Please Wait
6224
Quran ayələrində ümumi şəkildə və sualda qeyd olunan ayələrdə xüsusi şəkildə, heç bir ziddiyyət yoxdur. Çünki, "o gündə heç kəs digərindən kömək və sual xahişi etməz" buyuran ayələr, qiyamətin ilk mərhələlərinə işarə edir. Bu o günün qorxu və heyranlığının çox olması səbəbindəndir. Həmin qorxu və heyranlığın çoxluğu səbəbindən, insanlar bir- birindən qaçar və bir- birlərini tanımazlar. O gün insanlar elə qorxuya düşərlər ki, hesab və İlahi əzabın qorxusunun çoxluğundan bir- birinin vəziyyəti barəsində heç cürə sual etməzlər. Amma insanların bir- birindən sorğu- sualı barəsində danışdığı yer «و اقبل بعضهم علی بعض یتسائلون...» bu behişt və cəhənnəmə düşəndən sonradır. Buna əsasən, bu ayələri bir- birinin yanına qoyub və onlar barəsində diqqət edib və düşündükdə, onların arasında heç bir ziddiyyətin olmamasına aydın olacaq.
Bu sualın cavabında deyirik: Qurani- kərimin belə ayələrində gözə çarpan bu zahiri ziddiyyət, bir az diqqət etməklə aradan gedir. Qurani- kərimin möcüzə olmasında deyildiyi kimi, ayələrinin heç biri digər ayəni inkar etmir və bu, əbədi kitabın möcüzələrindən biridir. Bu sual və zahiri ziddiyyət, Quran təfsirçilərinin zehninə də gəlib və təfsir kitablarında açıqlanıbdır. Belə ki, Quran ayələrinin bəzisində yaxşıca işarə olunur ki, qiyamət günü bərpa olandan sonra camaat bir- birindən sual edərlər. Günahkarların cəhənnəmə daxil olma zamanı barəsində olan Saffat surəsinin 27- ci ayəsi kimi. Ayədə deyir: "وَ أَقْبَلَ بَعْضُهُمْ عَلى بَعْضٍ يَتَساءَلُونَ" "Onların bir qismi digərləri ilə çənə- boğaz olmağa başlayacaq.
Həmin surənin 50- ci ayəsi behişt əhli barəsində danışır ki, behiçtə düşdükləri zaman bir- birinə üz tutub və (dünyada olan dostların və onların haqq yoldan çıxmaları nəticəsində cəhənnəmə getmələri barəsində) sual edərlər:
«فَأَقْبَلَ بَعْضُهُمْ عَلى بَعْضٍ يَتَساءَلُونَ»
Bu mənaya bənzər Tur surəsinin 25- ci ayəsində də gəlibdir. İndi sual budur ki, bu ayələr müzakirə etdiyimiz və Qiyamətdə bir- birlərindən sual etməzlər deyən ayələrlə (Möminun 101) necə uyğunlaşır?
Əvvəlcə deməliyik: Lüğət kitabları "Yətəsaəlun" kəlməsini "sual" kəlməsindən və həm bir- birindən sual etmək həm də kömək istəmək mənasında gətiriblər.[1]
Quran ayələrinə diqqət etdikdə qiyamətdə sualın olub və olmaması məsələsi sual kəlməsi ilə altı ayədə gəlibdir ki, onun ikisi "La Yətəsaəlun"[2] (sual etməmək mənasında) kəlməsi ilə, dörd ayədə isə "Yətəsaəlun"[3] "sual kəlməsindən" bir- birindən sual etmək mənasında gəlibdir.
Qeyd etməliyik ki, bu ayələrin arasında heç bir ziddiyyət yoxdur. Çünki, o gün heç bir şəxs degərindən kömək və sual etmək istəməz" buyuran ayələr, qiyamətin ilk mərhələlərinə işarədir. Bu o günün qorxu və heyrətdə olmasının çoxluğuna görədir. Həmin, qorxunun və heyətin çoxluğuna görə, insanlar bir- birlərindən qaçar və bir- birlərini tanımazlar.
O gün insanlar elə qorxuya düşərlər ki, İlahi əzab və hesabı qorxusunun çoxluğundan bir- birlərinin vəziyyəti barəsində heç bir halda soruşmazlar.
O gün elə bir gündür ki, ana südəmər körpəsini yaddan çıxarar və qardaş qardaşını unudar. İnsanlar məst insanlar kimi görsənərlər, halbu ki, məst deyillər.
Necə ki, həcc surəsinin əvvəlində oxuyuruq: "Onu görəcəyiniz gün hər bir südəmər süd verdiyini unudar, hər bir hamilə həmlik (axtından əvvəl) yerə qoyar. İnsanları sərxoş görərsən, halbu ki, sərxoş deyillər. Ancaq Allahın əzabı çox şiddətlidir."[4] Bu məsələni sadə bir misalla təsvir etmək olar. Canavarlar qoyun sürüsünə hücum edən zaman, onların arasında elə qorxu yaranır ki, onların bir yerə yığışmaları dağılır və elə bir- birindən qaçırlar ki, hər bir qoyun özünü xilas etmək fikrindədir.... Sur çalınandan sonra, hər bir kəs öz əməlinə bağlanıb və özünü xilas etmək fikrində olacaq. Başqa sözlə, qorxu və narahatlıq onları o qədər həyəcanlı edəcək ki, bir- birlərini tamamilə unudacaqlar. Na görə də, tanışlıq, qohumluq əlaqələri və bu kimi məsələlər fikirlərdən çıxacaq.
