Please Wait
6505
Hər bir şəhərdə bir cümə namazı ya daha çoxun qılınması barəsində, şəriət nəzərindən meyar iki cümə namazı arasındakı fasilədir. Təqlid mərcələri deyirlər: İki cümə namazı arasındakı ən az fasilə bir fərsəxdir.
Əgər bir yerdə cümə namazı qılınırsa, onun bir fərsəxliyindən az bir fasilədə, digər bir cümə namazı qılınmamalıdır. Deməli, əgər bir fərsəx fasiləyə riayət etməklə iki cümə namazı qılınsa, hər ikisi düzgündür. Qeyd etmək lazımdır ki, məsafədə ölçü, cümə namazının qılındığı yerdir, cümə namazının təşkil edildiyi şəhər deyil. Buna əsasən, uzunluğu neçə fərsəx olan böyük şəhərlərdə, neçə cümə namazı təşkil etmək olar.[1] Əgər bir şəhərdə iki cümə namazı təşkil olunsa və onların arasındakı fasilə bir fərsəxdən az olsa, gec başlayanların namazı batildir. Əgər hər ikisi bir- birinə yaxın və eyni anda təkbirətul- ehram desələr, hər iki namaz batildir.[2]
Əlbəttə həzrət İmam Xumeyninin (rh) nəzərinə əsasən, imam cümə vəliyyi- fəqih tərəfindən təyin olunmalıdır. Buna əsasən, əgər bir şəhərdə vəliyyi- fəqih tərəfindən təyin olunmuş bir imam cümə və digəri təyin olunmamışdırsa, ikincinin namazını batil olması məlumdur.[3]
Bundan əlavə, şəhərlər adətən o qədər deyillər ki, hər tərəfdən bir fərsəx (6 kilometr) həddində olmadığına görə, hər şəhər üçün bir imam cümə təyin olunur.
Həzrət Ayətullah Xamineinin dəftərinin cavabı:
Əgər cümə namazının təşkil olunduğu iki yer arasında şərii bir fərsəx fasilə olsa, maneçiliyi yoxdur.
Həzrət Ayətullah Fazil Lənkəraninin dəftərinin cavabı:
İki cümə namazı arasındakı ən az fasilə bir fərsəx olmalıdır və bir şəhərdə bir cümə namazı qlınsa kifayətdir. Cümə və camaat namazı camaatın bir yerə yığışması üçündür. Əgər ixtilafa səbəb bir iş olsa, icazə verilmir.
Həzrət Ayətullah Sistaninin dəftərinin cavabı:
C: İki cümə namazının təşkili arasında ən azı bir fərsəx fasilə olmalıdır.
Həzrət Ayətullah Məkarim Şirazinin dəftərinin cavabı:
İki cümə namazının fasiləsi bir fərsəxdən az olmamalıdır. Əgər bir fərsəxdən daha az fərsəxdə iki cümə namazı qılınsa, birincinin namazı düzgün, ikincinin namazı isə batildir.