Ətraflı axtarış
Baxanların
11416
İnternetə qoyma tarixi: 2010/09/27
Sualın xülasəsi
Bəndəlik nədir? Bəndə kimdir? Bəndəlik yolu ilə necə getmək olar?
Sual
Bəndəlik nədir? Bəndə kimdir? Bəndəlik yolu ilə necə getmək olar?
Qısa cavab

Lüğət alimləri abadəti xüzu və zəlilliyin sonu mənasında məna edirlər. Onlar deyirlər: İbadət xuzu və təvazönün ən üstün mərhələsi olduğuna görə, yalnız o şəxsə layiqdir ki, ehsan və nemətin və vücud və təkamülün ən uca mərhələsi onda olsun. Bu cəhətdən Allahdan qeyrisinə olan ibadət şirkdir, çünki, ibadətdə ixlas baş verməmişdir.

Bəndəlik üç şeydə xülasələnir:

Birinci: budur ki, bəndə Allahın ona minnət qoyub və bağışladığı şeyi öz malı və özünü onun sahibi bilməsin. Ona görə ki, bəndələrin mülkü yoxdur. Malı Allah malı bilib və onu Allahın buyurduğu yerdə qoyarlar.

İkinci: Allah bəndəsi, özü üçün tədbir və plan tökməz.

Üçüncü: Bəndənin məşğuliyyətinin hamısı, Allahın ona əmr edib ya ondan nəhy etdiyi şeyə aid olsun. Bu sözlə, həm bəndəlik vilayət açarıdır və olur və həm də onu əldə etməyin yolu. Bəndəlik vilayət açarıdır və bəndə adı, adların ən yaxşısıdır. Kamil insan, Allahda fani və ilahi isimlərdə məğlub olan, Allah bəndəsidir.

Deməli Alahın bəndəsi o şəxsdir ki, Allaha itaət etmək onun şirinliyi və Allahın məhəbbəti onun ləzzəti olar. Öz Allahına ehtiyacını və öz əhvalatını ona deyə və öz təvəkkül və etimadın Allaha bağlaya.

Ətreaflı cavab

Lüğət alimləri, ibadəti xuzu və zəlilliyin sonu mənasında məna edirlər. Onlar deyirlər: İbadət xuzu və təvazönün ən üstün mərhələsi olduğuna görə, yalnız o şəxsə layiqdir ki, ehsan və nemətin və vücud və təkamülün ən uca mərhələsi onda olsun. Bu cəhətdən, Allahdan qeyrisinə olan ibadət şirkdir.[1]

İbadətin üç dərəcəsi var: Bəziləri axirət savabına yetişmək ümidi və əzabdan qorxduğuna görə, Allaha ibadət edirlər ki,[2] ümumi möminlərdirlər. Bəziləri, ibadət şərəfinə yetişmək və Allah onları öz bəndəsi çağırması üçün, Allaha ibadət edirlər. Bəziləri Allaha heybət və əzəmətinə və ona məhəbbət etdiklərinə görə, Allaha ibadət edirlər ki, bu dərəcə, ibadətin ən üstün dərəcəsidir.[3]

İmam Sadiq (ə)- ın buyurduğuna əsasən: Əbd (bəndə) kəlməsi üç hərfdən "əyn, ba, dal) təkil olubdur. "Əyn" bəndənin uca Allaha olan elm və yəqininə işarədir. "Ba" onun uca Allahdan qeyrisindən uzaqlıq və ayrılığına işarədir. "Dal" hərfi, bəndənin böyük Allaha heç bir vasitə və maneyə olmadan yaxınlığına işarədir.[4]

Bəndə varlığ və təkamülünün hamısında, özünü öz mövlasına borclu bilir. Ona görə də ona təslimdir. Özünü və həva- həvəsini nəzərə olmamaq, onu mövlanın kəmallar rənginə boyayır. O miqdar ki, islamın əziz Peyğəmbəri (s) buyurur: Allahın həqiqi bəndəsi o şəxsdir ki, Allaha itaət etmək onun şirinliyi və Allahın məhəbbəti onun ləzzəti olar. Öz Allahına hacət edə və öz əhvalatını ona danışa və etimad və təvəkkülünü ona bağlaya.[5]

Bəndəlik nədir?

