Ətraflı axtarış
Baxanların
14746
İnternetə qoyma tarixi: 2011/04/13
Sualın xülasəsi
Ata və ananın əmr və qadağalarının bir- birinin qarşısında olduğu zaman, övladın vəzifəsi nədir?
Sual
Ana övladı bir işə əmr edir, ata isə o işi görməməyə əmr edir. Belə hallarda övladın vəzifəsi nədir?
Qısa cavab

Quranda tövhid və şirki qadağan edəndən sonra əmr olunan ilahi vaciblərin ən böyüyü, valideynlərə hötmət və onları əzizləməkdir. Onların hər birinin bir- birinə zid əmr və qadağaları olan və övladın onların hər ikisinin istəkləri yerinə yetirə bilmədiyi yerlərin hökmü barəsində, deməliyik ki,bu barədə bizim iki cür rəvayətlərimiz var. rəvayətlərin bəzisində anaya hörmət və yaxşılıq mühüm sayılıbdır. Amma digərlərində isə atanın övladın boynunda ən böyük haqqa malik olması bildirilir. Bizim fikrimizcə rəvayətləri aşağıdakı formada cəmləmək olar: Ata üçün vilayətin isbat olduğu yerlərdə, məsələn bakirə qızın evlənməsi və ... vilayət sahibinin sözü qabağa salınır. Belə olmayan yerlərdə isə ananın əmri əvvəldə durur.

Ətreaflı cavab

Quranı- kərimdə Allah- Taala insanlara şirki qadağan edəndən sonra, ata- anaya yaxşılıq etməyi tövsiyə edibdir. Mərhum Əllamə Təba- təbayi deyir: Tövhiddən sonra ilahinin ən böyük vaciblərindən biri valideynə yaxşılıqdır.[1] Bu hörmət və yaxşılıqda mömin və kafir valideyn arasında heç bir fərq yoxdur. Çünki, Quran mütləq formada (heç bir xüsusiyyətsiz) buyurur: Ata- anaya yaxşılıq edin."[2]

Amma sizin sualınızın cavabında deməliyik:

A). Bəzən ata- ana birlikdə övladı günah və şəriətə zidd bir işi görməyə əmr edirlər. bu halda onlara itaət etmək vacib deyil.

Quran bu barədə buyurur: "Biz insana ata- anasına yaxşılıq etməyi tapşırdıq. Əgər onlar (müşrik olsalar) və bilmədiyin bir şeyi mənə şərik qoşmağı səndən istəsələr, onlara tabe olma."[3]

İmam Əli (ə) buyurur: "Allahın günahlarında məxluqa itaət etmək (kim olursa olsun) qəbul edilməzdir."[4]

Ya "Atanın haqqı budur ki, övlad Allahın günahlarından başqa bütün şeylərdə ona itaət etməlidir."[5]

İmam Rza (ə) bu barədə buyurur: "Ata- anaya yaxşılıq etmək vacibdir, müşrik olsalar belə. Amma əgər Allahın günahına əmr etsələr, onlara itaət olunmamalıdır."[6]

Amma bunlardan başqa yerlərdə, yəni müstəhəb, məkruh və mübahlarda onlarda itaət etmək lazımdır. Çünki, fəqihlər buyurublar:

  1. Əgər ata- və ana övladlarını müstəhəbbi oruc tutmaqdan çəkindirsələr, ehtiyat vacib budur ki, oruc tutmasın. Həmçinin əgər övladın müstəhəb orucu ata- ananın əziyyətinə səbəb olsa, tərk olunmalı və əgər oruc tutsa, iftar etməlidir.[7]

  2. Əgər ata ya ana öz övladlarına namazı camaatla qılmağı əmr etsələr, ata- ananın itaəti vacib olduğuna görə, ehtiyatı vacibə əsasən, namazı camaatla qılmalı və müstəhəb niyyəti etməlidir.[8]

  3. namazı vaxtın əvəlində qılmaq müstəhəbdir. Amma əgər ata övladı müstəhəb ya mübah bir işi görməyə əmr etsə, onlara itaət etmək namazı vaxtın əvvəlində qılmaqdan önə keçir.[9]

B). Bəzən valideynlərin biri övladı şəriətə uyğun işə digəri isə Allahın günahı olan bir işə əmr edir. Bu halda yəqinən şəriətə uyğun olan şəxsin dediyinə əməl edilməlidir.

C) Bəzən ata və ana insandan mübah bir işi istəyirlər. Amma onların biri o işi etməyi, o biri isə etməməyi istəyirlər.

