Please Wait
5706
Əzəmətli mərcəyi-təqlidlərin dəftərxanalarından verilən cavablar:
Ayətullah Xamenei:
“Camaat namazı qılmaq müqabilində pul almaq olmaz. Əlbəttə, əgər gediş-gəliş haqqı, maşın kirayəsi və s. ünvanla olsa işkalı (eybi) yoxdur. Amma dövlət tərəfindən (camaat namazı qılmaq müqabilində) aylıq maaş almağa gəldikdə isə, bunun hökmü müxtəlif hallarda, ayrı-ayrı şəxslər və dövlətlə əlaqədar fərqlənir.”[1]
Ayətullah Məkarim Şirazi:
“Bu kimi məsələlərdə gərək həmin ölkənin böyük şəxsiyyətli alimlərinə müraciət olunsun. Çünki onlar həmin yerin məsələlərindən daha çox agahdırlar.”[2]
Ayətullah Safi Gülpayiqani:
“Əgər dövlətdən maaş almaq ruhani üçün bir vəzifə icad olunmasına səbəb olarsa –necə ki, bəzi ölkələrdə belədir – maaş almaq caiz deyildir. Həmçinin əgər dövlət islam dövləti olmazsa, yenə də (bu işə görə) əmək haqqı almaq caiz deyildir.”[3]
[1] لاَ یجُوزُ اَخْذُ الْاُجْرَةِ مُقَابِلَ الصَّلاَةِ بِالناَّسِ، نَعَمْ لاَ مَانِعَ مِنْ اَخْذِ تَکَالِیفِ الذَّهَابِ وَ الْاِیابِ وَ تَهْیئَةِ الْمُقَدَّمَاتِ،وَ اَمَّا اَخْذُ الرَّاتِبِ مِنَ الدُّولَةِ فَیخْتَلِفُ حُکْمُهُ بِاخْتِلَافِ الْمَوَارِدِ وَ الْحَالَاتِ وَ الْاَشْخَاصِ وَ الدُّوَلِ. وَاللهُ الْعَالِمُ
[2] رَاجِعُوا فِی اَمْثَالِ هٰذِهِ الْمَسَائِلِ اِلَى کِبَارِ عُلَمَاءِ الْبَلَدِ فَاِنَّ الشَّاهِدَ یَرَى مَا لَا یَرَى الْغَائِبُ
[3] اِنْ کَانَ قَبْضُ الرَّوَاتِبِ مِنَ الدُّولَةِ یجْعَلُ الْحَوْزَوِیَّ مُوَظَّفاً عِنْدَهَا کَمَا هُوَ الْمَعْرُوفُ فِی بَعْضِ الْبِلَادِ فَهُوَ غَیرُ جَائِزٍ وَ لَمْ تَکُنِ الدُّولَةُ مُؤَسَّسَةً عَلَی النِّظَامِ الْاِسْلَامِی