Ətraflı axtarış
Baxanların
8070
İnternetə qoyma tarixi: 2007/12/09
Sualın xülasəsi
Aramlığın (ruhi asayiş) həqiqəti nədir və ona nail olmağın yolları hansıdır?
Sual
Həyatda ruhi asayiş sadəcə şüardır, yoxsa həqiqət? Həyatda ruhi aramlığa çatmaq olarmı? Görəsən, bu, sadəcə bir şüar deyildirmi?
Qısa cavab

Həyatda ruhi asayiş və xatircəmlik mənasına olan aramlıq islam dinində bəyənilən, xoşagələn və təriflənən bir həqiqətdir. Ona nail olmaq üçün çoxlu yollar bəyan olunmuşdur. İslam mənbələrində ruhi asayişə çatmağın amillərindən bəziləri bunlardır: Allahı yad etmək, hüsnü-zənn, özünə etimad etmək, uzun-uzadı və əlçatmaz arzulardan uzaq olmaq, evlənib ailə qurmaq, bütün həyat işlərində nəzm-inzibatlı olmaq, gecədən istirahət məqsədi ilə istifadə etmək, qara üzüm kimi sağlam və təbii yeməklərdən istifadə etmək, başı, paltarı yumaq və s. paklıq vasitələrindən istifadə etmək; bunun müqabilində çoxlu amillər də asayiş  və aramlığın həyata keçməsinə mane olur, o cümlədən: dünyaya məftun olmaq, ona həddindən artıq rəğbət göstərmək, başqalarına həsəd etmək, şəkk-şübhədə olmaq, tamahkarlıq və s.

Dini mənbələrimizdə ruhi asayiş  və aramlığa nail olmaq üçün çoxlu yollar bəyan olunmuşdur. Bu da onu əldə etməyin mümkünlüyünə ən yaxşı dəlildir. Bundan əlavə, din göstərişlərinə dəqiq şəkildə əməl etməklə ruhi asayişə nail olan böyük din şəxsiyyətlərinin həyat tarixini mütaliə etmək də həyatda ruhi asayişin kəsb olunmasının sadəcə bir şüar olmadığını isbat edə bilər. Bunu bizim özümüz də dini göstərişlərə əməl etməklə özümüzdə hiss edə, təcrübədən çıxara bilərik.

Ətreaflı cavab

Aramlıq – həyatda ruhi asayiş və təmkinli olmaq mənasınadır.[1] Bunun müqabilində isə təşviş, nigarançılıq və iztirab hissi dayanır.

İslam dini nəzərindən ruhi xatircəmlik və asayiş həqiqi, gerçək və mümkün olan bir işdir. Dini mənbələrimizdə ruhi asayişə nail olmaq üçün müxtəlif yollar bəyan olunmuşdur. Bunun özü də ona nail olmağın mümkünlüyünə ən tutarlı dəlildir. Bundan əlavə, din göstərişlərinə əməl edərək son dərəcə ruhi asayişə nail olan böyük din şəxsiyyətlərinin həyat tarixini mütaliə etmək də həyatda ruhi asayişin kəsb olunmasının sadəcə bir şüar olmadığını isbat edə bilər. Bizim özümüz də bu göstərişlərə əməl edərək onu öz həyatımızda icra edə bilərik.

Aramlıq və ruhi asayiş yaradılmasının amilləri:

Quran və rəvayətlərdə ruhi asayiş üçün çoxlu amillər bəyan edilmişdir ki, onların bəzilərini qeyd edirik:

1. Həmişə Allahı xatırlamaq. Quranda buyurulur: “Agah olun! Həqiqətən qəlblər yalnız Allahı yad etməklə aramlıq tapar.”[2] Allahı yad və zikr etmək dedikdə məqsəd budur ki, insan həmişə bilməlidir ki, aləmdə heç bir varlıq  Allahdan ayrı və müstəqil şəkildə təsir  edə bilməz: “Bütün izzət Allaha məxsusdur”,[3] “Bütün varlıq aləmi, mülk, səltənət və qüdrət Ona məxsusdur”, “Bəndələrin başıuca, əziz və ya zəlil olması da Onun əlindədir. O, hər bir şeyə qadirdir.”[4]

