Ətraflı axtarış
Baxanların
8793
İnternetə qoyma tarixi: 2011/07/28
Sualın xülasəsi
Sair səma cisimlərində və kürələrdə canlı varlıqların olması barəsində İslamın nəzəri nədir?
Sual
Sair göy cisimlərində həyatın varlığı ilə əlaqədar İslamın nəzəri nədir ?
Qısa cavab

Başqa göy cisimlərində və ya kəhkəşanlarda canlı və yaxud ağıllı varlıqların olub-olmaması bəşəriyyəti maraqlandıran suallardan biridir, lakin indiyə qədər onlara lazımi cavab tapmamışlar. Quranın bəzi ayələrində asimanda canlı varlıqların olmasına işarə edilir. O cümlədən:

1. “Min dabbətin” – canlı varlıqlar təbiri:

“Asimanları, yeri və bunların arasında olan yerlərdə canlı varlıqları yayması Allahın qüdrət nişanələrindəndir. O, hər vaxt istəsə onları bir yerə toplamağa qadirdir.[1]

2. “Asimanda və yerdə olanlar” təbiri:

“Asimanda və yerdə olan hər bir şey Ondan tələb edir (istəyir). Hər zaman Onun Özünə məxsus bir işi vardır.”[2]

“Asimanda və yerdə olan canlılar və mələklər Allah üçün səcdə edir və təkəbbür etmirlər.”[3]

“Yeddi qat asimanda, yerdə və onlarda olan hər bir şey Allaha təsbih deyirlər.”[4]

3. “Məşriqlər və məğriblər” təbiri:

“Məğriblərin və məşriqlərin Pərvərdigarına and olsun ki, Biz qadirik.”[5]

4. “Aləmdəkiləri” təbiri:[6]

“Həmd (tərif) yalnız aləmdəkiləri tərbiyə edən Allaha məxsusdur.”[7]

Yuxarıda qeyd edilən ayələrdən yalnız birinci ayə[8] və “aləmin” kəlməsinin işləndiyi sair ayələr ehtimal üzrə digər planetlərdə və göy cisimlərində canlı varlıqların olmasına dəlalət edir.[9]

Mərhum Əllamə Təbatəbai birinci ayənin təfsirində yazır: “Ayənin zahiri mənası budur ki, yer üzündə olduğu kimi, asimanlarda da canlı varlıqlar (“dəvabb”) vardır.”[10]

“Təfsiri-nümunə”nin müəllifi yazır: “Bu ayə sair səma cisimlərində də canlı varlıqlar olduğuna dəlalət edir. Amma indiyə qədər alimlər bu barədə qəti mühakimə yürütməmiş və ümumi şəkildə “bunlarda canlı varlıqlar vardır” demişlər. Lakin Quran “asimanın üfüqlərində də çoxlu canlı varlıqlar vardır” deyə bu həqiqəti aşkar şəkildə bəyan edir”[11]

Həzrət Əli (əleyhis-salam)-dan nəql olunan bir hədisdə deyilir: “Asimandakı bu ulduzlar yer üzündə olan şəhərlərdən olan bir şəhərlərdir. Hər bir şəhər başqa şəhərlə (hər bir ulduz başqa ulduzla) nurdan olan bir sütunla əlaqəlidir.”[12]

Bu ayənin digər səma cisimlərində canlı varlıqların olmasına dəlaləti bir neçə məsələ ilə şərtlənir:

1. Qurani-məciddə “səma” və “səmavat” (səmalar) kəlməsi bir neçə mənaya gəlmişdir: yuxarı istiqamət, səma cisimləri, yerin atmosferi və sair...[13]

Bu ayənin digər kürələrdə və göy cisimlərdə canlı varlıqların olmasına dəlaləti o vaxt səhihdir ki, ondakı “səmavat” kəlməsini “asimani cisimlər” mənasına götürək. Halbuki yuxarıdakı ayədə “səmavat” kəlməsi “yer kürəsinin atmosfer təbəqələri”nə işarə ola bilər. Habelə “dabbə” kəlməsindən məqsəd həm yer üzündə olan mikroskopik canlılar (viruslar və s.), həm də böyük canlılar (quşlar kimi) ola bilər ki, onlar yer kürəsinin ətrafındakı atmosfer təbəqəsində yayılmışlar.

