərar verdi.[1]

B). Şəfa İmam Hüseyn (ə)- ın türbətində: Keçən rəvayətdə bu məsələyə işarə olmuşdu ki, Allah İmam Hüseyn (ə)- ın etdiyi işə təşəkkür etmək üçün, türbətini dərdlərin şəfası qərar veribdir.

Bu mükafatın əhəmiyyəti, İslam fiqhi nəzərindən torpaq yeməyin haram və yalnız Seyyidüş- şühədanın türbətindən bir az şəfa qəsdi ilə yeməyin bu hökmdən istisna olduğunu bilən zaman aydın olur.[2]

C). Duanın qəbul olması, Seyyidüş- şühədanın qəbri kənarında: Duanın qəbul olması, o üstünlüklərdəndir ki, təkcə İmam Baqir və İmam Sadiq (ə)- ın hədisində ondan danışılmayıb, əksinə bir rəvayətdə deyilir ki, İmam Hadi (ə) xəstələnən zaman, həzrətin şəfa tapması üçün bir nəfəri İmam Hüseynin hairinə[3] göndərdi. Rəvayətin mətni belədir:

"İmam Hadi (ə)- ın əshabından olan İbn Haşim Cəfəri deyir: İmam Hadi xəstələndiyi zaman, dua etmək üçün bir nəfəri mənim üçün hairə göndərin əmrini, mənə verdi. Əbu Haşim bu əhvalatı Əli ibn Bilala danışdı.

O dedi: İmam Hadinin özü, Hüseyn hairidir, yəni hörmət sahibidir. Əbu Haşim yenə İmamın yanına qayıtdı və Əli ibn Bilal ilə görüşdüyü əhvalatı danşdı. Həzrət buyurdu: Onun və hər möminin Allah evindən hörməti böyük olan, Allah rəsula, Kəbəni təvaf edir, həcərul- əsvədi öpürdü və Allah ona Ərəfədə dayanmağı əmr etmişdi."[4]

D). Namaz Hüseyn hairində: Bu məsələni bilirik ki, namaz səfərdə olarkən, əməli risalələrdə gələn şərtlərlə, şikəstədir. Amma səfərdə olan, dörd yerdə edə bilər namazını şikəstə ya tam qılsın. Onlardan biri, Hüseyn hairidir.[5]

Bu barədə olan rəvayət,[6] belə hökmün əsasıdır və şəhidlər ağasının pak hərəminin əhəmiyyətini bəyan edir. Buna əsasən, növbə "İmamlar (ə)- ın məsum olması, İmam Hüseyn (ə)- ın digər İmamlar (ə)- dan üstün olması ilə necə uyğundur? "Sualına çatır.

Cavabda deməliyik: Məsumların hamısı təkvini vilayətə malik və məsum olsalard da, amma onların vilayət və ismət məqamlarının bir dərəcədə olmamasının heç bir problemi yoxdur. Elmi terminlə desək, sübut mərhələsində vilayət məqamının onlar üçün dərəcəli formada isbat etməyin və birinin ismət məqamının o birisindən daha çox olmasının heç bir maneçiliyi yoxdur, amma bu məsələni isbat etməyə heç bir sübut yoxdur. Başqa sözlə; öz- özlüyündə bir İmamın ismət məqamının digər İmamdan yuxarı olmasının və ona görə özünə xüsusi üstünlüklər verməsinin iradı olmasa da, amma bir İmama vacib, digər İmama verilməyən bu üstünlüklərin yalnız onların məqamlarının fərqli olmasını isbat edən heç bir sübut yoxdur.

Əksinə bu ehtimal var ki, onların vilayət və ismət məqamları eynidir, amma Allahın İmam Hüseyn (ə)- a qeyd olunan üstünlükləri verməsinə digər məsələ səbəb olubdur.

Onların məqamlarının eyni olması təsəvvürü ilə, bu üstünlüklərdə hansı səbəblərin dəxaləti var?

Aşağıdakı məsələlər bu sualın cavabını sizə verə bilər:

  1. Məsumlar insanların hidayəti üçün kamil örnək olduqlarına görə, hər şərait  və mövqedə insanların gözü qarşısında ən yaxşı rəftar etməlidirlər ki, əməldə fərqli şəraitdə hansı münasib rəftarı seçməli olduqlarını öyrənməlidirlər. Döyüş zamanı sülh etməsinlər, sülh zamanı döyüş və... başqa sözlə, İmamların hamısı İlahi ism və sifətlərin kamil cilvəsi olsalar da, xüsusi şərait və zaman xüsusiyyətləri, onların şəxsiyyətinin bir hissəsinin təcəlli tapmasına, əməldə baş verməsinə və onların İlahi isimlərdən birinin məzhəri olmasına səbəb olurdu. Bu arada, İmam Hüseyn (ə)- ın mövqe və şəraiti çox əhəmiyyətli olubdur. Bu şəraitdə, imam həm İslamı məhv olmaqdan xilas edə bildi, həm də həqiqi İslamın bütün cəhətlərini, əməldə dünya əhli üçün təsvir edib və göstərə bildi. Yəni, Kərbəla hadisəsində, xüsusi ilə Aşura günü, biz İmam Hüseyn (ə)- ın və dostlarının müqəddəs vücudundan, bütün fəzilət və yaxşılıqların aşkar olduğunun şahidiyik. Halbu ki, digər İmamlar (ə) üçün, öz fəzilət və xüsusiyyətlərinin hamısını həqiqət axtaranlara göstərməyə şərait yaranmadı. Bu, əlbəttə onların öhdəsində olan vəzifənin tələbi ilə idi ki, hər xüsusi şərait, xüsusi rəftar istəyir. Onlar həmin şəraitə uyğun əməli örnək olmağı insanlara göstərməyə vəzifəli idilər. Yəni, bu məhdudiyyət, məhdud örnək rəftarını tələb edən şəraitdən olubdur. Beləliklə, hər tərəfi dərslər İmam Hüseyndən bizə yetişibdir. Ona görə də, İmam Hüseynə hörmət bəsləmək, bütün Əhli- beyt və digər İmamlar (ə)- a hörmət olubdur. Kərbəlaya daha çox diqqət, Kərbəlanın insanlara verdiyi hər tərəfli dərslərə daha çox diqqət etməkdir. Hədəf budur ki, bu dərslər unudulmasın. Ona görə də, İmam Hüseyni (ə) yad edən, elə bil bütün İmamları xatırlamışdır.
  2. Şübhəsiz İmam Hüseyn (ə) Kərbəlada, baş verə bilən ən pis vəziyyətdə şəhid oldu. Tarix boyu Peyğəmbərlər və İmamlar üçün baş vermiş bütün müsibət və problemlər, təkcə Kərbəlada olan cinayətlərin bir hissəsidir.[7] Deməli hadisələrin faciəlisi, ən yaxşı əzadarlıqla birgə olmalıdır ki, sahibinin haqqı yerinə yetirilsin. Ona görə də, əzadarlığı, baş verə bilən ən yaxşı formada keçirmək, İmamların fikrində olubdur.[8]

