Please Wait
15377
İmamların elm cəhətdən Peyğəmbərlərə üstün olması barəsində bir çox rəvayətlərdə bəhs olunmuşdur və onun da əsl dəlili İmamların (ə) islam Peyğəmbəriylə bir nur olmalıdır; o həzrət bütün Peyğəmbərlərdən üstündür, İmamların elmi də o bir mənbədən götürülmüşdür, bunun üçün də bütün Peyğəmbərlərdən üstün sayılacaqdırlar.
Bunu da qeyd edək insanın mələklərə nisbətdə üstün olması. İslamda qəbul olunmuşdur. Bunun üçün də İmamların (ə) mələklərdən üstün olması da qəbul olunur.
İmam Xumeyninin bir sözü etibarlı rəvayət kitablarında olan hədislərdən götürülmüşdür; o cümlədən:
«أَحْمَدُ بْنُ مُحَمَّدٍ عَنْ مُحَمَّدِ بْنِ الْحُسَیْنِ عَنْ مَنْصُورِ بْنِ الْعَبَّاسِ عَنْ صَفْوَانَ بْنِ یَحْیَى عَنْ عَبْدِ اللَّهِ بْنِ مُسْکَانَ عَنْ مُحَمَّدِ بْنِ عَبْدِ الْخَالِقِ وَ أَبِی بَصِیرٍ قَالَ قَالَ أَبُو عَبْدِ اللَّهِ ع یَا أَبَا مُحَمَّدٍ إِنَّ عِنْدَنَا وَ اللَّهِ سِرّاً مِنْ سِرِّ اللَّهِ وَ عِلْماً مِنْ عِلْمِ اللَّهِ وَ اللَّهِ مَا یَحْتَمِلُهُ مَلَکٌ مُقَرَّبٌ وَ لَا نَبِیٌّ مُرْسَلٌ وَ لَا مُؤْمِنٌ امْتَحَنَ اللَّهُ قَلْبَهُ لِلْإِیمَانِ وَ اللَّهِ مَا کَلَّفَ اللَّهُ ذَلِکَ أَحَداً غَیْرَنَا وَ لَا اسْتَعْبَدَ بِذَلِکَ أَحَداً غَیْرَنَا...»[1]
İmam Sadiq (ə) buyurur: Həqiqətən biz də Allah sirlərindən olan sir və İlahi elmdən elm vardır ki, Allaha ən yaxın mələk, Peyğəmbər və mömin bir şəxs onu əldə etməyə qadir deyildirlər. Allah onu heç bir kəsin ixtiyarına verməmişdir və bizdən başqa heç bir kəs bu elm vasitəsiylə Allaha pərəstiş etməmişdir.
Bu məsələyə görə, imamların elm və məqamlarının üstünlüyü barəsində təsdiq olunmalıdır və şiə alimlərinin bu cür məsələlərdə dəlili belə rəvayətlərdir.
İmamların məqamı barəsində olan bəhsə başlamamışdan əvvəl bu nöqtəyə diqqət etmək lazımdır ki, insanın mələklərə üstün olması islamda tamamıyla qəbul olunmuş məsələlərdən biridir. Bunun üçün də imamların mələklərdən üstün olması o qədər də problemli məsələ kimi əhəmiyyət daşımır.
