Ətraflı axtarış
Baxanların
7671
İnternetə qoyma tarixi: 2008/02/12
Sualın xülasəsi
Mələklər ismət dərəcəsinə sahibdirlər?
Sual
Diyə bilərik ki, mələklər məsumdurlar? Onlar ismətin müxtəlif dərəcələrinə sahibdirlər?
Qısa cavab

            Mələklər və firiştələr çox şərif və lətif varlıqlardırlar. Mələklər çoxlu yaxşı xüsusiyyətlərə sahibdirlər ki, Quran ayələrində bəyan olubdur- o cümlədən heyvani və maddi xüsusiyyətlər onların vücuduna yol tapa bilmir.

Mələklərin heç cürə günah etməyə meylləri və qüdrətləri yoxdur. Buna əsasən hər cür günahdan pak və uzaqdırlar.

Buna əsasən əgər ismət və məsumdan sırf günah etməmək mənalandırsaq, demək olar ki, mələklərdə məsumdurlar; çünki onlar hər cür günahdan pak və uzaqdırlar. Amma əgər isməti İlahi təqvaya və nəfsani qüdrətə sahib olmaq məna etsək ki, Allahın köməyiylə Peyğəmbərlərdə və İmamlarda (ə) ki, insani xüsisiyyətlərə, şəhvətə və qəzəbə sahib olmaqla habelə günah etmək qüdrətinə sahib olmaqla yanaşı, günaha göz yumurlar və heç bir günah etmirlər, mələklər bu mənda ismətə sahib deyillər.

Ətreaflı cavab

Mələklər çox şərafətli və lətif varlıqlardırlar ki, hər cürə günahdan pak və uzqaqdırlar. Quran onların dərəcələrini çox əzizləyib. Hətta mələklərə iman gətirməyi Allaha Peyğəmbərlərə və səmavi kitablara iman gətirməyi cərgəsində qərar veribdir.[1]

Qurani məcid onların xüsusiyyətlərini bu cür sadalayır:

  1. Mələklər ağıllı və şüurlu varlıqlardırlar və Allahın sevimli bəndələridirlər.[2]
  2. Onlar Allahın fərmanı qarşısında təslimdirlər və geç vaxt günah etmirlər.[3]
  3. Onlar həmişə dayanmadan Allahın zikrinə və həmdinə məşğuldurlar: "Mələklər Rəbbilərinin həmdin və zikrini yerinə yetirirlər və yerdə olanlar üçün istiğfar edirlər".[4]
  4. Mələklər istisna olmadan Adəmin yaradılışı xatirinə səcdəyə düşdülər və Adəm onların müəllimi oldu.[5] Bu iş onu bəyan edir ki, insan təkamül istedadına görə onlardan üstün və ucadır.
  5. Onlar nə yemək yeyirlər nə su içirlər və nə də evlənirlər, necə ki, İmam Sadiqdən (ə) bir hədisdə oxuyuruq: "Mələklər yemək yemirlər. Su içmirlər və evlənmirlər, bəlkə Allah ərşinin nisimiylə diridirlər".[6]
  6. Onların nə yuxusu nə süstlüyü və nə də qəfləti, necə ki, li (ə) bir hədisdə belə buyurur: "Onlarda nə süstlüy var, nə qəflət və nə üsyan... yuxu onlara qalib gəlmir və onların əqli səhvə və unutqanlığa düçar olmur, onların bədənləri süstləşmir, Ataların sülbündə və anaların bətnində qərar tutmurlar".[7]
  7. Onların müxtəlif məqamları və fərqli drəcələri var. Bəziləri həmişə rukuda, bəziləri həmişə səcdədədirlər.