 


[1] - Məclisi, Məhəmməd Baqir, Biharul- ənvar, cild 44, səh 221.

«إِنَّ اللَّهَ تَعَالَى عَوَّضَ الْحُسَيْنَ(ع) مِنْ قَتْلِهِ أَنْ جَعَلَ الْإِمَامَةَ فِي ذُرِّيَّتِهِ وَ الشِّفَاءَ فِي تُرْبَتِهِ وَ إِجَابَةَ الدُّعَاءِ عِنْدَ قَبْرِه...»

[2] - İzahlı hökmlər (Əl- məhşi lil- imamil- Xumeyni), cild 2, səh 598, məsələ 2628.

[3] - Lüğətdə "hair" suyun yığılıb və saxlanıldığı əmin yerə deyilir. Heyran mənasında da gəlibdir, heyran kəlməsindən keçmişdə Kərbəlaya "həyr" də deyilirmiş. Baxın: İbn Məhzur, Lisanul- ərəb, Səfinətul- bihar, cild 1, səh 358, Fiqhi və ibadi termində, İmam Hüseynin hərəmi və pak qəbr, səhn, ruvaq, muzey və... əhatə edən onun ətrafına, həm qədim, həm də yeni hissələrinə hair deyilir. Bəziləri də, hairin ölçüsünü yalnız hərəm miqdarı biliblər. Bu adın, Seyyidüş- şühədanın hərəmi üçün tarixi nisbəti budur ki, mütəvəkkil Abbasinin zamanında, onun əmri ilə, qəbri məhv edib və zalım xilafəti üçün təhlükə mərkəzi olan o pak qəbrin ətrafına şiələrin yığışmasının qarşısını almaq üçün, suyun ağzını hərəmə tərəf tutdular. Su ora yetişdikdə dayanır və bir- birinin üstünə yığılırdı. Qayıdırdı və divar kimi, su qəbr ətrafında, qurumuşdu. (Zərkəli, Əl- əlam, cild 8, səh 30, əlavələr, Məclisi, Məhəmməd Baqir, Biharul- ənvar, cild 50, səh 225, Həmin, cild 86, səh 89, Səfinətul- bihar, cild 1, səh 358). Suyun cəm olduğu yerə hayir deyildiyinə görə, o həzrətin qəbir ətrafı hair adlandı. Baxın: Muhəddisi, Cavad, Aşura lüğəti, hair kəlməsi.

[4] - Baqirul- ulum araşdırmalarının hədis qurupu, İmam Hadi (ə)- ın bütün sözlərinin lüğəti, səh 475.

[5] - İzahlı hökmlər (Əl- məhşi lil- İmamil Xumeyni), cild 1, səh 728, Məsələ 1356, Milani, seyid Məhəmməd Hadi, Muhazirat fil- fiqhil- İmamiyyə, cild 1, səh 314.

[6] - Hürr Amuli, Şeyx Məhəmməd bin Həsən, Vəsailüş- şiə, cild 8, səh 531, Məclisi, Məhəmməd Baqir, Biharul- ənvar, cild 86, səh 88, Şeyx Mufid, Əl- məzar, səh 140.

[7] - Məclisi, Məhəmməd Baqir, Biharul- ənvar, Muəssirətu əl- vəfa, Beyrut, Livan, 1404 hicri qəməri, cild 45, səh 174.

«أَنَا ابْنُ مَنْ بَكَتْ عَلَيْهِ مَلَائِكَةُ السَّمَاءِ- أَنَا ابْنُ مَنْ نَاحَتْ عَلَيْهِ الْجِنُّ فِي الْأَرْضِ وَ الطَّيْرُ فِي الْهَوَاء...»

[8] - Daha çox məlumat üçün, baxın: Tərxan, Qasım, İmam Hüseyn (ə)- ın şəxsiyyət və qiyamına irfani, fəlsəfi və kəlami baxış, səh 105- 142.

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    163888 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    159538 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    118839 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    112028 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    106163 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    92695 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54205 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    50000 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    45077 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    44524 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...