Bu məqamda olan insan üçün heç bir nigaranlıq, qorxu və hüzn yoxdur. Belə ki, Quranda buyurulur: “Hər kəs Mənim hidayətimə tabe olsa, artıq onun üçün heç bir qorxu və nigaranlıq yoxdur.”[5]

Bəli, əgər insan aləmdə olan hər bir qüdrət və dəyişikliyin yalnız böyük Allaha məxsus olduğuna və yalnız Onun səbəbi ilə baş verdiyinə həqiqi mənada və bütün varlığı ilə inansa, habelə bu mənanı dilində təkrar edərək “la hovlə və la quvvətə illa billahil-əliyyil-əzim” desə, heç bir iztirab və nigarançılığa düçar olmaz. Əziz islam Peyğəmbəri (səlləllahu əleyhi və alih) buyurmuşdur: لاحول و لاقوة الا بالله العلي العظيم “La hovlə və la quvvətə illa billah zikri ən aşağı səviyyəlisi qəm-qüssə olan 99 dərdə şəfadır.”[6]

Allaha təvəkkül etmək

Təvəkkülün mənası budur ki, insan öz vəzifəsini bacardığı həddə əncam verərək işlərinin nəticəsini Allaha həvalə etsin. Quranda buyurulur: “Hər kəs Allaha təvəkkül etsə, Allah ona kifayət edər.”[7]

3. Allahın istəyinə və qəza-qədərinə razı olmaq

Əgər insan Allahın həmişə Öz bəndələrinə xeyirxah olduğunu bilsə və Onun istəklərinə təslim olsa, artıq heç bir nigarançılığı olmaz.

4. İlahi övliyalara itaət və onlarla əlaqə

Mütəal Allah Öz Peyğəmbərinə buyur: “Camaatdan xüms və zəkat aldığın zaman onlara salam göndər. Çünki sənin onlara salam verməyin onların ruhi asayişinə səbəb olur.”[8]

5. İmanlı və əməlisaleh şəxs ilə ailə qurmaq

Quran buyurur: “İlahi ayə və nişanələrdən biri budur: Allah sizin üçün öz növünüzdən olan həyat yoldaşları qərar verdi ki, onların vasitəsi ilə ruhi asayişə nail olasınız.”[9]

6. Gecə istirahət etmək

Allah-taala Quranda buyurur: “O həmin Allahdır ki, gecəni sizin aramlıq tapmağınız üçün bir vasitə qərar verdi.”[10]

7. Təbii və sağlam yeməklərdən istifadə etmək

Rəvayətlərdə buyurulur ki, qara üzüm yemək qəm-qüssəni aradan aparır.[11]

8. Paklığa riayət etmək

Çoxlu rəvayətlərdə deyilir ki, paltarı yumaq[12], başı yumaq[13] və s. qəm-qüssənin və iztirabın aradan getməsinə səbəb olur.

Bunlar Quran ayələri və rəvayətlərdə  ruhi asayişi icad edən amillər kimi irəli çəkilir.

Digər tərəfdən, əgər insan ruhi asayişə mane olan, pərişanlıq və iztiraba səbəb olan amillərdən uzaq olsa, ruhi xatircəmliyə və asayişə şərait yaratmış olacaqdır. Rəvayətlərdə qeyd olunduğu kimi, ruhi asayişi aradan aparan səbəblərin bəziləri aşağıdakılardır:

1. Dünyaya məftun olmaq və ona ürək bağlamaq

Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) buyurmuşdur: “Dünyaya rəğbət göstərib məftun olmaq insanın qəm-qüssəsinə və hüznünə səbəb olur, zöhd (dünyaya bağlı olmamaq) və dünyaya rəğbətsiz olmaq insanın ruh və cisminin rahatlığına və asudəliyinə səbəb olur.”[14]