Amma imamların İlahi Peyğəmbərlərdən də üstün olması bəzi cəhətlərdən sabit olmuş və İslam qanunlarıyla da qarşı- qarşıya durmur. Bəlkə bu cür məqamları tanımaq və dərk etmək bir başa İslamın mənəviyyatıyla rabitə yaradır ki, hər bir müsəlmanın vəzifəsidir bu məqamlara nisbət ki, kamil insanın xüsusiyyətlərindəndir xəbərsiz olmasın və onu yaxından dərk etsin. Bu iddianı sabit etmək üçün aşağıdakı nöqtələrə işarə olunur:
Birinci nöqtə:
On dörd məsum bir həqiqətdirlər, başqa cür desək; bir nurdandırlar. Əhli- beytin bu cür bir nur olmaları, bir çox rəvayətlərdə gəlmişdir. Əlbəttə bəzi yerlərdə beş kimsə və bəzi vaxtlar bütün məsumlar rəvayətlərdə bir nur olduqlarını bildirir. Nümunə olaraq aşağıdakı rəvayəti birinci və ikinci növdən hesab etmək olar:
«قال الله تعالى: «یَا مُحَمَّدُ إِنِّی خَلَقْتُکَ وَ خَلَقْتُ عَلِیّاً وَ فَاطِمَةَ وَ الْحَسَنَ وَ الْحُسَیْنَ مِنْ سِنْخِ نُورِی وَ عَرَضْتُ وَلَایَتَکُمْ عَلَى أَهْلِ السَّمَاوَاتِ وَ الْأَرَضِینَ فَمَنْ قَبِلَهَا کَانَ عِنْدِی مِنَ الْمُؤْمِنِینَ وَ مَنْ جَحَدَهَا کَانَ عِنْدِی مِنَ الْکَافِرِینَ یَا مُحَمَّدُ لَوْ أَنَّ عَبْداً مِنْ عِبَادِی عَبَدَنِی حَتَّى یَنْقَطِعَ أَوْ یَصِیرَ کَالشَّنِّ الْبَالِی ثُمَّ أَتَانِی جَاحِداً لِوَلَایَتِکُمْ مَا غَفَرْتُ لَهُ أَوْ یُقِرَّ بِوَلَایَتِکُم...»[2]
Yuxarıdakı hədis Merac hədislərindəndir ki, Allah Taala Peyğəmbərə buyurur: Ey Məhəmməd! Mən, səni və Əlini, Fatiməni, Həsən və Hüseyni öz nurumdan yaratdım və sizin vilayətinizi yer və göy əhlinə vacib etdim, hər kəs onu qəbul etsə mənim dərgahımda möminlərdən sayılar və hər kəs onu inkar etsə mənim yanımda kafirlərdən hesab olacaq. Ey Məhəmməd! Əgər mənim bəndələrimizdən biri o qədər mənə itaət və bəndəlik edə ki, qocala və qüdrətdən düşə və bir halda mənim yanıma gələ ki, sizin vilayətinizi inkar etmişdir, heç vaxt onu bağışlamayacağam o vaxt ki, sizin vilayətinizi qəbul edə.
«یَا مُحَمَّدُ إِنِّی خَلَقْتُ عَلِیّاً وَ فَاطِمَةَ وَ الْحَسَنَ وَ الْحُسَیْنَ وَ الْأَئِمَّةَ مِنْ نُورٍ وَاحِدٍ ثُمَّ عَرَضْتُ وَلَایَتَهُمْ عَلَى الْمَلَائِکَةِ فَمَنْ قَبِلَهَا کَانَ مِنَ الْمُقَرَّبِینَ وَ مَنْ جَحَدَهَا کَانَ مِنَ الْکَافِرِینَ یَا مُحَمَّدُ لَوْ أَنَّ عَبْداً مِنْ عِبَادِی عَبَدَنِی حَتَّى یَنْقَطِعَ ثُمَّ لَقِیَنِی جَاحِداً لِوَلَایَتِهِمْ أَدْخَلْتُهُ النَّار...»[3]
Bu rəvayətdə bütün on iki imamın bir nurdan olmasına təkid olunur.
İkinci nöqtə:
Əhli- beytin (ə) hamısı vilayət məqamına sahibdirlər,[4] bu mənada ki, Peyğəmbərin (s) canişinləridirlər, cəmiyyətin rəhbərlərindən dini əhkamların cavablandırılmasından əlavə, məsum insanlardırlar ki, insanlara və dünyaya qeyb elmiylə daxil olmuş və Allahın icazəsiylə ruhlar və insanların qəlblərindən xəbərləri vardır və onlara hakimdirlər.
Əllamə Təbatəbai bu barədə deyir: İmamət məqamı bir növ vilayətdir insanların əməllərinə ki, həmişə onların hidayət olmasıyla birlikdədir; ki, onları məqsədə çatdırsın, nəin ki, yalnız onlara yolu göstərsin ki, Peyğəmbərlərin və bütün möminlərin işidir nəsihət və moizə vasitəsiylə insanları Allaha doğru dəvət edirlər.[5]
Başqa cür desək vilayət iki hissədən ibarətdir: Təşrii vilayət (yəni şəriət baxımından olan vilayət) və təkvini vilayət (yəni insanların həyatdakı həyatlarında başqa işlərində vilayət).
Təşrii vilayət qanun və şəriətin qoyulması mənasındadır ki yalnız Allaha məxsusdur və Peyğəmbər də buna nail deyildir.[6] Peyğəmbər yalnız bəşarət verib qiyamətdən qorxudur, təbliğ edib İlahi hökmləri açıqlayır.[7]
Təkvini vilayət isə Allahın təkvini icazəsiylə insanın kainatda olan varlıqlara iqtidarı deməkdir. Başqa cür desək təkvini vilayət sahibi öz istəyiylə, istənilən bir şeyi ki, öz yerindən kənardır, yaradır. Buna əsasən: İlahi övliyaların bütün möcüzə və kəramətləri həmin təkvini vilayətlərin vasitəsiylə həyata keçir.
