Please Wait
7206
Ziyarəti Aşurada bütün bəni Üməyyə o cümlədən Yəzidin oğlu lənətlənibdir. Bu arada bəzi tarixçilər Yəzidin oğlun və bəni Üməyyədən bir neçə nəfər başqasın bəzi xidmətlərinə görə yaxşı insan kimi tanıtdırıblar ki, onların lənətlənməsiylə düz gəlmir. Bu nöqtəni aydınlaşdırmaq üçün ki, bu ikisinin arasında ziddiyət yoxdur demək lazımdır: Bəni Üməyyədən məqsəd o şəxslərdir ki, fikri və əməli cəhətdən bəni- Üməyyə ilə bir olubdur; yəni onlar ki, İmamların (ə) İmamətinin qəsbinə və onların şiələrinin şəhid olmasına qarşı xoşhal, tamaşaçı və səbəbkar və..ş olublar. Bu nöqtə ziyarəti Aşurada bu ibadətin qabaqkı və sonrakı fəqərələrində yaxşıca aydın olur; çünki ziyarətin fəzası və şəraiti o cəmiyəti nifrin və lənət edir ki, qəsbkarlıqla xilafət taxtına söykənibdir və həmişə Allah nurunu söndürmək istəyiblər və əhli beytlə düşmənçilik etmək üçün hər vəsilədən istifadə ediblər və habelə o kəslər ki, onlardan himayət edib və onların işlərinə razı olublar. Buna əsasən; usul termininə uyğun olaraq, Bəni Üməyyənin saleh insanlarını "Bəni Üməyyə" kəlməsinin altından xaric etmək təxəsüsü xaric etmək olacaq nə inki, təxəssüsi; yəni əvvəldən "bəni üməyyə" bu ibarətlə bəni- üməyyənin yaxşı insanlarına şamil deyildi ki təxəssüslə xaric olsun.
Yuxarıdakı sual ilk cəhətə və sahəyə malikdir; birincisi Yəzidin oğlunun şəxsiyyətin etiqadı və əməli cəhətdən araşdırmaq ikincisi isə ziyarəti Aşurada bəni üməyyənin hamısının lənət olmasından məqsədi başa düşüb və anlamaq.
Yəzidin oğlu haqqında demək lazımdır; şübhəsiz Yəzidin oğlu Müaviyənin xilafətindən kənarlaşması, bəyənilmiş addım idi həqiqətdə xilafətin qəsbi olduğunu başa düşmüşdü, amma onun bu addımı dəlil olmur ki, biz xaricdən olaq Yəzidin oğlu Müaviyə tövbənin bütün şəraitini riayət edərək (o cümlədən olunan zülmlərin əvəzini ödəmək) İlahi rəhmətə qovuşub və Allahın lənətinə şamil olmur.
Xilafəti qısa müddətli olmasına baxmayaraq qəsb etmək, böyük bir günahdır ki, şübhəsiz onun bağışlanmasınında şərtləri var, necə ki, Ömər ibni Əbdul- əziz haqqında da İmam Səccad (ə)- dan bir rəvayət daxil olubdur ki, o həzrət Əbdullah ibni ətaya buyurub: "O (Ömər ibni Əbdul- Əziz) Ölür bir halda ki, yer əhli ona ağlayır və göy əhli onu lənətləyir. [1]
Çünki o elə bir postda əyləşmişdi ki, ona haqqı çatmırdı və haqqı yox idi baxmayaraq ki, o başqa xəlifələrə nisbət çoxlu və bəyənilmiş addımlar atıbdır, əlbəttə qəti olaraq iddia etmirik ki, Yəzidin oğlu Müaviyə ya Ömər ibni Əbdül- Əziz Allahın rəhmətinə şamil olmyıbdır. [2] Hər halda təkcə Allah onların talehindən agahdır, amma bunu inkar etmək olmaz ki, bəni Üməyyədən bəziləri az olsalarda xalis şiələrdən olublar;
Xalid ibni Səid ibni As, və Əbul- As ibni Rəbi, və Sədul- xeyr və neçə nəfər başqaları kimi. Buna əsasən; bunu qəbul edərək ki, bəni- üməyyədən elə adamlar var ki, Allahın lənətinə şamil deyillər: Sualın ikinci cəhətin yəni ziyarəti Aşurada bəni üməyyənin lənətlənməsindən məqsədi araşdırmaq lazımdır.
