Ətraflı axtarış
Baxanların
7157
İnternetə qoyma tarixi: 2008/07/09
Sualın xülasəsi
Qülüvv nədir? Ondan necə uzaqlaşmaq olar?
Sual
Əhli-beyt (əleyhimus-salam) barəsində qülüvv etmək və həddini aşmaq nədir? Onun səbəbləri və hədəfləri nədir? Şiə müsəlmanlar bu ciddi məsələlərdən necə uzaqlaşa bilərlər?
Qısa cavab

Lüğətdə “qülüvv” artıqlıq və yüksəlişə deyilir. Başqa sözlə desək, qülüvv həddi-hüdudu aşmaqdır. Daha yaxşı ifadə ilə: hər bir şeydə öz məqam, hədd və əndazəsindən aşmağa və onun hüdudlarını keçməyə qülüvv deyilir. Allah-taala Quranda qülüvvə belə işarə edir: “Ey kitab əhli! Dininizdə qülüvv etməyin (həddinizi aşmayın) və Allah barəsində haqdan başqa bir şey deməyin!” Qülüvvün müxtəlif mərtəbələri vardır ki, onları üç mühüm qisimdə qeyd etmək olar:

1. Allahın üluhiyyət (ilahilik) məqamında qülüvv;

2. Peyğəmbərlik və nübüvvət məqamında qülüvv;

3. Allahın fel və sifətləri ilə əlaqədar hər hansı bir xüsusiyyət barəsində qülüvv.

Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) və məsum imamlar qülüvv məsələsi ilə iki mühüm yolla mübarizə aparmışlar. Birincisi, onlar islamın haqq məzhəbini, xüsusilə on iki imamçı şiə məzhəbini haqq-həqiqət axtaranlar üçün bəyan etmişdir. Bu mühüm məsələ tövhid və yeganəpərəstliyin əsas mehvərinin, eləcə də onun əsas prinsiplərinin və çərçivəsinin bəyan olunması ilə, habelə nübüvvət və imamətin sütunlarının, Peyğəmbərin və imamların dünyanın Xaliqi ilə olan əlaqəsinin necəliyinin bəyan edilməsi ilə baş verir. İkincisi, qülüvv edənlərin azğınçı hərəkətləri müqabilində dayanaraq ciddi mövqe tutmaq, təfəkkür tərzlərinin alçaq və axmaq hesab edilməsi, daha açıq bəyanla desək, onların xam xəyallarını bəyan etməklə baş verir.

Qülüvdən xilas olmaq, belə alçaq fikirlərə düçar olmamaq üçün aşağıdakı yollar təklif edilmişdir:

1. “Səqəleynə” – Allahın kitabına və Peyğəmbərin xanədanına sarılmaq;

2. Qülüvvün yaranmasına səbəb olan amillərin tanınması, cəhalət və ifratçı məhəbbət kimi səbəblərdən uzaq olmaq;

3. Düşmənlərin islam mərkəzlərində apardıqları belə zəhərli təbliğat fəaliyyətlərinə və törətdikləri məkrli işlərinə, o cümlədən babçılıq, bəhailik, qadiyaniyyə və s. islama zidd olan firqələrin icad olunması kimi işlərinə diqqət yetirmək. (Bu firqələr ruslar, ingilislər və sionistlər tərəfindən düzəldilərək himayə olunmuşdur.)

Ətreaflı cavab

Sözü gedən məsələ barəsində ətraflı və dərindən tədqiqat aparmazdan əvvəl müqəddimə ünvanı ilə qeyd edirik ki, qülüvv hər hansı islam məzhəbinə məxsus deyildir və xüsusi bir dinlə bitmir. Deməli, buddizm dinində qülüvv olduğu kimi, yəhudi və məsihi dinlərində də mövcuddur. Amma diqqət yetirmək lazımdır ki, qülüvv şəxsi və fərdi nəzəriyyə əsasındadır. Yəni o, xüsusi təlimlərə malik olan bir firqə və ideologiya çərçivəsində zahir olmur. Buna görə də qülüvv edənlərin dünyadan getməsi ilə həmin qülüvv yolları da məhv olub aradan gedir. Deməli, qülüvv ayrı-ayrı şəxslərlə əlaqədardır və onu icad edənlərin ölümü ilə məhv olub aradan gedir və yalnız onlardan quru bir ad qalır.[1] Bu mühüm məsələyə diqqət yetirməklə bəlkə də demək olar ki, qülüvvün kökü və mənşəyi küfr və dinsizlikdir.[2] Çünki kökləri və əsas prinsipləri mütəal Allaha iman, eşq və ağıl əsasında bərqərar olunan dini gətirən bir şəxs vəfat etməklə iman əsasında qurulan bir məktəb daha da möhkəmlənir və bu da qülüvvün tamamilə  əksinədir.