Demək olar ki, müşahidə olunan möcüzələr[8] o cümlədən: Ayın iki yerə bölünməsi.[9] Və günəşin iki yerə bölünməsi[10] ki, İslam Peyğəmbərinin vasitəsiylə və yerin ayrılması[11] və dənizin ayrılması[12] ki, Qarun və Fironun dastanında həzrət Musa (ə) tərəfindən və dağın yarılması[13] həzrət aleh (ə) və çarəsiz xəstələrə şəfa verilməsi və ölülərin dirilməsi[14] həzrət İsanın (ə) vasitəsiylə xeybər qalasının Ələvi möcuzəsiylə yerindən qalxması,[15] kainatda kamil insanın təkvini vilayət qüvvəsindən başqa bir şey deyildir.
Üçüncü nöqtə:
Vilayət, Allaha yaxın və insanın bütün varlığı ilə ona qovuşmasıdır.[16] Allaha yaxın olmaqda Allaha itaət etmək əldə olur; yəni baxmayaraq ki, insan Allah ola bilməz, amma İlahi bir şəxs olması mümkündür. O nə qədər Allaha yaxın olub zülmət və nurdan xəbər və məlumatı olsa və Allahın zatında olan sifət və fellərini belə görməsə, Allahın sifət və adları daha çox onda özünü əks etdirəcək.[17] Allahın kainatda qüdrəti sonsuzdur, insan da Allahın sonsuz qüdrətini dərk etməklə, kanatda istifadə etmək qüdrətindən bəhrələnməyə malikdir və...
Qudsi hədislərdə gəlmişdir. Allah Taala buyurur: Mənim bəndəm mənə itaət et ki, səni özümə oxşar qərar verim;[18] Adəm övladı mən hər bir şeydən ehtiyacsızam və fəqir (ehtiyac sahibi) olmaraq.
Məndən itaət et səni möhtac etməyim və möhtac olmayasan və mən deyirəm, ölmərəm. O şeyə ki, səni əmr edirəm itaət et ki, səni həmişə diri qərar verim və heç bir zaman ölməyəsən və mən hər bir şeyə desəm ol, olacaq.
Məndən itaət et ki, səni o cür qərar verim ki, əgər bir şeyə desən ol, yaransın.[19]
Dördüncü nöqtə:
Vilayət məqamı Peyğəmbərlik məqamıyla fərqlidir, vilayət məqamı Peyğəmbərlik məqamından üstündür.
Açıqlaması budur: "Vəli", "Allaha doğru olan yolda fəna" məqamında Allah dərgahındakı həqiqətləri dərk edir və o baxçadan sirr əldə etdiyi üçün o həqiqətlərdən xəbər verir.
Bu məlumatı bəzi vaxtlar "Peyğəmbərlik" və bəzi vaxtlar "Peyğəmbərlik məqamı" və bəzi vaxtlarda "təyin olunmuş Peyğəmbərlik" ki, "şəriət Peyğəmbərliyi" nin qarşısında qərar tutur, adlandırılır.
"Nəbi" də "Peyğəmbərlik məqamında" ki kimi Allahın sifət, zat və fellərindən xəbər verir və "şəriət Peyğəmbəri" baxımından isə əhkam əxlaq- ədəb, hikmət öyrədib və siyasi qiyamları təbliğ edir. Quran buyurur:
«وَ لَمَّا بَلَغَ أَشُدَّهُ آتَیْناهُ حُکْماً وَ عِلْماً وَ کَذلِکَ نَجْزِی الْمُحْسِنین»[20]
Yəni insanın ehsan və gözəllik sarayına daxil olması, yəni Peyğəmbərlik məqamına nail olmaq, bsxmayaraq şəriət sahibi olan Peyğəmbərlik onun üçün əldə olunmur.[21] Bunun üçün də əgər biz şəriət və Peyğəmbərlik məqamına yüksəlmirik, amma İlahi ibadətləri həyata keçirməklə və kamillik mərhələlərini geridə qoymaqla Allaha yaxın ola bilərik və bundan əlavə Peyğəmbərlik və vilayət məqamına yüksələ bilərik. Ruhul- Qüdus qədim zamanlardan kömək edər.