"Bizim hər birimizin məlum bir məqamı var biz həmişə sıra çəkib onun fərmanını gözləyirik və həmişə onun zikrini deyirik."[8] [9]

Amma bu şərif və lətif varlıqlar məsumdurlar ya yox? Bu sualın cavabı üçün isməti tərif etmək lazımdır. İsmət lüğətdə saxlamaq və mane olmaq mənasınadır. İstilahda nəfsani qüvvəyə və hala deyilir ki, insanı günahdan hətta xəta və səhvdən saxlayır.[10]

Buna əsasən ismət məqamı bir nöqsani (ruhi) qüdrət və İlahi təqva halıdır ki, Allahın köməyiylə Peyğəmbərlərdə və İmamlarda yaranır. Əlbəttə bu hal o mənada deyil ki, onlar günah edə bilməsinlər. Bəlkə bu ruhi qüvvənin sahibləri bununla kı günaha əlləri çatır və onu yerinə yetirməyə qüdrətləri var, öz ixtiyarları və seçimləriylə günahdan göz yunurlar və heç vaxt günah etmirlər.

Eynilə çox məlumatlı bir təbib (həkim) kişidirlər ki, çox zəhərli bir maddənin nə qədər xətərli olduğunu bilir və heç vaxt onu yeməz. Baxmayaraq ki, yeməyə qüdrəti var amma onun ruhu və fikri məlumatları səbəb olur ki, öz meyli və iradəsiylə bu işə göz yumsun.

Diqqət etmək lazımdır ki, ismət məxsusi bir lütfdür ki, Peyğəmbərlərə və İmamlara ağır rəhbərlik məsuliyyətinə görə verilibdir. Buna əsasən ismət bir imtiyazdır ki, onun bəhrəsi hamıya aid olur.[11]

İsmətin mənasın və həqiqətin nəzərə alaraq demək lazımdır ki: Baxmayaraq ki, mələklər hər cürə günahdan pak və uzaqdırlar, amma ismət məqamına (Peyğəmbərlərdə və İmamlarda olan mənada) sahib deyillər.

Bəli əgər ismətin mənasın genişləndirsək və onu hər dəlilə əsasən günahsız məna etsək, nəzərə almadan ki, günah etməyə qadirdirlər ya yox, mələklərdə məsumdurlar; çünki onlarda günaha nisbət heç cür meyil yoxdur. Onlar həmişə Allaha həmd və zikr edirlər və onun göstərişlərini yerinə yetirirlər.

Əlbəttə bütün mələklər bir dərəcədə deyillər, bəlkə müxtəlif dərəcələrə sahibdirlər, Qurani məcid buyurur: Bizdən heç biri yoxdur məgər ki, məlum məqamı vardır.[12]

Cəbrail, Mikail, İsrafil və Əzrail kimi onlardan bəziləri, Allah dərgahının müqərrəb (yaxın) mələklərindəndirlər. Onların dərəcələri çox ucadır ki, fəlsəfəçilər onlardan "Rəsuli- məlaikə" adıyla ad aparırlar. Başqa bəzilərinin dərəcəsi aşağadır və hər birinin xüsusi vəzifəsi vardır. Həzrəti Əli (ə) mələklərin dərəcələrini və vəzifələrini bu cür bəyan edir: "Onlardan bəziləri Allahın Peyğəmbərlərə olan vəhyinin əminidirlər (qoruyucusu), bəziləri Allah bəndələrinin gözətçiləri və bəziləri Allah behiştinin qapıçılarıdırlar..."[13] Amma o rəvayətlər ki, bəzi mələklərin Allah fərmanından boyun qaçırması habelə onların cəzalanması və tənbihi haqqında "Fotrosun" rəvayəti kimi daxil olubdur, o qədər də möhkəm deyil və bütün İslam alimləri bu cür rəvayətləri qəbul etməyiblər. Onların bəzilərinin etiqadı budur ki: Fotros hadisəsinin isbata ehtiyacı var; çünki Fotros Yunan kəlməsidir və şəbanın üçüncü duasında mələk adlandırılmayıbdır. Bəlkə bu cür gəlibdir " و عاذ فطرس بمهده" yəni Fotros İmam Hüseynin (ə) beşiyinə pənah apardı. Digər tərəfdən bu duanın sənədidə araşdırılıb və etibar ölçüsü əldə olunmalıdır. [14] başqa bir dəstə mələklərin günah etməyin və onların tənbih olunmasın inkar edib deyirlər: Fotrosun üsyan rəvayəti, şərafətli: " عِبادٌ مُکْرَمُونَ"[15] ayəsində ki, tərcüməsi budur: "Onlar İlahi göstərişlərin qarşısında günah etmirlər və əmr olunanları yerinə yetirirlər"[16], ziddiyyəti var.

