Please Wait
6132
Rütbə və məqam cəhətindən elmlər təsnif olunanda ilk yeri ilahi elmlər tutur. Bu da elmiyyə hövzələrində rəvacda olan elmlərdir. Bundan sonra digər elmlərə növbə çatır.
Bizim nəzərimizə görə ruhani təbəqəsinin, orta və ali məktəb müəllimlərinin və insani elmlər üzrə mütəfəkkir olanların gördüyü işlər və etdiyi xidmətlər yalnız maddi bəhrəsi olan xidmətlərdən çox-çox böyükdür (baxmayaraq ki, onların da fəaliyyətlərinin dəyəri vardır). Çünki insanların ruhi və mənəvi ehtiyacları maddi ehtiyaclarından irəlidir. Ruhani sinfinin işi də camaatı və cəmiyyəti ruhi və mənəvi yöndə islah etməkdir. Müəyyən bir cəmiyyət maddi imkanlar baxımından çox inkişaf etsə də, əxlaq və mənəviyyat yönlərində çox aşağı səviyyədə olaraq dəyərdən düşə bilər. Onun maddi sahələrdəki nailiyyətləri bəzən cəmiyyət üçün çoxlu təhlükələr də törədə bilər. Alimlərin iş növləri bir-biri ilə fərqləndiyinə görə, onların barəsində mühakimə yürütmək də onların işlərinə mütənasib olmalıdır.
Bəşərin ehtiyacları təkcə maddi yöndə deyil, həm də mənəvi yöndədir. Hər bir insan və ya qrup öz istedad və bacarıqlarına uyğun olaraq bu iki yöndən birini seçir, həmin sahədə fəaliyyət edib tədqiqat aparmaqla bəşər cəmiyyətlərinə xidmət etməyə çalışır. Bildiyiniz kimi, elmlərin rütbə və məqam cəhətindən təsnifində ilk yeri ilahi elmlər tutur. Bu da elmiyyə hövzələrində rəvacda olan elmlərdir. Bundan sonra digər elmlərə növbə çatır.
Bizim etiqadımıza görə ruhani sinfi, orta və ali məktəb müəllimlərinin işləri təkcə maddi faydaları olan xidmətlərdən çox-çox yüksəkdədir. Çünki insanların ruhi və mənəvi ehtiyacları onların maddi ehtiyaclarından daha artıqdır. Müəyyən bir cəmiyyət maddi imkanlar baxımından çox inkişaf etsə də, əxlaq və mənəviyyat yönlərində çox aşağı səviyyədə olaraq dəyərdən düşə bilər. Onun maddi sahələrdəki nailiyyətləri bəzən cəmiyyət üçün çoxlu təhlükələr də törədə bilər. Əlbəttə, biz təbii və təcrübi elmlərə irad tutmaq və nöqsan gətirmək istəmirik. Alimlərin və mütəfəkkirlərin işləri bir-biri ilə fərqli olduğundan, işlərinin növünə mütənasib olaraq mühakimə yürütmək lazımdır. Peyğəmbərlər bəşərin ruhi xəstəliklərini müalicə etmək üçün gəlmişlər: “Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) daim hərəkətdə olan səyyar bir təbib idi; o, şəfa verən məlhəmləri və müalicə vasitələrini hazır vəziyyətdə saxlayırdı ki, hər yerdə kor qəlblər, kar ruhlar görsə, onları müalicə edib sağaltsın, ruhi və mənəvi xəstəliklərə düçar olan insanları bu uçurumlardan xilas etsin.”[1]
Qurani-kərim bu barədə buyurur: وَ مَنْ أَحْياها فَكَأَنَّما أَحْيا النَّاسَ جَمِيعاً “Hər kəs bir nəfəri diriltsə, sanki, yer üzündə olan bütün insanları diriltmişdir.”
Bu ayədə “bir insanı diriltmək” dedikdə məqsəd “bir diri insan xəlq etmək” və ya “zahirdə ölmüş bir insanı diriltmək deyildir, əksinə məqsəd əql sahibləri nəzərindən diriltmək sayılan şeydir. Təbib bir xəstəni müalicə edəndə və ya üzgüçü qərq olan bir insanı xilas edəndə, yaxud bir nəfər, əsir düşmüş bir adamı düşmənin əlindən xilas edəndə deyirlər ki, “filan kəs filan şəxsi diriltdi” (yaxud deyirlər ki, onun üzərində həyat haqqına malikdir). Allah-taala da Özünün əzəmətli kəlamında bu kimi təbirlərdən istifadə edir. Məsələn, haqqa doğru hidayət etməyi “diriltmək” sayaraq buyurur: أَ وَ مَنْ كانَ مَيتاً فَأَحْييناهُ وَ جَعَلْنا لَهُ نُوراً يمْشِي بِهِ فِي النَّاسِ “Yoxsa o kəs ki, ölü idi və Biz onu diriltdik, onun üçün camaat arasında hərəkət etməyinə səbəb olan bir nur qərar verdik?!” Deməli, bu ayənin hökmünə əsasən insan haqdan azan şəxsi haqqa, imana doğru hidayət etsə, sanki onu diriltmişdir.[2]
Əgər sualda irəli çəkildiyi kimi deyilsə, onda nəticə alarıq ki, övladını yaxşı tərbiyə edən valideyn, insani elmlərlə məşğul olan alim və orta məktəb müəllimləri cəmiyyət üçün heç bir faydalı iş görməmişdir və faydalı işləri yalnız maddi sahələrdə bir əsər yadigar qoyan şəxslər əncam vermişlər! Halbuki, bu cür mühakimə qəti şəkildə yanlışdır.
Buna əsasən, ruhani sinfinin işini öz vəzifələri sahəsində araşdırıb təhlil etmək və dəyərləndirmək lazımdır, nəinki bəzilərinin yürütdüyü yersiz mühakimələr kimi! (Nəuzu billah!) Onda demək lazımdır ki, ilahi peyğəmbərlər, imamlar, böyük alimlər və ariflər də bəşəriyyətə nəzərə çarpacaq müsbət xidmətlər etməmişlər!
[1] “Nəhcul-bəlağə”, səh. 156, “Bəni Üməyyənin fitnəsi” bölməsi
[2] Təbatəbai, Seyid Məhəmməd Hüseyn, “Əl-mizan”, tərcüməçi: Musəvi Həmədani, 5-ci cild, səh. 317, “İslami” nəşriyyatı, Qum