Please Wait
26257
Rəhbərin dəftərinin cavabı:
Məğrib və işa namazının axır vaxtı, şəri gecə yarısıdır (şəri zöhrdən 11/15 saat sonra). Ehtiyat budur ki, əgər o vaxta kimi namaz qılmayıbsa, sübh azanına kimi mafizzimmə [1] niyyəti ilə yerinə yetirsinş ondan sonra namaz qəza olur.[2]
Gecə yarısından sonra ya gecə yarısı namazı qılmaq məsələsində, rəhbərin nəzəri imam Xumeyni ilə eynidir.
İmam Xumeyni (rh)- nin təhrirul- vəsiləsində gəlibdir: Məğrib və işa namazlarının vaxtı məğribdən (şərqdəki qırmızılıq səmada aradan gedən zaman) gecə yarısına kimidir. Bu zamanın əvvəlinci üç rükət namaz qılmaq miqdarı, məğrib namazına məxsusdur və bu vaxtda işa namazını qılmaq cayiz deyil.
Həmçinin vaxtın axırından dörd rükət namaz qılmaq miqdarı, öz vətənində olan üçün və iki rükət namaz qılmaq miqdarı, səfərdə olan üçün işa namazına məxsusdur. Həmin vaxtda məğrib namazını qılmaq olmaz.
Buna əsasən, məğrib namazı o vaxt qəza olur ki, gecə yarısına dörd rükət namaz miqdarı (vətənində olan üçün) ya iki rükət namaz miqdarı (səfərdə olan üçün) vaxt qalmış olsun. İşa namazının axır vaxtı gecə yarısıdır. Əgər bir şəxs öz məğrib və işa namazlarını gecənin yarısına kimi qılmasa (fərqi yoxdur bilərəkdən edib ya məcburiyyət qarşısında) və onu gecənin yarısından sübh azanına kimi olan vaxtda qılmaq istəsə, ehtiyata əsasən, nə əda və nə də qəza niyyəti ilə, əksinə mafizzimmə niyyəti ilə qılmalıdır.[3]
Digər müctəhidlərin dəftərlərinin cavabı:
Ayətullah- üzma Fazil Lənkəraninin (rh) dəftəri:
Sübh azanına kimi əda və qəza niyyəti etmədən qılacaq. Sübh namazından sonra qılarsa, qəza niyyəti etməlidir.