Buna əsasən bu dəstənin nəzərində mələklərin üsyanı qəbul olunmur.

Digər tərəfdən şiə alimləri bu cür rəvayətlərin doğru olma fərziylə bir sıra ehtimallar açıqlayıblar:

  1. Təfsirçilərin bəzisi deyiblər: Mələklərin tənbihi və cəzalanması "tərki övla" nəticəsində olubdur, nə günah. Tərki övladan məqsəd budur ki, onlar İlahi göstərişlərin icrasında çox övləviyyətə (üsyünlüyə) sahib olan əməli buraxıb az övləviyyəti olan əməl tərəfə gediblər. Yaxud əməli çox övləviyyəti olan şəraitdə və zamanda buraxıb, başqa zamanda və şəraitdə yerinə yetiriblər və buna görə də cəzalanıb tənbih olublar.[17]
  2. Bir dəstə mələklərin üsyan və tənbih problemini həll etmək üçün ehtimal veriblər ki, bu cür rəvayətlər insana oxşar mələklərə aiddir. Deyir: Bəzi mələklər hədislərdə "yer mələklər" deyirlər, onlar gözə görsənməyən varlıqdırlar, amma bəlkə insanı çox oxşadırlar; yəni təklif qəbul edirlər və bəzənboyun qaçırırlar. Bunların həqiqəti bizimçün aydın deyil... hətta bəzi rəvayətlərdə gəlibdir ki, bəzi mələklər bu aləmin ünsürlərindən yaranıblar.[18]
  3. Bəzilərinində etiqadı budur ki, əgər Fotrofun mələk olması və sənədin doğruluğu sübut olarsa, bu iş [19] " لا یَعْصُونَ اللّهَ" ayəsilə ziddiyyəti yoxdur: çünki mələklər bir deyillər. Ərşi daşıyan mələklər, vəhyi daşıyan mələklər və uca məqamı olanlar: " وَ ما مِنّا إِلاّ لَهُ مَقامٌ مَعْلُومٌ" [20] vəhy daşıyıcısı olan mələklər məsumdurlar və təkamülləri yoxdur. Bütün mələklərin bir sinifdən olmasına dəlilimiz yoxdur və insana oxşar mələk olmasa! İşkalı var Fotros yer mələklərindən sayılsın və göy ya axirət mələkləriylə fərqi olsun.[21]

Mələklərin xüsusiyyətlərinin vəsfində həzrəti Əlinin (ə) bəyan etdiyi kəlamına diqqət etsək və həzrətin bəyan etdiyi xüsusiyyətləri bütün mələklərin vəsfində bilək, bu halda mələklərin ən aşağı dərəcəlisində bu xüsusiyyətlərə sahib bilməliyik. Çünki onlar haqqında günahın mənası yoxdur, məgər tərki övla kimi.[22] Amma əgər desək həzrət xüsusi mələkləri vəsf edibdir və şahidimiz bu fəslin digər rəvayətləridir, yuxarıda işarə olunan iki çıxış yolundan birini üz gətirməliyik.