Başqaları məsihilərin etdiklərinə əməl edir. Bir sözlə Peyğəmbərlik məqamıyla vilayət məqamı arasında olan fərqi mümkündür aşağıdakı şəkildə xülasə edək:
1. Vilayət haqq duruşa, nübüvvət və Peyğəmbərlik isə yaradılış duruşuna sahibdir; başqa cür desək; Peyğmbərlik, vilayətin aşağıdakı cəhəti üçün və vilayət isə Peyğəmbərliyin batini cəhəti üçündür.
2. Peyğəmbərlər təbiətdə fani olduqları üçün qeyb aləmindəki sirlərdən xəbərləri vardır, fənadan sonra əbədi və məhvolduqdan sonra həyata dönmək qüdrətinə nail oldular və o xəbərlərdən məlumat verirlər. Amma hər halda onların Peyğəmbərlik haqqı onların vilayət və haqq olmalarından qaynaqlanır.
3. Vəli şəriət və həqiqətlər alimdir; yəni zahirdə və batindən xəbəri vardır, amma Peyğəmbərlərin besəti yalnız şəriət və zahirdədir.
4. Vəli nsanların və onların əməllərinə hakimdir, bunun üçün də hər bir halda ondan itaət etmək lazımdır.
Qocanı özünlə götür çünki qocasız bu səfər tamamıyla qorxu, həyəcan və nigarançılıqdır.[22]
5. Peyğəmbər və rəsul öz elmərini mələk və yaxud başqa bir vəhy vasitəsiylə Allah Taala tərəfindən əldə edirlər, amma vəlinin elmi həzrət Məhəmmədin (s) Peyğəmbərliyinin həqiqətlərindən bir başa əldə olunur.[23]
6. Peyğəmbərlik və risalət zaman və yer çərçivəsi daxilindədir, bunun üçün də sona yetir, amma vilayət bu cür deyildir; çünki vəli Allahın adlarındandır[24] və Allahın adları əbədidir.[25] Nəticə budur ki, ad həmişə yaşamaq və zahir olmaq istəyir, bəs vilayətin sonu bitməzdir.[26] Kamil insanda bu adların ən şərəflisi və layiqlisi o cümlədən hər bir varlığın vəlisidir. Amma Peyğəmbər və rəsul Allahın adlarından deyil. Peyğəmbərlik və risalət zaman dairəsində olan adlardandır ki, zaman və vaxt çərçivəsində sona yetir.
7. Vilayət, şəriət Peyğəmbərinə və rəsuluna da şamil olur amma Peyğəmbərlik şəriət sahibi olmayana da şamil olur.
8. Peyğəmbər və rəsul zahirdə olan adlardır ki, hökmləri yalnız onun zahirinə və məqamına aiddir. Amma vilayət batinə aid olan bir addır ki, onun halı və ruhiyyəsi üçün faydalıdır.
9. Vilayət, Peyğəmbərlik və risalətin həqiqətidir amma bunlar isə vilayət əsasında bərqərardırlar.[27]
Nəticə:
Bu açıqlamalardan məlum olur ki,
Birinci: Peyğəmbərin vilayəti onun Peyğəmbərlik məqamından üstündür.
İkinci: Mümkündür vəli Peyğəmbərklik məqamında olmasın, amma vilayəti çərçivəsində Peyğəmbərdən elmli və fəzilətli olsun. Çünki həzrət Xızır (ə) edə bilərdi bu sözlə " انک لن تستطیع معی صبرا" sən heç vaxt edə bilməzsən mənimlə birlikdə səbirli olasan! Deyib ona şiddət göstərib sonra desin:
«ألم اقل انک لن تستطیع معی صبرا»
Aya demədim ki, sən mənimlə birlikdə səbr edə bilməzsən?! Bir daha şiddət göstərsin və sonra desin: " هذا فراق بینی و بینک" indi mənimlə sənin ayrılıq vaxtı çatmışdır.[28]
Bunun üçündür ki, həzrət Məhdinin (ə) zühurundan sonra, həzrət İsa (ə) ona iqtida edəcək[29] baxmayaraq ki, həzrət İsa (ə) ulul- əzm Peyğəmbərlərdəndir, nəticə budur, baxmayaraq ki, həzrət Xızr (ə) və həzrət Məhdi (ə. c) şəriət sahibi və nübüvvət məqamına nəsib olmamışdır, amma təkvini vilayət baxımından həzrət Xızr (ə) həzrət Musaya və o cümlədən həzrət Məhdi (ə.c) həzrət İsaya (ə) nisbətdə fəzilətli və yüksək məqama naildirlər.
