Ətraflı axtarış

   Həzrət Zəhranın (salamullahi ələyha) şəxsiyyətinin müxtəlif əzəmətli cəhətləri var ki, onu bütün genişliyi ilə yalnız, çox dərin təhqiqat, təfəkkür və araşdırmadan sonra ələ gətirmək olar. O Həzrətin mənəviyyat və ilahiyyat sahəsindəki elm, rəftar, əxlaq və siyasi mübarizələri araşdırmaqla hədəfimizə çata bilərik.  Şiə və sünnü alimlərinin kitablarının təsdiqinə əsasən, xanımlar xanımı Həzrəti Zəhranın (salamullahi ələyha) mənəvi və insani xüsusiyyətlərini qısa da olsa belə izah etmək olar:

  1. Rifah və yüksək səviyyəli həyat tərzi keçirməyə imkanı olan halda, ən çox qənaət, az sərvət və xalis ibadətlə həyat tərzi sürməsi;
  2. Özünün şiddətlə təama və sair şeylərə ehtiyacı olan halda, onları Allaha xatir möhtaclara verməklə fədakarlığı və səxavəti;
  3. Allah-Taalanın dərgahında xalisanə şəkildə çox ibadət və itaətlə məşğul olması;
  4. Qadınlar üçün iffət və həya nümunəsi;
  5. İslami örtüyün və örpəyin riayət olunmasında ən kamil qadın nümunəsi;
  6. Bütün aləmlərin qadınlarının seiyyidəsi olmaqla, ən yüksək səviyyəli ilahi elmə və agahlığa malik olması. Nümunə üçün "Fatimənin müshəfi" adlı dərin mənalı ilahi kitabının olması;
  7. Atası, İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) vəfatından sonra İmam Əlinin (əleyhissalam) vilayəti və imaməti uğrunda ən yüksək səviyyədə siyasi və ictimai mübarizə aparması;

 

        Geniş cavab:

   Həzrəti Fatimeyi-Zəhranın (salamullahi ələyha) mənəvi məqamı və şəxsiyyəti haqqında kifayət qədər kitablar yazılmış və çoxlu açıqlamalar verilmişdir. Amma, bütün yazılmış kitablardan əlavə, min dəfə artıqlaması ilə yenə də kitablar yazsalar və sözlər danışsalar yenə də həzrəti Zəhranın (salamullahi ələyha) okean qədər geniş mənəvi məqam və şəxsiyyətinin  bir damlasını belə açıqlanmasından başqa bir şey əldə etmək olmaz.[1] Bu məqaləmizdə, bu mövzuda acizliyimizi etraf etməklə yanaşı dəryadan bir damlanın açıqlanması ünvanı ilə bəzi məqamlara toxunuruq. Çünki, şair demişkən:

    Gər dərya suyun olmasa çəkmək,

    Dadmaqla teşnəlikdən keçmək.

  Həzrəti Fatimeyi-Zəhranın (salamullahi ələyha) mərifət səmasında bəşərin ən dərin mütəfəkkirləri və əql sahibləri hər nə qədər araşdırmalar aparsalar da bu vadidə heyran qalıblar. Ona görə də belə bir mərifət dəryasının kənarına getməkdən ötrü məsum İmamların (əleyhimussalam) hədislərinə müraciət etmək lazımdır. Pak və məsum İmamlardan (əleyhimussalam) çatan səhih rəvayətlərə əsasən, Qədr gecəsinin həqiqəti Fatimeyi-Zəhranın (salamullahi ələyha) pak məqamına aiddir. Çünki, Qədr gecəsi, sakit Quranın nazil olan məkanıdır. Amma, Fatimeyi-Zahra (salamullahi ələyha) on bir natiqi Quranın yəni, Kamil insanların, pak və məsum İmamların (əleyhimussalam) bu dünyaya gəlib həyat sürmələrinin vasitəsi və məkanıdır.[2]