2. Göy cisimlərində canlı varlıqların olması elmi cəhətdən sübuta yetmədiyindən və güclü bir ehtimal sürətində irəli çəkildiyindən digər səma cisimlərində canlı varlıqların olmasını qəti olaraq Qurana aid etmək olmaz.

Deməli, bu ayələr ehtimali təfsir əsasında olmaqla bir növ gələcək elmi sirləri bəyan edir ki, hal-hazırda alimlərin elmi tədqiqatları ilə sübuta yetməmişdir.



[1] “Şura” surəsi, ayə: 29

[2] “Ər-Rəhman” surəsi, ayə: 29

[3] “Nəhl” surəsi, ayə: 49

[4] “İsra” surəsi, ayə: 44

[5] “Məaric” surəsi, ayə: 40, “Saffat” surəsi, ayə: 5; “Əraf” surəsi, ayə: 137

[6] Bu kəlmə Quranda 61 dəfə təkrar olunmuşdur.

[7] “Fatihə” surəsi, ayə: 2

[8] “Şura” surəsi, ayə: 29

[9] Əlavə məlumat üçün bax: Rzai, İsfahani, “Quranın elmi möcüzələri barəsində tədqiqat”, 1-ci cild, səh. 195-206

[10] Bax: “Əl-mizan” 18-ci cild, səh. 58

[11] "Təfsiri-nümunə", 20-ci cild, səh. 436-439

[12] “Səfinətul-bihar” 2-ci cild, səh 574, “nəcm” maddəsi, Əli ibni İbrahimin təfsirindən nəqlən.

[13] Bax: "Təfsiri-nümunə", 1-ci cild, səh. 165-166.

