Ətraflı axtarış
Baxanların
8853
İnternetə qoyma tarixi: 2011/06/19
Sualın xülasəsi
Belə bir hədis nəql olunur ki, "Peyğəmbərimiz şeytanın başını kəsmişdir". Əgər belədirsə vəsvəsə məsələsi nə dərəcədə düzdür?
Sual
Belə bir hədis oxudum ki, "İmam Əli (ə) şeytanla vuruşur və məğlubiyyət həddinə yetişir. Bu zaman Peyğəmbərimiz (s) asimandan enir və ona hücum edir. Özünü itirən şeytan qaçmağa başlayır. Bu zaman Peyğəmbər (s) arxadan ona yetişir və onun başını bədənindən ayırır. Bu hədis nə qədər düzgündür? Bundan əlavə, əgər şeytan ölübsə bəs nə üçün deyirlər "şeytan insanın qəlbinə vəsvəsə edir?
Qısa cavab

Sualda qeyd edilən hədis bizim bəzi hədis kitablarımızda nəql olunmuşdur. Bu hədisin adı "yəvmu məlumdur" (məlum günü).

İlkin surətdə buna belə açıqlama veririk ki, müqəddəs Qurani kərimdə İblis Allahın dərgahından qovularkən Allahdan müəyyən bir vaxtda kimi yaşamağı istəmiş və Allah Taalada ona bunu nəsib etmişdir. Yəni məlum bir günə kimi ona yaşamaq icazəsi vermişdir. Bu xəbərə istinad edərək deyirik ki, "məlum günü" qiyamət deyil "rəcət" vaxtıdır. Rəcət isə dünyanın sonu demək deyildir.

Buna görə də:

Birincisi: bu rəvayətdən belə başa düşmək olmaz ki, şeytan öldürülmüşdür". Çünki bu fikir Quranla uzlaşır. Əgər hər hansı bir kəlam Quranla uyğun gəlməzsə qəbul olunacaqdır.

Deməli şeytan ölməmişdir. Əksinə daim öz işinə (vəsvəsə etmək) davam edir və çalışır ki, insanları düz yoldan azdırsın.

İkincisi: Bu hədisdə nəql olunur ki, "İmam Əlinin qoşunu şeytan və onun qoşunu ilə döyüşür. Əgər söhbət geri çəkilməkdən gedirsə geri çəkilən İmam Əli (ə) deyil, əksinə onun qoşunudur. Ğ

Üçüncüsü: Bu anlam şiə tərz- təfəkkürü ilə uyğun gəlmir. Əgər qəbul edilsə gərək pozulmasın və dəqiq mənası ələ gəlsin.

Ətreaflı cavab

1). İblisin övladı[1] və qoşunu vardır.[2] Onun övladları insanları azdırmaqla ona kömək edirlər. Amma dini mətnlərin hamısında onlar şeytan olaraq tanıtdırılmışdırlar.[3]

2). Qurani kərimdə nəql olunur ki, şeytan Adəmə (ə) səcdə etmədikdən sonra İlahi dərgahdan qovulur. Amma qovularkən Alahdan bir şey istədi və dedi: İlahi bəəs və qiyamət gününə kimi mənə möhlət ver.[4] Allah- Taala onun duasını qəbul edərək buyurur: "Sənə möhlət verilir"[5]

Əlbəttə bu ayədə şeytana nə qədər vaxt verildiyi məlum edilmir. Amma hicr surəsinin 38- ci ayəsində belə oxuyuruq: "Sənə müəyyən bir günə kimi möhlət verilmiş olur".[6]

Yəni onun bütün istəkləri həyata keçmir. Əksinə onun bəzi əməlləri Allahın istəyi ilə qəbul olunmuşdur.[7]

3). "La yəvm müəyyən" (müəyyən günə kimi) kəlməsi barəsində isə müxtəlif nəzərlər vardır. Bəziləri bu vaxtı dünyanın sonu və vəzifənin insanların öhdəsindən götürüldüyü gün olduğunu deyirlər. Çünki o gün bütün diri mövcudatlar öləcəklər və yalnız Allah Taala qalacaqdır.[8] Bununla şeytanın bəzi istəkləri yerinə yetmiş olur.

