Please Wait
5659
Belə nəzərə çarpır ki, bu sualın mənşəyi bir növ bu dünyanın xüsusiyyətlərini axirət məsələləri ilə müqayisə etmək və dünyanın nöqsan, eyib, xəstəlik, ölüm, süstlük, xoşagəlməz hadisələr və s. xüsusiyyətlərini meyar qərar verməkdir, halbuki Quran və rəvayətlərə əsasən axirət aləminin xüsusiyyətləri bu dünya ilə uyğun gəlmir.
Bir ləzzətdən ayrılaraq başqası ilə məşğul olmaq (əgər behiştdə ləzzətdən əl çəkmək vardırsa) nemətlərdən yorulmaq və bezmək xatirinə deyil, əksinə nemətlərin çeşidli və ləzzətlərin təzə olmasına görədir. Behişt bütün peyğəmbərlərin, dini rəhbərlərin və möminlərin istədikləri kamaldır. Əli (əleyhis-salam)-ın təbiri ilə desək, “əgər sənin üçün bəyan edilən behişt nemətlərinə qəlb gözü ilə baxsan, dünyada olan nemətlər nə qədər gözəl olsa da, onlardan göz yumarsan.”
Behişt insanı daim mənəvi tərəqqidədir. Çünki o, daim müxtəlif təcəllilərə məruz qalır, cismani təcəllilərdən ilahi rizvana doğru seyr edir, Haqqın rübubi fəzasında xilqəti tamaşa etməyə başlayır.
Digər bir məsələ budur ki, behişt insanı üçün ləzzətin əsası hal-hazırda öz Xaliqinə qonaq olması və Onun qonaqlıq süfrəsində əyləşməsi, yəni O həqiqətlə qırılmaz əlaqə bərqərar etməsidir. Buna görə də onun üçün bezməyin və yorğunluğun heç bir mənası yoxdur.
Belə nəzərə çarpır ki, bu sualın mənşəyi bir növ dünya xüsusiyyətlərini axirət məsələləri ilə müqayisə etmək və dünyanın nöqsan, eyib, xəstəlik, ölüm, süstlük, xoşagəlməz hadisələr və s. xüsusiyyətlərini meyar qərar verməkdir. Halbuki Quran və rəvayətlərə əsasən axirət aləminin xüsusiyyətləri bu dünya ilə uyğun gəlmir. Behiştdə yoxluq və nöqsan cəhətləri yoxdur. Buna əsasən ondakı ləzzətlər daimidir və onlarda dəyişiklik, xarab olma yoxdur. Allah-taala buyurur: “Axirət evi (həqiqi) həyat evidir.”[1] Deməli, axirət aləmi və onun bütün şeyləri həyata, təravətə və yeniliyə malikdir. Behişt insanı daim tərəqqidədir, çünki daimi olaraq müxtəlif təcəllilərlə qarşılaşır, cismani təcəllilərdən ilahi rizvana doğru yüksəlir, Haqqın rübubi fəzasında xilqəti tamaşa etməyə başlayır. Buna əsasən, bir ləzzətdən ayrılaraq digər bir ləzzətə qovuşmaq nemətlərdən yorulmağa görə deyil, əksinə behişt nemətlərinin həyata malik olmasına, ləzzətin yeniliyinə və nemətlərin müxtəlif çeşidli olmasına görədir.
Yüksək və əbədi məqam olan behişt bütün peyğəmbərlərin, dini rəhbərlərin və möminlərin istədikləri son kamal, Allahı axtaran və Ona pərəstiş edənlərin son arzularıdır.
Əli (əleyhis-salam) öz xütbələrinin birində behiştin vəsflərindən bir qismini belə bəyan edir: “Əgər behişt barədə sənə vəsf edilənlərə qəlb gözü ilə nəzər salsan, dünyaya aid olan hər bir şeydən ayrılarsan, hətta onlar maraqlı və gözəl olsalar da belə. Nəfsin istəkləri və xoşluqları insanı özünə cəlb edir. Əgər behişt arxlarının qırağında olan ağacların hərəkətini, yarpaqlarının bir-birinə toxunmasını, onlardan yaranan səsləri, müşk təpələrində gizlənmiş ağacların kökləri barədə təfəkkür etsən, özündən gedərsən. Həmçinin asılqan vəziyyətdə olan təzə və təravətli mirvari salxımları, çiçəklərin içində olan rəngarəng və heç bir zəhmət olmadan dərilə bilən, hər kəsin istəyinə uyğun olaraq onun ixtiyarına verilən meyvələr, behişt əhlinin qəsrləri, behişt əhli üçün qədəhlərdə dolandırılan pak və xalis bal, təmiz şərbətlər... Öz əbədi evlərində məskunlaşıb, yer dəyişməkdən rahat olduqları vaxta qədər ilahi inayətlər və mərhəmətlər daim behiştin sakinlərinə nazil olur. Bil ki, əgər öz qəlbini təsəvvür etdiyin o gözəl mənzərələrə çatmağa məşğul etsən, behiştə nail olmaq şövqündən can verərsən və bu məclisdən qəbiristan əhlinin qonşuluğuna gedərək dünyadan üzülərsən.”[2]
Digər məsələ budur ki, behişt möminlərin Allah ilə etdikləri müamiləyə görə verilən bir müjdədir.
Hər bir behişt insanı üçün əsas və ümdə ləzzət – hal-hazırda öz Xaliqinin qonağı olması, Onun qonaqlıq süfrəsində oturması, O əbədi həqiqətlə sıx və qırılmaz əlaqə bərqərar etməsidir. Buna görə də onun üçün artıq yorğunluq heç bir məna daşımır. Dünyada nikahın, ləzzətli taam və yeməklərin, ürək oxşayan içməlilərin ləzzəti az, təsiri zəifdir və tez bir zamanda aradan gedir. Bu da dünya aləmindəki nöqsana görədir. Əgər fərz üzrə, bu dünyada heç bir nöqsan cəhəti olmasaydı, sevinc hissi heç vaxt bədhallığa, qəm-qüssəyə çevrilməz, hasil olan hər bir kef və ləzzət əbədi qalar və onda heç bir qüsur və çatışmazlıq olmazdı. Quran bir yerdə bu məsələni bəyan edərək buyurur: “Orada (behiştdə ) əbədi qalacaqlar və heç vaxt oradan başqa yerə getməyi arzu etməyəcəklər.”[3] Yəni behişt əhli dəyişikliyi istəmirlər və behişt onlar üçün yorucu deyildir.