Ətraflı axtarış
Baxanların
11558
İnternetə qoyma tarixi: 2010/11/10
Sualın xülasəsi
Namaz nədir? Nə üçün cavanlar namazdan uzaqlaşırlar?
Sual
Namaz nədir? Nə üçün cavanlar namazdan uzaqlaşırlar?
Qısa cavab

Namaz hər bir salikin son tərəqqisidir ki, vasitəsiz öz Allahıyla söhbət edir.

Allah taalanın Qurani kərimdə buyurduğu kimi:

Namaz qılınki, məni yad edəsiniz unutmayasınız və mən namaz vasitəsiylə sizin yadınızda olam. Əgər Alahı yad etmək namaz vasitəsiylə olsa, insanın qəlbi mütməin olur; o cür ki, Allahı yad etmək qəlblərə etminanlıq bağışlayır. Namaz qılan şəxslər öz istəklərini məhv edib fitrətlərini diriltmişlər. Namazın xasiyyəti fitrəti dirçəltmməkdir.

Namaz qılan şəxsin namaz ilə ələ gətirdiyi sərmayə, həyatın çətinlikləri qarşısında süst olmur və müsibətlərdə və çətinliklərdə cəzə- fəzə etmir.

əgər bir xeyir ona çatsa qarşısını almır və başqalarını da ondan məhrum etmir.

Namaz bir sərmayədir ki, insanı paklaşdırır. Əgər o nurluq və paklığı namazdan özümüzdə hiss etmiriksə, qəbul etməliyik ki, həqiqi namaz qılmamışıq. Mümkündür namaz səhih (doğru) olsun, lakin Allah dərgahında qəbul olmasın, çünki o namaz Allah yanında qəbuldur ki, insanın ruhunu paklaşdıra. İnsan o zaman namaza da qəlbini məhar edər ki, göz və qulağını namazdan kənar vaxta da məhar etsin.

Namaz məhbubla görüş və ziyarətdir və padşah sarayında guzur tapmaq, aşiq və məşuqun görüşdüyü və bir olan Allahla razi- niyaz zamanıdır. Təkbirlə, sevinərək onun güzurunda gazır olub və salam deməklə şövq və məhəbbətlə bir daha onu görməyə intizar çəkirsən.

Onu tanımayıb sevməyirsən sə o qədər ki, başqalarıyla məşuq olub ondan qəflətdəsənsə, bəs və vaxt namazın qədrini biləcəksən?

Ətreaflı cavab

Ey Bahar, rəhmət nəsimiylə canımızı təzələ, müvəffəqiyyət yolunu bizlərdən əsirgəmə![1]

İlahi kimdir ki, məhəbbət şərbətin sənin əlindən meyl (nuş) etdi və bəndəlik sırqasını bir daha qulağından asdı.!?

Hansı nərgiz, ehtiyac ayağını sənin çeşməndə yuyub, aşiqanə gözlərini sənə dikmədi?

Ey əziz, hansı mavi su nilufəri sənin eşqinə baş vurub sənin məhəbbətinin cazibəsin görərək fikrə daldı? Ey məşuq, hansı insan, eşq alnını sənin ibadətinlə torpağa qoyub, sənin şirinliyini dadıb başqa birinə ürək bağladı?![2]

Mərifət əhlinin və eşq sahiblərinin mənəvi meracı namazdır. Seyr və süluk əhlindən hər kəsin namazı onun özünə məxsus və onun məqamının göstəricisidir.

Bir zaman Qurani kərim namazdan söz açıb buyurur: "Namaz qılınki, məni xatırlayasınız"[3] və mən namaz vasitəsiylə sizin yadınızda oluram. Əgər Allahı yad etmək namaz vasitəsiylədirsə o qəlb mütməindir.Başqa bir tərəfdən, Allahı yad etmək qəlblərə etminanlıq bağışlayır.[4] Bəs namaz qılan şəxsin qəlbi mütməindir. Heç vaxt Allahdan başqasından qorxmur. Heç bir düşmən, istər daxildən və ya xaricdən onu qorxutmağa səbəb ola bilməz, çünki namaz əhli həmişə Allahladır, və Allahı yad etmək rahatlıq və payidarlıq, amilidir. Ulu Tanrı namazın hikmətləri barəsində Quranı- kərimdə buyurur: "İnsanın təbiəti müsibətlər qarşısında acizdir və əgər ona bir xeyir çatsa səy edər ki, özünün olsun və başqalarına verməsin" insanın fitrəti tövhidə (Allah pərəstliyə), nəfsi isə pisliyə doğru meyillidir. Fitrəti Peyğəmbərlər ruhlandırır amma nəfs pislikdən başqa bir şey deyildir.