Hər halda mələklər qeyri maddi varlıqlar olduqları üçün onları dəqiq tanımaq təkcə ayələr və rəvayətlər yoluyla mümkündür və hər rəvayətə etimad etmək olmaz. Bəlkə rəvayətlər sənəd və dəlalət cəhətdən kamil şəkildə etimadi olmalıdır, bu cür rəvayət tapmayana qədər, bizim mənbəyimiz təkcə Quran ayələridir.

 


[1] - Bəqərə surəsi, ayə 285,

«آمَنَ الرَّسُولُ بِما أُنْزِلَ إِلَيْهِ مِنْ رَبِّهِ وَ الْمُؤْمِنُونَ كُلٌّ آمَنَ بِاللَّهِ وَ مَلائِكَتِهِ وَ كُتُبِهِ وَ رُسُلِهِ»

İslam Peyğəmbəri Allahın tərəfindən ona nazil olanlara iman gətirib, möminlərdə Allaha mələklərinə, kitablarına və Peyğəmbərlərinə hamısı imanları var.

[2] - Ənbiya surəsi, ayə 26,

«بَلْ عِبادٌ مُكْرَمُونَ»

[3] - Ənbiya surəsi, ayə 27, " لا يَسْبِقُونَهُ بِالْقَوْلِ وَ هُمْ بِأَمْرِهِ يَعْمَلُونَ" Təhrim surəsi, ayə 6.

[4] - Şura surəsi, ayə 5,

«وَ الْمَلائِكَةُ يُسَبِّحُونَ بِحَمْدِ رَبِّهِمْ وَ يَسْتَغْفِرُونَ لِمَنْ فِي الْأَرْضِ»

[5] - Bəqərə surəsi, ayə 30- 34.

[6] - Bəharul- ənvar, cild 59, səh 174, hədis 4.

«ان الملائكة لا ياكلون و لا يشربون و لا ينكحون و انما يعيشون بنسيم العرش»

[7] - Bəharul- ənvar, cild 59, səh 175,

«ليس فيهم فترة، و لا عندهم غفلة، و لا فيهم معصية ... لا يغشاهم نوم العيون و لا سهوا العقول، و لا فترة الأبدان، لم يسكنوا الاصلاب و لم تضمهم الارحام»

[8] - Saffat surəsi, ayə 164- 166

«ما مِنَّا إِلَّا لَهُ مَقامٌ مَعْلُومٌ وَ إِنَّا لَنَحْنُ الصَّافُّونَ وَ إِنَّا لَنَحْنُ الْمُسَبِّحُونَ»

[9] - Təfsir nümunə, cild 18, səh 304.

[10] - Misbah Yəzdi, Muhəmməd Təqi, Üsuli əqaid, cild 2, səh 121.

[11] - Təfsir nümunə, cild 17, səh 304.

[12] - Saffat surəsi, ayə 164.

[13] - Nəhcül- bəlağə, Feyzul- İslam, xütbə 1.

[14] - Ayətullah Cavadi Amulinin məzhərində sorğular cə cavablar, cild 2, səh 88.

[15] - " وَ قالُوا اتَّخَذَ الرَّحْمنُ وَلَدًا سُبْحانَهُ بَلْ عِبادٌ مُکْرَمُونَ" Ənbiya surəsi, ayə 26. Onlar dedilər: "Rəhman Allah özü üçün övlad seçibdir"! O pakdır (bu eybdən və nöqsandan) onlar (Mələklər) onun bəyənilmiş bəndələridirlər.

[16] - " یا أَیُّهَا الَّذینَ آمَنُوا قُوا أَنْفُسَکُمْ وَ أَهْلیکُمْ نارًا وَقُودُهَا النّاسُ وَ الْحِجارَةُ عَلَیْها مَلائِکَةٌ غِلاظٌ شِدادٌ لا یَعْصُونَ اللّهَ ما أَمَرَهُمْ وَ یَفْعَلُونَ ما یُؤْمَرُونَ" "Ey iman gətirənlər özünüzü və ailənizi odunu insanlar və daşlar olan oddan saxlayın; o od ki, mələklər ona qoyulub ki, kobud və çətin tutandırlar və heç vaxt Allahın fərmanıyla müxalifətçilik etmirlər, və nəyə əmr olunubdursa (kamil şəkildə) icra edirlər! Təhrim surəsi, ayə 6.