İmam Sadiq (ə) buyurur: İbadət və bəndəliyin həqiqəti üç şeydir:

Birinci budur ki, bəndə Allahın ona minnət qoyub və bağışladığı şeyi öz mülkü hesablaya. Ona görə ki, bəndələrin mülkü olmaz, malı Alah malı bilər və onu Allahın buyurduğu yerdə qoyarlar. İkinci budur ki, Allah bəndəsi özü üçün tədbir və plan tökməsin. Üçüncü budur ki, bəndənin məşğuliyyətinin hamısı, Allahın ona əmr edib ya ondan nəhy etdiyi şeyə aid olsun.

Deməli, əgər Allah bəndəsi Alahın ona tapşırdığı şeylərdən də özü üçün mülkiyyət görməsə, infaq etmək onun üçün asan olan.Allah bəndəsi öz işlərinin tədbirini, onun tədbir edəninə tapşırsa, dünya çətinlikləri onun üçün asan olar. Allahın ona əmr edib və nəhy etdiyi şeyə məşğul olduğu zaman, camaata fəxr edib və özünü göstərməyə boş vaxt üçün fürsət tapmayacaq.

Ona görə də, Alah öz bəndəsini bu üç şeylə əzizlədiyinə görə, dünya həyatı və məxluqlar və iblislə davranış foması onun üçün asan olar. Camaatafəxr etmək və çoxlu mal- dövlət toplamaq məqsədilə, dünya dalınca getməz. camaatın əlində gördüyü mal, vəzifə və əzəmətdən olan hər şeyi, özünün dərəcəsinin ucalması üçün, işləməz və öz günlərini bihudə və puç keçirməz.[6]

Bəndəlik vilayətin açarıdır.[7] Bəndə adı adların ən yaxşısıdır. Ona görə də islamın əziz Peyğəmbəri (s), "Əbdüllahdır. Merac gecəsində bəndəlik istədi. "أضفنى إلیک بالعبودیة یا ربّ".

Əbu bəsirdən nəql olub ki, İmam Baqir (ə) buyurdu: Əmirəl möminin (ə) ın dualarından biri bu idi: Ey mənim Allahım! Sənin bəndən olmağım, mənim əziz olmağıma kifayətdir. Sənin mənim Allahım olmaq fəxri, mənim üçün kifayətdir. Ey mənim Allahım! Sənin mənim olmağını neçə istədiyim kimi, məni də istədiyin şeydə müvəffəq et.[8]

Kamil insan, Əbdüllahdır və insana aid təcəllilərin hamısına malikdir. Həzrət ilahidə fani vəilahi adlarla məölub ola. Xacə Əbdullah ənsarinin sözü necə gözəldir ki; İlahi, əgər bir dəfə "mənim bəndəm" desən, " mənim gülüşüm" ərşdən keçər. Hədisi qüdsidə deyilir: Ey mənim bəndəm. Mənə itaət et ki, səni də özüm kimi (ya özümə oxşar) edim, mən bir şeyə deyirəm ol, olur, sən də bir şeyə desən ol, olar.[9]

Deməli, İmam Sadiq (ə)- ın buyurduğu: "العبودیة جوهرة کنهها الربوبیّة" yəni uca Alaha bəndəlik bir cövhər və həqiqətdir ki, onun batini rububiyyətdir.[10] Bəndəlik vasitəsilə, insan nəfsi saflaşır və yuxarı aləmin nurlu şualarını özündə əks etdirməyə qadir olur. Təmizlik və saflığı nə qədər çox olsa, onun çəffaflığı da bir o qədər çox olacaq və həzrəti haqqın cilvələri onda daha çox təcəlla edəcək. O qədər ki, onun gizli və aşkara çıxmayan xilafəti, mütləq zühura yetişəcək və həyat göstəriciləri və varlıq aləminin hamısında Allah xəlifəsi olar, bilməlisiz ki, bu Allahlıq deyil, əksinə xilafət və nümayəndəlikdir ki, Allahlığın nəticələrinin özü onda zühur edir.

