Please Wait
6122
Hörmətli mərcəyi-təqlidlərin cavabları aşağıdakı kimidir:
Ayətullah əl-uzma Xameneinin (müddə zilluhul-ali) dəftərxanası:
Cavab 1: Bunu ayırd etmək mükəlləfin (namaz qılanın) öz öhdəsinədir.
Cavab 2: Sadəcə o (hörmətsizlik) namazın səhihliyinə zərər yetirmir.
Ayətullah əl-uzma Sistaninin (müddə zilluhul-ali) dəftərxanası:
Bu halda fürada namazının işkalı yoxdur; yalnız o zaman işkalı var ki, hörmətsizlik olduğunu bilərsiniz və ehtimalın zərəri yoxdur. Hər bir halda namaz səhihdir.
Ayətullah əl-uzma Məkarim Şirazinin (müddə zilluhul-ali) dəftərxanası:
Cavab 1. Camaat arasında bu iş pişnamaza və sair möminlərə hörmətsizlik sayılsa, caiz deyildir.
Cavab 2. Namazı batil deyildir.
Ayətullah əl-uzma Safi Gülpayqaninin (müddə zilluhul-ali) dəftərxanası:
Bu məsələ iki şəkildə baş verə bilər: Bəzən fürada qılan şəxs imam camaatı tanımayan qərib şəxsir. Bu halda onun təklikdə namaz qılması pişnamazı fasiq hesab etmək sayılmır, əksinə bu məsələnin zahiri pişnamaz barəsində məlumatsızlığı və onu tanımamasıdır. Deməli, əgər fürada qılsa, işkalı yoxdur. Amma əgər o məhəllədə yaşayan bir şəxs kimi pişnamazı tanıyırsa, bu halda namazı müdavim şəkildə fürada qılması əməldə pişnamazı təfsiq etmək (fasiq bilmək) sayılır və bu iş caiz deyildir, bu halda fürada namazının işkalı vardır.