   Həzrəti Siddiqeyi-Kubranın (salamullahi ələyha) mənəvi məqamı o qədər ucadır ki, onun razılığı və qəzəbi atası İslam Peyğəmbərinin (salamullahi ələyhi və alihi və səlləm) qəzəb və razılıq meyarı həmçinin, Allahın qəzəb və razılığına səbəb olandır.  Belə ki, İslam Peyğəmbərindən (səlləllhu ələyhi və alihi və səlləm) səhih hədis var ki, buyrur: "Fatimeyi-Zəhra mənim qəlbimin bir parçasıdır. Hər kəs onu sevindirsə sanki, məni sevindirib. Hər kəs məni sevindirsə sanki, Allahı sevindirib. Hər kəs ona əziyyət versə sanki, mənə əzəiyyət verib. Hər kəs mənə əziyyət versə sanki, Allaha əziyyət verib. Həmçinin, Fatimə bütün insanlar yanında mənimçün ən əzizdir."[3]    Digər bir hədisdə İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) buyurur: "Məryəm öz zəmanəsinin qadınlarının sərvəri idi. Amma, qızım Fatimə (salamullahi ələyha) əvvəldən axıra qədər bütün dünya qadınlarının sərvəridir."[4] Yenə də başqa bir səhih hədisdə o Həzrətdən oxuyuruq: "Mələklərdən biri mənə nazil oldu müjdə verdi ki, Fatimə (salamullahi ələyha) bütün Behişt qadınlarının sərvəri həmçinin, bütün qadınların seyyidəsidir."[5]

    Beləlikə, Həzrəti Fatimənin (salamullahi ələyha)  bütün dünyada və tarix boyu saleh qadınlara nisbətdə sərvərliyi indi də öz qüvvəsində qalmaqdadır. Bəli, Həzrəti Fatimənin (salamullahi ələyha) məqamı, zəmanələrinin sərvərləri, Asiya və Məryəmdən də yüksək dərəcədə üstün olmalarından əlavə, o qadınlar Fatimənin (salamullahi ələyha) dünyaya gələn zaman anası Xədiceyi-Kubranın (salamullahi ələyha) xidmətində də olublar.[6]

   Həzrəti Zəhranın (salamullahi ələyha) şəxsiyyət və kəramətindən biri də rifah və yüksək səviyyəli həyat tərzi keçirməyə imkanı olan halda, ən çox qənaət, az sərvət və xalis ibadətlə həyat tərzi sürməsidir. Çünki, O, İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) qızıdır.  İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) Mədininə ən böyük bağ sayılan Fədək bağın ona bağışlamışdı və bu bağın o zaman yaxşı gəliri var idi.[7] Həmçinin, həyat yoldaşı Əmirəl-möminin Əlinin (əleyhissalam) işlədiyi yerdə çox yüksək dərəcədə gəlir və mənfəət ələ gətirmək olardı. Bununla da, Həzrət Əlinin (əleyhissalam) də əlində imkan var idi ki, həm övladları və həm də həyat yoldaşına çox yüksək səviyyəli həyat tərzi hazırlasın. Amma bütün bunlara baxmayaraq, onlar bütün bu gəlirlərini fəqirlərə sərf edir, özləri isə çox çətinlik və ehtiyac içində həyat sürüblər.

    Həzrəti Fatimənin (salamullahi ələyha) şəxsiyyətinin digər bir cəhəti də onun fədakarlığı və əliaçıqlığıdır. Toy gecəsi gəlinlik paltarını fəqirə hədiyyə verməsi hədislərdə çox məhşurdur. Həmçinin, Quranın İnsan surəsində də işarə olunan üç gün dalbadal ehtiyacı olan halda, yeməklərini bir gün miskinə, bir gün yetimə və bir gündə əsirə ehsan etməsi o xanımın şəxsiyyətinin bir guşəsinə işarədir.

   Həzrəti Zəhranın (salamullahi ələyha) kəramətinin başqa cəhətlərindən biri də onun ibadətidir. Fatimeyi Zəhranın (salamullahi ələyha) ibadəti kəmiyyət cəhətdən o qədər genişdir ki, həyatının hər anında özünü biruzə verir. Onun rəftarı, danışığı, əməlləri, baxışı, nəfəs alması, gecə-gündüzünün hər anı ibadət hesab olunurdu.[8] O, hər gecə evin işlərini qurtardıqdan və uşaqlar yatdıqdan sonra ibadətə durur və səccadə üzərində o qədər dayanır ki, ayaqları vərəm olur.[9] Fatimeyi-Zəhranın (salamullahi ələyha) ibadəti ixlas cəhətdən o qədər misilsiz idi ki, ibadət zamanı ondan saçan nur, məlakilərin heyrət və ləzzətinə səbəb olur. Belə ki, hədisdə var ki, Fatimeyi-Zəhraya (salamullahi ələyha) ibadət zamanı yetmiş min məlaikə ilahi dərgandan salam və salavat yollayırlar.[10]     