Qeyd etmək lazımdır ki, Allah xəlifəsi, Allahlıq işi görmür, əksinə Allah onun əli ilə öz işini zühur etdirir. Və onun nəfs qapısından özünü təcəlla etdirir və öz isim və sifətlərini aşkar edir. Ona görə də, Allaha arif olan, əzəli və əbədi olan Allahın cəlal və camalının tam göstəricisi olan güzgüsüdür. Peyğəmbərlərin möcüzələrinin, imamların və ilahi övliyaların kəramətlərinin hamısının dərəcələrində, həqiqətdə mütləq hakim və sonsuz fail Allahdır və Allah vəlisinin nəfsi fani olubdur. Bu "bəndəlik" dərəcəsidir. O dərəcə ki, uca Allaha itaət etmək nəticəsində yaranır.[11] Arif bu dərəcədə özünü "İsmullah" "Əlamətullah" və "Fani fillah" görər və digər varlıqları da belə görər. Əgər vəliy kamil olsa, mütləq ada sahib olar və onun üçün mütləq bəndəçilik baş verər və həqiqi Allah bəndəsi olar. Onun üçün "سبحان الذى اسرى بعبده" "bəndəsi gecə ikən seyrə aparan şəxs, münəzzəhdir."[12] Ayəsindəki əbd kəlməsi işlənə bilər ki, ehtiyac və bəndəlik qədəmilə ünsiyyət məclisinə, müqəddəs üfüqə və Allaha yaxın olan yerə meraca ucalmaqdır müstəqillik, mənəm- mənəmlik tozunu aradan aparmaq və təşəhhüdə bəndəçiliyə şəhadət verdikdən sonra, risalətə şəhadət verməkdir. Çünki, bəndəçilik risalətin pilləsidirsə möminin meracı və Peyğəmbərliyin meracının təzahürü olan namazda başladı. Bismillah ilə hicabları aradan aparandan sonra (hansı ki, bəndəçiliyin həqiqətidir) "سبحان الّذى اسرى بِنبیّه بمرقاة العبودیة المطلقة" "Münəzzəhdir o şəxs ki, Peyğəmbərini mütləq bəndəçilik nərdibanı ilə seyr etdirdi və onu bəndəçilik qədəmilə yeganəlik üfüqünə çəkdi və lahut və cəbərut məmləkət və mülk ölkəsindən xilas etdi. O pak nurun kölgəsində olan digər bəndələrini Allahın adlarından biri və Allahın adıyla yaranmış pillələrlə (hansı ki, onun batini bəndəçilikdir) Allaha yaxın meracına yetişdirdi:[13]

Niyyət və ixlasın ibadətdəki rolu

Niyət ümumi camaatın fikrində, tamah ya qorxu üzündən itaət etməyi iradə etməkdir. "یدعون ربهّم خوفاً و طمعاً"Elm əhlinin fikrində heybət və təzimə görə itaətə qəsd etməkdir. "فاعبد ربّک کانّک تراه و ان لم تکن تراه فانّه یراک"[14]

Məhəbbət və cazibə adamlarının fikrində, məhəbbət və eşq üzündən itaəti qəsd etməkdir. Övliyaların fikrincə, tabeçiliyə görə itaətə qəsd etməkdir, məşuqun camalını müstəqil, zatən və zatən və sifətən cənab rübubiyyətdə fəna olandan sonra, müşahidə etməkdir.[15]

Niyyətin ən böyük şərti, onun ixlaslı olmasıdır. İxlas ümumi insanların ibadətində, aşkar və gizli şirkdən paklamaqdır. Riya, ücb və fəxr kimi.

الا للّه الدین الخالص""Bilin, xalis din yalnız Allaha məxsusdur."[16] Məxsusi bəndələrin ibadətində, onların məsləkində şirk olan, qorxu və tamahdan onu paklamaqdır. Əshabi qulubun ibadətində isə, mərifət əhlinin məsləkində böyük küfr və şirk olan, müstəqillik və mənəm- mənəmlikdən paklamaqdır:

Bütlərin böyü, nəfsinizdir, çünki o büt ilan, bu isə əjdahadır.[17]

Kamillərin ibadətində, onu ibadət və bəndəçiliyin görünməsindən paklamaqdır, bəlkə də varlığın görünməsindən, necə ki, İmam Xumeyni (rh) buyurdu: "Qəlbi səlim odur ki, haqqa yetişə və onda haqdan başqa heç kəs olmasın."[18]

Ona bəndəlik padşahlıqdan yaxşıdır,

Ki, ənaxir şeytanın nəfəsidir

Fərq qoyub seç ey həbis,

Adəmin bəndəliyini iblisin təkəbbüründən

Dedi o şəxs ki, var onun yolunun günəşi

Gözəl söz, hər şəxs ki, nəfsi zəlildir.