Bəziləri isə o günün qiyamət günü olduğunu söyləyirlər.[9] Amma bu ehtimal ayənin zahiri bəyanı ilə uyğun gəlmir. Bundan əlavə Quranın başqa ayələri də bu nəzəri təsdiqləmir.

Belə ki, başqa ayələrə də rast gəlmirik ki, ümumi ölümdən və dünyanın sonunda bizə xəbər versin.[10] Hətta belə bir nəzər də irəli sürmək olar ki, o günü Allahdan başqa heç kəs bilmir.[11]

Nümumə təfsirinin sahibinin nəzərinə əsasən:

"Birinci təfsir bütün deyilənlərdən münasibdir. Çünki İmam Sadiqdən (ə) belə bir hədis nəql olunur ki, Şeytan birinci və ikinci surun arasında öləcəkdir".[12]

Bu inancı təsdiqləmək üçün bəzi dəlillərə istinad edirlər. Nə qədər ki, insanın öhdəsində İlahi vəzifə vardır onun buna üz çevirməsi də mümkündür. Həmçinin bu gün sur çalınana kimi davam edəcəkdir. Deməli "yəvm vəqt məlum" o gündür ki, Allah Taala o günə kimi şeytana möhlət vermişdir. O gün birinci sur çalınan gündə tamam olacaqdır. Birinci və ikinci sur arasında dörd yüz və ya qırx il fasilə oacaqdır. Allahın İblisə möhlət verdiyi və İblisin Allahdan istədiyi gün bu fasiləyə kimidir.[13]

Əllamə Təbatəbai bu barədə deyir: Bu nəzər düzdür. Amma bunun nöqsanı budur ki, "hər nə qədər vəzifə var Allahın əmrindən çıxmaq" nəzəriyyəsi heç bir şeyi sübut etmir.

Bu cümlə hətta özü- özlüyündə belə aydın cümlə deyildir. Təfsirçilərin çoxusunun nəzərinə əsasən ayələr və rəvayətlər, insanın günahlarının şeytan vəsvəsəsindən təsirləndiyini söyləyirlər. O cümlədən yasin surəsi ayə 60, İbrahim surəsi,[14] ayə 22[15], Amma bəzi ayələrdən belə nəticə alırıq ki, hər nə qədər ki, vəzifə var, şeytan da vardır". İnsanın günah etməsində şeytanın mühüm rolu olması hamıya məlumdur və inkar olunmazdır. Amma məsələ burasındadır ki, ayə və rəvayətlərdən aldığımız nəticə bizə bunu çatdırır: "Hər nə qədər yer üzündə günah var, deməli şeytan da var. "Nəin ki" hər nə qədər təklif və vəzifə var şeytan da var". Çünki günahın olmasının vəzifənin olmasını sübuta yetirən bir dəlilimiz yoxdur. Yəni insanların günah etməsi ilə onların boynunda vəzifənin olmasını sübuta yetirə bilmərik.

Əksinə bütün fəlsəfi və nəql olunan dəlillər insanın yaşadıqca inkişafını, səadətini və təkamülünü çatdırır. Belə ki, yer üzündə Allahdan başqasına sitayiş olunmayacaq və yer üzü (İmamın gəlişi ilə) küfrdən və fəsaddan nicat tapacaqdır. Bununla yanaşı bütün qəlblər daxili xəstəliklərdən şəfa tapacaq və şeytan vəsvəsəsindən uzaq olacaqdır.[16] Deməli, "məlum vaxt" deyəndə nə qiyamət günü nə dünyanın axırı və nə də vəzifənin götürüldüyü gün nəzərdə tutulur. Əksinə elə bir vaxtdır ki, dünya dağılmamış və insanlar da şəri vəzifədən azad olmamışlar. Bu sözə dəlilimiz rəcət anlamı barəsində daxil olan hədislərimizdir.[17]

Qumminin təfsirində öz sənədinə istinad edilərək deyilir: (Məhəmməd ibni Yunisdən nəql edilir) bir kişi İmam Sadiqdən (ə) belə nəql edir:

«فَأَنْظِرْنِی... إِلى‏ یَوْمِ الْوَقْتِ الْمَعْلُومِ»

"yəvməl vəqt" ayəsinin təfsirində İmam buyurdu: O gün (yəvmul vəqt) Peyğəmbər onu beytul- müqəddəsdə bir daşın üstündə başını kəsəcəkdir.[18]

Bu barədə olan hədislərimiz olduqca çoxdur.[19]

4). Bundan sonra belə bir nəzər irəli sürülə bilər ki, deməli o gündən sonra daha yer üzündə fəsad olmayacaqdır. Amma bunun cavabında deyirik:

Şeytanın işi dünyanı insanın gözündə zinətləndirib böyütməkdir.[20] Bu səbəbdən mümkündür ki, şeytan vəsvəsəsindən daha çox təsirlənmiş kəslər onun ölümündən sonra da öz pis əməllərindən əl çəkməsin.[21]

5). Bizim sualımızda qeyd olunan mövzu bizim bəzi ümumi hədislərimizdə[22] nəql olunmuşdur.[23] Amma buna da diqqət yetirmək lazımdır ki,

Birincisi: Bu hədislər qeyd etdiyimiz kimi rəcət dövrünə aiddir. Amma bundan belə nəticə almaq olmaz ki, iblis öldürülüb və başı kəsilmişdir.[24] Əksinə İblis "məlum gündə" öldürüləcəkdir. Ümümiyyətlə bütün rəvayətlərdə şeytanın öldürülməsi bu mövzuda keçmiş zamana dəlalət edərsə Quranın əksini söyləmiş olur.

Quranla uyğun gəlməyən hədislərdə qəbul olunmayacaqdır.[25]

Deməli, şeytan ölməmişdir və daim öz yolunun davamçısıdır. O insanlara vəsvəsə etməklə onları doğru yoldan azdırır.

İkincisi: Bu hədisdə belə nəql olunmuşdur ki, İmamın qoşunu ilə şeytanın tayfası vuruşur. Əgər söhbət geri çəkilməkdən gedirsə bu İmamın özünə deyil, qoşununa aiddir.[26]

Üçüncüsü: Bu barədə bəzi mətləblər vardır ki, şiəlik əqaidi ilə uyğunlaşmır. Gərək bu məsələyə diqqət olunsun.[27]



[1] - Kəhf surəsi, ayə 50.

[2] - Göstərici: Şeytan və onun nəsli, sual 565 (sayt 618).

[3] - Göstərici: Şeytan cindir ya nədir? Sual 100 (sayt 857 və İblisin səcdə etməməsi həqiqətdir ya məcaz? Sual 137 (sayt 89) şeytanın və cinin bacarığı sual 138 sayt (sayt - 883).

[4] - Əraf surəsi, ayə 14.

«قالَ رب أَنْظِرْنی‏ إِلى‏ یَوْمِ یُبْعَثُون»

[5] - «قالَ إِنَّکَ مِنَ الْمُنْظَرِینَ»

[6] - Hicr surəsi, ayə 37 və 38 məlum vaxt dedikdə ya imam Zaman (ə) ağanın zühuru yada qiyamətin ibtidası nəzərdə tutulur.

«فانک من المنظرین،الی یوم الوقت المعلوم»

[7] - Nümunə təfsiri, cild 6, səh 109.

[8] - Qəsəs surəsi, ayə 88.

«کُلُّ شَیْ‏ءٍ هالِکٌ إِلَّا وَجْهَهُ»

[9] - Vaqiə surəsi, ayə 50.

«یَوْمِ الْوَقْتِ الْمَعْلُومِ»

[10] - Bax: Əl- mizan təfsirinin tərcüməsinə, cild 12, səh 235.

[11] - Məcməul bəyan, cild 6, səh 337, bəlxininin bunun üçün nəql etdiyi hədis bax: Təfsir Əl- mizanın tərcüməsinə cild 12, səh 236.