   Şiələrin iftixarlarından biri də Fatimeyi-Zəhranın (salamullahi ələyha) müshəfidir. Şiələr mötəqiddirlər ki, bu şərif Kitab, Allah-Taala tərəfindən həzrəti Zəhraya (salamullahi ələyha) ilham olunmuşdur.[11]

    Həzrəti Zəhranın (salamullahi ələyha) həya, iffət və hicabı xüsusi qeyd olunandır. Həzrəti Zəhranın (salamaullahi ələyha) həyatında, rəftar və sözlərində örpək, iffət və həya haqqında elə mənzərələrdən xəbərlər verilir ki, bugünkü zəmanəmizin qızları və qadınları üçün ən üstün qadın nümunəsi olmalıdır. Hədislərdə var ki, bir gün İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) Mədinə məscidində səhabənin bir dəstəsindən soruşur: "Qadınlar arasında ən yaxşı rəftar adət hansı rəftar qanundur? " Heç kəs cavab verə bilmir. Bu arada sualın cavabını özü də bilmədiyi halda, həzrəti Zəhradan (salamullahi ələyha) soruşmağa gedən Salmanın vasitəsi ilə belə cavab gəlir: "Qadınlar üçün ən yaxşı əməl budur ki, nə naməhrəm kişilər onu görsün və nə də o naməhrəm kişiləri görsün."[12]

  Sonda qeyd etmək yerinə düşər ki, həzrət Zəhraya (salamullahi ələyha) iqtida olunmalı ən mühüm və zəruri məqamlardan biri də o xanımın vilayət və imamətdən müdafiə etməsidir. Çünki, O, özünün qısa həyat salnaməsində atası İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) ayrılığından az müddət sonra vilayət və imamətdən ən gözəl şəkildə müdafiəni tarixə yazır.[13] Fatimeyi-Zəhra (salamallahi ələyha) öz zəmanəsinin adamlarını yaxşı tanıyırdı və bilirdi ki, onlar  vilayətdən müdafiə qiyamında heç bir hərəkət etməyəcək (bir neçə nəfəri çıxmaqla) və onun sözlərindən ibrət götürməyəcəklər. Amma, gələcək nəsillərə, zəlaləti rüsvay etmək, haqqı və həqiqəti aşkarlayıb, höccəti tamamlamaqdan ötrü vilayəti müdafiəsində təkcə qiyam edir və buyurur: "Amma, mən bilirəm ki, sizlər artıq xarlıq zillət çəngində qərar tutumusunuz. Kömək etməməyiniz vücudunuzu tutmuş, vəfasızlıq buludu qəlblərinizə kölgə salmışdır. edim ki, qəlbim qan olmuş, şikayət dilmi saxlamaq artıq qüdrətimdən kənardadır."[14]

  Fatimeyi-Zahra (salamullahi-ələyha) özünün vilayət qiyamında bir anda olsun batilin ifşa olnuması və hidayət edici yolların göstərilməsi prinsipindən əl çəkmir və tarix boyu bütün müsəlmanlara ibrət olaraq başa salır ki, dinə qarşı olunan mədəni və informasiya hücumlarının müqabilində heç vaxt susmağa və sakit dayanmağa icazə verilmir. Həzrəti Zəhra (salamullahi ələyha) İslamda bidət və təhrifin müqabilində sakit dayanmamış, qiyam etmiş, danışmış, ifşa etmiş və aydınlıq gətirmişdir. Çünki, ilahi ilham və həzrət Cəbraildən (əleyhissalam) gətirdiyi xəbərlər vasitəsi ilə gələcəkdən xəbəri var idi və bilirdi ki, bu açıqlamalar indi də təsir etməsə, gələcəkdə lazımı imanlı qəlblərdə qərar tutacaq, imamətin və xilqətdən hədəfin təhəqqüq tapmasında çox mühüm rol oynayacaqdır.[15]

 