Nəfsin zəlilliyi, xoş yataq yeridir,

O sifətlərin sahibinin məhcəi

Əgər bu kölgədən, üzün mənə tərəfdir,

Tez zalım olub, yolu itirərsən.[19]



[1] - İmam Xumeyni, Əsrarus- səlah, Mələkutda uçuş, tərcümə, Fəhri Seyyid Əhməd, cild 2, səh 190

[2] - Nəhcül- bəlağə, hikmət 237, Usulu- kafi, cild 2, səh 84, hədis 5

[3] - Damadi, Seyyid Məhəmməd, şərh bər məqaməte ərbəin, səh 125

[4] - Misbahuş-şəriə, bab 100

[5] - Şeyx Bəhai, Məhəmməd, Ərbəin

[6] - Məclisi, Biharul- ənvar, hurufi çapı, Heydəri çapxanası, cild 1, səh 224, hədis 17

[7] - Əllamə Təbatəayi, Məhəmməd Hüseyn, Təfsiri- mizan, cild 1, səh 277

[8] - Biharul- ənvar, Əl- camiə lidurəri əxbaril- əimmətil- əthar, cild 74, səh 402, Əl-

ikəmuz- zahirə, ənsarinin tərcüməsi, səh 488, hədis 1352.

[9] - Şirazi, Seyyid Həsən, kəlimətullah, səh 140, nömrə 154

[10] - Məhəmmədi Rey şəhri, Mizanul- hikmə, cild 6, rəvayət nömrə 11317

[11] - Hüseyni Tehrani, Seyyid Məhəmməd Hüseyn, Ənvarul- mələkut, cild 1, səh 288

[12] - İsra, ayə 1

[13] - İmam Xumeyni, sirus- səlat, İmam Xumeyninin əsərlərinin nəşr və tənzim müəssisəsi, səh 89

[14] - Səcdə, ayə 16

[15] - İmam Xumeyni, sirrus- səlat, İmam xumeynin əsərlərinin nəşr və tənzim müəssisəsi, səh 75- 76