[17] - Ayətullah Məkarim, huzuri sorğu və suallarda.

[18] - Mürtəza Mütəhhəri, Tohid, səh 342.

[19] - Təhrim surəsi, ayə 6.

«یا أَیُّهَا الَّذینَ آمَنُوا قُوا أَنْفُسَکُمْ وَ أَهْلیکُمْ نارًا وَقُودُهَا النّاسُ وَ الْحِجارَةُ عَلَیْها مَلائِکَةٌ غِلاظٌ شِدادٌ لا یَعْصُونَ اللّهَ ما أَمَرَهُمْ وَ یَفْعَلُونَ ما یُؤْمَرُونَ»

[20] - Saffat surəsi, ayə 162.

[21] - Ayətullah Cavadiyi Amulinin hüzurunda sorğular, cavablar və tövsiyələr, cild 2.

[22] - Bu barədə "Fotros mələyin rəvayətləri9nin axtarışı" məqaləsi, Muhəmməd Ehsan fərin əsəri 68 səhifədən 80 qədər, ümumi hədis məcəlləsi (jurnal) say 34 (doqquzuncu il, dördüncü say, qış 1383) baxın. O bu məqalədə Fotrosun rəvayətlərinin sənədini mötəbər bilir və onu mənzilət günahı mənasına bilir və mənzilət günahının ismətlə ziddiyyəti yoxdur.