Qısa müqəddimədən sonra xatırladırıq ki, qülüvv lüğətdə artıqlıq, uzanmaq və yüksəlmək mənasınadır. Bir məsəldə deyilir ki, “ağzın suyu, bitkinin dənəsini uzadıb böyütdü.” Yəni onu həddindən artıq və əndazəsindən böyük qərar verdi.”[3] “Lisanul-ərəb” kitabında deyilir: “Qülüvv həddən və hüdudlardan təcavüz edib keçməyə, yaxud normal həddən aşmağa deyilir.”[4] Deyilmişdir ki, qülüvv hər bir şeyin normal həddindən keçərək təcavüz etməsinə (həddini aşmasına) deyilir.”[5]

İbni Əsir qülüvv kəlməsinin kökünü yüksəlmək və ucalmaq hesab edir; eləcə də hər bir şeydə onun normal əndazə və hüdudlarından keçməyə deyir.[6]

Mütəal Allah Qurani-kərimdə camaatı bütün qülüvv növlərindən çəkindirərək qadağan etmişdir.[7] Bir ayədə buyurulur: “Ey kitab əhli! Dininizdə qülüvv etməyin (həddinizi aşmayın)  və Allaha haqdan başqa bir şey deməyin!”[8]

Başqa bir ayədə əqidələrdə qülüvv və ifratçılıq barəsində buyurur: “Ey kitab əhli! Dininizdə nahaq yerə qülüvv edib həddinizi aşmayın, keçmişdə həqiqət yolundan azan və çoxlarını da haqq yoldan azdıran, eləcə də yol əsnasında azğınlaşan dəstənin (nəfsani) istəklərinə tabe olmayın!”[9]

Mütəal Allah bir neçə ayədə qülüvv edənləri belə bəyan edir: “Həqiqətən “Məryəmin oğlu İsa Allahdır” deyənlər kafir oldular.”[10]

Başqa bir ayədə buyurulur: “Allah üç məbuddan biridir – deyənlər (də) yəqin şəkildə kafir oldular, halbuki yeganə Allahdan başqa heç bir məbud yoxdur!”[11]

Digər bir ayədə buyurur: “Yəhudilər “Üzeyir Allahın oğludur” dedilər!”[12]

Şəhid Sədr qülüvvün bir neçə mərtəbədə olduğunu inanır, onlar aşağıdakı tərtiblədir:

1. Allahın üluhiyyət məqamında qülüvv etmək;

2. Nübüvvət məqamında qülüvv etmək;

3. Allahın fel və sifətlərinin hər hansı birində qülüvv etmək.

Allahın ilahilik mərtəbəsində qülüvv bu mənayadır ki, barəsində qülüvv edilən şəxsi Allahın özü hesab edirlər və bəzi hallarda qülüvv olunan şəxs Allahın (Özü deyil, Onun) şəriki qərar verilir. Bu şəriklik də iki haldan xaric deyildir: ya o (şərik) Allah ilə eyni səviyyədə və Onun şəriki qərar verilir, ya da Allaha məxsus olan üluhiyyətin hər hansı bir məqamında ona yer verilir. Bəzən də üluhiyyətdə qülüvv Allahın hər hansı bir şeyə hülul etməsi (daxil olması), yaxud onunla birləşməsi kimi təfsir olunur ki, yuxarıda qeyd olunan qisimlərin hamısı küfr və dinsizlikdir. Birinci qisim ona görə küfr sayılır ki, belə bir etiqad Allahın inkar olunmasına səbəb olur. İkinci qismin küfr olmasının səbəbi də tövhidin və yeganəpərəstliyin inkar olunmasıdır. Üçüncü qisim də buna görə küfrdür ki, hülul və ittihad əslində Allahdan başqa hər hansı bir varlığın Allah ilə yanaşı məbud olmağına etiqadı tələb edir.