[16] - Zümər, ayə 3

[17] - Mövləvi Cəlaləddin Məhəmməd, məsnəvi mənəvi, birinci dəftər, səh 22

[18] - İmam Xumeyni, sirus-səlat , səh 75

[19] - Mövləvi, Məsnəvi mənəvi, dördüncü dəftər

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Müslim ibn Əqilin qızlarının adı nə idi?
    12706 تاريخ بزرگان 2011/05/31
    Cənab Müslim ibn Əqilin həyatı barəsində olan kitabların hamısını araşdırarkən, bu nəticə ələ gəlir ki, cənab Müslimin Atikə və Həmidə adında iki qızı olubdur. Atikə Kərbəla hadisəsində Aşura günü düşmən xeymələrə hücum edərkən şəhid olur. Amma Həmidə Kərbəla əsirləri karvanında olub və cənab Müslimin nəsli yalnız onun vasitəsi ilə davam ...
  • "Əssəlamu ələl- Hüseyn və əla Əli ibnil Hüseyn və..." «اَلسَّلامُ عَلَى الْحُسَیْنِ وَ عَلى عَلِىِّ بْنِ الْحُسَیْنِ و ...» salamında Əli ibnil Hüseyn kimdir?
    18257 تاريخ بزرگان 2011/06/28
    Baxmayaraq ki, ziyarətnamə, təvəssül duası, pak İmamlara salavat və İmam Zeynəl- abidin və Əli Əkbər (ə)- dan qalan rəcəznamələrdən Əli ibnil Hüseynin o iki həzrətin müştərək adı olması istifadə olur, amma Aşura ziyarətinin zaman və məkan məsələsi ki, Aşura günü, Kərbəla məkanı və o gün öldürülənlərə işarə edir. Və həmçinin ...
  • Qurani- Kərimin hansı surəsində peyğəmbərin gecə namazı qılmasına hökm edilmişdir?
    8276 Təfsir 2011/10/31
    Peyğəmbərə gecə namazının əmr edilməsi Quranın bir neçə yerində bəyan edilmişdir. O cümlədən Allah Quranın Muzəmmil surəsində peyğəmbərə buyurur: “Gecəni qısa bir hissədən savayı ayaqa qalx.[1] Baxmayaraq ki, bu surədə müraciət olunan peyğəmbərdir (s), amma surənin davamından anlaşılır ki, möminlər də peyğəmbərin (s) bu proqramında birlikdə olmuşlar. İndi ...
  • Һәр бир мүсәлманын илк әввәлдә билмәли олдуғу етигады нәдир?
    7748 Qədim kəlam 2010/09/29
    Һәр бир инсан кәлмеји-шәһадәтини јәни, “Әшһәду ән ла илаһә илләллаһ вә әшһәду әннә Мәһәммәдән рәсулуллаһ” (шәһадәт верирәм ки, Аллаһдан башга танры јохдур вә Мәһәммәд Аллаһын елчисидир) – демәклә мүсәлман олур вә бүтүн Ислам ганунлары онун үчүн тәтбиг олунур. Бәдәни пак вә һимајәсиндә олан һәдди булуға чатмајан ...
  • Əhli- sünnənin baxışını nəzərə alaraq, şiə fiqhinin nəzərindən səfərdə namazı şikəstə qılmaq rüsxətdir yoxsa vacib?
    12497 Nizamlar hüquq və əhkam 2012/07/16
    Yəqini olan məzələ budur ki, beş namaz əvvəlcə iki rəkət formasında qanuniləşibdir. Həmçinin heç bir şəkk yoxdur ki, həzərdə (vətəndə) olan namaza iki rükət əlavə olubdur. İndi müzakirə mövzusu budur ki, səfərdə olan namaza da iki rükət əlavə olub ya yox? Şiənin fəqihləri İmamlar (ə)- ...
  • Bizə salam verərək “əssəlamu əleykum” deyən qeyri-müsəlman şəxsə cavabımız necə olmalıdır?
    7788 Nizamlar hüquq və əhkam 2012/04/09
    Dini təlimlərdə təkid olunan məsələlərdən biri də möminlərin bir-birinə salam verməsidir. Bu məsələ ilə əlaqədar bir neçə istisna halı vardır ki, onun nümunələrindən biri də qeyri-müsəlmana salam verməkdir. Fiqhi kitablarda qeyri-müsəlmana salam vermək məkruh (bəyənilməz iş) sayılır və buyurulur: “Kafirin salamının cavabında gərək qısa şəkildə (təkcə “əleykə” ...
  • Quran nəzərindən seçilmiş xalqın xüsusiyyətləri nədir?
    8112 Təfsir 2012/09/24
    Quranda “seçilmiş xalq” və onun xüsusiyyətləri ilə əlaqədar nazil olan ayələri araşdırarkən aşağıdakı məsələlər əldə olunur: 1. Qurani-kərim peyğəmbərlərin ümmətindən heç birini bütün cəhətlərdən ideal olan bir xalq (qövm və ümmət) kimi təqdim etməmiş, əksinə onların ümmətlərinin əksəriyyətini məzəmmət etmişdir. 2. Qurani-kərim yalnız ...
  • Doğru və aldadıcı sübhdən məqsəd nədir?
    6733 Nizamlar hüquq və əhkam 2015/04/16
    Doğru və aldadıcı fəcr və ya sübhdən məqsəd fiqhdə və astronomiyada işlədilən terminlərdir. Onlardan məqsəd gecə və gündüzdə müəyyən vaxtları bildirməkdir. Yalançı yaxud aldadıcı sübh məşriq səmtində ağartı və işıqlanmanın əmələ gəlməsinə deyirlər. Bu vaxtda sübh namazın qılmaq olmaz. Doğru və ya sadiq fəcr və sübh çağı ...
  • Ümumiyyətlə tato haramdır?
    15938 Nizamlar hüquq və əhkam 2015/05/04
    Həzrəti Ayətullah ul üzma Sistaninin ofisi (Allah onun ömrün uzun etsin) Özü- özlüyündə caizdir, icazə verilir. Həzrəti Ayətullah ul üzma Məkarim Şirazinin ofisi (Allah onun ömrün uzun etsin) Əgər bədən üçün xüsusi bir zərəri yoxdursa və əxlaqa zidd şəkillər onda olmasa icazə verilir. Hər halda dəstəmaz və ...
  • Nə üçün həzrət Məhəmmədin (s) dörd qadından çox arvad almasına icazəsi var idi?
    15385 Məsumların (Əleyhimussəlam) sirəsi 2011/06/21
    Peyğəmbərin (s) qadınlareının çox olması mövzusu daim insanlar üçün sual amili olmuşdur.Biz bu məqalədə gərək bəzi məsələlərə toxunmaqla müxatəbin zehnini bu kimi suallardan təmizləyək:1). Birincisi: "Dörd qadından artıq arvad almaq mövzusu haram olmazdan öncə Peyğəmbərimiz bu qadınla ailə qurmuşdu.2). Peyğəmbərimizin bu ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    164804 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    164285 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    119876 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    113911 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    111044 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    94210 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54915 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    54575 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    46296 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    45900 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...