Ətraflı axtarış
Baxanların
7037
İnternetə qoyma tarixi: 2011/04/13
Sualın xülasəsi
Hər hansı bir gənc həcc və ömrə ziyarətinə getməzdən öncə nəfsinin saflaşması üçün nə etməlidir?
Sual
Lütfən bir cavanın həcc və ömrə ziyarətindən öncə nəfsini necə saflaşdırmasının yollarını açıqlayın.
Qısa cavab

Aşağıda qeyd olunan əməlləri yerinə yetirmək, mənəvi səfərin daha faydalı olması üçün zəruridir:

1). İnsan gərək niyyətini yalnız Allaha xatir etsin və bu işi Allahdan qeyrisi üçün nəzərdə tutmasın. Yəni niyyətini ixlasla yerinə yetirsin.

2). Bütün günahlardan tövbə etsin.

3). Kiminsə haqqı boynunda varsa kiməsə borcu və ya başqa) ondan halallıq alsın və ya borcludursa qaytarsın.

4). İlahi vacibləri (əgər boynunda varsa) yerinə yetirsin. Məsələn: Xums, zəkat və sair. kimi borclarını ödəsin.

5). O şeylər ki, onun zehnini, fikrini və niyyətini yayındırır (dünya malı və sair) gərək onları fikrindən atsın və bu mənəvi səfərdə belə şeylərə diqqət yetirməsin.

Ətreaflı cavab

Bildiyimiz kimi həcc və ömrə ziyarətləri ən faydalı və mənəvi ziyarətlərdəndir. İnsan bu ziyarətlərdən bacardıqca istifadə edib öz mənəviyyatını bəhrələndirmək istəyir. Amma bu mənəvi ziyarətə qədəm qoymazdan öncə insan gərək bir sıra vacib əməlləri yerinə yetirsin ki, daha da artıq bəhrələnə bilsin. Onlardan bir neçəsini aşağıda qeyd edirik:

1). Öz niyyətini yalnız Allah Taala üçün xalis etsin; heç bir dünya malına diqqət yetirməsin; riyadan, töhmətdən, qeybətdən, nifrətə səbəb olan işlərdən, həccin abr- heysiyyətini aparan işlərdən, ticarətdən və qəlbi qaraldan bir sıra işlərdən qətiyyətlə çəkinməlidir. Çünki bütün bu işlər insanı Allahdan uzaqlaşdırır və bu mənəvi ziyarətin savabını aradan aparır. Bundan əlavə nəzərdə tutulmuş bütün savablara mane olur. (həcc üçün nəzərdə tutulan savab, yəni İlahi tərəfindən vədə olunmuş savab).

2). Bütün günahlardan tövbə etməlidir. Yəni bütün günahlardan peşiman olduğunu iqrar etsin və bir daha o günahlara getməyəcəyinə söz versin. Həmçinin bu günahlar sayəsində hər növ ziyan və xəsarəti ödəsin və Allah- Taaladan bağışlanmaq diləsin, kiminsə haqqını aradan aparıbsa, kiminsə haqqını yeyibsə və ya kiminsə haqqının aradan getməsinə səbəb olubsa hamısından halallıq almalı və onların əmlakın qaytarmalıdır.

Bir sözlə bütün maddi və mənəvi borcları ödəməlidir. Məsələn: Əgər kiməsə töhmət vurubsa və ya qeybətin edibsə insanlar arasında onun yaxşılığından danışmaq onu tərifləməlidir. O kəslər üçün Allah Taaladan bağışlanmaq diləməlidir. Amma o günahların ki, kəffarəsi vardır ya ödəməli və ya da ödəməsini niyyət etməlidir. Bundan əlavə günahın onda qoyduğu təsirin aradan getməsi üçün bəzi əxlaq kitablarına müraciət etməlidir. Məsələn: Mərhum Məraqinin "Meracul- əssadə" kitabı bunun üçün olduqca əlverişlidir.

3). Əgər bu yaşına kmi xums verməyibsə və ya xumsu olmayıbsa özünə xums ili təyin etməli və xumsunu həmin tarix etibarı ilə ödəməlidir.

4). Məkkə torpaqlarına qədəm qoyduqdan sonra, həcc əməllərini yerinə yetirməzdən öncə, onu dünyaya bağlayan fikirlərdən uzaq olmalıdır. Bütün fikrini Allahın və İlahi əməllərə yönəltməlidir.

5). Bütün həcc səfərinin məxaricini halal yolla ələ gətirməli və bu yolda səxavətlə onu xərcləməlidir.

6). Bütün səfər yoldaşları ilə mehriban rəftar etməli və əməllərini təvazö ilə yerinə yetirməlidir. Allahın razılığı olmayan işləri yerinə yetirməməli, acı dil olmamalı, bihudə sözlər danışmamalıdır.

Ümumiyyətlə mübahisəli sözlərdən çəkinməlidir.

7). Bütün işlərində özünü görməməzliyə vuraraq yalnız Allaha təvəkkül etməlidir. Yalnız Allahdan kömək diləməli özünü Allaha tərəf çəkməlidir. Bu zaman ziyarəti qəbul halda evə (vətənə) dönə bilər.[1]



[1] - Bax: Əllamə Məclisi, Biharul- ənvar, cild 96, səh 124- 126, Beyrut çapı, Darul vəfa, 1404. h.