[12] - Bohran təfsiri, cild 2, səh 342, Nurus- səqəleyn, cild 3, səh 13, 45- ci haşiyə, nümunə təfsiri, cild 19, səh 344, yenə də ora, cild 11, səh 72.

[13] - Bax: Təfsir əl- mizan tərcüməsinə, cild 125- 237.

[14] - Yasin surəsi, ayə 60.

«أَ لَمْ أَعْهَدْ إِلَیْکُمْ یا بَنِی آدَمَ أَنْ لا تَعْبُدُوا الشَّیْطانَ إِنَّهُ لَکُمْ عَدُوٌّ مُبِینٌ»

[15] - Hökm sona çatdıqda şeytan deyər: Allah sizə düz yolu vədə verdi və mən isə əyri yolu.

«وَ قالَ الشَّیْطانُ لَمَّا قُضِیَ الْأَمْرُ إِنَّ اللَّهَ وَعَدَکُمْ وَعْدَ الْحَقِّ وَ وَعَدْتُکُمْ فَأَخْلَفْتُکُمْ ...»

[16] - Təfsir əl- mizanın tərcüməsi, cild 12, səh 237 həmçinin 2 cilddəki Peyğəmbərlik və x cilddəki Nuhun qissələri.

[17] - Mərhum llamə Təba- təbai daxil olmuş rəvayətlər sırasına aid deyir: İmamlarımız tərəfindən bu mövzuda daxil lan hədislər bəzən qiyamət gününə bəzən zühura (İmam Zamanın zühuruna), bəzən rəcət gününə aid olmasının əsas səbəbi budur ki, yuxarıda qeyd etdiyimiz günlərin hər üçündə həqiqət aşkarlanır. Bu həqiqətlərin müxtəlif ünsürlü olmasına baxmayaraq həqiqətin aşkarlanması anlamında eyinidirlər. Deməli qiyamət gününün hökümləri yuxarıda qeyd etdiyimiz günlərdə aiddir. Təfsire əl- mizanın tərcüməsi, cild 12, səh 258.

[18] - Qamini Təfsiri, cild 1, səh 239, Əyyaşinin təfsirndə Vəhəb ibni Cəmidən və bohran təfsirində şərufiddin Nəcəfidən (ravinin adını qeyd etməyərək) bu barədə hədislər nəql etmişdir. Əl- borhan, cild 2, səh 343, v\ haşiyə, Əyyaşi cild 2, səh 242, xv haşiyə.

«رَبِّ فَأَنْظِرْنِی إِلى‏ یَوْمِ یُبْعَثُونَ قالَ فَإِنَّکَ مِنَ الْمُنْظَرِینَ إِلى‏ یَوْمِ الْوَقْتِ الْمَعْلُومِ»

[19] - Bax: Əllamə

Təba- təbainin hüzurunda səh 75, s 46.

[20] - Hicr surəsi, ayə 39.

[21] - Bax: Əllamı Təba Təbainin hüzurunda, səh 76- s 47.

[22] - Bax: Biharul- ənvar, cild 42, x\ rəvayət.