Bunun üçün də həzrət Əli (ə) buyurur:
«أَرَى نُورَ الْوَحْیِ وَ الرِّسَالَةِ وَ أَشُمُّ رِیحَ النُّبُوَّةِ وَ لَقَدْ سَمِعْتُ رَنَّةَ الشَّیْطَانِ حِینَ نَزَلَ الْوَحْیُ عَلَیْهِ(ص)...»
Peyğəmbərlik və vəhy nurunu dərk edirdim və Peyğəmbərlik ətrini duyurdum. Mən o vaxt ki, vəhy ona (s) (Peyğəmbərə) nazil olurdu, şeytanın naləsini eşidirdim... Peyğəmbər də onun (ə) haqqında buyurur:
«إِنَّکَ تَسْمَعُ مَا أَسْمَعُ وَ تَرَى مَا أَرَى إِلَّا أَنَّکَ لَسْتَ بِنَبِی»
Görürsən o şeylər ki, mən görürəm, yalnız sən Peyğəmbər deyilsən.[30]
İmam Həsən (ə) həzrət Əlinin (ə) şəhadətindən sonra buyurur:
«و الله لقد قبض فیکم اللیلة رجل ما سبقه الأولون إلا بفضل النبوة، و لایدرکه الآخرون»
And olsun Allaha bu gecə sizin aranızdan bir kəs getdi ki, ondan əvvəllkilər yalnız Peyğəmbərlik məqamına görə ondan fəzilətli idilər və ondan sonrakı insanlar ona çatmazlar.[31]
Yaxud Peyğəmbər (s) buyurur:
«إن لله عبادا لیسوا بأنبیاء یغبطهم النبیون بمقاماتهم و قربهم إلى الله تعالى»
Allah üçün bir sıra insanlar vardır ki, Peyğəmbər deyildirlər, amma Peyğəmbərlər onların məqam və Allaha yaxın olmalarına qibtə edirlər.[32] Sonuncu rəvayətdə o insanların yaxın olması ki, Peyğəmbər deyildirlər, bu yaxın olmağın sirrini bir daha təyid edir: Çünki " و قربهم إلى الله تعالى" Cümləsi, bunların Peyğəmbərlərdəndə yaxın olduqlarını açıqlayır və keçən bəhslərdən bu nöqtəyə də işarə olunurdu ki, Allaha yaxınlıq məqamı yalnız təkvini vilayət vasitəsiylədir.
O cümlədən Qurani- kərim buyurur:
«وَ یَقُولُ الَّذینَ کَفَرُوا لَسْتَ مُرْسَلا قُلْ کَفى بِاللَّهِ شَهِیداً بَیْنِی وَ بَیْنَکُمْ وَ مَنْ عِنْدَهُ عِلْمُ الْکِتابِ»[33]
O şəxslər ki, kafir oldular deyirlər: "Sən Peyğəmbər deyilsən! "De: "Kifayət edər Allah və o şəxs ki, kitab elmi onun yanındadır, sizlə mənim aramızda şahid olsunlar!"
Bu ayədə Allah Taala iki şahidi tanıtdırır, biri Allah özü digəri isə o şəxs ki, kitab elmi onun yanındadır. Allahın şahid olması möcüzələrdir ki, onlardan biri də Qurandır, amma "o şəxs ki, kitabın elmi onun yanındadır" kimlərdir və hansı xüsusiyyətləri daşıyır ki, onların şahid olması Peyğəmbərin risalətini təsdiqləyir?
Bir cümlədə demək lazımdır ki, bu ibarətdən məqsəd həzrət Əli (ə) və onun pak övladlarındandır ki, təkvini vilayət məqamından bəhrələnmişdirlər.
Bu bəhsin daha məlum olması üçün, sözümüzü həzrət Süleymanın və Bilqeysin taxtının gətirilməsi dastanına ki, Nəml surəsinin 20- dən 40- cı ayəsinə kimidir yönəldirik: Huhud "Səba" torpağından həzrət Süleymana (ə) xəbər gətirdi ki, bir qadın o torpaqlarda rəhbərlik edir ki, hər bir şey onun ixtiyarındadır və böyük bir taxtı vardır! Onun tayfası Allahdan başqası (günəş) üçün səcdə edirlər. Həzrət Səba mələkəsinə bir məktub yazdı ki, haqqa təslim olub ona tərəf gəlsinlər! Amma o cavabında hədiyyələr göndərdi.Amma bu hədiyyələr həzrət Süleyman tərəfindən geri qaytarıldı və... (Süleyman) dedi: Sizlərdən hansı biriniz onun taxtını mənim üçün gətirər o halda ki, hələ özü təslim olub gəlməmişdir?