Quran buyurur: "Əgər şər və çətinlik insana yetişdi, və onun qarşısında hövsələsizliklə və səbirsizlik edib səbrini əldən verir, və əgər bir xeyir ona çatsa çalışır ki, başqalarına verməyibqarşısını alır, və xeyir işə mane olur yalnız namaz qılan şəxs.[5]

Namaz qılanlar öz nəfslərini öldürüb fitrətlərini isə dirildirlər. Namazın xasiyyəti isə fitrəti diriltməkdir. Namaz qılan o şəxsdir ki, öz nəfsini ram edir. Namaz vasitəsiylə ələ gətirdiyi rahatlıq sərmayəsini həyatın çətinliklərində əldən verməyib, çətinliklərdə və müsibətlərdə ümidsiz olmurlar. Və əgər onlara bir xeyir çatsa başqalarından əsirgəmirlər.[6]

Həzrəti İmam Baqir (ə)- dan rəvayətdir ki, Allahın rəsulu buyurub: O vaxt ki, mömin bəndə namaza durur, Allah Taala o şəxsə nəzər salır ta namazını qurtarana qədər, və Allahın rəhməti altında qərar tutur və Allahın mələkləri onu əhatə edir, Allah- Taala bir mələyi məmur edir ki, ona desin: Ey namaz qılan, əgər bilsəydin kim sənə nəzər salır və kiminlə söhbət edirsən, heç vaxt başqasına diqqət etməz və öz yerindən ayrılmazdın![7]

Bir yerdə ki, Allahın məss kəlamıdır.[8] Yusifin o məhdud gözəl camalı, qadınları fani etdi. O, mütləq camal ki, hər camal onun kölgəsi altındadır, nə edə bilər? Ariflərə nəsin olan bu xasiyyət ibadət və zikrə qərq olmaqdadır.[9] Ya rəbb alma bizdən bu eşq q    ədəhini mərifət şərabını bir də daddır ki, kamımızı.[10]

Həzrət Seyyidi şühəda (ə) Tas dua günün əsrində həzrət Əbülfəzl (ə)- a buyurdu: Bu qövmə de, bu gecəki, aşura gecəsidir mənə möhlət versinlər, ona görə ki, Allahda bilir ki, namaz mənim məhbubumdur.[11]

Bəli fərq edir bir kəs deyə: Mən namaz qılıram, İmamın bu cümləsiylə ki, buyurur: Mən namazı sevirəm və o mənim əzizimdir. İmam Səccad (ə) və İmam Baqir (ə) və məsumların uşaqları bu cür idi ki, ataları namaza durarkən oynamağa başlayır və deyərdilər, o vaxt ki, həzrət namaza başladı bizi unudur, hər nə qədər səs- küy etsək də bizə diqqət yetirmir.[12]

Bir gün həzrətin namaz qıldığı yerin yaxınlığında yanğın oldu və həzrət namaz halında idi, səs- küy ucaldı və atəşi söndürdülər, namazdan sonra həzrətə çatdırdılar ki, biri yanırdı və səs- küy hər yeri bürümüşdü, siz bunu his etmədiniz? Həzrət buyurdu: Mən başqa bir atəşi söndürürdüm, axirət aləminin atəşini söndürürdüm.[13]

Bəli namazdan məqsəd qəlbin hüzuru, abidin kamil qərq olması və haqqın müşahidəsinə çatmaqdır. Amma ilk başlayan insanların bu məqama çatmasına uzun bir müddət lazımdır. Məhz buna görə əgər qəlbi mərkəzləşdirməyə məşğul olmasaq, namazın sirlərinə agah olmayacağıq. Amma qısa şəkildə böyüklər namazın sirlərini altı mənzildə bəyan etmişlər:

Birinci: Qəlb hazırlığı; yəni namaz vaxtında Allahdan başqa heç şeyə ürək bağıamamaq.

İkinci: Namazın zikr və qiraətinin mənalarını dərk etmək, o cür ki, ürək dildə deyilənlə bir olsun.

Üçüncü: Təzim; yəni o halda məbudun əzəmətini anlamaq.

Dördüncü: Heybət; yəni Allahın sonsuz əzəmətindən, ürəyə qorxu düşməsi ki, olmaya bu ibadətdə naqislik vardır.

