Ətraflı axtarış
Baxanların
8022
İnternetə qoyma tarixi: 2013/07/16
Sualın xülasəsi
Nə üçün Allah rəhmətinin kənarında "Ərhəmərrahimin " edam həddinə qədər (qisas, əlin kəsilməsi və ya çox kobudluq) cəzaya sifariş edibdir?
Sual
Nə üçün Allah Qurani kərimdə rəhmətinin kənarında ki, özünü "Ərhəmərrahimin" adlandırır, edam həddinə qədər (qisas, əlin kəsilməsi və ya çox kobudluq) cəzaya sifariş edibdir?
Qısa cavab

Ayələrə və rəvayətlərə diqqət edəndə görürük ki, Allah rəhmaniyyət və rəhmiyyət sifətinə sahib olduğu kimi qəzəb və səxət sifətinə də sahibdir. Yəni o həm Ğafiruzzənub dur həm şədidul- iqab, həm "Ərhəmur- rahimin" həm də Əşəddul- müaqibin.

Quranda çox yerdə harada qorxudmaqdan və əzabdan söz gəlibsə onun arxasıyca rəhmətdən və bağışlanmaqdan da söz deyilibdir. Bəlkə sirri budur ki, insana məxsus olan çox yaxşı fəzilətlərdən biri budur ki, həmişə qorxuyla ümid arasında olsun. orta halda olsun nə rəhmət ayələriylə məğrur olsun və nə də İlahi rəhmətdən məyus olsun. Nəticədə Allah yalnız "Ərhəmərrahimin" deyil, ki, irad ola nə üçün edam həddinə qədər (qisas, əl kəsmək və ya çox kobudluq) cəzaya sifariş edibdir, Ərhəmər- rahimin sifətiylə düz gəlmir.

Təbiidir ki, qisas olunan ya hədd cari olunan adam və ağır bir cinayət edibdir və hansısa bir haqqı payimal edibdir. Həqiqətdə bu əməl ziyanlıdır ki, ictimai fəsada səbəb olur, cəmiyyəti qorumaq üçün bu ziyanlarla mübarizə etmək lazımdır. Allahın rəhməti tələb edir ki, birinci mərhələdə cəmiyyəti azğınlıq uçurumundan qorusun.

Allahın rəhməti tələb edir ki, qanunlar qoymaqla cinayətləri azaldsın. Bu cəhətdən inanırıq ki, qisas, hədlər və onlar kimiləri nə inki Allahın Ərhəmər- rahimin olmağıyla ziddiyyət təşkil etmir, bəlkə Ərhəmər- rahimin olmaq bu cür qanunlar tələb edir.

Ətreaflı cavab

Yuxarıdakı suala diqqət edərkən məlum olur ki, bu sual iki qaranlığın nəticəsidir:

  1. Allah yalnız Ərhəmərrahimindir?
  2. Qisas ya hədlər və... Allahın "Ərhəmərrahimin" olmasıyla ziddiyyət təşkil edir?

Ayələrə və rəvayətlərə diqqət edərkən görürük ki, Allah bütün yaxşı sifətlərə malikdir. Başqa sözlə desək bütün sübutiyyə və sələbiyyə sifətlərə sahibdir. Yəni necə ki, rəhmaniyyət və rəhimiyyət sifətinə sahibdir, habelə qəzəb və səxət sifətinə də sahibdir. Əgər cənnətə müjdə veribsə, cəhənnəmdən də qorxudubdur.[1] Əgər bağışlanmağa ümid veribsə, əzaba da qorxu veribdir. Bu cəhətdən görürük ki, Peyğəmbərlərini həm bəşir həm də nəzir adlandırır.[2]

Allah həm ğafiruzzənbdir həm şəridul- iqab, Məsum İmamlar (ə) tərəfindən bizə yetişən dualarda və rəvayətərdə görürük bir tərəfdən Allah "Ərhəmərrahimin" vəsf olub və digər tərəfdən Əşəddül- müaqibin.[3]

Xof və rəca (qorxu və ümid)

Quran adətən "vədələrin" kənarında "vəidləri" və "bəşarətlərin" kənarında "inzarları" gətirir ki, iki qorxu və ümid amilini ki, təkamülə səbəbdir gücləndirsin. Çünki insan zatını sevdiyinə görə "mənfəət cəlbi" və "zərəri dəf etmək" hissinin təfsiri altındadır.[4]

Başqa sözlə desək Quranda əksərən harada təhdiddən və əzabdan söz açılıbsa davamında rəhmətdən və məğfirətdən söz deyibdir. Bəlkə sirri budur ki, insana məxsus olan çox yaxşı fəzilətlərdən biri budur ki, həmişə qorxu ilə ümid arasında olsun. Orta halda olsun nə rəhmət ayələriylə məğrur olsun və nə də İlahi rəhmətdən məyus olsun ki, buyurur:

«لا یَیْأَسُ مِنْ رَوْحِ اللَّهِ إِلَّا الْقَوْمُ الْکافِرُونَ»[5]

həmişə qorxuyla ümid arasında olmaq lazımdır. Əhli- beytin (ə) rəvayətlərində var ki, qorxu ilə ümid tərəzinin iki tərəfi kimi bir olmalıdır və heç bir tərəf çoxluq etməməlidir. Qorxu və ümid iki İmani və əxlaqi qanundur və bunlar olmadan iman kamilləşməz.[6]

Qeyd olunanlara diqqət edərkən görürük ki, Allah fəqət "Ərhəmərrahimin" deyil ki, irad olsun nə üçün edam həddinə qədər (qisas, əl kəsib və ya çox kobudluq) cəzaya sifariş edibdir, "Ərhəmərrahimin" sifətiylə düz gəlmir. Amma Allahın başqa sifətlərini nəzərə almadan qisas ya hədlər və...

Allahın "Ərhəmərrahimin olmasıyla ziddir?

Təbiidir ki, qisas olunan ya hədd cari olunan adam və... ağır bir cinayət edibdir və hansısa bir haqqı payimal edibdir. Həqiqətdə bu əməl ziyanlıdır ki, ictimai fəsada səbəb olur. Cəmiyyəti qorumaq üçün bu ziyanlarla (ki, İslamda onlar üçün qisas və ya hədd nəzərdə tutulubdur) mübarizə etmək lazımdır. Burada iki cür mübarizə etmək olar. Biri yüngül mübarizə: Məsələn cərimə etmək, zindana salmaq və...digəri köklü və əsaslı mübarizə; qisas həddlər və... kimi ki, İslam ikinci növü seçibdir. Çünki İslam nəzərindən necə ki, dünyanın aqilləri də bunu təsdiqləyir ki, cəmiyyətin ehtiramı və dəyəri şəxslərin dəyərindən daha çox və mühümdür.

Belə düşünülməsin ki, bu işin kökü intiqam hissidir. Bu cəhətdən Allahın rəhməti tələb edir ki, birinci mərhələdə cəmiyyəti azğınlıq uçurumundan qorusun. Allahın rəhməti tələb edir qanunlar qoymaqla cinayətləri azltsın. Bu cəhətdən inanırıq ki, qisas, həddlər və onun kimiləri nəinki Allahın "Ərhəmərrahimin" olmağıyla ziddiyyət təşkil etmir, bəlkə "Ərhəmərrahimin olmaq bu cür qanunlar tələb edir. Nə gözəl buyurub Allah:

«وَ لَکُمْ فِی الْقِصاصِ حَیاةٌ یا أُولِی الْأَلْبابِ لَعَلَّکُمْ تَتَّقُونَ» [7]

Həqiqətdə İslami diyə və qisas insanların həyatına və yaşayışına tərəf açılan bir pəncərədir ki, bir tərəfdən cəmiyyətin həyatına zəmanətdir. Çünki əgər bu hökmlərin heç biri olmasaydı daş ürəkli insanlar əmniyyət hiss edərdilər nəticədə günahsız camaatın canı təhlükəyə düşərdi. Digər tərəfdən cinayətkarın həyat və sağlamlıq mayasıdır;çünki onu cinayət fikrindən çox miqdarda saxlayır və konturol edir. Digər tərəfdən də (intiqamda) bərabərçiliyə xatir ardıcıl cinayətlərin qarşısını alır. Cahil sünnətlərə ki, bəzən bir cinayət neçə cinayətə o da öz növbəsində daha çox cinayətlərə səbəb olurdu, son qoyur. Bu yolda cəmiyyətin həyat mayasıdır.

Həkimlik (təbabət), əkinçilik, maldarlıq bütün bunlar (qorxulu varlığın məhvi) adlı əqli bir qanunun əsasında qurulubdur. Çünki görürük bədənin sağlamlığını qorumaq üçün fəsadlı üzvü kəsirlər. Bitkinin inkişafı üçün zərərli və artıq budaqları kəsirlər. Misal olaraq qatili öldürməyi cəmiyyət fərdlərinin birinin yoxluğu bilirlər, bir tərəfli nəzər salırlar. Əgər cəmiyyətin məsləhətini nəzərə alsalar bilərlər ki, qisasın başqa fərdlərin qorunmasında və tərbiyəsində hansı rolu var, nəzərlərin dəyişərlər.