Cinlərdən olan İfriti dedi: Sən bu məclisi tərk edənə kimi mən onu sənin üçün gətirərəm və mənim buna qüdrətim vardır və əminəm!
Amma o şəxs ki, kitabdan elmi var idi dedi: Bir göz qırpımında, onu sənin üçün gətirəcəyəm! O vaxt ki, (Süleyman) onu (taxtı) öz qarşısında sabit gördü, dedi: Bu mənim Rəbbimin mərhəmətidir. Quranın 40- cı ayədəki ibarəti budur:
«قالَ الَّذی عِنْدَهُ عِلْمٌ مِنَ الْکِتابِ أَنَا آتیکَ بِهِ قَبْلَ أَنْ یَرْتَدَّ إِلَیْکَ طَرْفُکَ فَلَمَّا رَآهُ مُسْتَقِرًّا عِنْدَهُ قالَ هذا مِنْ فَضْلِ رَبِّی»
bəs o şəxs ki, bir göz qırpımında Bilqeysin taxtını Yəməndən Fələstinə gətirirsə, kainatda hakimdir və bir şəxsdir ki, təkvini vilayət məqamına sahib olmuşdur və Allahın ismi- əzəm adlarını əks etdirmişdir.
Quran təbirinə əsasən kitabdan elmə yiyələnmişdir. Yəni kitab elminin bir hissəsi olmuşdur. Başqa cür desək; Quranın açıqlaması bunu bildirir ki, bu şəxs o cəhətdən ki, kitab elminə yiyələnmiş və təkvini vilayət məqamı dərəcəsi yüksəlmişdir, malikdir ki, kainatda hakim olsun. rəvayətlərin birində Peyğəmbər (s) Əbu Səid Xidriyə belə buyurur: Bu cümlədən vəsidən " الَّذِی عِنْدَهُ عِلْمٌ مِنَ الْکِتابِ" məqsəd qardaşım Süleyman ibni Davuddur (Asəf ibni Bərxiya), həzrət Süleymanın bacısı oğlu) və " وَ مَنْ عِنْدَهُ عِلْمُ الْکِتابِ"- dan məqsəd qardaşım Əli ibni Əbu Talibdir.
Rəvayətlərdə gəlmişdir ki, Allahın ismi- əzəm adları yetmiş üç hərfdən ibarətdir ki, onun bir hərfini "Asəf ibni Bərxiya" bilirdi, amma imamlar isə onun yetmiş iki hərfini bilir, onlardan bir hərfi isə Allah Taalaya məxsusdur.
İmam Sadiq (ə) o ayənin təfsirində ki, səf ibni Bərxiyanın dastanına işarə etmişdir buyurur: " وَ عِنْدَنَا وَ اللَّهِ عِلْمُ الْکِتَابِ کُلُّهُ"
Yəni əgər onun ixtiyarında kitab elmindən bir hissəsi var idisə, biz Əhli- beytin ixtiyarında hamısı vardır. Bütün bu açıqlamalardan məlum oldu ki, ismi- əzəm ixtiyarında olan şəxslər arasında fərq vardır. Bəziləri bir hərfdən bəhrələnir və başqa bir dəstə isə 72- hərfdən. Amma o şəxslər ki, yetmiş iki hərfdən bəhrələnirlər, onların da arasında fərq vardırmı? İmam Sadiq (ə) Rəd surəsinin 43- cü ayəsinin təfsirində buyurur: " إِیَّانَا عَنَى وَ عَلِیٌّ أَوَّلُنَا وَ أَفْضَلُنَا وَ خَیْرُنَا بَعْدَ النَّبِیِّ (ص)"
Sonda tövsiyə olunur bu bəhsdən daha ətraflı məlumat əldə etmək üçün "Negəreşe irfani, fəlsəfi və Kəlami be şəxsiyyət və qiyame imam Hüseyn (ə)"
[1] - Siqətul- islam, Kuleyni, əl- kafi, cild 1, səh 402.Darul- kitab, Əl- islamiyyə, Tehran.
[2] - Məclisi, Məhəmməd Baqir, Biharul- ənvar, cild 36, səh 216.
[3] - Həmin, səh 223 və 281.
[4] - Həzrət Əli (ə) bu barədə buyurur: " وَ لَهُمْ خَصَائِصُ حَقِّ الْوِلَایَة" vilayət, Peyğəmbər Əhli- beytinin xüsusiyyətlərindəndir. Nəhcül- bəlağə, xütbə 2.
[5] - Təbatəbai, Məhəmməd Hüseyn, Əl- mizan, cild 1 səh 275- 276.