Ətreaflı cavab
Бу суалын изаһлы ҹавабы јохдур.
Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Шиә аләминдә дә сүннүләр вә ја суфиләр кими ирфан вар ја јох? Бу ҝүнкү ҹәмијјәтдә белә бир шиә сејр-сүлуку әлә ҝәтирмәк олармы. Әҝәр оларса, һардан башламаг лазымдыр? Бу јолу мүршидсиз вә камил гоҹасыз кечмәк олар ја јох?
    7012 Nəzəri irfan 2012/05/21
    Шиә аләминдә мәсум Имамлардан (әлејһиссалам) мәншә алмыш дәрин мәналы ирфан һәмишә олуб. Белә ки, үмумијјәтлә шиә аләминин јолу пак вә мәсум Имамларын (әлејһиссалам) тимсалында башдан-баша батини ирфан вә илаһи мәрифәтә јетишмәкдир. Мүасир дөврүмүздә нәфсин пакланмасы вә әмәли ирфан мүмүкүн олуб олмамасындан әлавә, бәлкә дә зәрурәти ...
  • Bilmək istərdim ki, İslamda başqasının övladını övladlığa götürməkliydə məhdudiyyət varmı?
    9373 Nizamlar hüquq və əhkam 2015/08/01
    Yetim uşaqları və ya valideynləri olan halda övladını saxlaya bilməyənlərin öz tam razılığı ilə övladlarını himayəyə verməkdə və onları himayəyə götürməkdə şəri cəhətdən, İslamda heç bir məhdudiyyət yoxdur. Amma, bəzi ölkələrdə uşaqların öz vəziyyətlərini ruhi cəhətdən nəzərə almaqla, onların bu yaşda kifayət qədər ixtiyar sahibi olmamaları və ...
  • İnsi- şeytan nədir?
    10107 Qədim kəlam 2011/01/02
    "Şeytan" sözü lüğətdə, fitnəkar, hərifləyən, yoldan çıxaran və haqdan boyun qaçıran mənasında olub, ümumilik daşıyan ismlərdəndir. Yəni, Qurani- kərim və başqa ədəbiyyatlarda "şeytan" sözü xüsusi bir varlıqdan xəbər vermir. Əksinə, insana və digər (heyvana) yaranmışlara da şeytan demək olur. HəmçininQurani- kərimdə şərr və fitnəkar insanlar barəsində "şeytan" sözündən istifadə olunmuşdur. ...
  • Şərab kimi Haram əşyaları satan super marketlərdə işləməyin hökmü nədir?
    8401 Nizamlar hüquq və əhkam 2012/10/15
    Rəhbər bu suala ki, donuz əti konserva fabrikində və gecə klublarında və fəsad mərkəzlərində işləmək və ondan gələn gəlirin hökmü barədə suala cavabında buyurmuşlar: Donuz əti konserva fabrikində və gecə klublarında və fəsad mərkəzlərində və bu kimi Haram işlərdə işləmək cayiz deyildir. (İcazə verilmir) və ...
  • İdman məqsədi ilə dans etməyin işkalı var?
    6807 Nizamlar hüquq və əhkam 2011/11/12
    Sizin sualınızın araşdırmasında əziz mərcəyi təqlidlərin dəftərlərindən aşağıdakı cavablar alınmışdır: Həzrəti ayətullah- ul- üzma Xameyi (Allah izzətin artırsın)Rəqs etmək əgər şəhvəti təhrik etməyə səbəb olarsa, ya haram işə səbəb olarsa, ya fəsada gətirib çıxararsa və ya qadının qəsdən naməhrəm kişilər arasında olarsa. haramdır. Həzrəti ayətullah- ul- üzma ...
  • Вилајәти фәгиһин васитә илә сечилмәси гајдасында дөвр ирады гаршыја чыхыр. Буну неҹә һәлл етмәк олар?
    7680 Nizamlar (Qurluşlar) 2010/02/06
    Һазырда Иран Ислам Республикасында вилајәти фәгиһи сечән мүтәхәссисләр (хубраган) мәҹлисини мүһафизләр шурасы тәсдиг едир. Инди бела бир шүбһә јараныр ки “әҝәр мүһафизләр шурасыны рәһбәр тәсдиг едирсә, мүһафизләр шурасынын үзвүләри вилајәти-фәгиһи сечән мүтәхәссисләри тәсдиг едирсә, вә онлар да рәһбәрлији сечирсә, бу мәсәлә гејри-мүмүкүн олан ...
  • Əgər Allah hər şeyi yaradandırsa, insanların günah və pis əməllər də, Allahın məxluqudurmu?
    7641 Kəlam 2010/11/08
    Bu sualın cavabı, iradənin tərifi və onun təkvini və təşrii iradəyə bölməklə aydın olur. İradə iki qismdir, biri təkvini iradə, o biri isə təşrii iradədir. Təkvini iradə, varlıq sisteminə tam və kamil qgahlıqdan ibarətdir, yəni o miqdarda ki, Allah yaranış aləminin tam və kamil sisteminə alimdir, həmin elm, varlıq ...
  • Həzrət Zeynəbin (s) dəfn yeri hansı ölkədədir?
    11176 تاريخ بزرگان 2012/09/01
    Həzrət Zeynəbin (s) qəbri barəsində 3 ehtimal vardır[i]: Mədinə, Şam və Qahirə. Bu üç ehtimaldan hər birinin öz tərəfdarları vardır. Onlar öz nəzərlərinin təsdiqi olaraq dəlillər gətirirlər. Həzrət Zeynəbin (s) dəfn olunduğu yeri dəqiq təyin eləmək mümkün olmasa da yenə də demək olar ki, ...
  • Rəf hədisi nədir?
    7825 Hədis elmləri 2012/01/08
    Rəf hədisi, Peyğəmbərdən (s) iki hədisin ünvanıdır. Onlardan birinin mənası məxsus vəziyyətdə İslam dinində təklifin və ya mükəlləfin bəzi işlərindən təklifi və bəzi təsirlərin götürülməsi və başqa birisi isə müəyyən şəxslərə təklifin və bəzi hökmlərin inkar olunmasına aiddir.Birinci hədis, şiənin keçmiş və müasir mötəbər mənbələrinin ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    164748 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    163979 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    119807 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    113777 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    110787 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    94135 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54871 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    54308 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    46233 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    45823 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...