Please Wait
9972
Bizim dini mətnlərdə sualda deyilən günahlar üçün axirət cəzaları bəyan olubdur ki, nümunə olaraq neçə rəvayətlə kifayətlənirik:
- Naməhrəmə əl vermək:
Əziz Peyğəmbər (s) bu barədə buyurubdur:
1.Hər kəs naməhrəm qadına əl verə, qiyamət günündə zəncirə çəkilmiş halda məşhur olar və sonra fərman gələr ki, onu cəhənnəmə yollayın".[1]
2.Hər kəs ona məhrəm olmayan qadına əl verə, şübhəsiz Allahın qəzəbinə üz gətirib və onu özü üçün istəyibdir".[2]
B. Naməhrəmlə fiziki təmasda olmaq:
Naməhrəmlə fiziki təmasda olmağın müxtəlif növləri vardır; məsələn əl vermək ki, yuxarıda onun rəvayəti deyildi ləms "zina" və... bu barədə nümunə rəvayətlər aşağıdakılardan ibarətdir:
- Əziz Peyğəmbər (s) buyurur: "Hər kəs naməhrəm qadını qucağına alsa, onu şeytanla birgə alovlu zəncirə bağlayarlar və hər ikisini oda atarlar".[3]
- İmam Rza (ə) buyurub: Əziz Peyğəmbər (s) Merac gecəsi qadınlardan bir dəstəni gördü ki, əzaba düçar olublar.[4] O gecə bir qadını gördü ki, üzünü və bədənini qayçı ilə qoparırlar. O bir kəs idi ki, özünü (naməhrəm) kişilərə təqdim edirdi.[5]
C. Hicabsızlıq:
Həmən yuxarıdakı rəvayətdə gəlibdir ki, Əziz Peyğəmbər (s) Merac gecəsində bir qadını gördü ki, tüklərindən (saçlarından) asılıbdır və beyni qaynayırdı. O naməhrəmdən saçlarını örtməyən qadın idi.[6]
Qeyd olan məsələlərdən artıq məlumat üçün aşağıdakı göstəriciləri oxuyun:
"İslamda hicab" sual 431 (sayt: 459).
"Qadınların hicabının fəlsəfəsi" sual 14884 (sayt: 14655).
"Naməhrəm qadın və kişinin əl verməsi" sual 10114 (sayt: 13080).
"Haram və günaha bulaşmış baxışlar" sual 17435 (sayt: 17136).
"Naməhrəmu qucağa almaq və toxunmaq" sual 6074 (sayt: 6257)
[1] - (Şeyx Səduq, Səvabul- əmal və iqabul- əmal, səh 283 Şərəf rəzi intişaratı 1364 hicri şəmsi).
«وَ مَنْ صَافَحَ امْرَأَةً حَرَاماً جَاءَ يَوْمَ الْقِيَامَةِ مَغْلُولًا ثُمَّ يُؤْمَرُ بِهِ إِلَى النَّار»
[2] - (Şeyx Səduq, mən la yəhzurul fəqih, cild 4, səh 14, came müdərrisin intişaratı, Qum 1413 hicri qəməri.
«مَنْ صَافَحَ امْرَأَةً تَحْرُمُ عَلَيْهِ فَقَدْ بٰاءَ بِسَخَطٍ مِنَ اللّٰهِ عَزَّ وَ جَلَّ»
[3] - (Amuli, Hürr, vəsailuş- şiə, cild 20, səh 196, Alul- beyt (ə) müəssisəsi, Qum, 1409 hicri qəməri).
«من التزم امرأة حراما قرن في سلسلة من النّار مع الشّيطان فيقذفان في النّار»
[4] - Şeyx Səduq, uyuni əxbarir- Rza (ə), cild 2, səh 10 və 11 cahan intişaratı, 1378 hicri qəməri.
[5] - Həmin.
[6] - Həmin.