Please Wait
8728
İmam Zamanın (əc) zühurunun əlamətləri haqqında suallar çox bəyənilmiş bir əməldir. Amma, çox da dərinliklər və çətinliklərə getməklə əsl hədəflərdən biri olan zühurun müqəddiməsindən qəflətdə qalmaq olmaz.
Zühurun əlamətləri müxtəlif qismlərə bölünür o cümlədən, “dəqiq əlamətlər” və “ehtimal verilən əlamətlər”. Çoxları bu əqidədədirlər ki, zühuru ancaq dəqiq və yəqinliklə olan əlamətlərlə axtarmaq lazımdır. Halbuki, bir şeyi dəqiq bilmək lazımdır ki, Allahın iradəsi ilə baş verəcək belə bir böyük hadisəni heç də hansısa əlamətlərə bağlamaq və yüz faiz yalnız, bu əlamətlərlə arxayanlaşmaq olmaz.Çünki, danılmaz vədə olan İmam Zamanın (əc) zühuru rəvayətlərdə əsas götürüldüyünə,yerdə qalan şeylər o cümlədən hətta, dəqiq əlamətlər də öz-özlüyündə bir növ ehtimal kimi nəzərdə tutulmalıdır və ən çoxu bütün bu nişanə və əlamətlər zühura yaxın bir hadisə kimi qəbul olunur.
Bəzi qəti əlamətlərin adları bunlardan ibarətdir: Süfyani adlı alçaq və fasid bir nəfərin qiyamı; ilahi səsin gəlməsi; göydə Şeytanın fəraydı; günəşin məğribdən çıxması; batil cəbhəsində ixtilafın baş verməsi və Nəfsi Zəkiyyənin öldürülməsi.
Əvvəldə bir neçə mühüm müqəddiməyə işarə edib sonradan daha çox araşdırma aparacağıq:
1.İmam Zamanın (əc) qiyamı dünyadakı hadislərədən o qədər mühümdür ki, dünyada “Dinlərin vədə verdiyi” – və cahanı islah edən ləqəbi ilə tanınır.
2.Belə bir zühür çox mühüm olduğuna görə nişanə və əlamətlərinin olması zəruridir. Dünyada baş vermiş digər mühüm hadisələr o cümlədən, İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) də zühurunda belə xüsusi əlamətlərdən olmuşdur.
3.Bütün bu əlamət və nişənələri xülasə olaraq, bir neçə sahədə nəticəsi var:
Bu əlamətlərdən bəziləri elə əzəmətli və böyükdür ki, əslində qiyam edənin əzəmət və