Bu barədə deməliyik: Əgər islam şəriətində, bakirə qızın evlənməsi və.... kimidə atanın vilayətinin olması ibadət olubsa, bu yerlərdə vilayət sahibinin sözünün qəbul olunması məlumdur.[10] Amma ata və ananın heç biri üçün vilayətin olması sübut olunmayıb, digər bir tərəfdən dini kitablarda Peyğəmbər (s)- dən nəql olub ki, bir kişi Peyğəmbərin yanına gəldi və kimə yaxşılıq etməsini soruşdu. Həzrət buyurdu: Anana yaxşılıq et. İkinci dəfə soruşdu. Həzrət cavab verdi: Anana. Üçüncü dəfə soruşdu. Həzrət yenə buyurdu: Anana. Dördüncü dəfə soruşanda, buyurdu: Atana.[11]

Digər bir tərəfdən bəzi rəvayətlərdə gəlibdir: Peyğəmbər (s-) dən sual olundu: Kimin insanın boynunda böyük haqqı var? Buyurdu: Atanın haqqı onun boynundadır.[12] Yaxud digər bir rəvayətdə Peyğəmbər (s) buyurur: Sən və sənin malik olduğun mallar, atanındır.[13]

Bu rəvayətlərin nəticəsi və belə hadisləri necə cəm etmək olar barədə, deyirik: Ata və anaya[14] günahlara əmr və vaciblərdən çəkindirməkdən qeyri yerlərdə itaət etməyin vacibliyini, bəzi yerlərdə bütün alimlər qəbul edirlər. dini kitablardan anlamaq olar ki, belə yerlərdə övlad ananın tərəfinə daha çox riayət etməlidir.[15]

Bizim sübutlarımız bunlardır:

1.     dediyimiz kimi, Peyğəmbər (s) üç dəfə anaya yaxşılıq etməyə əmr edib və dördüncü dəfə ataya yaxşılıq etməyə əmr edibdir.

2.     Baxmayaraq ki, keçən rəvayət atanın haqqını ən böyük haqq bilir, amma digər rəvayətlərdən istifadə olunur ki, ananın haqqı daha böyükdür.

Məsələn Peyğəmbər (s)- dən sual olundu ki, atanın haqqı nədir?

Buyurdu: Nə qədər diridir ona itaət etməlisən. Sual olundu: Ananın haqqı nədir? Buyurdu: "Heyhat, heyhat, əgər səhraların qumu qədər və yağışın damcıları qədər anana xidmət etsən də, onun qarnında olduğun bir günə bərabər olmayacaq."[16]

3.     Ananın ruhiyyəsi daha çox həssasdır. Belə bir ruhiyyə daha çox məhhəbət istəyir. Belə bir yerlərdə ananın sözünü qabağa salmaq, xilqətin istəyinə uyğundur.

Hər halda, yaddan çıxarmaq olmaz ki, belə yerlərdə övlad, mümkün qədən ananın əmrinə itaət üçün elə yollardan istifadə etməlidir ki, atanın əziyyətinə də səbəb olmasın.



[1] - Təba- təbayi, Məhəmməd Hüseyn, (tərcümə) Əl- mizan, cild 13, İsra surəsinin 14- 24- cü ayələri.

[2] - Ənam, 151, həmçinin İmam Baqir (ə)- dan olan bir rəvayətdə deyilir: Valideynlərə yaxşılıq edin, günahkar da olsalar, yaxşı iş görən də." Biharul- ənvar, cild 71, səh 56, vəfa çapı, Beyrut.

3] - Ənkəbut, 8, Loqman, 15, Onun ardınca deyir: Amma o iki nəfərlə, (ata- ana) dünyada layiqincə rəftar et.

[4] - "لا طاعة لمخلوق فی معصیة‌ الخالق" Nəhcül- bəlağə, hikmətli sözlər, 165.

[5] - "اِنَّ لِلْوالِدِ عَلَی الْوَلَدِ حَقّاً … فَحَقُّ الْوالِدِ اَنْ یُطیعَهُ فی کُلِّ شَیْءٍ اِلّا فی مَعْصِیَةِ اللهِ" Nəhcül- bəlağə, hikmətli sözlər, 399.

[6] - Məclisi, Biharul- ənvar, cild 71, səh 72.

[7] - İzahlı hökmlər (İmam Xumeyni) cild 1, səh 966, 1741- ci məsələ.

[8] - İzahlı hökmlər (İmam Xumeyni) cild 1, səh 769, 1406- cı məsələ.

[9] - Mərhum şəhid Qəvaiddə buyurub: Digərlərinə nisbət vacib ya haram olan şeyin ata və anaya nisbət vacib olmasında heç bir şəkk yoxdur. Ata və ananın bəzi xüsusiyyətləri də var ki, aşağıdakılardır:

Bir. Ata və ananın razılığı və icazəsi olmadan edilən müstəhəb ya mübah səfər, haramdır.