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Öz iradəmizi necə gücləndirək?
    13294 Əməli əxlaq 2011/04/13
    İradəli şəxs o insandır ki, çətinliklə üzləşdikdə, onun öhdəsindən layiqincə gəlsin, onu yerinə yetirmək qərarına gəlir və öz səyi və payidarlığıyla onu icra edir. Aşağıdakı göstərişlər iradənin təqviyət olması üçün sifariş olunmuşdur: 1. Həyatınızda və yaxud hər hansı bir işi ilk mərhələdə yerinə yetirmək üçün onun hədəfini özünüz üçün ...
  • Qurani- kərimdə müsəlman hansı mənanı daşıyır?
    26255 Təfsir 2011/05/30
    Quran terminində, müsəlman Allahın göstərişləri bərabərində tam şəkildə təslim olmaq və hər növ şərik qoşmaqdan kənar olub Allahın birliyini qəbul edib Allahdan başqasını pərəstiş etməmək deməkdir. Buna görə ki, Qurani- kərim həzrət İbrahimi () müsəlman tanıtdırır.Allah yanında həqiqi din İslam dinidir " ان ...
  • Quranla ünsiyyətdə olub, ona məhəbbət göstərməyin yolu nədir?
    6362 Əməli əxlaq 2011/10/24
    ƏgərQuranıntilavətiilahiniyyətlə, təfəkkürvəonaəməlləbirlikdəolsaöz-özünəQuranlainsanınarasında
  • Digər bir şəxsə sili vurmağın və üzün qızarması və yaxud qaralmasının diyəsi nə qədərdir?
    5624 Hüdud, Qisas və diyat 2014/01/30
    A və B, bu mövzuda, göstərici: « Üzə sili vurmağın diyəsi» sual 3269- u mütaliə edin. Başa zərər yetirilərsə, sağlam və yaxud əlil insanın qarşılığı təyin edilir.[1] Sili vurmaq və bunun kimilərin diyəsi, kişi və qadın, böyük və kiçik, o cümlədən bədən üzvləri arasında ...
  • Bizim iqtisadiyyatımız hansı əsasda dövr edir: sərmayə, istehsal, dəllallıq?
    6415 Nizamlar (Qurluşlar) 2012/06/23
    İslamda iqtisadiyyatın müstəqil və müstəsna mahiyyəti vardır. Onun meyar və dəyərləri Quran, sünnət, icma və əqldən əldə olunur. İslami iqtisadiyyatın müxtəlif əsasları vardır ki, onların ən mühümləri aşağıdakılardan ibarətdir: normal halda olmaq, ədalət, istehsal, sərmayənin və sərvətin dövriyyəyə buraxılması. Bunların arasında ədalət islam iqtisadiyyatında mühüm bir prinsip ...
  • Əgər bir kəsə həcc vacib olarsa və getmək zamanı olduqda xəstədir. Bu həcci ümrəyə çevirmək və bir neçə nəfərlə getmək olarmı?
    5477 Nizamlar hüquq və əhkam 2012/04/18
    Hər bir aqil və həddi bulluğa çatmış şəxsə həccin vacib olması üçün müstəti[1] olmalıdır. Bu şərt ödənildikdə həcconun üçün vacib olur. Yəni, həccin başlanğıc şərtləri ödənilməlidir ki, həcc vacib olsun. [2] Məsələn: Əgər həccə getmək üçün növbəyə yazılma imkanı vardırsa, ilk ...
  • Axirətdəki korluq, hansı mənadadır?
    7594 Təfsir 2010/11/10
    Bu ayədə[i] və buna oxşar digər ayələrdə[ii] korluqdan məqsəd, dünyadakı cismani korluq deyil. Məqsəd budur ki, insan bilərəkdən özünü korluğa vura. Yəni Allahın vücudunun, Peyğəmbər (s)- in və Allahın vəlisinin (ə) haqq olmasının cilvələrini görməsinə və haqq və həqiqətə yetişməsinə ...
  • Səfərə çıxmaqın, qəsr namazının və şəhərin sonunun meyar və sərhədlərini izah edin
    8618 Nizamlar hüquq və əhkam 2012/05/19
    Böyük mərcə təqlidləri bu suala aşağıdakı kimi cavab vermişlər: Həzrət ayətullah ul üzma Xamenei: 1. Səkkiz fərsəx[1] olan yolla getmək istəsəniz namazı şikəstə qılınız və əgər səkkiz fərsəx olmayan yolla getsəniz namazı bütöv qılmalısınız. 2. Əvvəl səkkiz fərsəxi ...
  • Qərb fəlsəfəsində həyatın mənası nədir?
    11015 فلسفه غرب 2012/03/14
    Müasir dövrdə ən mühüm və aktual fəlsəfi mövzulardan biri də “həyatın mənası”dır. Bu ünvan barədə bir sıra suallar irəli çəkilir, o cümlədən: Həyatın müəyyən və konkret bir hədəfi və məqsədi vardır, ya yox? Həyat dəyərlidir, ya yox? Özlərinin xüsusi maraq və şəraitlərində insanların həyata dair müstəqil bir ...
  • اَنْتَ تَقْضِي دَيْنِي “Sən mənim borclarımı ödəyəcəksən” hədisi borclu olmağı xoşagəlməz hal hesab edən rəvayətlərlə ziddiyyətlidirmi?
    5962 Əməli əxlaq 2012/04/09
    Lüğət və Quranda “dəyn” kəlməsi borc mənasına gəlmişdir. Bu hədisdə də “dəyn”in zahiri mənası olan borc nəzərdə tutulur. Amma görəsən, bu rəvayət borc etməyin məzəmməti ilə əlaqədar məsumlardan nəql olunan sair rəvayətlərlə təzadlıdırmı? Sualda da qeyd olunduğu kimi, bəzi rəvayətlərdə borc almaq qadağan edilmişdir. Digər tərəfdən də, ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    164669 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    163715 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    119730 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    113674 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    110510 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    94028 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54837 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    54095 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    46127 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    45743 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...