İmam Xomeyni (rəhmətullahi əleyh) də rəvayətlərə diqqət yetirməklə oğlu hacı Seyid Əhmədə buyururdu: “Mən cəmiyyətin müxtəlif siniflərinin vəziyyəti barədə tədqiqat apardıqda bu nəticəyə çatmışam ki, varlı, sərvətli və qüdrətli siniflərin daxili və ruhi əzab-əziyyətləri sair xalq kütlələrindən daha artıq və daha gərgindir, onların nail ola bilmədikləri çoxlu uzun-uzadı arzular daha əzabverici və ürək yandırıcıdır... İnsanların nicatına və ruhi asayişinə səbəb olan şeylər dünyadan və ona aid olan şeylərdən uzaq olmaqdır. Bu da yalnız Allahı daim xatırlamaqla hasil olur.”[15]

2. Camaatın mal-dövlətinə tamah gözü dikmək

Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) buyurur: “Hər kəs başqalarının mal-dövlətinə tamah gözü dikərsə, onun qəm-qüssəsi və hüznü uzun olar.”[16]

3. Həsəd etmək

Əmirəl-möminin Əli (əleyhis-salam) buyurur: “Həsəd edən adamdan başqa elə bir zülmkar adam görməmişəm ki, məzluma hamıdan çox oxşasın. Çünki onun qəlbi daim qəm-qüssəli və hüznlüdür.”[17]

4. Şəkk-şübhə və razı olmamaq

Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) buyurur: “Həqiqətən Allah-taala Öz hikmət və fəzli ilə rahatlığı və şadlığı yəqin və riza məqamında vermiş, qəm-qüssə və narahatçılığı isə şəkdə və narazılıqda qoymuşdur.”[18]

Deməli, tam ruhi asayişə nail olmaq sadəcə bir şüar deyil, əksinə əldə oluna bilən bir həqiqətdir və onun üçün çoxlu əməli yollar vardır ki, dini mənbələrdə aşkar şəkildə bəyan olunmuşdur.

 


[1] “Əl-misbahul-munir”, “ta” hərfi, “təm’ənə” kökü

[2] “Rəd” surəsi, ayə: 28: اَلاَ بِذِکْرِ اللِه تَطْمَئِنُّ الْقُلُوبُ

[3] “Nisa” surəsi, ayə: 139: اِنَّ الْعِزَّةَ لِلَّهِ جَمِيعاً

[4] “Ali-İmran” surəsi, ayə: 26:

قُلِ اللَّهُمَّ مالِكَ الْمُلْكِ تُؤْتِي الْمُلْكَ مَنْ تَشاءُ وَ تَنْزِعُ الْمُلْكَ مِمَّنْ تَشاءُ وَ تُعِزُّ مَنْ تَشاءُ وَ تُذِلُّ مَنْ تَشاءُ بِيَدِكَ الْخَيْرُ إِنَّكَ عَلى‏ كُلِّ شَيْ‏ءٍ قَديرٌ

[5] “Bəqərə” surəsi, ayə: 38: فَمَنْ تَبِعَ هُدَايَ فَلاَخَوْفٌ عَلَيْهِمْ

[6] “Biharul-ənvar”, 74-cü cild, səh. 88

[7] “Talaq” surəsi, ayə: 3: وَ مَنْ يَتَوَکَّلْ عَلَي اللهِ فَهُوَ حَسْبُهُ

[8] “Tövbə” surəsi, ayə: 103: اِنَّ صَلَوتَکَ سَکَنٌ لَهُمْ

[9] “Rum” surəsi, ayə: 21: وَمِنْ آيَاتِهِ أَنْ خَلَقَ لَكُم مِّنْ أَنفُسِكُمْ أَزْوَاجًا لِّتَسْكُنُوا إِلَيْهَا وَجَعَلَ بَيْنَكُم مَّوَدَّةً وَرَحْمَةً إِنَّ فِي ذَلِكَ لَآيَاتٍ لِّقَوْمٍ يَتَفَكَّرُونَ

[10] “Yunis” surəsi, ayə: 67: هُوَ الَّذِي جَعَلَ لَکُمُ اللَّيْلَ لِتَسْکُنُوا فِيهِ

[11] “Biharul-ənvar”, 73-cü cild, səh. 323: عَنْ بَكْرِ بْنِ صَالِحٍ عَنْ أَبِي عَبْدِ اللَّهِ ع قَالَ شَكَا نَبِيٌّ مِنَ الْأَنْبِيَاءِ إِلَى اللَّهِ الْغَمَّ فَأَمَرَهُ بِأَكْلِ الْعِنَبِ.

