Ətraflı axtarış
Baxanların
7393
İnternetə qoyma tarixi: 2011/11/20
Sualın xülasəsi
Höccətiyyə təşkilatının əqidəsi nədir? Bu günkü gündə fəaliyyət göstərirmi?
Sual
höccətiyyə təşkilatının əqidəsi nədir? Bu günkü gündə fəaliyyət göstərirmi?
Qısa cavab

Höccətiyyə təşkilatı, şəmsi iliylə 1332- ci il mordad ayının 28- ci tarixində Şeyx Mahmud Zakirzadə, hələb şəhərində dünyaya göz açmış bir şəxs tərəfindən Bəhaiyyə məzhəbiylə mübarizə məqsədiylə təsis olunmuşdur.

Bu təşkilat bir baxımdan qarşılıq ümumi bir təşkilat və şöbələrdən ibarətdir: Tədris, tədqiq, yazıçılıq, hidayət, xarici ölkələrlə rabitə və konfranslardan ibarətdir:

Təşkilatın əqidəsi:

1.             İmam Zamanın (ə) zühuru barəsində bəyan olunması.

2.             Dinin siyasətdən ayrı olması etiqadı.

3.             İmam Xumeyninin və İran camaatının bu düşüncədə ki, hər bir dini hakimiyyət (İmam Zamanın (ə) zührundan əvvəl olarsa) məğlub olmağa səbəb olacaq və İmam Zamanın hökumət təşkil verməsinə mane olacaqdır.

Bu düşüncə bais olur ki, bu təşkilat məhv olsun, çünki əgər bir təşkilat ki, inqilab içində, İran camaatının namayəndələrini və imam Xumeyninin (rəh) fikirlərini məhkum edirdisə, İslam inqilabının qələsindən sonra, zəiflədi və o təşkilat dörd- beş ay həyəcan və heyrət içində oldu. Bundan sonra bir dəfəlik fikir dəyişikliyi oldu və yavaş- yavaş məclisləri tətil olmağa başladı. Təşkilatda olan bəzi üzvlərin etirazı nəticəsində o dəyişiklik qanuni oldu. İmam Xumeyninin 1362- ci il mordad ayının 5- də ki, çıxışlarından sonra rəsmi şəkildə onun tətil olunması elan olundu.

Baxmayaraq rəsmi olmayan bir halda öz fəaliyyətini həyata keçirir.

Ətreaflı cavab

Höccətiyyə təşkilatının adı Şeyx Məhmud hələbinin (bu təşkilatın təsisçisi) adıyla bağlı olduğu üçün onun həyatına qısa işarə edirik:

Şeyx Mahmud hələbi, siyasətçi ruhanilərdən idi ki, milli neft hərəkatı zamanı çoxlu odlu və kəsərli çıxışlar edərək camaatı Ayətullah Kaşanidən himayət etməyə çağırırdı.

Amma milli neft inqilabının rəhbərləriylə müxalifət etdiyi üçün birdəfəlik geri çəkilib siyasətdən uzaq oldu, bir çox dini inqilab rəhbərləri kimi ki, siyasətdən naümid oldular. O da bu nəticəyə gəldi ki, siyasət meydanını siyasətçilərə bağışlamaq lazımdır.

O əvvəllər Müslim ibni Əqil[1] heyətinin, bəhailər barəsində tədqiq və yazıçılıq məmuru kimi fəaliyyətə başladı.[2]

O 1332- ci il mordad ayının 28- i dövrlərində, Höccətiyyə təşkilatının bəhaiyyə məzhəbiylə mübarizə məqsədiylə təsis etdi.[3]

Bu təşkilat qurum baxımından çox qarışıq və anlaşılmaz bir təşkilat, o cümlədən: Tədris, tədqiq, yazıçılq, hidayət, xarici ölkələrlə əlaqələr və konfranslar; bütün bunlar müdiriyyətlər heyəti nəzarəti altında Şeyx Məhmud hələbi rəhbərliyində işləyirdilər.[4],[5]

Höccətiyyə təşkilatının etiqadı:

1.             İmam Zamanın (ə) zühuru barəsində narəva nişanələr və təhlillər etmək, o cümlədən bu hədis kimi: Allah- Taala dünyanı ədalət və haqq ilə dolduracaq, o cür ki, zülm və haqsızlıqla dolu olan bir zamandır.[6],[7]

O cür ki, təkid edirdi imam Zamanın (ə) zuhurunun əlamətlərindən biri də budur ki, günah və fəsad yer üzündə o qədər çox olacaq ki, insan, Allahın ən çirkin yaradmışı kimi hesab olunacaq. Bu zaman Allah onları üç bəlaya düçar edəcək, zalim rəhbər, zaman darlığı, hakimin zülmü.[8]