Nübüvvət məqamında qülüvv budur ki, barəsində qülüvv edilən şəxs Peyğəmbərlə müqayisədə daha yüksək məqam sahibi və Allah ilə Peyğəmbər arasında əlaqə halqası (vasitə) hesab edilir. Bəzi vaxtlar da qülüvv edilən şəxs Peyğəmbərlə eyni səviyyədə qərar verilir. Əlbəttə, Peyğəmbərin risaləti ona şamil olmur. Bunun hər iki növü küfrdür. Çünki mükəlləflərin tərəfindən Peyğəmbərin risalətinə verilən şəhadətin təsbit olunmuş mənası ilə ziddiyyətlidir.

Amma Allahın fel və sifətlərində qüluvvə gəldikdə isə, (barəsində qülüvv edilən) həmin şəxs belə bir felin və sifətin isnad verilməsinin nümunəsi olacaq bir həddə deyildir. Əgər qeyd olunan sifət və felin Allaha məxsus edilməsi dinin zəruri məsələlərindən olarsa, bu qisim “dinin zəruri məsələlərinin inkar edilməsi” ünvanında qərarlaşır və küfr hesab edilir. Bundan qeyri hallarda isə küfr sayılmır.[13]

Şəhid Sədr (rəhmətullah əleyh) qüluvvu bir neçə qismə böldüyü və onları növlərini bəyan etdiyi kimi, cənab mərhum Seyid Əbdül-əla Səbzvari də qülüvv edənləri beş qismə bölmüşdür ki, aşağıdakı tərtiblədir:

1. Barəsində qüluvvə yol verilən şəxsin ilahiləşdirilməsinə etiqad. Qülüvv edən şəxs təsəvvür edir ki, barəsində qülüvv etdiyi o varlıq əzəli və qədim pərvərdigardır və ondan başqa heç bir məbud yoxdur. Qəti şəkildə demək olar ki, belə təsəvvürə malik olan şəxs böyük Allahı inkar etmiş və buna görə də kafir olmuşdur.

2. Xarici bir şəxsin vacibul-vücud olmasına etiqadla eyni zamanda onun məbud olmasına etiqad. Fəqihlər ona görə bu etiqadı şirk və ona etiqad edən şəxsi müşrik hesab edərək onun barəsində nəcasət hökmü vermişlər ki, Allahın üluhiyyət məqamında heç bir şəriki, tayı-bərabəri yoxdur, halbuki bu inanca etiqad edən şəxs Allah üçün ilahilik məqamında və Onun varlığının necə olması barəsində şərik qoşmuş olur.

3. Allah-taalanın xarici bir şəxsdə hülul etməsinə etiqad. Bunun təbii nəticəsi insana aid olan bütün felləri Allah aid etməkdir. Yemək, içmək, yatmaq və s. fellər insanın zatına məxsus olan əməllərdir. Belə bir təsəvvür dinin zəruri məsələlərini inkar etmək olduğundan küfr sayılır. Əlbəttə, sağlam əql mütəal Allahı bu kimi cismani arizələrdən pak-pakizə bilir.

4. Xarici şəxsin Allah-taalanın müqəddəs zatında fani olmasına etiqad.[14] Belə bir şəxsin kafirliyinə hökm etmək olar. Çünki dinin zəruri məsələlərini inkar etmiş olur.