[1]  Misbah Yəzdi, Məhəmməd Təqi, Kövsər zülalından bir cam, səh.21

[2]  Misbah Yəzdi, Məhəmməd Təqi, Kövsər zülalından bir cam, səh.17

[3] Şeyx Tusi, Əmali, c.1; səh.24

[4]  Bizarul Ənvar, c.43; səh.24, rəvayət 20

[5] Əmali, c.1; səh.457, Dəlailul-İmamət, səh.8; Ğayətul-Məram, səh.177; Biharul-Ənvar, səh.43; səh.2

[6]  Əmali, c.1; səh.457, Dəlailul-İmamət, səh.8; Ğayətul-Məram, səh.177; Biharul-Ənvar, səh.43; səh.2

[7]  Əl-Kafi, c;1, səh.538; Ənfal və mal, xumsun təfsiri və hüdudu və xums vacib olan şeylər.

[8] Ehqaqul-Həqq, səh.4; səh.481    

[9]  Biharul-Ənvar, c.42; səh.117

[10] Biharul-Ənvar, c.43; səh.12, rəvayət 6

[11] İmam Xumeyninin (rəh.) ilahi və siyasi vəsiyyətnaməsindən, Səhifeyi Nur, c.21; səh.171, "Biz fəxr edirik ki, "Ucalan Quran" adlanan dular məsum İmamlarımızdandır (əleyhimussalam). Biz İmamların  (əleyhimussalam) Şəbaniyyə münacatları, Hüseyn ibn Əlinin (əleyhissalam) Ərəfat duası, Ali Məhəmmədin (səlləllahu ələyhi və alihi və səlləm) Zəburu hesab olunan Səhifeyi Səccadiyyə və Allah-Taala tərəfindən Fatimeyi-Zəhraya (salamullahi ələyha) ilham olunan Səhifeyi Fatimə bizdəndir.

[12]  Vəsailuş-Şiə, c.14; səh.43 və 172; Biharul-Ənvar, c.43; səh.54

[13]  Kövsər zülalından bir cam, səh.145

[14]  Kəşfül-Ğümmə, c.1; səh.491; Əl-Ehtitac, səh.102; Dəlailul-İmamət, səh.37

[15]  Kövsər zülalından bir cam, səh.149

 