[12] “Biharul-ənvar”, 76-cı cild, səh. 84; “Xisal”: غَسْلُ الثِّيَابِ يَذْهَبُ بِالْهَمِّ وَ الْحُزْنِ

[13] “Biharul-ənvar”, 76-cı cild, səh. 323: مَنْ وَجَدَ هُمَا فَلاَ يَدْرِي مَا هُوَ فَلْيَغْسِلْ رَأْسَهُ

[14] “Biharul-ənvar”, 73-cü cild, səh. 91: قَالَ رَسُولُ اللهِ (ص): "الرَّغْبَةُ فِي الدُّنْيَا تُورِثُ الْغَمَّ وَ الْحُزْنَ، وَ الزُّهْدُ فِي الدُّنْيَا رَاحَةُ الْقَلْبِ وَ الْبَدَنِ

[15] “Vədeye didar”, “İmam Xomeyninin (rəhmətullahi əleyh) əsərlərinin tənzim və nəşri” müəssisəsi, məktub: 26-4-1363

[16] “Biharul-ənvar”, 77-ci cild, səh. 172:  قَالَ رَسُولُ اللهِ (ص): "مَنْ نَظَرَ اِلَي مَا فِي اَيْدِي النَّاسِ، طَالَ حُزْنُهُ وَ دَامَ اَسَفُهُ

[17] “Biharul-ənvar”, 63-cü cild, səh. 256

[18] “Biharul-ənvar”, 77-ci cild, səh. 61 (“Töhəful-uqul”)

