Please Wait
5989
Təqlid mərcələrinin bədənin gözəlliyi cərrahiyyəsi barəsində müxtəlif nəzəriyyələri varlarıdır ki, aşağıda qeyd edirik:
Həzrət Ayətullahul- üzma Xamineyinin dəftərinin cavabı:
Bu iş öz- özlüyündə caizdir. Bu şərtlə ki, naməhrəmlə təmas və ya digər günahlara səbəb olmasın.
Həzrət Ayətullahul- üzmaMəkarim Şirazinin dəftərinin cavabı:
Əgər digər bir haramla yanaşı olmasa, heç bir halda iradı yoxdur. Amma əgər harama səbəb olsa (naməhrəmə baxmaq və onunla təmas) yalnız zərurət halında caizdir.[1]
Həzrət Ayətullahul- üzma Bəhcət:
Belə zəruri olmayan şeylər üçün cərrahiyyə əməliyyatı, caiz deyil.
Həzrət Ayətullahul- üzma Fazil Lənkərani:
Bu formada olan dəyişikliklər, naməhrəmin baxması və onunla təmas kimi haram işlərə səbəb olmasa, bu işin öz- özlüyündə iradı yoxdur.
[1] - Baxın: Mahmudi, Seyyid Möhsin, Alimlər və təqlid mərcələri nəzərindən yeni məsələlər, cild 3, səh 153- 154.