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Haram yeməyi meyl etməyin hökmü nədir?
    8326 Nizamlar hüquq və əhkam 2011/10/13
    Əgər bir şəxs yemək yedikdən sonra, bilsə ki, yediyi yemək haram yeməkdir və ehtimal verməmişdir ki, haramdır bəlkə halal olmasının nişanələrini hiss etmişdir, misal üçün bir müsəlmandan almışdır ki, günah iş görməmişdir. Amma əgər yemək barəsində şəkk edibdirsə misal üçün müsəlman olmayan bir şəxsdən almışdır, belə bir halda təhqiq etməli ...
  • İbrahim (əleyhis-salam)-ın odda yanmaması səbəb-nəticə qanunu ilə ziddiyyətdədirmi?
    6925 İslam fəlsəfəsi 2012/01/18
    Hər hansı bir mövzunun digər mövzu ilə əlaqədar səbəb olması birinci mövzu barəsində qərar verilən müəyyən xassələrə bağlıdır. Əgər onun xassələri təbii yollarla, yaxud möcüzəli şəkildə dəyişilsə, təbii olaraq artıq ikinci mövzu üçün səbəb rolunu oynaya bilməz.İbrahim (əleyhis-salam)-ın atıldığı odun zatı ...
  • Мәләкләр мүҹәррәддиләр, ја мадди?
    6905 İslam fəlsəfəsi 2010/06/12
    Ола билсин ајә вә рәвајәтләрдә мәләкләрин сырф мүҹәррәд олмасы ајдын шәкилдә бәјан едилмәјиб. Амма, онларын һаггында әлдә олан мәлуматлар, о ҹүмләдән, онларын рәфтарлары вә вәсфләри мүҹәррәд олмаларына дәлилдир. Чүнки, ајә вә Мәсумларын (әләјһимуссалам) рәвајәтләриндә мәләкләр һаггында бизә чатан һәдис вә кәлмәләрин мәзмуну онларын ...
  • Həzrət Əli (əleyhis-salam)-ın Peyğəmbər (səlləllahu əleyhi və alih)-in barəsində buyurduğu “təbibun dəvvarun bitibbih” cümləsində məqsəd nədir?
    7314 Hədis elmləri 2012/02/13
    Əli (əleyhis-salam) Peyğəmbər Əkrəm (səlləllahu əleyhi və alih)-i özünün dava-dərman və  tibb avadanlıqları ilə ruhi və mənəvi müalicəyə ehtiyaclı olanların arxasınca ciddi səylə gedərək onları müalicə etmək istəyən bir həkimə və təbibə bənzədir. O həzrətin vəzifəsini “insanların ruhunu müalicə etmək” kimi bəyan edir və buyurur: “Təbibun dəvvarun ...
  • İmam ilə xəlifənin fərqi nədir?
    11079 Qədim kəlam 2011/05/17
    Bəzi sünnü alimlərinin, o cümlədən İbni Xəldunun nəzərinə əsasən, imam ilə xəlifənin arasında heç bir fərq yoxdur və onların hər ikisi bir mənaya – “din və dünya siyasətinin qorunmasında şəriət sahibinin tərəfindən naib olmaq” mənasına gəlmişdir. Amma qısa şəkildə demək lazımdır ki, Quran və ...
  • İmam Zaman (əleyhis-salam)-ın yaşayış yeri haradadır?
    7243 Qədim kəlam 2012/06/23
    Bu barədə üç cür rəvayətlə qarşılaşırıq: Bəzi rəvayətlər o həzrət üçün xüsusi bir yaşayış yeri təqdim etmir. Amma bu qisimdən olan rəvayətlərin bəzilərində o həzrətin yeri “səhralar və dağlardır” deyə deyilir. İkinci qisimdən olan rəvayətlərdə camaat arasında tanınmaz halda yaşaması deyilir. Üçüncü qisim isə Mədinə ...
  • İmam Hüseyn (ə)- ın Şəhrbanu xanımla izdivacı doğrudurmu?
    19773 تاريخ بزرگان 2011/12/25
    İmam Hüseyn (ə)- ın İslam qoşununa əsir düşən Şəhrbanu ilə izdivacı barədə, neçə nəzər mövcuddur, çünki rəvayətlərin bəzisində bu xanımın Ömərin xilafəti zamanında əsir düşməsi yazılıb və digərlərində Osmanın xilafəti zamanı. Həmçinin onun və atası üçün çoxlu adlar qeyd olunubdur. Bu məsələlərə nəzər saldıqda, imam Hüseyn (ə) ın həyat yoldaşının ...
  • Nəyə görə yaradılışın dərinliyində (xırdalığı) fikirləşmək olmaz?
    6884 Qədim kəlam 2012/02/07
    Quran və rəvayətlərdə sifariş olunan məsələlərdən biri mövcudatın yaradılışı və xilqətində təfəkkür etməkdir.[1] Amma Allah- Taalanın zatı və mahiyyətində təfəkkür qadağan olunubdur: Məsələn: İslam Peyğəmbəri (s) buyurub: Böyük Allahın yaratdıqları barədə fikirləşin, amma Allahın mahiyyətində fikirləşməyin.[2] Həzrət (s) ...
  • Təbiətdən bəhrələnməyin düzgün şərti necə ola bilər?
    6371 Əməli əxlaq 2012/01/28
    Bir çox məktəblərin və cərəyanların ziddinə olaraq ki, bəşərin ehtiyaclarına bir tərəfli baxıb və ancaq maddi ya mənəvi ehtiyaclara diqqət ediblər. İslam orta yolu seçibdir. İlahi nemətlərdən düzgün şəkildə istifadə etmək nə inki axirət dünyasıyla və mənəvi məsələlərlə ziddiyyəti yoxdur, bəlkə insanın səadət və inkişaf yolunu hamarlayır. ...
  • вилајәти фәгиһдән мәгсәд нәдир?
    6963 Təzə kəlam 2009/11/10
    Әрәб дилиндә “вәли” сөзүндә үч мәна вар: 1)дост, 2) достлуг,3) көмәкчи. Вилајәт сөзүнә исә бу үч мәнадан әлавә даһа ики мәна вар: 1.Сәлтәнәт вә гүдрәт, 2. Һөкумәт вә рәһбәрлик.Фигһ термининдә “вилајәт” сөзү ики мәнада ишләнир:

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    165862 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    165232 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    120256 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    114634 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    112462 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    94783 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    55944 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    55202 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    46920 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    46275 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...