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • İmam Hüseynin (ə) pak cəsədini kim dəfn etdi?
    8074 تاريخ بزرگان 2011/12/25
    Bu mövzuda alimlərin nəzəriyyələri müxtəlifdir. Bu nəzəriyyələrdən biri, bəzi rəvayətlərdə və tarix kitablarında işarə olunduğu kimidir və o da budur: İmam Hüseynin (ə) pak cəsədi onun əziz övladı İmam Zeynəl- abidin (ə)- ın vasitəsiylə Kərbəla torpağında dəfn olunmuşdur: Yəni İmam Səccad (ə) Kərbəla şəhidlərinin təyin və dəfni üçün xüsusiylə ...
  • İmam Xumeyinin (rəh) siyasi fikri hansı sahələrə şamil olur?
    5501 Siyasət fəlsəfəsi 2012/09/15
    İmam Xumeyinin (rəh) siyasi fikri onun kalan və müxtəlif sahələrdən təsirlənmiş fikrinin bir hissəsidir. Bunu nəzərə alsaq ki, İmam Xumeyni (rəh) neçə sahəli şəxsiyyətə sahibdir ki, onun irfanda, fiqhdə, fəlsəfədə, kəlamda və siyasətdə neçə əsəri vardır. O İslami fikirlərin üzərində qurulan bir nizamın rəhbəri olubdur, aydındır ki, ...
  • Peyğəmbərlərdən birinin adı İsraildirmi? Və o şey ki, yeməyin özünə haram etdi nə olubdur?
    6867 Təfsir 2012/02/13
    İsrail Allah Peyğəmbərlərindən biri olan həzrəti Yəqubun (ə) adıdır. O bir sıra məsləhətlərə görə dəvə ətini və südü özünə haram etmişdir.Allah ali- İmran surəsinin 93- cü ayəsində buyurur:«کُلُّ الطَّعامِ کانَ حِلاًّ لِبَنِی إِسْرائِیلَ إِلاَّ ما حَرَّمَ إِسْرائِیلُ عَلى‏ نَفْسِهِ ...
  • Qurani kərimdə sirat körpüsü barəsində məlumat verilibmi?
    16067 Quran elmləri 2011/03/06
    Düzdürki, "sirat körpüsü" termini Quranda işlədilməmişdir, amma bəzi hədislər onun haqq olduğunu təsdiq edirlər. İmam Sadiq (ə) Fəcir surəsinin 14- cü ayəsində işlədilən "Mirsad" sözünü "cəhənnəmin üstündən keçən körpü" kimi təfsir etmişdir. Mövzunun daha da aydınlaşması üçün bir neçə mətləbə işarə etməklə "sirat" sözünün ...
  • İmam Əli (əleyhis-salam) sübh namazında zərbətlənən zaman İmam Həsənlə Hüseyn orada idilərmi?
    9194 تاريخ بزرگان 2012/03/14
    Əli (əleyhis-salam) zərbətləndiyi zaman Həsənlə Hüseyn (əleyhiməs-salam)-ın onun yanında olması ilə əlaqədar çoxlu rəvayət gəlmişdir. Buna görə də bu bəhsdə bir neçə ehtimal verilir: 1. İmam Əli (əleyhis-salam)-a məsciddən kənarda zərbə vurulmuşdur. Bu ehtimala əsasən demək olar ki, həmin anda Həsənlə Hüseynin Əli (əleyhis-salam)-ın yanında ...
  • Aya mümkündür bir başa deyək ya imam Rza (ə) hacətimizi ver? Və ya deyək filan imamın abrına xatir hacətimizi ver?
    6617 Qədim kəlam 2012/03/11
    1. Şübhəsiz ki, Allahdan başqa heç bir kəs bir başa və vasitəsiz heç bir işə gücü çatmaz və qüdrəti yoxdur və əgər buna malik olsa belə Allahın iradəsi və icazəsi çərçivəsindədir. 2. Din rəhbərləri və alimlərini öz hacətlərimiz üçün vasitəçi qərar verməliyik, nəin ki, öz ...
  • Şeytanın adı xilqətinin əvvəlindən şeytan idimi, yoxsa Allah dərgahından qovulduqdan sonra belə adlandırılmışdır?
    10727 تاريخ کلام 2012/03/14
    Şeytan kəlməsinin kökü ilə əlaqədar fikir ayrılığı olduğuna görə onun mənasında da ixtilaf vardır. Şeytan sözünün mənasında üç nəzəriyyə vardır: a) Şeytan شَاطَ “şatə” maddəsindən tutulmuşdur, qəzəb üzündən olan yandırmağa və şölələnməyə deyilir; b) Xəbis və alçaq varlıq mənasına olan شَاطن ...
  • Əgər bir şey nəcis olarsa və biz də ona əl vursaq, nəcis oluruqmu?
    6954 Nizamlar hüquq və əhkam 2011/09/12
    Əgər pak bir şey nəcis (murdar) bir şeyə dəysə və hər ikisi, yaxud biri, digərinə sirayət edəcək dərəcədə rütubətli olsa, pak şey də nəcis olur. Onu pak etmək üçün nəcasətin eynini (maddəsini) aradan qaldırdıqdan sonra əgər nəcis şey bovl olsa onu kürr, cari, yaxud qəlil suda bir dəfə yumaq kifayətdir. ...
  • Necə olur ki, həzrət Süleyman (ə) övladının vəfatından sonra mülk və hakimiyyət arzusu edir, amma İmam Hüseyn (ə) isə deyir: "Ey Əli səndən sonra kül olsun bu dünyanın başına?".
    7641 Təfsir 2011/11/19
    Baxmayaraq həzrət Süleymanın bu sözü onun ruhiyyəsinin böyüklüyünü və Allahın sonsuz rəhmətinə olan yəqinindən hekayət edir və bu da ümumi insanlara nisbət onun üstünlüyünü bildirir, amma İmam Hüseynin (ə) halına qarşı müqayisə etmək mümkün deyildir. Çünki bu ayələr:Birincisi: Bir növ bunu bildirir ki, həzrət Süleyman bir anlıq xəta ...
  • Bu ibarətdən məqsəd nədur?
    6420 Hədis elmləri 2012/01/16
    İbarətin mənası budur: Günlərlə düşmənçilik etməyin ki, onlar da sizinlə düşmənçilik edəcəklər. Bu ibarət bəzi hədislərdə Peyğəmbərdən (s) daxil olmuşdur və «ایامکم» dan məqsəd həftənin günləri olur. Bu təbir və ibarə zamanın əhəmiyyətin çatdırır və günləri pis bilib onlar barədə şikayət etmək lazım deyil yoxsa mümkündür pis fal vurduğu şey ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    164002 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    160136 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    118956 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    112213 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    106913 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    92851 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54347 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    50566 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    45236 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    44720 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...