Qurani- kərimin insanların bir- birindən sorğu- sualı barəsində danışdığı yer
" و اقبل بعضهم علی بعض یتسائلون.." həmin sual və danışıq behişt və cəhənnəmə düşdükdən sonradır. Quran ayələrinə əsasən, Allahın yaxşı bəndələri behiştin müxtəlif maddi və mənəvi nemətlərinə qərqdirlər, behişt taxtlarına söykənib və öz dostları ilə söz- söhbət edərlər. Bəzən onların bir dəstəsi dünyadakı dostlarını və öz keçmişini xatırlayar. O dostlar ki, öz yollarını ayırıb və onların yeri behişt əhli arasında boşdur. Onların başına nə gəldiyini bilmək istəyərlər. Ona görə də, bəzisi digərlərinə üz tutub sual edərlər: " و اقبل بعضهم علی بعض یتسائلون.."[5]
Bu formada cəhənnəm əhli də, bir- birləri ilə danışarlar. Günahkarların cəhənnəm girişində olduqları barədə Saffat surəsinin 27- ci ayəsi kimi ki, deyir:
"وَ أَقْبَلَ بَعْضُهُمْ عَلى بَعْضٍ يَتَساءَلُونَ" onların bir qismi (tabe olanlar) digəri (öz başçıları) ilə çənə- boğaz olmağa başlayacaq. "Öz günahını digərinin boynuna atacaq, tabe olanlar başçıları təqsirkar sayacaqlar və başçılar da öz ardıcıllarını. Necə ki, deyir: Onların bir qismi digəri ilə çənə- boğaz olmağa başlayacaq.
" وَ أَقْبَلَ بَعْضُهُمْ عَلى بَعْضٍ يَتَساءَلُونَ"Sad surəsinin 62- 64- cü ayələri də bu məsələyə sübutdur: (Allaha asi olanlar bir- birinə) deyəcəklər(Dünyada) pis adamlar saydığımız kəsləri (yoxsul möminləri) niyə burada görmürük? ... Şübhəsiz ki, bu- cəhənnəm əhlinin bir- biri ilə bu cür çəkişməsi (çənə- boğaz olması) əlbəttə, bir həqiqətdir.
Bununla əlaqəli ayələr var ki, behişt əhli ilə cəhənnəm əhli arasında da tam bir əlaqənin olmasını göstərir Buyurur: " فی جناتٍ یتساءلون* عن المجرمین* ما سَلَكَكُمْ فِي سَقَرَ* قالُوا لَمْ نَكُ مِنَ الْمُصَلِّينَ ...."[6] "Onlar cənnətdədirlər, bir- birindən soruşurlar. Günahkarlar barəsində. Sizi cəhənnəmə salan nədir? Onlar deyəcəklər: "Biz namaz qılanlardan deyildik:
«وَ لا يَتَساءَلُونَ»
Buna əsasən, bu ayələri bir- birinin yanına qoyub və onlar barəsində düşündükdə, onların arasında
Əlbəttə bu ayələri cəm etmək barəsində digər nəzəriyyələr də bəyan olubdur. O cümlədən belə deyilib ki, Möminun surəsinin 101- ci ayəsi Qiyamətin iki hadisəsinə işarə edir: Biri nəsəblərin daha işləməməsi, çünki bu dünya əhlinin həyat sisteminə hakim olan qəbilə və qohumluq əlaqəsi, günahkar şəxslərin cəzalarını çoxundan qaçmalarına və ya problemlərinin həllində qohumlardan kömək almalarına səbəb olur. Amma qiyamətdə insan və onun əməlidir. Heç kəs hətta ata, övlad və qardaşından müdafiə edə və ya onun cəzasını özünə götürə bilməz. Buna əsasən, "və la Yətəsaəlun" cümləsi, "onlar bir- birindən kömək istəməzlər" mənasındadır. Çünki bu istəyin heç vaxt faydalı və təsirli olmayacağını bilirlər.[7] Amma digər danıçıqlar mühüm olacaq.
Xülasə: Yuxarıdakı ayələrin məzmununda düşündükdə, bu sualın cavabı aydın olacaq. Çünki, bir- birindən sualı isbat etməyə aid olan ayələr, behişt və cəhənnəmə düşdükdən sonraya və ya onların girişində olan zamana aiddir. Halbu ki, bir- birindən sual etməyi inkar edən ayələr, Qiyamətin ilk mərhələlərinə aiddir ki, qorxu və həyəcan onları o qədər narahat edər ki, bir- birlərini ümumiyyətlə unudarlar və ya bəzilərinin fikrincə, qiyamətdə sual etməmək, bunu tələb etməmək mənasındadır, nəin ki, digər danışıqlar mənasında.
[1] - İbn Mənzur, Lisanul- ərəb, Səələ kəlməsi.
[2] - Möminun surəsi, ayə 101. Qəsəs surəsi, ayə 66.
[3] - Saffat surəsi, ayə 27- 50. Tur surəsi, ayə 25. Müddəssir surəsi, ayə 40.
[4] - Həcc surəsi, ayə 2.
«يَوْمَ تَرَوْنَها تَذْهَلُ كُلُّ مُرْضِعَةٍ عَمَّا أَرْضَعَتْ وَ تَضَعُ كُلُّ ذاتِ حَمْلٍ حَمْلَها وَ تَرَى النَّاسَ سُكارى وَ ما هُمْ بِسُكارى ...»
[5] - Məkarim Şirazi, Nasir, Təfsiri- nümunə, cild 19, səh 61. Darul- kutubul- İslamiyyə, Tehran, 1374 hicri şəmsi.
[6] - Müddəssir surəsi, ayə 40- 43.
[7] - Təfsiri- nümunə, cild 14, səh 324.