«[منتخب البصائر] سَعْدٌ عَنِ ابْنِ أَبِی الْخَطَّابِ عَنْ مُوسَى بْنِ سَعْدَانَ عَنْ عَبْدِ اللَّهِ بْنِ الْقَاسِمِ الْحَضْرَمِیِّ عَنْ عَبْدِ الْکَرِیمِ بْنِ عَمْرٍو الْخَثْعَمِیِّ قَالَ سَمِعْتُ أَبَا عَبْدِ اللَّهِ ع یَقُولُ إِنَّ إِبْلِیسَ قَالَ أَنْظِرْنِی إِلى‏ یَوْمِ یُبْعَثُونَ فَأَبَى اللَّهُ ذَلِکَ عَلَیْهِ قالَ فَإِنَّکَ مِنَ الْمُنْظَرِینَ إِلى‏ یَوْمِ الْوَقْتِ الْمَعْلُومِ فَإِذَا کَانَ یَوْمُ الْوَقْتِ الْمَعْلُومِ ظَهَرَ إِبْلِیسُ لَعَنَهُ اللَّهُ فِی جَمِیعِ أَشْیَاعِهِ مُنْذُ خَلَقَ اللَّهُ آدَمَ إِلَى یَوْمِ الْوَقْتِ الْمَعْلُومِ وَ هِیَ آخِرُ کَرَّةٍ یَکُرُّهَا أَمِیرُ الْمُؤْمِنِینَ ع فَقُلْتُ وَ إِنَّهَا لَکَرَّاتٌ قَالَ نَعَمْ إِنَّهَا لَکَرَّاتٌ وَ کَرَّاتٌ مَا مِنْ إِمَامٍ فِی قَرْنٍ إِلَّا وَ یَکُرُّ مَعَهُ الْبَرُّ وَ الْفَاجِرُ فِی دَهْرِهِ حَتَّى یُدِیلَ اللَّهُ الْمُؤْمِنَ مِنَ الْکَافِرِ فَإِذَا کَانَ یَوْمُ الْوَقْتِ الْمَعْلُومِ کَرَّ أَمِیرُ الْمُؤْمِنِینَ ع فِی أَصْحَابِهِ وَ جَاءَ إِبْلِیسُ فِی أَصْحَابِهِ وَ یَکُونُ مِیقَاتُهُمْ فِی أَرْضٍ مِنْ أَرَاضِی الْفُرَاتِ یُقَالُ لَهُ الرَّوْحَاءُ قَرِیبٌ‏ مِنْ کُوفَتِکُمْ فَیَقْتَتِلُونَ قِتَالًا لَمْ یُقْتَتَلْ مِثْلُهُ مُنْذُ خَلَقَ اللَّهُ عَزَّ وَ جَلَّ الْعَالَمِینَ فَکَأَنِّی أَنْظُرُ إِلَى أَصْحَابِ عَلِیٍّ أَمِیرِ الْمُؤْمِنِینَ ع قَدْ رَجَعُوا إِلَى خَلْفِهِمُ الْقَهْقَرَى مِائَةَ قَدَمٍ وَ کَأَنِّی أَنْظُرُ إِلَیْهِمْ وَ قَدْ وَقَعَتْ بَعْضُ أَرْجُلِهِمْ فِی الْفُرَاتِ فَعِنْدَ ذَلِکَ یَهْبِطُ الْجَبَّارُ عَزَّ وَ جَلَّ فِی ظُلَلٍ مِنَ الْغَمامِ وَ الْمَلائِکَةُ وَ قُضِیَ الْأَمْرُ رَسُولُ اللَّهِ ص أَمَامَهُ بِیَدِهِ حَرْبَةٌ مِنْ نُورٍ فَإِذَا نَظَرَ إِلَیْهِ إِبْلِیسُ رَجَعَ الْقَهْقَرَى نَاکِصاً عَلَى عَقِبَیْهِ فَیَقُولُونَ لَهُ أَصْحَابُهُ أَیْنَ تُرِیدُ وَ قَدْ ظَفِرْتَ فَیَقُولُ إِنِّی أَرى‏ ما لا تَرَوْنَ إِنِّی أَخافُ اللَّهَ رَبَّ الْعالَمِینَ فَیَلْحَقُهُ النَّبِیُّ ص فَیَطْعُنُهُ طَعْنَةً بَیْنَ کَتِفَیْهِ فَیَکُونُ هَلَاکُهُ وَ هَلَاکُ جَمِیعِ أَشْیَاعِهِ فَعِنْدَ ذَلِکَ یُعْبَدُ اللَّهُ عَزَّ وَ جَلَّ وَ لَا یُشْرَکُ بِهِ شَیْئاً وَ یَمْلِکُ أَمِیرُ الْمُؤْمِنِینَ ع أَرْبَعاً وَ أَرْبَعِینَ أَلْفَ سَنَةٍ حَتَّى یَلِدَ الرَّجُلُ مِنْ شِیعَةِ عَلِیٍّ ع أَلْفَ وَلَدٍ مِنْ صُلْبِهِ ذَکَراً وَ عِنْدَ ذَلِکَ تَظْهَرُ الْجَنَّتَانِ الْمُدْهَامَّتَانِ عِنْدَ مَسْجِدِ الْکُوفَةِ وَ مَا حَوْلَهُ بِمَا شَاءَ اللَّهُ.»