5. Xarici bir şəxsin böyük Allahın sifətlərinin məzhəri (zahir olma yeri) olmasına etiqad bəsləmək, eləcə də bu məqamın mütəal Allah tərəfindən ona verildiyinə inanmaq və Allah tərəfindən onun bu məqamda dəstəkləməsinə etiqad bəsləmək.[15]

Əlbəttə, şəhadət kəlmələrinin mütləq olması belə bir şəxsin islamına dəlalət edir.[16]

Şiənin dəyərli və nəfis mirasına müraciət etməklə görmək olar ki, qülüvv əqidəsi  özünün bütün səviyyələrində şiələr tərəfindən kəskin hücumlara və əks-reaksiyalara məruz qalmışdır. Bununla mübarizə aparan şəxslərin başında şiə imamları dayanır. Əlbəttə, onlardan öncə Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) də  bu istiqamətdə  mübarizə aparmış, belə azğın və inhirafçı fikirlərlə mübarizədə öndər olmuşdur. Bu mühüm məsələ iki yolla baş vermişdir: haqq və həqiqətin bəyan olunması, hər növ azğın yolların nurani tövhid və yeganəpərəstlik yolundan ayrılması.

Birinci mehvərdə görürük ki, Peyğəmbəri-əkrəm Quran ayələrinə istinadən öz fikrini əsas etibarı ilə tövhidin bütün mərtəbə və mərhələlərinə təmərküzləşdirmişdir. Çoxlu rəvayətlər, habelə şiə alimlərinin müxtəlif səyləri bu mühüm məsələni çatdırır. Belə ki, onlara müraciət etmək bu məsələnin (mübarizənin)  haqq olmasına şəhadət verir.[17]

İkinci mehvərdə də müşahidə edirik ki, Peyğəmbəri-əkrəm islam cəmiyyətlərində hər növ azğınçı, inhirafçı yollarla mübarizə aparmışdır. İslam mənbələri o həzrətin qüluvv hadisəsi ilə mübarizə aparmasını göstərən hədislərlə doludur. Misal üçün, Əbu Rafe Qərzi və Seyid Nəcrani Peyğəmbərə dedilər: “Ey Məhəmməd! Sənə pərəstiş edərək səni Allah hesab etməyimizi istəyirsənmi?!” Peyğəmbər cavabında buyurdu: “Allaha pənah! Biz yeganə Allahdan başqasına pərəstiş və Ondan qeyrilərinə pərəstişə əmr etmirik. Mən belə işə məbus olmamışam və ona əmr edilməmişəm!”[18]

Məsum imamlar da Peyğəmbərin yolunu davam etdirərək qülüvv edənlərlə çox ciddi və kəskin şəkildə mübarizə aparırdılar. Belə  ki, digər qruplara qarşı heç vaxt bu qədər şiddətli reaksiya göstərməmişdilər. Burada müxtəlif mötəbər rəvayətlərdə qeyd olunan bir neçə nümunəni qeyd edirik:

1. İmam Sadiq (əleyhis-salam) buyurur: “İnsanı sağlam etiqad və düzgün imandan çıxaran ən yaxın şey qülüvv edənlərlə oturub-durmaq, onların sözlərini dinləmək və təsəvvürlərini təsdiq eləməkdir. Həqiqətən, atam öz atasından, o da babalarından, onlar da Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-dən belə rəvayət edirlər: “Mənim ümmətimdən iki qrupu islamdan heç bir bəhrə aparmaz: qülüvv edənlər və qədəriyyələr.”[19]

2. İmam Riza (əleyhis-salam) bir rəvayətdə buyurur: “Allah lənət etsin qülüvv edənlərə! Onlarla oturub-durmayın və onları dəstəkləyib təsdiqləməyin. Onlardan uzaq olun, çünki Allah-taala onlardan bezardır!”[20]

3. Əbu Haşim Cəfəri deyir ki, imam Riza (əleyhis-salam)-dan qülüvv edənlər və müfəvvizəçilər barəsində soruşdum, həzrət belə cavab verdi: “Qülüvv edənlər kafir və müfəvvizəçilər müşrikdir. Onlarla oturub-durmaq, ünsiyyətdə olub qaynayıb-qarışmaq, onlara etimad etmək, əlaqə bərqərar etmək, izdivac etmək, pənah və sığınacaq vermək, təsdiqləmək, onlara  hətta iynənin ucu qədər olsa belə kömək etmək Allahın, Rəsulunun və Əhli-beytinin vilayətindən xaric olmağa səbəb olur.”[21]