Beşinci: Ümid; Mərhəmət və kərəm sahibi olan Allahın rəhməti bizim üçün məlum olmasın, və bizi bu rəhmətdən məhrum etməyib günahları bağə.lamasıdır.

Altıncı: Xəcalət; yəni özümüz və ibadətlərimizi Allah dərgahında xəcalət çəkərək kiçik bilməkdir, və bəndəliyi başıaşağı yerinə yetirməkdir.[14]

Qəlbimi bu varlıqla oyad bu qəlbimi gizli sirlərdən xəbərdar et ki, qəflət yuxusundan oyanım.[15]

Ey əziz, bu hər bir mərifət əhlinin getdiyi yoldur ki, bir başa Allaha xitab edib, mübarək (iyyakə nəəbudu və iyyakə nəstəin) cümləsini hər namazda təkrar edir.

İlahi! Şübhəsiz ki, səni tosif etmək heç bir yerə sığmaz, ağıl quşu sənin cəmalında qanad çala bilməz. İlahi nə vaxt bizim naqis ağılımız səni dərk edəcək, sənin kəramət qılan harda yer tutacaq?

İlahi! Bizi o şəxslərdən qərar ver ki, məhəbbət ocağı onların qəlbində bitmişdir, və sənin eşqin ürəklərini diriltmişdir, onlar ki, tövbə səhrasında mükafat üçün gəlib, sənin eşq çeşməsindən lütfün qədəhiylə meyl edirlər.

Onlar ki, sənin kənarında məskən salıb, və sənin məhəbbət yağışının suyundan yaşam (həyat) suyunu içirlər və sənin lütf nəsimindən libas geyinirlər.[16]

İmam Səccad (ə) buyurur: İlahi səni yad etməyin şirinliyini mənə daddır.[17] O qədər ki, biz bu şirinliyi dadmamışıq, namaz bizim üçün adi bir işdir. Əgər biz namaz qılıb, onun nuraniyyətini hiss etmiriksə, ona görədir ki, namazı öz ədəb- ərkanı ilə qılmamışıq.[18]

Əmirəl möminin İmam Əli (ə) Nəhcül- bəlağədə buyurur: Mən təəccüb edirəm o gecə ki, bir bulaq onun evində ola və gecə- gündüz o bulaqda yuyuna və bununla belə yenə də çirkin ola. Namaz zülal bir bulaq kimidir ki, namaz qılan şəxsi gündə beş dəfə paklayır.[19]

Namaz bir çeşmədir ki, insanı təmizləyir, əgər biz bu təmizliyi özümüzdə hiss etmiriksə qəbul etməliyik ki, həqiqi namaz qılmamışıq. Mümkündür namaz düzgün olsun, ama Allah dərgahında qəbul olmasın, çünki o namaz qəbuldur ki, insanın ruhunu paklayır.

O zaman insan öz qəlbini namazda Allaha bağlaya bilər ki, namazdan başqa vaxtlarda göz və qəlbini haram işlərdən qoruya.[20]

Allahdan başqasına bəndəlik etmə, belə bir halda yaşamaq heyfdir insana.[21]

Ey əziz, cismini dünyaya qəlbini mövlaya ver ki, aşiqin olsun, və aşiqin qəlbi məşuqun xəbəriylə haqqı tapıb rahatlıq tapsın, aşiq və məşuq arasında pərdə olmaz budur ki, səy et qəlbin başqasında yox həmişə məşuqla olsun. Xüsusiylədə namaz halında olarkən. "Əl müsəlli yunaci rəbbəh" namaz qılan namaz halında öz Allahıyla münacat və söhbət edir.[22]

Məqsəd budur ki, namaz, məhbubun görüş və xəlvət vaxtında, vüsal anı və ayrılığın sonu. Allahın qarşısında bəzən dil açıb ona həmd və səna edirsən özünü aciz gördüyün zaman. Fürsətdən istifadə edib öz istəklərini dilə gətirirsən. O böyük varlığın şövkətini dərk edib, öz kiçikliyini dərk edirsən.

Dərgahını dərk edib, vaxtdan qənimət sayaraq ona zikr edirsən. Çünki ədəbə riayət edib dəvətsiz getməmisən, ona tərəf gedib aşiqanə zikr etmisən, onun gözəl və saleh bəndələrin xüsusiylədə onun mübarək bəndəsini dilə gətirmisən və  

Qəmgin halda bu görüş vaxtı sona çatır, sonrakı görüş ümüdüylə salamı deyirsən. O halda ki, onun gözəl adını dilində zikr edir, ürəkdən onu yad edərək öz həyatına davam edirsən.

