Please Wait
9289
Aşağıda təqlid mərcələrinin cavabı belə gəlibdir:
Həzrət Ayətullahul- üzma Xamineyi:
Bu işin öz- özlüyündə şərii cəhətdən iradı yoxdur. Bu şərtlə ki, ürfdə hörmətsizlik sayılan və İmamların şəni ilə ziddiyyətçiliyi olmayan işlərlə olmasın.[1]
Həzrət Ayətullahul- üzma Safi Gülpayqani:
Ümumiyyətlə onları divara vurmamaq, o həzrətlərin şəninə daha uyğundur.
Həzrət Ayətullahul- üzma Fazil Lənkərani:
İradı yoxdur, hərçənd onları məsumlara nisbət verməyin heç bir etibarı yoxdur.
Həzrət Ayətullahul- üzma Bəhcət:
İradsız deyil.
Həzrət Ayətullahul- üzma Məkarim Şirazi:
Bu şəkillərin əsası yoxdur. Amma o həzrətlərə nisbət verildiyinə görə, hörmətzislik olunmamalıdır.
Həzrət Ayətullahul- üzma Sistani:
Əgər hörmətsizliklə birgə olmasa, iradı yoxdur.
Həzrət Ayətullahul- üzma Təbrizi:
Əgər məqsəd budur ki, o həzrətin yadı olarsa, iradı yoxdur. Amma əgər bu şəkillərin İmamların həqiqi şəkilləri olmasını qəbul etsə, bu doğru əqidə deyil.[2]