İki. Hər bir halda ata və anaya itaət etmək vacibdir, hətta şübhəli yerdə. Çünki şübhəlini tərk etmək müstəhəb, ata və anaya itaət etmək isə vacibdir.

Üç. Əgər ata və ana onu səsləsə təxirə salsın və onların cavabını versin.

Dörd: Əgər camaat namazında iştirak etməsinə qadağa qoysalar, zehnə uyğun budur ki, qəbul etmək lazım deyil. Amma valideynə çətinlik yaratsa olmaz. Məsələn gecənin qaranlığında işa və sübh vaxtı getsə.

Beş. Cihadın təyini deyil, kifayi vacib olduğu yerdə onun cihada getməsini qadağan edə bilərlər.

Altı. Əgər müstəhəbbi namaz qılırsa və ata- anası onu çağırsalar, namazın kəsməli və cavab verməlidir.

Yeddi. Ata icazə verməsə övlad müstəhəbbi oruc tuta bilməz. bunların hamısı qüvvə və gücü həddindədir. Baxın: Əl- qəvaid vəl- fəvaid, cild 2, səh 47- 49.

[10] - Baxın: Vəsaigüş- şiə, İslamiyyə çapı, cild 14, səh 11- 120.

[11] - Məclisi, Biharul- ənvar, cild 71, valideynlərin hüququ babı, Kafi, cild 2, səh 159.

[12] - Şeyx Hürr Amuli, vəsailüş- şiə, İslamiyyə çapı, cild 14, səh 112, h 253000

«مَنْ أَعْظَمُ النَّاسِ حَقّاً عَلَى الرَّجُلِ قَالَ وَالِدُه»

[13] - Səduq, Məaniul- əxbar, cild 1, səh 257, Camiye müdərrisin çapı.

[14] - Əlbəttə diqqət etmək lazımdır ki, fəqihlər ata və anaya itaət etməyin vacibliyi yaxud onlara əziyyət etməyin haramlığı barəsində bəhslər ediblər. Onların bəzisi itaətin vacib olmaması, amma əziyyət etmələrinin haram olması nəzəriyyəsini veriblər. Onlar buyurublar: Valideynlərin əziyyətinə səbəb olan və övlada vacib olmayan işi etməməlidirlər, ya da ata- anadan gizlətsin yaxud onları razı salsın, amma onlara itaət etmək, valideynə itaət etmək kimi vacib deyil. (əksinə onlara əziyyət etmək haramdır). Təbrizi, Cavadi yeni suallar, məsələ 2230. Birinci çap, surur nəşriyyatı, Fazil Məhəmməd, Cameul- məsail, cild 1, məsələ 2188, İmam Xumeyni, Mərcələrin izahlı hökmləri, cild 2, Müxtəlif məsələlər, məsələ 85, çap birinci, İslami nəşriyyatı, səh 675.

[15] - Baxın: Mərhum Mirzayi Qumi, Cameuş- şitat fi əcvibətüs- sualatda, cild 1, səh 241, Buyurur: Əgər ata və ananın razılığın ələ almaqla iki yol ayrıcında qalsa və ikisinin də razılığın almaq mümkün olmasa, ananın razılığını atanın razılığından qabağa salmaq ağıla uyğundur.

[16] - Mustədrəkul- vəsail, cild 15, səh 204, rəvayət, 19- 18014

«قِیلَ یَا رَسُولَ اللَّهِ مَا حَقُّ الْوَالِدِ قَالَ أَنْ تُطِیعَهُ مَا عَاشَ فَقِیلَ مَا حَقُّ الْوَالِدَةِ فَقَالَ هَیْهَاتَ هَیْهَاتَ لَوْ أَنَّهُ عَدَدَ رَمْلِ عَالِجٍ وَ قَطْرِ الْمَطَرِ أَیَّامَ الدُّنْیَا قَامَ بَیْنَ یَدَیْهَا مَا عَدَلَ ذَلِکَ یَوْمَ حَمَلَتْهُ فِی بَطْنِهَا»