Bəs ey əziz dost, o şəxs ki, Allahın gözəl camalını və sifətlərini tanımayıb aşiq olmadı və ürəyini ona vermədi, rəbbinin dəvətini eşitmədi. Həyatın məişət və çətinlikləri onda taqət qoymadı, bəs necə rəbbini görüşünün müştaqı olsun, rəngi dəyişib ayaqları əssin? O qədər ki, özünə məşuqdur özündən kənara qədəm qoymayır, nə vaxt başqasını görməyə müvəfəq olacaq?

Qeyd edək ki, cavanların təlim və tərbiyəsi ailədən qaynaqlanır ki, bəzi vaxt bağ gül qoxulu və bir zamanlar narahat edici, amma kimisi hansı mühitdə yaşayır, və yenə də o cür deyildir ki, yeniyetmələr və cavanlar xaliqin ziyarət və görüşündən uzaqlaşsınlar. Nə gözəl möhkəm və intizar cərgələri ki, elm və din mərkəzlərində namaz üçün bərpa olunur.



[1] - Feyz Kaşani, Molla Möhsin, divani- şer

[2] - Şücai, Seyyid Mehdi, dəste- dua çeşme- unid, munacat xəmsə- əşər, doqquzuncu munacat, səh 81

[3] - Taha, ayə 14

[4] - Rəd, ayə 28

[5] - Məaric, ayə 19- 23

[6] - Cavadiyi- Amili, Əbdüllah, hikməte- ibadət, səh 95

[7] - Mənla yəhzuruhul fəqih, cild 1, səh 210, hədis 636

[8] - Yusif, ayə 39

[9] - Səbzivari, Mollahadi Əsraril hikəm, səh 528

[10] - Feyz Kaşani, divani şer

[11] - Məqtəul Hüseyn, Məryəm, səh 232

[12] - Ənvarul- Bəhiyyə, səh 49

[13] - Biharul- Ənvar, cild 46, səh 78

[14] - Miqdadi İsfahani, Əli, Neşan- əz bi nişanha, cild 1, səh 235

[15] - Əttar Nişaburi

[16] - Şücaye, dəste- dua çeşmi- ümid, 12- ci munacat

[17] - Məfahitul- cinan, munacat xəmsətə- əşər

[18] - Cəvadiyi- Amili, hikməte ibadət, səh 105

[19] - Nəhcül- bəlağə, 119- cu xütbə

[20] - Cavadiyi - Amoli, Əbdullah, hikmət ibadat, səh 115- 116

[21] - Feyz Kaşani, divani şer

[22] - Həsənzadə Amili, Həsən, Taziyane suluk, səh 12

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Öz iradəmizi necə gücləndirək?
    13294 Əməli əxlaq 2011/04/13
    İradəli şəxs o insandır ki, çətinliklə üzləşdikdə, onun öhdəsindən layiqincə gəlsin, onu yerinə yetirmək qərarına gəlir və öz səyi və payidarlığıyla onu icra edir. Aşağıdakı göstərişlər iradənin təqviyət olması üçün sifariş olunmuşdur: 1. Həyatınızda və yaxud hər hansı bir işi ilk mərhələdə yerinə yetirmək üçün onun hədəfini özünüz üçün ...
  • Qurani- kərimdə müsəlman hansı mənanı daşıyır?
    26255 Təfsir 2011/05/30
    Quran terminində, müsəlman Allahın göstərişləri bərabərində tam şəkildə təslim olmaq və hər növ şərik qoşmaqdan kənar olub Allahın birliyini qəbul edib Allahdan başqasını pərəstiş etməmək deməkdir. Buna görə ki, Qurani- kərim həzrət İbrahimi () müsəlman tanıtdırır.Allah yanında həqiqi din İslam dinidir " ان ...
  • Quranla ünsiyyətdə olub, ona məhəbbət göstərməyin yolu nədir?
    6362 Əməli əxlaq 2011/10/24
    ƏgərQuranıntilavətiilahiniyyətlə, təfəkkürvəonaəməlləbirlikdəolsaöz-özünəQuranlainsanınarasında
  • Digər bir şəxsə sili vurmağın və üzün qızarması və yaxud qaralmasının diyəsi nə qədərdir?
    5624 Hüdud, Qisas və diyat 2014/01/30
    A və B, bu mövzuda, göstərici: « Üzə sili vurmağın diyəsi» sual 3269- u mütaliə edin. Başa zərər yetirilərsə, sağlam və yaxud əlil insanın qarşılığı təyin edilir.[1] Sili vurmaq və bunun kimilərin diyəsi, kişi və qadın, böyük və kiçik, o cümlədən bədən üzvləri arasında ...
  • Bizim iqtisadiyyatımız hansı əsasda dövr edir: sərmayə, istehsal, dəllallıq?