Ümumiyyətlə qan tökən kəsləri aradan aparmaq zərərli üzvü və artıq budağı kəsmək kimidir ki, əqldə onların kəsilməyin tələb edir. İndiyə qədər heç bir kəs fəsadlı üzvün və artıq budağın kəsilməsinə etiraz etməyibdir.[8]

Nəticə:

Birinci: Bütün yaxşı sifətlər Allahdadır. Necə ki, "Ərhəmərrahimin"dir, habelə "Əşəddül- müaqibin" dir.

İkinci: Cinayətkar insanların cəzası ola bilsin ilk baxışda daş ürəklik hesablansın, amma cinayətkarın əməlini bir tərəfdən nəzərə alsaq, digər tərəfdən bu növ cəzalar necə cəmiyyətdə cinayətlərin qarşısını aldığını nəzərə alsaq, məlum olur ki, bu növ cəzaların qoyulması bəşər cəmiyyəti üçün zəruridir.

Burada bir məsələni xatırlatmaq lazımdır. Bunu nəzərə alsaq ki, rəvayətlərə əsasən hər kəs dünyada günahının cəzasını çəksə axirətdə ikinci dəfə cəzalanmayacaq. Başqa sözlə desək günahına görə dünyada cəzalanıbsa axirətdə ikinci dəfə cəza görməyəcək. Bunun özü İlahi rəhmətin bir cilvəsidir.[9]

Bu cəhətdən görürük İslamın əvvəlində bəziləri axirət əzabından qurtulmaq və paklanmaq üçün İmamın (ə) huzuruna gəlirdilər ki, günahı iqrar edəndən sonra özləri üçün İlahi hədlərin icrası üçün xahiş etsinlər.[10]

 


[1] - Yasin surəsi, ayə 63.

[2] - Hud surəsi, ayə 2

«أَلاَّ تَعْبُدُوا إِلاَّ اللَّهَ إِنَّنی‏ لَکُمْ مِنْهُ نَذیرٌ وَ بَشیر»

[3] - Tusi, Təhzibul- əhlam, cild 3, səh 108, darul- kutubul- İslamiyyə, tehran, 1365 hicri şəmsi

«اللَّهُمَّ إِنِّی أَفْتَتِحُ الثَّنَاءَ بِحَمْدِکَ وَ أَنْتَ مُسَدِّدٌ لِلصَّوَابِ بِمَنِّکَ وَ أَیْقَنْتُ أَنَّکَ أَرْحَمُ الرَّاحِمِینَ فِی مَوْضِعِ الْعَفْوِ وَ الرَّحْمَةِ وَ أَشَدُّ الْمُعَاقِبِینَ فِی مَوْضِعِ النَّکَالِ وَ النَّقِمَةِ»

[4] - Məkarim Şirazi, Nasir, Təfsir nümunə, cild 18, səh 273 Naşir arul- kutubul- İslamiyyə, Tehran, birinci çap, 1374 hicri şəmsi.

[5] - Yusif surəsi, ayə 87.

[6] - Əmin, Seyyidə Nüsrət, Məxzənul- arifin Quranın təfsirtində, cild 2, səh 262 və 263, Naşir nəhzəti zənanı müsəlman, Tehran çapı, 1361 hicri şəmsi.

[7] - Bəqərə surəsi, ayə 791- Bəqərə surəsi cəm 286 ayədir.

[8] - Məkarim Şirazi, Nasir təfsir nümunə, cild 1, səh 606 və 607, (az fərqlə)

[9] - Kuleyni, Kafi, səh 445, h 6. Əmirəl- mömininin (ə) Allahın sözünün təfsirində "sizə üz verən hər bir müsibət öz əllərinizlə qazandığınız (əməllərin) ucbatındandır! (Bütün bunlara baxmayaraq) Allah (günahlarınızın) çoxunu əfv edər. (Şura surəsi, ayə 30) buyurdu: Heç bir damar burxulmur, heç bir daşa toxunulmur. Heç bir ayaq büdrəmir və heç ağac cızılmır məgər günaha xatir, şübhəsiz Allah bağışladıqları daha çoxdur. Hər kəsi Allah dünyada günahının cəzasını versə, Allah daha böyük və daha kərimdir ki, ikinci dəfə axirətdə onu cəzalandırsın.

[10] - Bir qadın Əmirəlmömininin (ə) hüzuruna gəldi zina etdiyinə görə həzrətdən istədi ki, ona hədd vurmaqla onu paklasın və deyirdi: Qorxuram ki, ölümüm çata və dünyadan napak gedəm. Bu hədisi geniş əldə etmək üçün Bəharul- ənvar, cild 76, 45 və Mən la yəhzuruhul- fəqih, cild 5, səh 356- 358 müraciət olunsun.

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    163888 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    159538 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    118839 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    112028 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    106163 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    92695 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54205 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    50000 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    45077 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    44524 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...