Please Wait
8806
Şahin kimi yırtıcı olan və caynaqlara sahib quşalar və həmçinin uçan zaman qanadlarını düz tutmaq hərəkət edirtməkdən az olan hər quşun əti haramdır. Həmçinin bütün növ qarğalar, hətta sağsağan ətinin yeyilməsi ehtiyate vacibə əsasən haramdır.
Amma qanadlarının hərəkəti düz saxlamasından çox olan hər bir quşun əti halaldır. Həmçinin çinədana və ayaqının arxasında tükə sahib olan hər bir quş halaldır.
Buna görə bildirçin bu şərtləri ödədiyindən onun ətinin yeyilməsi halaldır.
Fəqihlər quşların halal olmasının şərtini belə bəyan etmişlər: Şahin, kərkəz, qırğı kimi yırtıcı və caynaqlı, həmçinin uçan zaman qanadlarını daha çox bir vəziyyətdə saxlayan quşlar haramdır. Həmçinin bütün növ qarğa və hətta sağsağan ehtiyate vacibə əsasən haramdır. Amma hər hansı bir quş uçan zaman qanadlarını düz saxlamağa nisbətən daha çox hərəkət etdirərsə, halaldır. Beləliklə quşların qanadlarını hərəkət etdirməsinə əsasən onların halal və yaxud haram olduğunu müəyyənləşdirmək olar. Amma əgər quşun uçmasının necəliyi məlum olmazsa, əgər həmin quş çinədana, yaxud ayaqlarının arxasında tüklərə sahib olarsa, halal, əks halda haramdır. Belə ki, toyuq, göyərçin, sərçə hətta dəvə quşu və touzquşu halaldır. Lakin hophop (şanapipik) və qaranquş kimi bəzi quşlar məkruhdur. Amma gecəquşu kimi uça bilən amma qanadı (tükü, lələk) olmayan heyvanlar haramdır. Həmçinin arı, ağcaqanad və digər uça bilən həşəratlar da ehtiyata görə haramdır.[1]
Bildirçin deyilən meyarları ödədiyindən halal hesab edilir.
Bu məsələ əməli risalələrdə belə izah edilir:
“Göyərçin növləri və boyuna sahib hər toyuq, intəhası, qumru, turac, qırqovul, qutan, bildirçin və alacəhrə kimi quşlarda bunlar mövcuddur, deməli halaldır.”[2]
[1] - Tozihul məsail (əl- məhşa lil imamil Xomeyni), cild 2, səh 595.
[2] - Cameul məsail, (Lilbəhcə), cild 4, səh 392.