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Əgər sərvət toplamağı pisləyən rəvayətlər düz olarsa insanların hətta bəzi alimlərin sərvətli olması necə həll olur?
    7093 İqtisad fəlsəfəsi 2011/10/17
    Birinci: Qeyd olunan rəvayətlər düzdür sənəd cəhətindən zəifdir, amma bu haqda başqa rəvayəti nəzərə alanda sənədin zəif olması düzəlir. Məzmun nəzərindən bu rəvayət o sərvət toplamağa işarə edir ki, ya qeyri şəri yollardan ələ gəlib yada o sərvətin xums və zəkat kimi mali və maddi təklifləri ...
  • Hansı şeylər namazı batil edir?
    16340 Nizamlar hüquq və əhkam 2012/02/12
    12 şey namazı batil edir ki, onlara namazın mübtilatı deyirlər.1.             Namazın əsnasında onun şərtlərindən hər hansı birinin pozulması.2.             Namaz əsnasında dəstəmazı və ya qüslü batil edən şeylərin baş verməsi.3.            
  • Siffeyn və Nəhrəvan müharibələrinin baş vermə səbəbləri nə idi?
    14203 تاريخ کلام 2012/04/19
    Siffeyn müharibəsinin ən mühüm səbəbi Müaviyənin həzrət Əli (əleyhis-salam)-a beyətdən imtina etməsi idi. O, Əli (əleyhis-salam)-ı Osmanın qətlində müttəhim edirdi. Bu müharibədə Əli (əleyhis-salam)-ın qoşunu tam və qəti qələbə ərəfəsində olan zaman Əmr Asın hiyləsi ilə Müaviyənin xeyrinə tamam oldu və həkəmeyn (münsiflər) hadisəsi ilə imam Əli ...
  • Duanın təsir etməsi onu ərəb dilində oxumağa bağlıdırmı?
    7512 Əməli əxlaq 2011/06/27
    Duaların ərəb dilində oxunmasının lazım olmamasına baxmayaraq, hətta namazda duanın fars dilində deyilməsi icazəlidir, amma daha yaxşısı budur ki, İmamlar (ə)- dan olan dualar onların mənalarına diqqət etməklə, ərəb dilində oxusun. Aşağıdakı məsələ bu işin sübutunu bizim üçün aydınlaşdırır: Quran Allahın bəşərə olan sözü olduğu kimi, İmamlar (ə)- ın ...
  • qadın xanəndəsinin səsini eştiməyin nə hökmü var?
    7202 Əhkam və hüquq fəlsəfəsi 2015/06/29
    Bu sual haqqında əvvəlcədən qeyd etməliyik ki, qadın insanı vəcdə gətirən və adi halətindən çıxaran xanəndəçiliklə məşğul olmamalıdır. Bütün fəqihlər yekdilliklə istər örpəkdə olsun, istərsə də başı açıq belə bir əməlin qadın üçün haram olmasına fətva veriblər. Amma, qadının ğina və həyəcansız xanəndəlik etməsi haqqında alimlər arasında ...
  • Aya ruku halında dua etmək müstəhəbdirmi?
    6604 Nizamlar hüquq və əhkam 2011/10/31
    Rukunun zikrləri barəsində demək olar ki, insan rukuda olduğu zaman hər bir zikri istəyirsə deyə bilər. Amma ehtiyat[1] olaraq üç dəfə "Sübhan allah" və yaxud bir dəfə "Subhanə allahi- rəbbiəl əzimi və bi həmdih" zikri qədərində olmalıdır.[2] Amma rukuda deyilən zikrlər barəsində ki, ...
  • Rizq (ruzi) barəsində nə kimi rəvayətlər vardır? Halal ruzini hansı yollarla əldə etmək olar? Ruzinin artması üçün hansı dualar vardır?
    18679 Əməli əxlaq 2012/04/09
    Ruzini maddi nümunələrdə həsr edən adi camaatın təsəvvürünün əksinə olaraq, rəvayətlərdə ruzi kəlməsi geniş mənalara malikdir və Allahın verdiyi bütün nemətlərə şamildir – istər maddi nemətlər olsun, istərsə də mənəvi. Bununla belə, maddi ruzilər barəsində də bir çox rəvayətlər vardır ki, ətraflı cavabda onların bir neçəsi qeyd ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    55078 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Başqalarını söymək və təhqir etməyin hökmü nədir?
    18082 خوش رفتاری 2015/08/01
    İslam müsəlmanların və xüsusilə, möminərin abır-həyalarını həmişə yüksək səviyyədə qorumağı tapşırır. İmam Kazimdən (əleyhissalam)nəql olunur ki, bir gün Məkkədə Kəbə evinin qarşısında durub Kəbəyə belə xitab edir: “Ey Kəbə! Sənin haqqın nə qədər böyükdür. Amma, Allaha and olsun ki, möminin haqqı sənin haqqından üstündür.”[1]
  • Aya həzrət Məhdi (ə. c.) təzə din və Qurandan başqa bir kitab gətirəcəkdirmi?
    6566 Qədim kəlam 2011/10/13
    Bildiyimiz kimi İslam dini Allah tərəfindən və bütün səmavi dinləri kamil edən bir din kimi Peyğəmbərə (ə) nazil olmuş və qiyamət gününə kimi sabit və dəyişilməzdir. Bütün İlahi övliyaları və məsum imamların vəzifəsi bundan ibarətdir ki, onu hifz edib və onu insanlar arasında nəşr etsinlər. O cür ki, həzrət Əli ...

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    165269 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    165045 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    120100 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    114338 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    111847 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    94499 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    55437 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    55078 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    46680 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    46117 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...