Bəni üməyyənin hamısının lənətlənməsi və onun mənası.
Hər şeydən artıq bu məsələni qeyd etmək zəruridir ki, Quranın möhkəm qanunlarından biri odur ki, heç kəs başqasının günahına görə dünya və axirət əzabına düçar olmur. [3]
Məgər günahın baş verməsində təsirli ola və yaxud o hünaha razı ola, ya da o günahdan çəkindirməyə bütün bu hallarda əzaba düçar olmaq həmin günahlara görədir nə başqalarının günahlarına görə, həzrəti Salehin (ə) dəvəsini Səmud qövmündən bir nəfər öldürmüşdür [4] amma Quranı kərim o hünahı onların hamısına nisbət verir [5] və onların hamısını cəzalanmağa layiq bilir, [6] çünki onlar bu günaha razı idilər, həzrəti Əlinin (ə) təbiriylə desək Səmud qövmünün müştərək qəzəbi və sevinci onları müştərək pis və bədbəxt talehə sahib etdi. [7]
Başqa sözlə desək: Quran və rəvayətlər nəzərindən bir dəstə ya qəbilə ilə birləşməyin ölçüsü həmin dəstə ilə fikri və əməli həmyərlikdir; necə ki, Allah Nuhun oğlu Nuhun əhlindən və ailəsindən bilir və onun dəlilinidə Nuhla əməli cəhətdən həmrəyliyin olmadığını bilir. [8]
Bu bir haldadır ki, Allahın Rəsulu (s) Salman Farsini Əhli- beytdən sayır. [9]
Çünki İmamlar (ə) bəni üməyyənin yaxşılarını bəni üməyyədən saymışdılar; nümunə olaraq ondan ad aparıldı, qadınlar kimi uca səslə ağlayaraq İmam Baqir (ə)- ın hüzuruna daxil oldu; İmam buyurdu: Sizi nə ağlatdı? Səd dedi: Necə ağlamayım bir halda ki, Quranda lənətlənmiş həmin ağacdanam? İmam Baqir (ə) buyurdu: " لَسْتَ مِنْهُمْ أَنْتَ أُمَوِی مِنَّا أَهْلَ الْبَیت " Sən onlardan deyilsən, sən o üməvilərdənsən ki, biz əhli- beytdənsən, Allahın sözün eşitməmisən buyurub: Hər kəs məndən tabeçilik etsə məndən olacaq. [10]
Nəticədə demək lazımdır ki, bəni üməyyədən məqsəd o kəslərdir ki, fikri və əməli cəhətdən bəni üməyyə ilə bir və həmrəy olublar; yəni onlar ki, İmamların İmamətinin qəsb olmasına və onların və şiələrinin şəhid olmasına qarşı xoşhal, tamaşaçı və səbəbkar olublar. Bu məsələ ziyarəti aşurada bu ibarətdən qabaqkı və sonrakı fəqərələrdə diqqət etməklədə yaxşı aydın olur; çünki ziyarətin fəzası və şəraiti o cəmiyyəti nifrin və lənət edir ki, qəsbkarlıqla xilafət kürsüsünə söykəniblər və Allah nurunu söndürmək fikrində olublar və əhli beyt ilə düşmənçilik etmək üçün hər vəsilədən istifadə ediblər və habelə o dəstələr ki, onlardan himayət ediblər və onların işlərinə razı oublar. Buna əsasən usul termininə uyğun olaraq bəni Üməyyənin yaxşılarını "bəni üməyyə" kəlməsi altından xaric etmək təxəssüsi xaric etmək olacaq nə təxsisi: yəni əvvəldən bu ibarətdə bəni üməyyə deyərlən bəni üməyyənin yaxşıları nəzərdə tutulmurdu ki, təxsislə xaric olsun.