    6415 Nizamlar (Qurluşlar) 2012/06/23
    İslamda iqtisadiyyatın müstəqil və müstəsna mahiyyəti vardır. Onun meyar və dəyərləri Quran, sünnət, icma və əqldən əldə olunur. İslami iqtisadiyyatın müxtəlif əsasları vardır ki, onların ən mühümləri aşağıdakılardan ibarətdir: normal halda olmaq, ədalət, istehsal, sərmayənin və sərvətin dövriyyəyə buraxılması. Bunların arasında ədalət islam iqtisadiyyatında mühüm bir prinsip ...
  • Əgər bir kəsə həcc vacib olarsa və getmək zamanı olduqda xəstədir. Bu həcci ümrəyə çevirmək və bir neçə nəfərlə getmək olarmı?
    5477 Nizamlar hüquq və əhkam 2012/04/18
    Hər bir aqil və həddi bulluğa çatmış şəxsə həccin vacib olması üçün müstəti[1] olmalıdır. Bu şərt ödənildikdə həcconun üçün vacib olur. Yəni, həccin başlanğıc şərtləri ödənilməlidir ki, həcc vacib olsun. [2] Məsələn: Əgər həccə getmək üçün növbəyə yazılma imkanı vardırsa, ilk ...
  • Axirətdəki korluq, hansı mənadadır?
    7594 Təfsir 2010/11/10
    Bu ayədə[i] və buna oxşar digər ayələrdə[ii] korluqdan məqsəd, dünyadakı cismani korluq deyil. Məqsəd budur ki, insan bilərəkdən özünü korluğa vura. Yəni Allahın vücudunun, Peyğəmbər (s)- in və Allahın vəlisinin (ə) haqq olmasının cilvələrini görməsinə və haqq və həqiqətə yetişməsinə ...
  • Səfərə çıxmaqın, qəsr namazının və şəhərin sonunun meyar və sərhədlərini izah edin
    8618 Nizamlar hüquq və əhkam 2012/05/19
    Böyük mərcə təqlidləri bu suala aşağıdakı kimi cavab vermişlər: Həzrət ayətullah ul üzma Xamenei: 1. Səkkiz fərsəx[1] olan yolla getmək istəsəniz namazı şikəstə qılınız və əgər səkkiz fərsəx olmayan yolla getsəniz namazı bütöv qılmalısınız. 2. Əvvəl səkkiz fərsəxi ...
  • Qərb fəlsəfəsində həyatın mənası nədir?
    11015 فلسفه غرب 2012/03/14
    Müasir dövrdə ən mühüm və aktual fəlsəfi mövzulardan biri də “həyatın mənası”dır. Bu ünvan barədə bir sıra suallar irəli çəkilir, o cümlədən: Həyatın müəyyən və konkret bir hədəfi və məqsədi vardır, ya yox? Həyat dəyərlidir, ya yox? Özlərinin xüsusi maraq və şəraitlərində insanların həyata dair müstəqil bir ...
  • اَنْتَ تَقْضِي دَيْنِي “Sən mənim borclarımı ödəyəcəksən” hədisi borclu olmağı xoşagəlməz hal hesab edən rəvayətlərlə ziddiyyətlidirmi?
    5962 Əməli əxlaq 2012/04/09
    Lüğət və Quranda “dəyn” kəlməsi borc mənasına gəlmişdir. Bu hədisdə də “dəyn”in zahiri mənası olan borc nəzərdə tutulur. Amma görəsən, bu rəvayət borc etməyin məzəmməti ilə əlaqədar məsumlardan nəql olunan sair rəvayətlərlə təzadlıdırmı? Sualda da qeyd olunduğu kimi, bəzi rəvayətlərdə borc almaq qadağan edilmişdir. Digər tərəfdən də, ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    164669 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    163715 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    119730 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    113674 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    110510 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    94028 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54837 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    54095 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    46127 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    45743 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...