Please Wait
9445
Əli (ə) Nəhcül- bəlağənin üçüncü xütbəsində özündən qabaq üç xəlifənin xilafətə yetişməsi keyfiyyəti barədə söz açır və o həzrətin (ə) (xütbənin sonunda) buyurduqlarından istifadə etməklə bu xütbə, "şiqşiqiyyə" adı ilə tanınıbdır.
Şiqşiqiyyə xütbəsi, xilafət barəsində imam Əlinin (ə) şikayətlərinə, onun (xilafətin) əldən getməsi qarşılğında İmamın (ə) səbrinə və sonda camaatın onunla beyət etməsinə şamil olur. Daha çox izahı ətraflı cavabda oxuyun.
Nəhcül- bəlağənin "şiqşiqiyyə" xütbəsi adlanan üçüncü xütbəsi xilafət barəsində İmam Əlinin (ə) şikayətinə, onun əldən getməsi qarşılığında İmamın (ə) səbrinə və sonda camaatın onunla beyət etməsinə şamil olur.
O həzrət bu xütbədə buyurur: Allaha and olsun ki, o (Əbu Bəkr) mənim xəlifəlik üçün üçün dəyirmanın orta qütbü kimi (onsuz dəyirman fırlanmaz) olduğunu bildiyi halda xəlifəliyi köynək kimi əyninə geydi. (O bilirdi) elm və maarif mənim feyz bulağımda sel tək çağlar, elm və bilik səmasında qanad çalanların heç biri mənim zirvəmə çata bilməz. Sonra xəlifəlik köynəyini soyunub, ondan kənara çəkildim. Öz işlərim barəsində fikirləşdim ki, əlsiz (ordu və tərəfdarsız) hücum edim (öz haqqımı tələb edim), yoxsa qocaları həlak edən, gəncləri solduran və qocaldan, möminlərin ölüncəyə qədər əziyyət çəkdiyi kor qaranlığa səbr edim. Səbretməyin ağıllı iş olduğunu görüb, gözlərimi toz, çör- çöp, boğazımı isə sümük tutduğu halda səbr etdim.
Mirasımın tarac olduğunu görürdüm. Birincisi öz yolunun sonuna çatıb (və ölüm onu haqladı) xəlifəliyi özündən sonra Xəttabın oğluna (Ömərə) tapşırdı. Bunları bəyan etdikdən sonra Həzrət, məsəl olaraq şair Əşanın şerini oxudu. Məzmunu belədir: Əzab- əziyyətə qatlaşdığım bu günümdə naz- nemət içrə keçirdiyim dünənim arasında nə qədər fərq var. (Dəvənin donqar və palanı üstündə səfərin əzab- əziyyətinə qatlaşdığım bu günümlə Cabirin qardaşı Həyyanın dostu olaraq naz- nemət içrə keçirdiyim dünənim arasında nə qədər fərq var). Çox heyrətamiz və təəccüblüdür ki, sağlığında xalqdan beyətinin geri götürülməsini (mənim olmağım ilə) istəyir. Ancaq ölümünə bir neçə gün qalmış xəlifəliyə başqasını vəsiyyət edir və hər ikisi xilafətdən növbə ilə faydalanırlar. (Xülasə). Xilafəti elə bir adama tapşırdı ki, sərt və ardıcıl idi, səhvləri, etdiyi üzrxahlıqları saysız- hesabsız idi. Onmunla ünsiyyət, cilovunu bərk tutduqda burnunu yaralayıb dağıdan, cilovunu boş tutub, öz başına, buraxdıqda isə süvarisini həlak edən dikbaş, itaətsiz dəvəyə minmək kimi idi.
Allaha and olsun, onun vaxtında camaat çətinliyə düçar olaraq, səhvə yol verdi və doğru yola qədəm qoymadan haqqdan uzaqlaşdı. Mən də bu uzun müddətdə dözdüm və ağır möhnətlə, qəmlə yoldaş oldum. Axırda o (Ömər) da öz yolunu sonuna yetişdi və xilafət məsələsini, məni də onlardan biri güman etdiyi bir neçə adamın arasında ortaya qoydu. Pərvərdigara, təşkil olunmuş şuradan və etdikləri məşvərətdən sənə pənah gətirirəm. Camaat məni onların birincisinə bərabər tutub, mənə şəkk- şübhə ilə yanaşdı! İş o yerə çatdı ki, bu gün belə şəxslərlə (şura üzvü olan beş nəfərlə) bir sırada dayandım. Bununla belə eniş- yoxuşlarda onların ardınca getdim. (məsləhətə görə hər yerdə onlarla razılaşdım). Beləliklə, onlardan biri paxıllıq və kininə görə haqdan əl çəkərək batil yola qədəm qoydu, başqa birisi qohumluğu (həqiqəti) üstün bildi və məndən üz döndərdi. Başqa birisinin üz döndərməsinin səbəbi vardır ki, onu zikr etmək rüsvayçılıqdır. Nəhayət bir başqası ayağa qalxdı ki, çox yeyib- içməkdən şişən dəvə kimi idi. Və işi ancaq beytul- malı toplamaq və yemək idi. Onun atalarının övladları da onunla əlbir idilər. Onun dolaşıq ipi çözülənə qədər iştahlı dəvə bahar otlarının hamısını yediyi kimi Allahın malını yeyirdilər. Amma onun bəyənilməyən rəftarları onun işini xarab itdi və axırda mal- dövlət toplamağı və acgözlüyü əbədi nabud olmağına səbəb oldu. Sonra kaftarın boynunun tükü tək camaatın məni dövrəyə almasından başqa heç nə məni bu çətin və böyük işə vadar etmədi. Hər tərəfdən üstümə elə hücum çəkdilər ki, izdihamdan Həsən və Hüseyn az qaldı ayaq altında əzilsinlər. Paltarım və əbam hər iki tərəfdən cırıldı. Camaat qoyun sürüsü kimi məni dövrəyə aldılar (çobanın dövrəsində toplaşan, canavar görmüş qoyun sürüsü kimi). Beyətlərini qəbul edib xəlifəliyə başladıqda isə...[1]
[1] - Məkarim Şirazi, Nəhcül- bəlağəyə qısaldılmış şərh və aydın (səlis) tərcümə, cild 1, səh 65- 67 Hədəf mətbuatlığı, nəşriyyatı, birinci çap, Qum.