Mərhum Mirza Əbul- fəzli Tehrani ziyarəti aşuraya yazdığı şərhində bu versiyanı təsdiq edərkən onun üçün iki təsdiq edici qeyd edir:
1. Bəni üməyyəyə nisbət verilibdir və nisbət əhd, də həqiqətdir; yəni üməyyə övladlarından məqsəd o cəmiyyətdir ki, Əhli- beyt ilə düşmənçilik edib və onlardan nifrət ediblər.
2. Bir rəvayətdə Məsum İmam (ə) və üməyyə kəlməsindən istifadə edir və davranışında onu Əbu- Süfyan, Müaviyə və Ali Mərvanla tətbiq edir. [11]
Nəticədə: Fərz edək ki, Yəzid oğlu Müaviyə Allahın lənətinə şamil olmur, məqamiyyə qərinəsinə əsasən demək lazımdır ki, bəni üməyyədən məqsəd onlardan bir xüsusi cəmiyyətdir ki, Müaviyə kimi bir onların çərçivəsindən hesablanmır. [12]
Artıq məlumat üçün: 14301 (sayt: 14646) və 2796 (sayt: 3372) suallarına müraciət edin.
[1] - Səfar, Mühəmm ibni Həsən, Bəsairud- dərəcat, cild 170, Ayətullah Mərəşiyi Nəcəfinin kitabxanası, Qum ikinci çap, 1404 q.
[2] - Bu cəhətdən böyüklərdən bəzisi məsələn Mirza Əbdullah Əfəndi Rizayul- üləmada deyibdir, məlum deyil Ömər ibni Əbdül- Əzizə lənət və nifrin etmək caizdir olsun ya seyyid Rəzi divanında Ömər ibni Əbdul- Əziz mərsəsində bir hissə gətiribdir ki, orada ondan ehtiramla yad edib.
[3] - Nəcm surəsi,ayə 38- 41 " لا تزر وازرة وزر اخری " cümləsi Ənam, 164, İsra 15, Fatir 18, Zümər, 7, ayələrində də gəlibdir.
[4] - Qəmər surəsi, ayə 29, həzrəti Əli (ə) da buyurubdur: Həqiqətdə Səmudilərin dəvəsini ancaq bir nəfər öldürdü. Nəhcül- bəlağə, Sübhiyi Saleh, xütbə 201, səh 319.
[5] - Əraf, 77, Hud 65, Şüəra 157, Şəms 14.
[6] - "O dəvəni Səmudilər öldürürlər və Allahları günahlarına görə onları məhv etdi və yurdlarını haram etdi. (Yerlə yeksan etdi") Şəms surəsi,ayə 14.
[7] - Ey camaat! Ancaq sevinc və qəzəbdir ki, insanı bir yerə yığır, Səmudilərin dəvəsin ancaq bir nəfər öldürdü, Allah əzabı onların hamısına gətirdi, çünki onların hamısı o işdən xoşhal idilər. Nəhcül- bəlağə, xütbə 201, səh 319.
[8] - Hud surəsi, ayə 46.
« قالَ یا نُوحُ إِنَّهُ لَیْسَ مِنْ أَهْلِکَ إِنَّهُ عَمَلٌ غَیْرُ صالِحٍ فَلا تَسْئَلْنِ ما لَیْسَ لَکَ بِهِ عِلْمٌ إِنِّی أَعِظُکَ أَنْ تَکُونَ مِنَ الْجاهِلینَ »
[9] - Salman biz əhli beytdəndir.
« سلمان منا اهلَ البیت »
Məclisi, Muhəmməd Baqir, Biharul- ənvar, cild 65, səh 55, Əlvəfa müəssisə, Beyrut, 1404 q.
[10] - Biharul- ənvar, cild 46, səh 337; Şeyx Mufid, Əlixtisas, səh 85, Şeyx Mufidin min illik dünya səviyyəli konfransı, Qum, birinci çap, 1413 q.
[11] - Tehrani, Mirza Əbul- fəzl, Şifaus- sudur fi şərhi ziyarətul- aşura, cild 1, səh 255- 263, Mutəzəvi nəşriyyatı, birinci çap, 1376 ş.
[12] - Əlavə məlumat əldə etmək üçün müraciət edin: Tərxan, Qasim, İmam Hüseyn (ə) şəxsiyyətinə və qiyamına kəlami fəlsəfi və irfani bir baxış, səh 279- 291.