[6] - Əlbəttə deyilmişdir Allah şəriətin bəzi hökmlərində,şəriət qanununu Peyğəmbərin ixtiyarında qoymuşdur və Peyğəmbər o hökmlərdə qanun qərar vermişdir. Misal üçün zöhr və əsr namazlarında üçüncü və dördüncü rəkətlər Peyğəmbərin vasitəsiylə vacib olunmuşdur ki, əlbəttə Allahın icazəsi çərçivəsində. Əgər bu söz doğru olsa, demək lazımdır bu yalnız Peyğəmbərə məxsusdur və o həzrətə bağlıdır və imamlar barəsində bu cür bəhs əldə olunmamışdır.
[7] - Bu mövzuda bax: Casiyə, 19; Şura 13 və 22.Rəd 8, İsra 106 və ibni Ərəbi, Muhyiddin, Əl- futuhat (c- 4) cild 3, səh 69.
[8] - Söz möcüzəsi ibarətdir Allahın Peyuğəmbərin (s) və imamların (ə) sözlərindən ki, yüksək maarifə malik və haqdır ki, bəşəri heyrətə gətirir; fel vərəftar möcüzəsi zaman və yer çərçivəsində olmuş və məhduddur, çox vaxtlar avam camaat üçündür, çünki onlar yalnız təbiətdə olanları dərk edirlər. Amma söz möcüzəsi müəyyən bir vaxta məxsus deyil, hər bir dövrdə yaşayır və məxsus insanlar üçündür.
[9] - Peyğəmbərin möcüzələrindən biri də ayrı iki yerə bölməkdir.
[10] - Həzrət Əli (ə) Nəhcül- bəlağənin Qasiyə xütbəsində, ağacın iki yerə bölünmə möcüzəsini tozih verir..
[11] - Qəsəs 76- 81.
[12] - Bəqərə, 50.
[13] - Şəms, 11- 15.
[14] - Ali- imran, 49.
[15] - Həzrət (ə) məktubunda Osman ibni hənifə bu həqiqəti işarə edir və buyurur:
«وَ اللَّهِ مَا قَلَعْتُ بَابَ خَیْبَرَ وَ رَمَیْتُ بِهِ خَلْفَ ظَهْرِی أَرْبَعِینَ ذِرَاعاً بِقُوَّةٍ جَسَدِیَّةٍ وَ لَا حَرَکَةٍ غِذَائِیَّةٍ لَکِنِّی أُیِّدْتُ بِقُوَّةٍ مَلَکُوتِیَّةٍ وَ نَفْسٍ بِنُورِ رَبِّهَا مُضِیئَة»
bax: Təbəri, İmaduddin, bəşarətul- Mustafa, səh 191; Şeyx Səduq Əmali, Məclis 77, səh 513.
[16] - Fəna neçəcürdür: birinci, zahirdə fəna olmaq ki, həyata keçir; ikinci: Daxildə fəna olmaq ki, sifətlərin fəna olmasıdır; üçüncü, həqiqətin fəna olmasıdır. Müraciət olunsun: Daneşgər Əhməd, Divane hafiz ba şərhe irfani, səh 144- 145; İbni Sina, Əbu- Hüseun ibni Əbdullah, Əl- işarat və Əl- tənbihat, şərh Xacə Nəsurəddin Tusi, cild 3. Məfatihul- arifin, səh 390; İmam Xumeyni (rəh) çehil hədis, səh 382.
[17] - İmam Müctəba (ə) buyurur:
«من عبد الله عبد الله له کل شیء»
hər kəs Allah bəndəsi olsa Allah Hər bir şeyi onun fərmanı altında qərar verər. İmam Həsən (ə)- a nisbət verilmiş təfsir, cild 1, səh 327; Məclisi Məhəmməd Baqir, Biharul- ənvar, cild 68, səh 184.
[18] - " عبدی اطعنی حتی اجعلک مثلی" Məliki Təbrizi, Mirza Cavad ağa, Əsrarus- səlat, cild 1, səh 4. (Müqəddimə). Xoyi, Molla Mustafa, səbah duasının şərhi, Xoyi, cild 1, səh 11, təshih edənin müqəddiməsi: Bu rəvayət bu cür yazılmışdır:
«یا عبدى! أحببنى أجعلک مثلى»
Amuli, seyyid Heydər, Cameul- əsrar və mənbəul- ənvar, səh 363.