[23] - Cild 14 və 27 Biharul- ənvar, Bax: Əsma və aləm kitabına, Ayətullah Kuh Kəmrei, səh 160, Biharul- ənvarın tərcüməsi, cild 14.

[24] - İblisin ordusundan kimisi öldürmək övliya Allahın əli ilə mümkündür. Çünki, İblis cin tayfasındandır. Həmçinin onun övladlarını da öldürmək məsələsi bu qəbildəndir. Yəni şeytanla cinin arasında elə də böyük bir fərq yoxdur.

[25] - Bax: Göstərici: Şeytanın yaranmasının fəlsəfəsi N=232, İblisin xilqəti, sual 17, Nas surəsi, ayə 6- 5. Bu ayələrdən belə nəticə alırıq ki, şeytan daim insanların qəlblərinə vəsvəsə edir.

«الذی یوسوس فی صدور الناس* من الجنه و الناس»

[26] - «کَأَنِّی أَنْظُرُ إِلَى أَصْحَابِ عَلِیٍّ أَمِیرِ الْمُؤْمِنِینَ ع قَدْ رَجَعُوا إِلَى خَلْفِهِمُ الْقَهْقَرَى مِائَةَ قَدَمٍ.»

[27] - Əllamə Məclisi, bu barədə deyir:

«هبوط الجبار تعالى کنایة عن نزول آیات عذابه و قد مضى تأویل الآیة المضمنة فی هذا الخبر فی کتاب التوحید و قد سبق الروایة عن الرضا ع هناک أنها هکذا نزلت إلا أن یأتیهم الله بالملائکة فی ظلل من الغمام و على هذا یمکن أن یکون الواو فی قوله و الملائکة هنا زائدا من النساخ.»

