Please Wait
5629
“Əşyalılıq” və “vücud” iki ayrı məfhumdurlar ki, vahid nümunəyə sahibdirlər. Hər nə qədər vücuddan söhbət açılırsa, əşyalılıqdan da söhbət açılır. Amma filosoflar vücud dedikdə həm mütləq şəkildə həm zehni vücudu əhatə edir, həm də varici vücuda şamil olunur və bir çox iradlara bu yolla cavab vermişlər. İrad bundan ibarətdir ki, bir varlığın mahiyyəti o zaman zehndə təsəvvür oluna bilər ki, indiyə qədər xarici vücuda sahib olmasın, yenə də o şeyə aid edilir. Lakin vücud ona aid edilmir. Filosoflar bunun cavabıni belə vermişlər: Əşyalılığın mahiyyətə zehnin daxilində aid edildiyi kimi, vücud da həmin daxili zehndə olan mahiyyətə aid edilir. Çünki mahiyyətin özü də zehni vücuda malikdir. Buna görə bu ola bilməz ki, bir şey olsun və vücuda aid edilməsin və həmçinin vücud olsun və şey ona aid edilməsin. Bu elə həmin vücudla əşyalılıqın müsaviqəti deməkdir.
Vücud özü zehni və xarici vücudlara bölünür. Mütləq vücudun (hər iki, zehni və xarici vücuddur) səhv salınması ilə əşyalılıq və vücud mövzusunda bir çox iradları, inkarları və edamı özü ilə birgə gətirmişdir.
Əşyalılıq ikinci fəlsəfi məfhumlardandır ki, əşyanın (şeyin) vücud məqamından əldə edilir. Həmçinin vücudun özü də ikinci fəlsəfi məfhumlardandır. Yəni onun əmələ gəlmə məhəlli zehndədir. Lakin onun sifətləri xaricdədir. Əşyalılıq vcudla bərabər olması yaxud vücuddan savayı mahiyyətə də aid edilir. Bu sahədə ixtilaflar zehni vücudla xarici vücudun bir- birinə qarşıdırlmasından irəli gəlir. Molla Sədr və Səbzəvari kimi böyük filosoflar bu iradın ziddinə olmuş və ona cavab vermişlər. Filosofların bütününün nəzəri vücudla əşyalılığın müsaviqət[1] olması yönümündədir. “Əşyalılıq” və “vücud” iki məfhumdurlar ki, eyni nümunəyə sahibdirlər. Vücuddan söhbət gedən yerdə, əşyalılıqdan da söhbət açılmalıdır. [2]Amma filosoflar qeyd edirlər ki, burada vücud dedikdə həm zehni vücud, həm də xarici vücud nəzərdə tutulur. Necə ki, bir daşa həm də şey (əşya) deyilir, daş məfhumu da zenhdə vardır ki, əşyaya aid edilir. Bu əşyalılığın vücuddan ümumi olmasını deyənlərin dəlilidir. Bu zehndə şeyin mahiyyətə aid olduğu zamandır. O halda ki, xarici vücudu yoxdur və vücud ondan kəsb edilmir. Filosoflar cavab vermişlər: Əşyalılıq daxili zehndə mahiyyət kimi kəsb edildiyindən, vücud da daxili zehndə olan mahiyyətə aid edilir. Çünki mahiyyətin özü də zehni vücuda malikdir. Buna görə heç bir halda ola bilməz ki, şey olsun, amma vücud ona aid edilməsin. Həmçinin ola bilməz ki, vücud olsun, amma şey ona aid edilməsin. Bu baxımdan onlar fəlsəfənin ümumi məfhumlarıdır və bu mövzudan xaric olmaq bir növ ziddiyyət söyləməkdir.[3]
[1] - Mütəsaviqət, yəni iki söz bir- birindən məfhum cəhətdən fərqli, nümunə cəhətdən birdirlər. Məsələn: Natiq və gülən sözləri müxtəlif mənalardadır. Lakin hər iki məfhum xaricdə eyni nümunəyə sahibdirlər. Yəni hər natiq gülən, hər bir gülən natiqdir. Bunlara mütəsaviqlər deyirlər.
[2] - Mutəhərri, Murtəza, məcmueye asar, cild 9, səh 408. nərm əfzare nur.
[3] - Cavadi Amuli, Abdullah, Rəhiq Məxtum, cild 1-1, səh 500- 504. İsra nəşriyyatı, Qum, fərvərdin 1386.