[19] - Məclisi Məhəmməd Baqir, Biharul- ənvar, cild 90, səh 376;
«ابن آدم أنا غنی لا أفتقر أطعنی فیما أمرتک أجعلک غنیا لا تفتقر یا ابن آدم أنا حی لا أموت أطعنی فیما أمرتک أجعلک حیا لا تموت یا ابن آدم أنا أقول للشیء کن فیکون، أطعنی فیما أمرتک أجعلک تقول لشیء کن فیکون»
Deyiləmi, həsən ibni Əbil- həsən, İrşadul- qulub uləs- səvab, cild 1, səh 75; ibni Fəhd hilli, Camaluddin Əhməd ibni Məhəmməd, İddətud- dai, səh 310.
[20] - Yusif, 22.
[21] - Həsənzadə Amuli, Həsən, Məmədul- himam, səh 657.
[22] - Mövləvi, Məsnəvi, birinci dəftər, səh 132.
[23] - Bax: Yəsribi, Yəhya fəlsəfeye irfan, səh 181.
[24] - Şura, 29.
«هو الولی الحمید»
[25] - Yusif, 101.
«فاطِرَ السَّماواتِ وَ الْأَرْضِ أَنْتَ وَلِیِّی فِی الدُّنْیا وَ الْآخِرَة»
[26] - Nəhl 96.
«ما عِنْدَکُمْ یَنْفَدُ وَ ما عِنْدَ اللَّهِ باقٍ»
[27] - Bax: Həsənzadə Amuli, Həsən İnsane kamil əz didqahe Nəhcül- bəlağə, səh 84- 86.
[28] - Kəhf 64- 78.
[29] - Məclisi, Məhəmməd Baqir Biharul- ənvar, cild 9, səh 195; Məkarim Şirazi, Nasir Nümunə təfsiri, cild 4 səh 205; Kaşani Seyyid Abbas, Əl- məxazin, cild 1, səh 286.
[30] - Nəhcül- bəlağə, xütbə 192.
[31] - Məsudi, Murəvvəcul- Zəhəb, cild 2, səh 414.
[32] - İbni Hənbəl, Əhməd, Musnədi Əhməd, cild 5, səh 343; Mədəni Kəbir, Seyyid Əlixan, Riyazul- Salikin, cild 6, səh 393; Zəbzivari, Mola hadi Şərhe əsmaul husna, səh 552. İbni ərəbi, muhyiddin. Əl- futuhat, cild 13, səh 137.
[33] - Rəd, 43.
[34] - Bu hədisi, sünni təfsir alimləri bu mətndə və ya buna oxşar rəvayət etmişdirlər, əlavə məlumat üçün bax: Şuştəri, Qazi Nurullah, Əhqaqul- həqq cild 3, səh 280 və 281.
[35] - Bax: Məkarim Şirazi, nümunə təfsiri, cild 15, səh 473, Musəvi Həmədani. Seyyid Məhəmməd Baqir, Əl- mizanın (fars dilində) tərcüməsi, cild 11, səh 532.
[36] - Kuleyni, Məhəmməd ibni Yəqub, Əl- Kafi, cild 1, səh 230.
«عَنْ أَبِی جَعْفَرٍ (ع) قَالَ إِنَّ اسْمَ اللَّهِ الْأَعْظَمَ عَلَى ثَلَاثَةٍ وَ سَبْعِینَ حَرْفاً وَ إِنَّمَا کَانَ عِنْدَ آصَفَ مِنْهَا حَرْفٌ وَاحِدٌ فَتَکَلَّمَ بِهِ فَخُسِفَ بِالْأَرْضِ مَا بَیْنَهُ وَ بَیْنَ سَرِیرِ بِلْقِیسَ حَتَّى تَنَاوَلَ السَّرِیرَ بِیَدِهِ ثُمَّ عَادَتِ الْأَرْضُ کَمَا کَانَتْ أَسْرَعَ مِنْ طَرْفَةِ عَیْنٍ وَ نَحْنُ عِنْدَنَا مِنَ الِاسْمِ الْأَعْظَمِ اثْنَانِ وَ سَبْعُونَ حَرْفاً وَ حَرْفٌ وَاحِدٌ عِنْدَ اللَّهِ تَعَالَى اسْتَأْثَرَ بِهِ فِی عِلْمِ الْغَیْبِ عِنْدَه»
[37] - Kuleyni, Məhəmməd ibni Yəqub, Əl- kafi, cild 1, səh 229.
[38] - Məclisi, Məhəmməd Baqir, biharul- ənvar, cild 1, səh 229.
[39] - "Negəreşe İrfani, fəlsəfi və Kəlami be şəxsiyyət və qiyame imam Hüseyn (ə) kitabı, müəllif Qasim Tərxan, çıl- çıraq, intişaratı.