2.             Dinlə siyasət arasındakı rabitəylə bağlı bu fikirdə idilər: Din siyasətdən ayrılır, bu təşkilatın əsas siyasi fikri bundan ibarət idi ki, İmam Zamanın (ə) qeybəti dövründə siyasi çərçivəsinə daxil olmaq səhvdir. Bu fikir onların qanunlarında da gəlmiş və öz iclaslarında onu təbliğ edirdilər və bundan əlavə təşkilarda üzv olmağın şərtlərindən biri də sayılırdı. Əgər bu şərtlə müxalifət olunardısa təşkilatdan kənarlaşdırılırdı.[9]

3.             İmam Zamanın (ə) zühurundan əvvəl dini hakimiyyət təşkil vermək barəsində deyirdilər: İmam Zaman (ə) hakimiyyət təşkil verməyə razılıq vermir və hər bir dini hakimiyyət məğlub və nabud olacaq və hökumət təşkil vermək imam Zamanın dünyaya hakim olmasına mane olur.[10], [11]

4.             Təşkilatın hər bir zalım rəhbərlə mübarizə barəsində etiqadı, inanırlar ki, qeybət dövründə, intizarda olan şəxsin döyüş və mübarizəsi o qədər də aşkar deyildir: çünki o böyük müharibə üçün bütün qüvvələri və döyüş- sursatları saxlamaq lazımdır... və gizli saxlamaq lazımdır və bundan da üstün səbirli olmaq lazımdır.[12] Bunun üçün də şiddətli olaraq İmam Xumeyninin (r) inqilabıyla müxalif idilər.[13]

Təşkilatın fəaliyyətləri:

1.             Bəhaiyyə məzhəbiylə mübarizə.

2.             Pepsi və kokakolayla mübarizə və onu əvəz edən kokakola və kanadayla əvəz edirdilər.

3.             Klublarda verilən kinolarla mübarizə və onların yerinə komediya tamaşalarının verilməsi.

4.             Əhli- sünnətlə müxalifət, Əmirəl- möminin Əli (ə)- ın şücaət və fəzilətlərini intişar etmək və ona münasib şəkillərin buraxılması.

5.             Fəlsəfə və irfanla müxalifətçilik və bu əsnada onu bu iki elmə[14] bidət (dinə əlavə etmək) kimi bilirdilər.

6.             İmam Xumeynini və İran camaatının İslam inqilabıyla müxalifətçilik.

Bu düşüncə və fikir bununla nəticələndi ki, bu təşkilat məhv olsun, çünki bir təşkilat əgər inqilab dövründə, İmam Xumeynini və keçirilən nümayişləri məhkum edirdi və İslam inqilabından sonra məğlub oldu; beş- altı ay müddətində öz möhkəmliyini itirdi və ondan sonra bir dəfəlik olaraq fikir ayrılığı yarandı və yavaş- yavaş təşkil olan iclasları tətil olundu və bəzi üzvlərin təsiri nəticəsində əsasnamələrində qanun dəyişiklikləri oldu.[15]

(1983) 1362- ci il mordad ayının 5- də İmam Xumeyninin çıxışlarından sonra rəsmi olaraq o təşkilatın tətil olması elan olundu: Baxmayaraq mümkündür ki, rəsmi olmayaraq fəaliyyət göstərir.



[1] - İslam təlifatları nəzarətində olan təşkilatlardan biri.

[2] - Cərəyan şunasiye əncuməne höccətiyyə, Seyyid Ziyauddin Ulya nəsəb, Salman Ələvi Niku, səh 13- 14- 15- 16- 17.

[3] - Həmin, səh 17.

[4] - Həmin, səh 97.

[5] - Nümayəndəliklərin fəaliyyətiylə daha ətraflı məlumat əldə etmək üçün bax: Həmin səh 97- 98.

[6] - Bu rəvayət müxtəlif ibarətlərdə bizim hədis mənbələrimizdə gəlmişdir: Usul- Kafi, cild 1, səh 41. Biharul- əl- ənvar, cild 3, səh 268, cild 36, səh 359, cild 51, səh 360, cild 52, səh 151.

[7] - rəvayətin düzgün təhlili üçün bax: Həmin səh 67- 68.

[8] - Həmin, səh 54.

[9] - Həmin, səh 75- 76- 77- 78.

[10] - Həmin, səh 78.

[11] - Bu nəzəriyyəni rədd etmək üçün, bax: İmam Xumeyni və şəhid Bahunərin nəzəriyyəsi, həmin səh, 78- 79- 80.

[12] - Həmin, səh 57. Onlar bu nəzəriyyəni sabit etmək üçün, təqiyyə, elmi mübarizə, etiqad və təqlid kimi dəlillərdən istifadə etmişdirlər. Bu nəzəriyyəni rədd etmək üçün dəlillər barəsində məlumat əldə etmək üçün, bax: həmin səh 78- 79.

[13] - Təşkilatın İmam Xumeyniylə müxalifətindən məlumat əldə etmək üçün bax: Həmin, səh 143- 172.

[14] - Həmin, səh 22- 24- 94.

[15] - Həmin, səh 27- 28- 31- 37- 55- 113- 145- 147.

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    163817 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    158929 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    118692 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    111825 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    105465 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    92531 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54101 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    49266 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    44881 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    44338 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...