Əlbəttə, bu barədə olan rəvayətlər olduqca çoxdur və yuxarıdakı nümunələri qeyd etməklə kifayətlənirik. Şiənin yüksək məqamlı fəqihləri (Allah onlardan razı olsun!) qülüvv edənlərin küfrü və onların dindən xaric olmaları barəsində icma və yekdil fikir etmişlər. “Ürvətul-vusqa” kitabında deyilir: “Qülüvv edənlərin, nasibilərin (Əhli-beytə düşmən olanların) və xaricilərin (xəvaricin) nəcis (murdar) olmasında heç bir işkal yoxdur.”[22]

“Vəsilətun-nəcat” kitabında bu barədə deyilir: “Kafir şəxsin, eləcə də küfrünə dair hökm olunan xaricilərin, nasibilərin və qülüvlər kimi müsəlman tayfalarının ölüsünə qüsl vermək caiz deyildir.”[23]

Sualın birinci hissəsinə cavab verdikdən sonra ikinci hissəyə növbə çatır. Yəni qülüvvün səbəb və hədəflərini, eləcə də şiə müsəlmanların bu ideoloji bəladan necə xilas olmalarını bəyan edirik.

 

Qülüvvün səbəbləri

Qülüvvün səbəb və hədəflərini öyrəndiyimiz zaman qəti şəkildə onun daxilində gizlənmiş olan təhlükənin miqyasını da biləcəyik. Buna görə də qülüvvün səbəblərini aşağıda qeyd edirik:

1. Həddindən artıq ifratçı məhəbbət;

2. İdeoloji cəhətdən aşağı səviyyədə olmaq;

3. Camaatın mal-dövlətini qarət etmək məqsədi ilə onlara tamah salmaq və xam arzular.

Cürətlə demək olar ki, qülüvv edənlərin bəziləri bu əqidəni aşkar etməkdə məqsədləri camaatın mal-dövlətinə tamah salmaq və şəri hüquqlara (xüms-zəkata) hakim kəsilmək olmuşdur (məsumların bəzi rəvayətlərində onlara işarə etmişdir). İmam Həsən Əskəri (əleyhis-salam) qülüvv edənlərin bəzilərini məzəmmət edərək buyurur: “Allah lənət etsin o kəslərə ki, bizim adımızdan (istifadə edərək) camaatın mal-dövlətini yığıb öz ixtiyarlarına keçirirlər!”[24]

Bu mühüm məsələ şiə imamlarının həqiqi ardıcıllarının və səhabələrinin nəzərində də aşkar bir şey idi. Şərik ibni Əbdüllah Nəxəi Kufi deyir: “Onlar (qülüvv edənlər) imam Sadiq (əleyhis-salam)-ın adından yalan hədislər deyənlər idi; bu yolla camaatın mal-dövlətini öz ixtiyarlarına keçmək istəyirdilər.”[25]

4. Əxlaqi anormallıq və islami dəyərlərlə əlaqədar laqeydlik.

Qülüvv edənlərin bəziləri qülüvv pərdəsi altında Allahın haram buyurduğu şeyləri halal edirlər.

5. Dini buyruqlardan gerçəkliyi olmayan səhv təvil (yozum) və təfsirlər

6. Gizli təşkilatçılıq və casusluq amilləri. Müxtəlif din ardıcıllarının imanları süst, laqeyd olan müsəlmanlar arasında nüfuz etməsi, hətta qülüvv edənlərin hakimlər tərəfindən himayə edilməsi, onların müxtəlif cəhətlərdə azğın əqidə və təxribatçı əməllərinin dəstəklənməsi. Necə ki, bu hadisə  babçılıq və bəhailikdə baş vermişdir.[26]

Müxtəlif yollardan istifadə etməklə ğülüvdən xilas olmaq olar ki, onların ən mühüm aşağıdakılardır:

1. Dini mərcəiyyətin həddini-hüdudunu dəqiq və konkret şəkildə təyin etmək, Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-in mühüm tövsiyə və sifarişlərini dinləmək, yəni “Səqəleynə” sarılmaq. Əgər düzgün dindarlıq yolunu zəlalət və azğınçılıqdan seçmək istəyiriksə, onda Peyğəmbəri-əkrəmin “Allahın kitabına və itrətə sarılmaq”la əlaqədar vəsiyyətlərinə əməl etməliyik. Aydındır ki, Allahın kitabına və Peyğəmbərin Əhli-beytinə sarılmaq, habelə dindar, əməli saleh və pəhrizkar alimlərə (belə ki, Quran və itrət onların vasitəsi ilə ən gözəl və kamil surətdə tanınar) tabe olmaqla gerçəkləşir. Belə alimlərin ən aşkar nümunələri böyük dini alimlər və mərcəyi-təqlidlərdir.

2. Qülüvv əqidəsinin yaranmasına səbəb olan alimlərin tanınması.

Bunun ən mühüm amili olan cəhalət və nadanlıq hər növ  bidətlərin, azğın fikirlərin yaranıb inkişaf etməsində əsas rol oynayır. Buna görə də insan iki yöndə elm silahı ilə təchiz olunmalıdır: Birincisi, Allah-taalanı dəqiq və kamil şəkildə tanımaq, tövhidin mərtəbələri ilə agah olmaqdır. Bu da kəlam, fəlsəfə və irfan sahələrində dəyərli alimlərin və mütəfəkkirlərin qələmi ilə  yazılan mötəbər  kitabları dəqiq şəkildə, dərindən və  hərtərəfli mütaliə etməklə mümkündür və Allah barəsində kamil dərk və mərifət əldə etməklə nəticələnir. İkinci yönü isə imamları, onların Allah dərgahında malik olduqları məqamları tanımaqdır. (Əlbəttə, onların yeganə Allahla olan əlaqələrinin necəliyi nəzərdə tutulur.) İmamların təkrar bəyan etdikləri şüarlar – Allahın yeganəliyinə etiqad və Ona bəndəçilikdir.

Buna görə də şiə imamları insanların Allaha doğru hidayətində çıraq sayılır və özləri də Allah dərgahında əziz və kəramətli insanlardır.

3. Raviləri qulat olan (qülüvv edən) rəvayətlərə etimad etməmək. Bu da rical elmi mənbələrində qülüvv edən ravilərin tanımasına bağlıdır.[27]

4. Düzgün ideologiyanın və səhih fikirlərin irəli çəkilməsi ilə ğulat (ifratçı) fikirlərlə mübarizə aparmaq.

5. İfrat məhəbbətə, məhəbbətdə həddi aşmağa səbəb olan şeylərdən, eləcə də onun həddi-hüdudu barəsində yanlış fikir və çıxarışlardan uzaq olmaq; çünki bunlar azğınçı fikirlərin icad olmasına səbəb olur və imamlar da bizi bu yanlış yoldan ciddi şəkildə çəkindirmişlər. İmam Zeynul-abidin (əleyhis-salam) bu ifratçı məhəbbəti məzəmmət edərək buyurur: “Həqiqətən yəhudilər Üzeyiri həddindən artıq (ifrat dərəcədə) sevdiklərinə görə onun barəsində istədikləri (ifratçı) sözləri dedilər, halbuki nə Üzeyir onlardan idi, nə də onlar Üzeyirdən. Məsihilər İsanı o qədər sevirdilər ki, axırda onun barəsində (rəva görülməyən) sözləri dedilər. Halbuki nə İsa onlardan idi, nə də onlar İsadan. Həmin hadisə bizim barəmizdə də olacaqdır; şiələrdən bir qrupu bizi o qədər sevirlər ki, yəhudilərin Üzeyir və məsihilərin İsa barəsində dedikləri sözləri bizə istinad verirlər, halbuki nə biz onlardanıq, nə də onlar bizdən.”[28]

