Please Wait
6887
- bölüşdürülməsi
Bir çox ayə və rəvayətlər mövcuddur ki, cənnət və cəhənnəmə daxil olmanı müəyyən edən ən mühüm səbəb insanların əməlləri olduğunu bəyan edir. Siz şiə mütəkəllimlərinə müraciət etsəniz görərsiniz ki, onların heç biri insanların səadət və əzabında ulduzlar və səma cismlərinin təsirli olduğunu hesab etməmişlər. Hətta əgər bu barədə rəvayət olarsa və həmçinin sənədi də qəbul edilərsə, bu rəvayətin zahirinə inanmaq olmaz.
Bir çox ayə və rəvayətlər mövcuddur ki, cənnət və cəhənnəmə daxil olmanı müəyyən edən ən mühüm səbəb insanların əməlləri olduğunu bəyan edir.
Allah təala Qurani kərimdə buyurur:” O cənnətdir ki, siz öz əməllərinizlə orada yer tutmusunuz.”[1] Quran ayələrinə əsasən insan öz əməl dəftərini görməklə, özü haqqında düzgün hökm verə bilər.[2] Bunlar insanların əzab və ya səatədində ulduzların yaxud səma cismlərinin rolu ilə uyğun gəlmir.
Allah təala cənənəm sakinlərinin dilindən belə nəql edir ki, onlar Allaha şikayət edirlər (bizim günahımız yoxdur) ki, taleyimiz bizi məğlub etdi və biz yolundan azan dəstə idik (buna görə cəhənnəmə daxil olduq).[3]
Onlar göstərmək istəyirlər ki, onların taleyləri onlara qələbə çaldı və özlərinin təqsirləri yoxdur. Amma İmam Sadiq (ə) bu ayə barəsində buyurur ki, onların əzabları (qabaqcadan təyin olunmuş xəbər deyildi) özlərinin əməllərinin nəticəsi olmuşdur.[4]
Həzrət digər yerdə belə buyurur:”Allah təala nöminləri öz yaxşı əməllərinə görə mömin adlandırmışdır”[5]
Siz şiə mütəkəllimlərinə müraciət etsəniz görərsiniz ki, onların heç biri insanların səadət və əzabında ulduzlar və səma cismlərinin təsirli olduğunu hesab etməmişlər. Hətta əgər bu barədə rəvayət olarsa və həmçinin sənədi də qəbul edilərsə, bu rəvayətin zahirinə inanmaq olmaz.
Bununla belə “Kafi” kitabını axtarmaqla belə rəvayətə rast gəlmədik. Əgər xüsusi rəvayəti nəzərdə tutursunuzsa, bu rəvayətin bir hissəsinin ərəbi mətnini bizə göndərin ki, bunun barəsində araşdırma aparaq.
[1] - Əraf surəsi, ayə 72.
[2] - İsra surəsi, ayə 14: “Oxu, kitabını. Bu gün sən haqq- hesab çəkməyə özün- öznə kifayətsən!”
«اقْرَأْ كِتابَكَ كَفى بِنَفْسِكَ الْيَوْمَ عَلَيْكَ حَسيبا»
[3] - Muminun surəsi, ayə 106: “Onlar deyərlər: “Ey Rəbbimiz! Rəzil taleyimiz bizə qələbə çaldı və biz haqq yoldan azan camaat olduq!”
«قالُوا رَبَّنا غَلَبَتْ عَلَيْنا شِقْوَتُنا وَ كُنَّا قَوْماً ضالِّين»
[4] - Şeyx Səduq, əl- tovhid, səh 356, camee nüdərrisin nəşriyyatı, Qum, 1357.
[5] - Hürr Amili, Muhəmməd bin Həsən, vəsailul şiə, cild 15, səh 317, h 20625, Al- beyt müəsisəsi, Qum, 1409.