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • İmam Zaman (əleyhis-salam)-ın bizdən razı olmasını necə başa düşmək olar?
    5926 Əməli əxlaq 2011/10/22
    İmam Zaman (əleyhis-salam)-ın şiələri olan həqiqi möminlər həm özlərini, həm də əməllərini anbaan o həzrətin hüzurunda görür, o əziz insanın şərf xatirini kədərləndirməmək, yaxud o həzrətin xüsusi inayətlərindən məhrum olmamaq üçün, habelə o həzrətin diqqətini daha artıq cəlb etmək və ona yaxınlaşmaq üçün ruhi-mənəvi ...
  • Həzrət Məryəm (əleyha salam)-ın aləm qadınlarından üstün edilməsinin (ayədə) qeydsiz-şərtsiz olmasına diqqət yetirməklə həmin ayəni rəvayətlə necə məhdudlaşdırmaq olar?
    7088 تاريخ بزرگان 2012/04/09
    “Aləmin” kəlməsinin Qurani-Kərimdə işlədilmə yerlərinə və müfəssirlərin bu barədəki nəzərlərinə diqqət yetirməklə məlum olur ki, bu kəlmə yalnız zamanın bir dövründə olan insanlara məxsus edilir. Əhli-sünnət kitablarının bir çox yerlərində də ayələrə rəvayət vasitəsi ilə qeyd vurulur. Həmçinin həm əhli-sünnət, həm də şiə təfsirlərinin bir çox yerlərində ...
  • Vəqf olunmuş yerdən istifadə etmək olar? Və yaxud onu satmaq olar?
    6118 Nizamlar hüquq və əhkam 2011/10/11
    Bu haqda təqlid mərcələrinin fətvalarına diqqət edin: Ayətullah Xaminei: Əgər yerin vəqf olunması sübut olarsa və yer əksinə yararlı olarsa əkindən başqa istifadə etmək caiz deyil. Əgər yer əkinə yararlı deyilsə şəri nümayəndə yeri icarəyə verə bilər onda bina tikilsin amma ...
  • Fədəyin qəsb edilməsi həzrət Zəhranın (sa) evinin yandırılmasından sonra olmuşdur ya öncə?
    7588 تاريخ بزرگان 2012/09/01
    Həzrət Zəhranın (sa) evinin ömər tərəfindən yandırılması və fədəyin Əbubəkr tərəfindən qəsb olunması peyğəmbərin (s) vəfatından çox az müddət sonra baş vermişdir. Amma bunların hansı birinin daha tez olması barəsində onu qeyd etmək istəyrəm ki, həzrət Zəharın (sa) evinin Ömər tərəfindən atəşə verilməsi əhli- sünnət tarix kitablarında ...
  • Xeyir əməllə həsənə və salehlin fərqləri nədir?
    7717 Əməli əxlaq 2011/05/17
    Xeyir, həsənə, saleh kəlmələri lüğət baxımından fərqli mənalara malik olsa da, xarici nümunə və işlədilmə baxımından aralarında heç bir fərq yoxdur. ...
  • Xumsu müctehidin icazəsi olmadan seyyidlərə vermək olarmı?
    8186 Nizamlar hüquq və əhkam 2011/05/31
    Xumsun lüğətdəki mənası beşdə bir deməkdir. Amma fiqh terminində isə "İllik gəlirin artıq qalanının beşdə bir hissəsinə deyilir". Xums anlamı İslam dininin vacib buyurduğu əməllərdən biridir. Həmçinin bu əməl Quranda cihad hökümləri ilə birgə qeyd edilmişdir. Bunun özünə aid fəlsəfəsi vardır ki, onların bəzisini aşağıda qeyd edirik.
  • Nə üçün Allah- Taala Quranda özü barəsində olan şəxs əvəzliklərini kişi cinsində qeyd etmişdir?
    7393 Quran 2011/04/16
    Qurani kərim ərəb dilində nazil olduğu üçün onun bütün ayələri ərəb dili qramatikasında yazılmışdır. Allah Taalanın Qurani kərimdə özü barəsində olan ayələri kişi cinsində gətirməsi də məhz ərəb dili qramatikasının tələblərindəndir. Ərəb dili qramatikası bütün dil və qramatikalardan fərqli olduğu üçün geniş izaha ehtiyacı vardır. Amma biz burada qısa surətdə ...
  • Quran surələrindən hansı birini oxumağın savabı daha çoxdur?
    18403 Təfsir 2011/07/02
    Quran əməl kitabıdır. İslam nəzərində Qurana bir həyat tərzini təyin edən bir kitab kimi və ya insan üçün həyat dərsləri kimi nəzər olunsun. O şəxslər ki, yalnız Quran surələrini və ya o surələr ki, onları oxumağın daha çox savabı vardır deyə bu fikirdədirlər, başqa surələrin bərəkətindən məhrum olarlar. Əlbəttə ...
  • İslam yaxınlığın zaman və məkanı üçün xüsusi şəraiti təyin edibdirmi?
    11202 Təmkinin həddləri və şərtləri 2013/07/06
    İslam insan həyatının bütün sahələri üçün o cümlədən yaxınlıq barəsində qaydalar tənzimləyibdir ki, bu qaydalara riayət etmək, ər və arvadın ruhi və cismi, fərdi və ictimai sağlamlığında, onların uşaq sahibi olmasında uşağı sağlam olmasında, məhəbbətin çox olmasında və... təsirlidir. Rəvayətlərdə yaxınlığın ancaq yataqda olmasına işarə olmasa da, ...
  • Peyğəmbərin besəti və meracı bir gündə (rəcəbin 27-də) baş vermişdirmi?
    8815 تاريخ بزرگان 2012/04/10
    Cavabı bəyan etmək üçün Peyğəmbərin besəti və meracı ilə əlaqədar məsələni təfsir kitablarından araşdırırıq. 1. Besətin tarixi ilə əlaqədar müsəlman alimləri arasında iki nəzəriyyə vardır: Birincisi şiələrin nəzəriyyəsidir. Onlar rəcəb ayının 27-ci gününü Peyğəmbər (səlləllahu əleyhi və alih)-in besət günü hesab edirlər. İkinci nəzər isə ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    164554 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    163123 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    119617 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    113402 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    110014 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    93829 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54774 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    53636 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    45956 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    45627 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...