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Əgər sərvət toplamağı pisləyən rəvayətlər düz olarsa insanların hətta bəzi alimlərin sərvətli olması necə həll olur?
    7093 İqtisad fəlsəfəsi 2011/10/17
    Birinci: Qeyd olunan rəvayətlər düzdür sənəd cəhətindən zəifdir, amma bu haqda başqa rəvayəti nəzərə alanda sənədin zəif olması düzəlir. Məzmun nəzərindən bu rəvayət o sərvət toplamağa işarə edir ki, ya qeyri şəri yollardan ələ gəlib yada o sərvətin xums və zəkat kimi mali və maddi təklifləri ...
  • Hansı şeylər namazı batil edir?
    16340 Nizamlar hüquq və əhkam 2012/02/12
    12 şey namazı batil edir ki, onlara namazın mübtilatı deyirlər.1.             Namazın əsnasında onun şərtlərindən hər hansı birinin pozulması.2.             Namaz əsnasında dəstəmazı və ya qüslü batil edən şeylərin baş verməsi.3.            
  • Siffeyn və Nəhrəvan müharibələrinin baş vermə səbəbləri nə idi?
    14203 تاريخ کلام 2012/04/19
    Siffeyn müharibəsinin ən mühüm səbəbi Müaviyənin həzrət Əli (əleyhis-salam)-a beyətdən imtina etməsi idi. O, Əli (əleyhis-salam)-ı Osmanın qətlində müttəhim edirdi. Bu müharibədə Əli (əleyhis-salam)-ın qoşunu tam və qəti qələbə ərəfəsində olan zaman Əmr Asın hiyləsi ilə Müaviyənin xeyrinə tamam oldu və həkəmeyn (münsiflər) hadisəsi ilə imam Əli ...
  • Duanın təsir etməsi onu ərəb dilində oxumağa bağlıdırmı?
    7512 Əməli əxlaq 2011/06/27
    Duaların ərəb dilində oxunmasının lazım olmamasına baxmayaraq, hətta namazda duanın fars dilində deyilməsi icazəlidir, amma daha yaxşısı budur ki, İmamlar (ə)- dan olan dualar onların mənalarına diqqət etməklə, ərəb dilində oxusun. Aşağıdakı məsələ bu işin sübutunu bizim üçün aydınlaşdırır: Quran Allahın bəşərə olan sözü olduğu kimi, İmamlar (ə)- ın ...
  • qadın xanəndəsinin səsini eştiməyin nə hökmü var?
    7202 Əhkam və hüquq fəlsəfəsi 2015/06/29
    Bu sual haqqında əvvəlcədən qeyd etməliyik ki, qadın insanı vəcdə gətirən və adi halətindən çıxaran xanəndəçiliklə məşğul olmamalıdır. Bütün fəqihlər yekdilliklə istər örpəkdə olsun, istərsə də başı açıq belə bir əməlin qadın üçün haram olmasına fətva veriblər. Amma, qadının ğina və həyəcansız xanəndəlik etməsi haqqında alimlər arasında ...
  • Aya ruku halında dua etmək müstəhəbdirmi?
    6604 Nizamlar hüquq və əhkam 2011/10/31
    Rukunun zikrləri barəsində demək olar ki, insan rukuda olduğu zaman hər bir zikri istəyirsə deyə bilər. Amma ehtiyat[1] olaraq üç dəfə "Sübhan allah" və yaxud bir dəfə "Subhanə allahi- rəbbiəl əzimi və bi həmdih" zikri qədərində olmalıdır.[2] Amma rukuda deyilən zikrlər barəsində ki, ...
  • Rizq (ruzi) barəsində nə kimi rəvayətlər vardır? Halal ruzini hansı yollarla əldə etmək olar? Ruzinin artması üçün hansı dualar vardır?
    18679 Əməli əxlaq 2012/04/09
    Ruzini maddi nümunələrdə həsr edən adi camaatın təsəvvürünün əksinə olaraq, rəvayətlərdə ruzi kəlməsi geniş mənalara malikdir və Allahın verdiyi bütün nemətlərə şamildir – istər maddi nemətlər olsun, istərsə də mənəvi. Bununla belə, maddi ruzilər barəsində də bir çox rəvayətlər vardır ki, ətraflı cavabda onların bir neçəsi qeyd ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    55078 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Başqalarını söymək və təhqir etməyin hökmü nədir?
    18082 خوش رفتاری 2015/08/01
    İslam müsəlmanların və xüsusilə, möminərin abır-həyalarını həmişə yüksək səviyyədə qorumağı tapşırır. İmam Kazimdən (əleyhissalam)nəql olunur ki, bir gün Məkkədə Kəbə evinin qarşısında durub Kəbəyə belə xitab edir: “Ey Kəbə! Sənin haqqın nə qədər böyükdür. Amma, Allaha and olsun ki, möminin haqqı sənin haqqından üstündür.”[1]
  • Aya həzrət Məhdi (ə. c.) təzə din və Qurandan başqa bir kitab gətirəcəkdirmi?
    6566 Qədim kəlam 2011/10/13
    Bildiyimiz kimi İslam dini Allah tərəfindən və bütün səmavi dinləri kamil edən bir din kimi Peyğəmbərə (ə) nazil olmuş və qiyamət gününə kimi sabit və dəyişilməzdir. Bütün İlahi övliyaları və məsum imamların vəzifəsi bundan ibarətdir ki, onu hifz edib və onu insanlar arasında nəşr etsinlər. O cür ki, həzrət Əli ...

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    165269 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    165045 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    120100 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    114338 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    111847 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    94499 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    55437 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    55078 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    46680 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    46117 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...