6. Düşmənlərin azğın və zəlalət fikirləri irəli çəkib onu hərtərəfli şəkildə himayə etmələrini, imanı süst və zəif olan şəxsləri ideoloji cəhətdən qidalandırmaq üçün təşkilatçılıqlarını diqqətlə nəzarət altına almaq, bu barədə ayıq olmaq. Buna görə də gərək  düşmənlərin təxribatçı, dağıdıcı və azğınçısı fikirlərini islami cəmiyyətində irəli çəkərək onları inkişaf etdirməklə əlaqədar hiyləgərlik məqsədlərini dəqiq şəkildə tanıyaq. Rus və ingilis kimi qəddar düşmənlər tərəfindən təşkil olunan babçılıq, bəhailik firqələrinin icad edilməsi bu məkrli planların bariz nümunəsidir. İngiltərə səfirlərinin babçılıq və bəhailiyi himayə edib arxasında durmaları tarixdə və qəti bir məsələdir. Bu barədə əlavə məlumat almaq üçün Humayun Himmətinin yazdığı “Babilik və bəhailik” kitabına müraciət edə bilərsiniz (səh. 37-38).

Eləcə ingilis səfirliyinin Hindistanda qadiyaniyə firqəsinin icad edilməsindəki rolu danılmazdır.[29]

Nəzərdən qaçırmaq olmaz ki, qülüvv əqidəsini qeyrisindən çox dəqiq şəkildə araşdırıb seçmək lazımdır. Çünki ilk baxışda qülüvv kimi nəzərə çarpan bəzi ibtidai məsələlər, o cümlədən mərhum Səbzvarinin kəlamındakı beşinci fərz qülüvv hesab edilmir və hətta islam maarifində çox dərin və doğru mənası vardır ki, dərindən təfəkkür etdikdə onun qülüvvdən ayrılıb seçilməsi aydın olacaqdır.

 


[1] Səd Mütəb Mənsuri, “Əl-ğuluvv vəl movqiful-islami”, səh. 10

[2] Yenə orada, səh. 11

[3] “Müfrədat”, Rağib, səh. 377

[4] “Lisanul-ərəb”, 6-cı cild, səh. 329

[5] Yenə orada

[6] İbni Əsir, “Ən-nihayə”, 3-cü cild, səh. 382

[7] “Əl-ğuluvv vəl-movqiful-islami”, səh. 17

[8] “Nisa” surəsi, ayə: 171

[9] “Maidə” surəsi, ayə: 77

[10] “Maidə” surəsi, ayə: 17

[11] “Maidə” surəsi, ayə: 73

[12] “Tövbə” surəsi, ayə: 30

[13] “Buhusun fi şərhi Ürvətil-vusqa”, 3-cü cild, səh. 307

[14] Aydındır ki, burada məqsəd ruhən fani olmaq deyildir; çünki ruhi fanilik nəinki qülüvv deyildir, üstəlik ruhun əzəmətinə də dəlalət edir.

[15] Xatırlatmaq lazımdır ki, beşinci qisim tədqiqatçılar tərəfindən inkar olunur və qülüvvün nümunələrindən sayılmır.

[16] “Mühəzzəbul-əhkam”, Səbzvari, 1-ci cild, səh. 383-384

[17] Ayətullah Cəfər Sübhaninin “Quran məfhumları” kitabına müraciət edin

[18] "Biharul-ənvar", 25-ci cild, səh. 262

[19] Yenə orada, səh. 270

[20] Yenə orada, səh. 273

[21] Yenə orada

[22] “Ürvətul-vusqa” 1-ci cild, səh. 141

[23] “Vəsilətun-nəcat”, imam Xomeyninin haşiyəsi ilə, səh. 63

[24] "Biharul-ənvar", 25-ci cild, səh. 318

[25] Yenə orada, səh. 303

[26] “Əl-ğuluvv vəl-mövqiful-islami”, səh. 101-116

[27] Misal üçün, “Ricali Kəşşi”, Şeyx Tusinin “Möcəmu ricalil-hədis”, Əbul-Qasim Xoinin və sair alimlərin rical kitablarında müraciət etmək olar.

[28] "Biharul-ənvar", 25-ci cild, səh. 289

[29] “Əl-məs’ələtul-qadinyani”, Əbul-Əla Modudi səh. 76; Hibətuddin Şəhristani, “Əl-mocizətul-xalidə”, səh. 17

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    163888 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    159538 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    118839 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    112028 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    106163 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    92695 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54205 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    50000 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    45077 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    44524 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...